Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7476/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ünvan 3 ünvanına qeydiyyata alınmağını xahiş etmiş, lakin cavabdehin 11 mart 2022-ci il tarixli, 0965216F-1222 nömrəli məktubu ilə imtina olunmuş, əsas kimi isə ünvanın hüquqi sənədinin olmaması ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdeh orqanın imtinası hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 15 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli yaşayış binasının açılışı olmuşdur. Həmin binadan 43 mənzil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 sentyabr 2009-cu il tarixli 11/7-129 nömrəli əmri ilə yaradılmış komissiyanın 10 oktyabr 2009-cu il tarixli qərarına əsasən Suraxanı Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsində olan imtiyazlı şəxslərə ayrılmışdır. Həmin imtiyazlı şəxslərdən biri də onun həyat yoldaşı X4r. Həyat yoldaşı İ Qarabağ müharibəsində iştirak etmiş və yaralanaraq əlil olmuşdur. Həyat yoldaşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 59 nömrəli sərəncamına əsasən 6 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış komissiyanın təklifi ilə Hövsan qəsəbəsində inşa edilmiş 14 A nömrəli evin, yaşayış sahəsi 44,52 kv.m. olan, 2 otaqlı, 28 nömrəli mənzili Qarabağ müharibəsi əlili H.Ə.Rəhimova ayrılması qərara alınmışdır. X10 31 oktyabr 2020-ci il tarixində xroniki qaraciyər çatışmamazlığından ölmüşdür. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, nömrəli sərəncamından çıxarışın müvafiq bəndinə əsasən sərəncamda adları qeyd olunan vətəndaşların pasport qeydiyyatına alınması Suraxanı rayon Polis İdarəsinə tapşırılmışdır. Eyni zamanda Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, nömrəli sərəncamından çıxarışda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 3/75-R59 saylı rəyində 2009-cu ilin oktyabrın 1-dək verilən yaşayış sahələrinin orderlə, bu tarixdən sonra isə yaşayış sahələrinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq olunanadək yerli icra hakimiyyəti orqanlarının sərəncamı ilə (gələcəkdə müvafiq müqavilənin bağlanması şərti ilə) rəsmiləşdirilməsi məqsədəmüvafıq hesab edildiyi qeyd edilmişdir. Qeyd olunan rəy əsasında sərəncam imzalanmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının yaşayış ünvanına qeydiyyata alınmasından imtina üçün əsas kimi gətirdiyi hallar yuxarıda sadalanan maddi hüquq normaları ilə nəzərdə tutulmuş hallardan fərqli olduğundan, bu normalarla nəzərdə tutulmadığından, cavabdeh inzibati orqanın iddiaçının yaşayış ünvanına qeydiyyata alınmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunsa da, etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 133 nömrəli, xx.xx.2011-ci il tarixli “Ayrılmış mənzillərin rəsmiləşdirilməsi haqqında” Sərəncamından çıxarışa əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 15 oktyabır 2009cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli yaşayış binasının açılışı olmuşdur. Həmin binadan 43 mənzil AR ƏƏSMN-nın 26 sentyabr 2009-cu il tarixli 11/7-129Ü №-li əmri ilə yaradılmış komissiyanın 10 oktyabr 2009-cu il tarixli qərarından çıxarışına (surəti əlavə olunur) əsasən Suraxanı rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsində olan imtiyazlı şəxşlərə ayrılmışdır. Lakin 2009-cu ilin oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq hüquqi aktı təsdiq edilmədiyindən ayrılmış mənzillərin rəsmiləşdirilməsini bu günə qədər təmin etmək mümkün olmamış və yaranmış vəziyyət vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur. Mənzillərə orderin verilməsi ilə əlaqədar vətəndaşların Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına və RİH-ə etdikləri çoxsaylı müraciətləri nəzərə alınaraq məsələnin həlli məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 2272 №-li cavab məktubuna əlavə olunaraq RİH-ə göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 3/75-R59 saylı rəyində 2009-cu ilin oktyabrın 1-dək verilən yaşayış sahələrinin orderlə, bu tarixdən sonra isə yaşayış sahələrinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq olunanadək yerli icra hakimiyyəti orqanlarının sərəncamı ilə (gələcəkdə müvafiq müqavilənin bağlanması şərti ilə) rəsmiləşdirilməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Qeyd olunanlara, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 2272 №-li məktubuna əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 3/75-R59 saylı rəyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011ci il tarixli 06/17-6-1305 saylı məktubuna istinad edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış komissiyanın 10 oktyabr 2009-cu il tarixli qərarından çıxarışı nəzərə alınması, ayrılmış mənzillərin aşağıdakı şəxslərin adlarına rəsmiləşdirilməsi: vətəndaş X1 rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 59 №-li sərəncamına əsasən 6 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu, 2 qızı: X10 -özü, 1968; X5 - arvadı, 1968; X8 - qızı, 1990; X9 - oğlu, 1991; X11 - oğlu, 1995; X6 - qızı, 2000) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və hazırda Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, 16 №-li evində qeydiyyatdadır. ƏƏSMN-də yaradılmış komissiyanın təklifi ilə Hovsan qəsəbəsində inşa edilmiş 14 a №-li evin, yaşayış sahəsi 44,52 kv.m. olan, 2 otaqlı, 28 №-li mənzili Qarabağ müharibəsi əlili H.Ə.Rəhimova ayrılması; Hovsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 a №-li evin, yaşayış sahəsi 44,52 kv.m. olan, 2 otaqlı, 28 №-li mənzili aşağıdakı ailə tərkibi ilə X3 adına (gələcəkdə sosial kirayə müqaviləsi bağlanılmaq şərti ilə) rəsmiləşdirilməsi qərara alınmışdır. H.Ə.Rəhimov ailə üzvüləri ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsindən çıxarılması, Sərəncamdan çıxarışın H.Ə. Rəhimova çatdırılması aparatın Ümumi şöbəsinə həvalə edilməsi, yuxarıda adları qeyd olunan, vətəndaşlarla gələcəkdə sosial kirayə müqaviləsinin bağlanılması 103 saylı MKİS-ə tapşırılması, Sərəncamda adları qeyd olunan vətəndaşların pasport qeydiyyatına alınması Suraxanı rayon Polis İdarəsinə tapşırılması qərara alınmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə əlil və şəhid ailələri üçün Suraxanı rayonu ərazisində inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 26 sentyabr 2009-cu il tarixli 11/7-129ü nömrəli əmrlə yaradılmış komissiyanın 10 oktyabr 2009-cu il tarixli iclasının Qərarından çıxarışa əsasən Suraxanı rayonu üzrə X12 – Y. Suraxanı qəsəbəsi, Oktyabr küçəsi, ev 16 2 qrup əlillik səbəbi və qrupu QMƏ, ailə tərkibi – 6 nəfər, növbəyə dayanma tarixi – xx.xx.1995-ci il, mənzil şəraiti barədə məlumat: ailə tərkibi 6 nəfərdir (özü, h/yoldaşı, 2 qızı, 2 oğlu) atasına məxsus 3 otaqlı sahəsi 49,3 kv.m. olan həyət evində 11 nəfər qeydiyyatda olmaqla 11 nəfər yaşayır, həyət evi kommunal şəraitsiz və təmirsizdir, ev kürsülüdür, 2 yerə bölünüb, 1-ci hissədə 1 otaq və dəhliz, əlilin öz ailəsi, digər 1 otaqda anası, həyətdə ayrıca tikilmiş 1 otaqda isə qardaşının ailəsi yaşayır, övladlarından ikisi əlildir, ayrılan otaqların sayı və sahəsi 2 otaqlı – ümumi sahəsi: 87,85 kv.m.; faydalı sahəsi: 44,52 kv.m.; mərtəbəsi və mənzilin nömrəsi: 1 mərtəbə, mənzil № 28. - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 096-5216F- 1222 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, onun hal-hazırda yaşadığı ünvan 4 ünvanının hüquqi sənədi olmadığından həmin ünvana qeydiyyata almaq mümkün deyildir. Odur ki, onun aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. -Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********88 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E. Qasımov küçəsi, ev 14 A, 28 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. X2 adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, iddiaçı faktiki olaraq yaşadığı ünvan 2 ünvanına qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə ona imtina edilmişdir. Avropa Məhkəməsinin presedent hüququnda “mənzil” anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X14rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X13rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 15 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və Şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli yaşayış binasının açılışı olmuşdur. Həmin binadan 43 mənzil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26 sentyabr 2009-cu il tarixli 11/7-129 nömrəli əmri ilə yaradılmış komissiyanın 10 oktyabr 2009-cu il tarixli qərarına əsasən Suraxanı Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsində olan imtiyazlı şəxslərə ayrılmışdır. Həmin imtiyazlı şəxslərdən biri də iddiaçının İ Qarabağ müharibəsində yaralanaraq əlil olmuş həyat yoldaşı X10 olmuşdur. Həyat yoldaşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 59 nömrəli sərəncamına əsasən 6 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış komissiyanın təklifi ilə Hövsan qəsəbəsində inşa edilmiş 14 A nömrəli evin, yaşayış sahəsi 44,52 kv.m. olan, 2 otaqlı, 28 nömrəli mənzili Qarabağ müharibəsi əlili H.Ə.Rəhimova ayrılması qərara alınmışdır. Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, nömrəli sərəncamından çıxarışın müvafiq bəndinə əsasən sərəncamda adları qeyd olunan vətəndaşların pasport qeydiyyatına alınması Suraxanı rayon Polis İdarəsinə tapşırılmışdır. İddiaçı faktiki olaraq həmin mənzildə yaşayır. Məhkəmə hesab edir ki, iddiaçının faktiki olaraq yaşadığı yerdə deyil, başqa yerdə qeydiyyatda olması dövlət və cəmiyyətdə maraqlarının gəcələkdə pozulmasına səbəb ola bilər. Belə ki, gələcəkdə həmin şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrasına cəlb edilməsi məqsədilə ilə axtarıldıqda qeydiyyatda olduqları yerdə yaşamadıqları üçün müəyyən çətinliklər yarana bilər. Məhz bu halların yaranmaması üçün iddiaçının təkcə öz maraq və mənafeləri üçün deyil, həm də dövlət və cəmiyyətin maraqları üçün faktiki yaşadıgı yerdə qeydiyyatda olması məqsədə və qanunamüvafiqdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 5 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı yaşadıgı ünvan 5 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7476/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7476/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver