Məhkəmə qərarları › İş №2-1(112)-7475/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7475/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7475/2023 21.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xüsusi qulluq şəraitinə görə pul əlavəsinin hesablanması üçün, xx.xx.2020-ci il tarixli N saylı hərbi hissənin N2-ci ilin yanvar-dekabr ayları üzrə zabit gizirlərin pul paylama cədvəlindən çıxarışla aldığı təminat xərcliyinə, xüsusi qulluq şəraitinə görə pul əlavəsinin daxil edilərək, həmin pul paylama cədvəlinin və ona verilmiş son üç il üçün pul əlavəsinin hesablanaraq, verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 avqust N74-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.N91-ci ildən xx.xx.N2-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Bakı Ali Hərbi Ümumiqoşun Komandirlər məktəbini bitirmişdir. N91-N92-ci illərdə Ali hərbi tank komandir məktəbini, N92-N95-ci illərdə Bakı Ali Hərbi Ümumqoşun komanda məktəbini bitirmişdir. N95-N98-ci illərdə H/H -157 Tank tağım komandiri, N98-N99-cu illərdə h/h -708b Tank tağım komandiri,N99-N1-ci illərdə h/h -008 tank bölüyü komandirinin müavini, N1-N2- ci illərdə isə h/h -008 tank bölüyünün komandiri olmuşdur. xx.xx.2020-xx.xx.2020-ci illərdə h/h 007 tank bölüyündə olmuşdur. O, xidmət vaxtı başa çatdığı üçün xx.xx.2020-ci il tarixdən 2-ci dəfə ehtiyata buraxılmışdır. xx.xx.2020-xx.xx.2020-ci illərdə Tərtər-Suqovuşan istiqamətində tank bölüyünün tank tağımının komandiri olmuşdur, döyüşlərdə yaxından iştirak etmişdir. Hətta buna görə ona Vətən Müharibəsi iştirakçısı Medalı da verilmişdir. O hərbiçi kimi təqaüd alır, lakin xüsusi qulluq şəraitinə görə ona pul əlavəsi verilmir. Səbəb kimi isə Müdafiə Nazirliyinin xx.xx.2023-cü il 21/2023 saylı məktubunda ona bildirilmişdir ki, onun Azərbaycan Respublikası Mərkəzi Arxivi tərəfindən verilmiş 9/2 -5397 nömrəli xx.xx.2020-ci il tarixli N nömrəli N2-ci ilin yanvar-dekabr ayları üzrə zabit gizirlərin pul paylama cədvəlindən çıxarışda onun xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyinə pul təminatına xüsusi qulluq şəraitinə görə pul əlavəsinin daxil edilməsi məsələsi öz əksini tapmamışdir. Bu səbəbdən də ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni məumat vərəqəsinin təqdim edilməsinin qeyri-mümkün olması qeyd edilmişdir. Ona xx.xx.2022-ci il tarixdə də Müdafiə Nazirliyinin Büdcə İdarəsinin Sosial Təminat və Pensiya İdarəsi tərəfindən də 8/662 saylı məktubu ilə eyni məzmunda ona cavab verilmişdir. Müdafiə Nazirliyinin imtinası tam əsassızdır. Belə ki, hərbi biletindən və 4/2-2074 saylı arxiv arayışından da görünür ki, o, müxtəlif illərdə tank bölüyü komandiri olmuşdur. Qanunvericliyin tələblərinə əsasən hərbi qulluqçuların təminat xərcliyinə ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa vəzifə maaşından hesablanan digər əlavələrdə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0624 nömrəli 01 noyabr N2-cı il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin tank bölüyünün komandiri vəzifəsindən baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissə komandirinin N nömrəli 02 dekabr N2-cı il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Onun xidmət illəri: təqvimlə- 10 il 11 ay 18 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət- 13 il 01 ay 20 gün, ümumi xidmət illəri isə 24 il 01 ay 08 gün təşkil etmişdir. Həmin tarixə İddiaçı aylıq pensiyası təminat xərcliyinin (vəzifə maaşı 290000 manat, rütbə maaşı 90000 manat, xidmət illərinə görə 15 faiz əlavə 57000 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 123733 manat) 62 faizi miqdarında müəyyən olunaraq 560733 manat təşkil etmişdir. İddiaçı xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifəsi üzrə (tank taborunun tank bölüyünün komandiri) təminat xərcliyində “vəzifə maaşının 20 faizi miqdarında xüsusi qulluq şəraitinə görə pul əlavəsi” nəzərdə tutulmamış və ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxivinin 14 may 2020-ci il 9/2-5397 nömrəli arxiv arayışında N nömrəli hərbi hissənin N2-ci il tarixli zabit və gizirlərin pul paylama cədvəllərinin sürəti pul təminatı haqqında məlumat cədvəlində də iddiaçının xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyində xüsusi qulluq şəraitinə görə pul əlavəsinin ödənişi barədə məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 220 nömrəli 05 iyun N2-ci il tarixli əmri ilə qüvvəyə minmiş və N oktyabr 2017-ci il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 97-ci maddəsinə (habelə həmin maddəyə Müdafiə nazirinin 114 nömrəli 23 may 2011-ci il tarixli əmri ilə edilmiş dəyişikliyə) əsasən tankların, özüyeriyən artilleriya qurğularının, tank şassiləri üzərində hərəkətedən zenit qurğularının, piyadaların döyüş maşınlarının, döyüş-kəşfiyyat desant maşınlarının, hərəkətedən haubitsaların ekipajlarına; zenit-raket komplekslərinin hərəkətedən buraxılış qurğularının və bu kompleksləri aşkaretmə və yönəltmə hərəkətedən stansiyalarının heyətlərinə daxil olan vəzifələrdə xidmət keçən zabitlərə, gizirlərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifə maaşının 20 faizi miqdarında xüsusi qulluq şəraitinə görə pul əlavəsinin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, 2011-ci ilədək tank taborunun tank bölüyünün komandiri vəzifəsi tank ekipajına daxil edilmədiyinə (ekipaj üzvü hesab edilmədiyinə) görə, İddiaçı bu ödəniş növü şamil edilməmişdir. Ümumiyyətlə, zabit heyətinə mənsub şəxslərə vəzifə maaşının xüsusi qulluq şəraitinə görə əlavənin ödənilməsinin tətbiqi, Əsasnamənin 97-ci maddəsinin “a” bəndinə Müdafiə nazirinin 114 nömrəli 23 may 2011-ci il tarixli əmrilə edilmiş dəyişiklikdən sonra həyata keçirilmişdir. Bu dəyişikliyədək isə xüsusi qulluq şəraitinə görə əlavə yalnız gizirlərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və yalnız vəzifə maaşının 10 faizi miqdarında ödənilirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N7-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunur. İddiaçı pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqinin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi qanuna müvafiq deyildir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə İPMnin 62.3-cü maddəsinə əsasən ididaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı Nazim oğlu iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 verdiyi izahatında məhkəməyə təqdim olunmuş iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı Nazim oğlu konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.N74-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı məxsus ZE seriyalı ******* №li hərbi biletdə aparılmış qeydlərdən müəyyən olunur ki, onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti xx.xx.N91-ci ildən xx.xx.N2-ci ilədək təşkil edir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən verilmiş 4/2-2074 №-li, xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Müdafiə nazirinin xx.xx.N99-cu il tarixli müvafiq əmrinə əsasən, N №-li hərbi hissənin 3-cü (üçüncü) tank bölüyü komandirinin silahlandırma üzrə müavini vəzifəsinə təyin olunmuş, N №-li hərbi hissənin tank bölüyünün tağım komandiri, baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N99-cu il tarixli 65 №-li əmrilə (əsas: səh.-215, §2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, öz işinin icrasına başlamış hesab edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N1-ci il tarixli müvafiq əmrinə əsasən, “tank bölüyünün komandiri” vəzifəsinə təyin olunmuş, 1-ci tank bölüyü komandirinin silahlandırma üzrə müavini, baş leytenant İddiaçı N № li hərbi hissə komandirinin N iyun N1-ci il tarixli 173 №li əmrilə xx.xx.N1-ci il tarixdən öz iş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N №li hərbi hissənin Zabit və gizir heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N1-xx.xx.N5; səh. 38, sıra 6) Ucar RHK-dan çağırılmış, N74-cü il təvəllüdlü, baş leytenant İddiaçı Müdafiə nazirinin xx.xx.N2-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün komandirin xx.xx.N2-ci il tarixli 340 №li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş N nömrəli hərbi hissənin N2-ci il tarixli zabit və gizirlərin pul paylama cədvəllərindən arxiv çıxarışından müəyyən olunur ki, İddiaçı Nazim oğluna aşağıda qeyd olunan ödənişlər həyata keçirilmişdir: Uzunmüddətli xidmət illərinə görə əlavə (faiz); hərbi rütbə maaşı; uzunmüddətli xidmətinə görə faiz əlavəsi. Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun N2-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə dəyişiklik edilməsi barədə” 114 №-li xx.xx.2011-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası (Müdafiə nazirinin 05 iyun N2-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikas Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 97-ci maddəsinin “a” bəndinin birinci abazası aşağıdakı redaksiyada verilməsi barədə əmr verilmişdir. -“a”) vəzifə maaşının 20 faizi-aşağıda göstərilən vəzifələrdə xidmət keçən zabitlərə, gizirlərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 8/180 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinin rəisinə ünvanladığıərizə və sənədlərə baxılmışdır. Şəxsi işində olan “Haqq-hesab kitabçasında qeyd edilmiş məlumatlara əsasən onun hərbi xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyində“xüsusi qulluq şəraitinə görə” əlavə nəzərdə tutulmamış və bu səbəbdən də tərəflərindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş “Məlumat vərəqi”ndə bu əlavə haqqında məlumat qeyd edilməmişdir.Yuxarıda adı qeyd olunan pul əlavəni almağı barədə təsdiqedici məlumatların (pul paylama cədvəlindən çıxarış) əldə etmək məqsədi ilə ona aidiyyəti üzrə Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd etdiyi sənəd (pul paylama cədvəlindən çıxarış) idarənin ünvanına daxil olduqdan sonra onun pensiyasının hesablanmasına tərəflərindən yenidən baxılacaq. “Hərbi xidmətkeçmə haqqında" əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N1-ci il tarixli müvafiq əmrinə əsasən, “tank bölüyünün komandiri” vəzifəsinə təyin olunmuş, 1-ci (birinci) tank bölüyü komandirinin silahlandırma üzrə müavini, baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin N iyun N1-ci il tarixli 173 №-li əmrilə (əsas: §2) xx.xx.N1-ci il tarixdən öz iş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N №-li hərbi hissənin Zabit və gizir heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.N1-xx.xx.N5; səh.-38, sıra-6) Ucar RHK-dan çağırılmış, N74-cü il təvəllüdlü, baş leytenant İddiaçı Müdafiə nazirinin xx.xx.N2ci il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis olunnduğu üçün komandirin xx.xx.N2- ci il tarixli 340 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı xidməti barədə əlavə araşdırma apara bilmirik. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən xx.xx.2020-ci il tarixli 9/2-5397 №-li məktubla İddiaçı ünvanına cavab göndərilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-25-N/2-3721/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin N2-ci il 05 iyun tarixli 220 nömrəli əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 97-ci maddəsinin “a” bəndinə (bu əmrlə qüvvədən düşmüş Müdafiə nazirinin N93-cü il tarixli 249 nömrəli əmri ilə qüvvəyə minmiş Əsasnamənin 97-ci maddəsinə) əsasən tankların, özüyeriyən artilleriya qurğularının, tank şassiləri üzərində hərəkətedən zenit qurğularının, piyadaların döyüş maşınlarının, döyüş-kəşfiyyat desant maşınlarının, hərəkətedən haubitsaların ekipajlarına; zenit-raket komplekslərinin hərəkətedən buraxılış qurğularının və bu kompleksləri aşkaretmə və yönəltmə hərəkətedən stansiyalarının heyətlərinə daxil olan vəzifələrdə xidmət edən gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifə maaşının 10 %-i həcmində xidmətin xüsusi şəraitinə görə əlavə ödənilirdi. Müdafiə nazirinin 2011-ci il 23 may tarixli 114 nömrəli əmri ilə Əsasnamənin yuxarıda göstərilən maddəsinə, yəni 97-ci maddənin “a” bəndinə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən xidmətin xüsusi şəraitinə görə əlavənin miqdarı 10 %-dən 20 %-ə qaldırılmış və “gizir” sözündən əvvəl “zabit” sözü artırılmışdır. Qeyd edilənlərlə əlaqədar bildirilmişdir ki, tank bölüklərində xidmət edən zabitlərə xidmətin xüsusi şəraitinə görə əlavə yalnız xx.xx.2011 -ci il tarixdən ödənilir. Bu dövrədək zabitlərə belə ödəniş aparılmamışdır. İddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 3-25-8/2-M-1xx/xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ünvanladığı ərizə və sənədlərə təkrarən baxılmışdır. Ona təyin olunmuş pensiyanın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinə tərəflərindən yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanın hesablanmasında heç bir səhvə yol verilməmişdir. Təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxiv tərəfindən verilmiş 9/2-5397 nömrəli 14 may 2020-ci il tarixli “N nömrəli hərbi hissənin N2-cı ilin yanvar-dekabr ayları üzrə zabit gizirlərin pul paylama cədvəlindən” çıxarışda onun xidmətdən buraxıldığı günə aldığı təminat xərcliyinə (pul təminatına) xüsusi qulluq şəraitinə görə pul əlavəsinin daxil edilməsi faktı öz əksini tapmamışdır. Bu səbəbdən də DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni “Məlumat vərəqinin təqdim edilməsi tərəflərindən qeyri mümkündür. Bu barədə ona tərəflərindən daha öncə 24 fevral 2022-ci il tarixli 8/662 nömrəli məktubla məlumat verilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. - 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. - 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. - 25-ci maddəsinə əssən hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir. - 27.1.1-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. - 37.1.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır. - 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının N97-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. - 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N7-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: - 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. - 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Bu Qaydalara əlavədə təminat xərcliyinə dair sənədin forma və məzmunu müəyyən olunmuşdur və həmin sənəd “məlumat vərəqi” adlandırılmışdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət illəri xx.xx.N91-ci ildən xx.xx.N2-ci ilədək olan dövrü əhatə edir. “Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun N2-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamənin 97-ci maddəsinin “a” bəndinin birinci abazasına müvafiq dəyişiklik ( “a”) vəzifə maaşının 20 faizi-aşağıda göstərilən vəzifələrdə xidmət keçən zabitlərə, gizirlərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına) isə Azərbaycan Respublikası Müdafiə nazirinin 114 №-li əmri ilə xx.xx.2011-ci il tarixdə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxiv tərəfindən verilmiş 9/2-5397 nömrəli 14 may 2020-ci il tarixli “N nömrəli hərbi hissənin N2-cı ilin yanvar-dekabr ayları üzrə zabit gizirlərin pul paylama cədvəlindən” çıxarışda olan məlumatlardan da göründüyü kimi iddiaçıya onun xidmətdən buraxıldığı günə ödənilən təminat xərcliyinə (pul təminatına) xüsusi qulluq şəraitinə görə pul əlavəsi daxil edilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar