Məhkəmə qərarları › İş №2-1(112)-748/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-748/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-748/2020 28.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Şirəliyev Məzahir Tacı oğlunun (Bakı şəhərində qeydiyyatdadır,fərdi sahibkar), cavabdehin nümayəndəsi Heydərli Orxan Çingiz oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı Şirəliyev Məzahir Tacı oğlunun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi) qarşı borcun olmadığını nəzərə alaraq xx.xx.2019-cu il tarixli **********360700 nömrəli qərarın ləğv edilməsi tələbi haqqında inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirəliyev Məzahir Tacı oğlu cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə(indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun olmadığını nəzərə alaraq xx.xx.2019-cu il tarixli **********360700 nömrəli qərarın ləğv edilməsi tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2014-cü il tarixli, **********752310 nömrəli qərarı əsasında iddiaçıdan 645 manat 03 qəpik borc məbləğinin tutulması üçün cavabdeh Abşeron rayon İcra və Probasiya Şöbəsinə “Tələbin icraya yönəldilməsi haqqındaxx.xx.2019-cu il tarixli, **********360700 nömrəli qərarı təqdim etmişdir. Halbuki iddiaçı həmin borcu 2015-ci ildə tam ödəmişdir. Cаvаbdеh Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vergi orqanının xx.xx.2014-cü il tarixli, **********720348 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövr əhatə edilməklə fiziki şəxs İddiaçı növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2014-cü ildə başlanmış, xx.xx.2014-cü ildə başa çatdırılmış,nəticəsi **********026751075 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticələrinə görə ümumilikdə 1973.0 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 1026.50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Həmçinin vergi orqanı tərəfindən xx.xx.2014-cü il tarixli, **********752310 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılaraq vergi ödəyicisinə 1973.0 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 1026.50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Borclu İddiaçı tərəfindən vergi orqanı tərəfindən borcun ödənilməsi barədə” xx.xx.2019-cu il tarixli, **********360700 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarla iddiaçıdan tələb olunan 645.03 manat məbləği xx.xx.2014-cü il tarixli, **********752310 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar üzrə hesablanmış maliyyə sanksiyasından qalan ödənilməmiş məbləğdən ibarətdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi O.Heydərli iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiası qismən əsaslıdır. İddiaçının şəxsiyyət vəsiqəsinə və fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və vergi ödəyicisi kimi qeydiyyatdadır. Cavabdehin **********360700 №-li, xx.xx.2019-cu il tarixli “Tələbin icraya yönəldilməsi haqqında” qərarına əsasən iddiaçının 645,03 manat vergi borcu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar olan vergi orqanının xx.xx.2014-cü il tarixli, **********752310 nömrəli qərarı xx.xx.2019-cu ildən icraya yönəldilmişdir. 2 saylı Ərazi Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********752310 nömrəli, xx.xx.2014-cü il tarixli qərarına əsasən iddiaçıya 2013-cü il üçün ödəmə mənbəyində tutulan verginin 1973 manat azaldılmasına görə 986,50 manat, 2013-cü il üçün vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir, 2013-cü ilin İ rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 1973 manat ödəmə mənbəyində vergi əlavə hesablanmışdır. Vergi orqanı tərəfindən təqdim edilmiş Şirəliyev Məzahir Tacı oğlu barədə tərtib edilmiş şəxsi hesab vərəqəsində edilmiş qeydlərə əsasən xx.xx.2014-cü ildə səyyar vergi yoxlamasının nəticəsinə görə 2013-cü ilin İ rübü üçün 1973 manat vergi hesablanmış, həmin məbləğlə bağlı 986,50 manat və 40,00 manat maliyyə sanksiyası hesablanmışdır, xx.xx.2015-ci il tarixli qeydə əsasən xx.xx.2015-ci il tarixli qətnaməyə əsasən 914,03 manat borc qeyd edilmişdir, əmlaka yönəldilən məbləğ üzrə vərəqədə xx.xx.2015-ci il tarixli qətnaməyə əsasən 914,03 manat məbləğdən 131,06 manat, 37,31 manat, 100,00 manat azalmalar olmuş, yekun məbləğ xx.xx.2015-ci il tarixə 645,66 manat qeyd edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-161/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən 2 saylı Ərazi Vergilər Departamenti iddiaçıya qarşı cavabdehin xx.xx.2014-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 1877,47 manat məbləğində pul vəsaitinin ödənilməsinin təmin edilməsi məqsədilə 1990 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia qaldırmışdır, qeyd edilən qətnamə ilə iddia təmin edilmiş, iddiaçının siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclərin, dövlət büdcəsinə olan 1877 manat 47 qəpik məbləğində vergi borcunun və 10 manat məblğində dövlət rüsumunun tutulması qət edilmişdir. Ödəniş qəbzlərinə və bank çıxarışlarına əsasən iddiaçı xx.xx.2014-cü ildə 1000 manat maliyyə sanksiyasını, xx.xx.2014-cü ildə 500 manat səyyar vergi yoxlamasına əsasən hesablanmış maliyyə sanksiyasını, xx.xx.2015-ci ildə 300 manat maliyyə sanksiyasını,xx.xx.2015-ci ildə 250,0 manat maliyyə sanksiyasını,xx.xx.2015-ci ildə səyyar vergi yoxlaması nəticəsində hesablanmış 100 manat məbləğini,xx.xx.2015-ci ildə səyyar vergi yoxlaması ilə bağlı hesablanmış 69 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-161/2015 nömrəli, xx.xx.2015-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında icra məmurunun təqdimatının təmin edilməsi barədə qərardadı”na əsasən Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-2(85)-161/2015 nömrəli icra vərəqəsi xx.xx.2015-ci ildə icraya yönəldilmiş və həmin qətnamə iddiaçı tərəfindən tam icra olunduğu üçün həmin qətnaməyə dair icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edilən sənədlərdən müəyyən etmişdir ki, iddiaçı vergi ödəyicisidir, xx.xx.2014-cü ildə cavabdeh tərəfindən iddiaçıya 1973 manat ödəmə mənbəyində vergi əlavə hesablanmış, 986,50 manat, 40 manat və 40 manat olmaqla cəmi 1066,50 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2 saylı Ərazi Vergilər Departamenti iddiaçıya qarşı cavabdehin xx.xx.2014-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 1877,47 manat məbləğində pul vəsaitinin ödənilməsinin təmin edilməsi məqsədilə 1990 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırmış, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin qiyabi qətnaməsi ilə həmin iddia təmin edilmiş, sonradan iddiaçı tərəfindən vergi borcu tam ödənildiyi üçün qeyd edilən qətnamə üzrə verilmiş icra vərəqəsi üzrə icraata xitam verilmişdir.Sonradan cavabdeh yenidən xx.xx.2014-cü il tarixli qərar üzrə borcun tam ödənilməməsi ilə bağlı iddiaçıdan (xx.xx.2019-cu il tarixli, **********360700 nömrəli qərar əsasında)645,03 manat vergi borcunun ödənilməsini tələb etmişdir.Odur ki, iddiaçı cavabdehin 645,03 manat vergi borcunun ödənilməsinə dair tələbin icraya yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********360700 nömrəli qərarının ləğv edilməsini tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia)... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərinə əsasən iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Cavabdeh tələbin icraya yönəldilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********360700 nömrəli qərarın əsası kimi vergi orqanının **********752310 №li, xx.xx.2014-cü il tarixli qərar üzrə hesablanmış vergi borcunun iddiaçı tərəfindən 645 manat 03 qəpik hissəsində ödənilməməsi kimi göstərilmişdir. Lakin iş materiallarından göründüyü kimi iddiaçı **********752310 №li, xx.xx.2014cü il tarixli qərar üzrə bütün borcunu ödəmişdir, işin bu halı təqdim edilmiş ödəniş qəbzləri, eyni zamanda həmin qərar üzrə borcun tutulması barədə qəbul edilmiş məhkəmə qətnaməsi üzrə icra icraatına xitam verilməsi haqqında qərardadla təsdiqlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Şirəliyev Məzahir Tacı oğlunun iddiası təmin edilməli, 645,03 manat vergi borcunun tutulması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin(indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi) “Tələbin icraya yönəldilməsi haqqında “ xx.xx.2019-cu il tarixli, **********360700 nömrəli qərarı ləğv edilməlidir Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32, 34-cü, 68-ci,69-cu, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ : İddia təmin edilsin. İddiaçı Şirəliyev Məzahir Tacı oğlundan 645,03 manat vergi borcunun tutulması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin(indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi) “Tələbin icraya yönəldilməsi haqqında “xx.xx.2019-cu il tarixli, **********360700 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar