Məhkəmə qərarları › İş №2-1(112)-7481/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7481/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7481/2021 01.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi, yaranmış fərqin bidəfəlik ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyası hüquququnun yarandığı dövrdən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ona birdəfəyə hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Belə ki, iddiaçının əmək kitabçası olmadığından ona əmək pensiyası təyin edilməmişdir. Onun əmək kitabçası işlədiyi 26 komissar kolxozunda naməlum səbəbdən itmişdir. Lakin o işlədiyi müəsissələrdən müvafiq arayışları cavabdeh orqana təqdim etmişdir. O 1971-ci ildən 1978-ci ilədək Qax Kolxozlararası tikinti idarəsində fəhlə işləmişdir. Həmin təşkilatın arxiv sənədləri isə 2000-ci ildə təbii fəlakət (yanğın) nəticəsində məhv olmuşdur. Bundan əlavə o 1978-ci ildən 1998-ci ilədək 26 komissar kolxozunda kolxozçu işləmişdir. Yuxarıda qeyd olunan səbəblərə görə iddiaçı DSMF-nun Zaqatala rayon Filialına müraciət etsə də, həmin idarədən ona 26.08.2020-ci il tarixdə saylı məktub ünvanlanaraq yuxarıda qeyd olunan hərəkətləri həyata keçirməkdən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ““əmək hüququnun yarandığı dövrdən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə hesablanaraq ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunar əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmı: pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatın imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sosial sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur, Həmin Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı 1971-ci ildən 1978-ci ilədək Qax Kolxozlararası tikinti idarəsində fəhlə işlədiyini, 1978-ci ildən 1998-ci ilədək “26 komissar kolxozu”nda kolxozçu işlədiyini iddia edir. İş materiallarından da məlum olduğu kimi iddiaçının əmək kitabçası mövcud deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən 01.01.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının 1971-ci ildən 1978-ci ilədək keçmiş Qax Kolxozlararası tikinti idarəsində işlədiyi təsdiq edən yeganə sənəd "xxxx" X6 Cəmiyyətinin Qax “Aqrartikinti" filialının 12 nömrəli 15.12.2015-ci il tarixli müvafiq arayışıdır. Həmin arayışa əsasən İddiaçı 1971-ci ildən 1978-ci ilədək keçmis Qax Kolxozlararası tikinti idarəsində fəhlə islədiyi qeyd olunmuşdur. Arayışda əks olunmuş məlumatlara əsasən 2000-ci ildə bas vermiş təbii fəlakət nəticəsində filialın bütün rəsmi sənədləri məhv olmuşdur. Eyni zamanda is materiallarında Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Qax ravon bölməsinin 320 nömrəli 01.09.2020-ci il tarixli arayışı mövcuddur ki, həmin arayışa əsasən İddiaçı 31.05.1977-ci il tarixdən 10.06.1979-cu il tarixədək Sovet ordusunda hərbi xidmət etmişdir. Göründüyü kimi İddiaçı Sovet ordusunda hərbi xidmətdə oldudu dövrdə '‘Azəraqrartikinti” X7 Cəmiyyətinin Qax “Aqrartikinti" filialı iddiaçının orada fəhlə işləməsinə dair arayış vermişdir ki, bu isə həmin arayışın saxta olduğunu sübut edir. X5 Sosialist Respublikası ərazisində xidmətdə olduğu dövrdə Qax Kolxozlararası tikinti idarəsində işləməsi mümkün deyildir. Bununla yanası is materiallarında iddiaçının 1978-ci ildən 1998-ci ilədək “26 Komissarlar kolxozu”nda kolxozçu işləməsinə dair Qax rayon Dövlət Arxivinin 179/1 nömrəli 26 08 2020-ci ıl tarixli arxiv arayışı mövcuddur. Eyni hal Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş sözügedən arayışda da öz əksini tapır. Belə ki, Qax ravon Dövlət Arxivinin 179/1 nömrəli 26.08.2020ci il tarixli arxiv arayışında iddiaçının 1978-ci il tarixdə 79 əmək günü qazandığı qeyd edilmişdir, İddiaçının 31.05.1977-ci il tarixdən 10.06.1979-cu il tarixədək Sovet ordusunda hərbi xidmət etdiyi dövrün Qax rayonu Sarıbaş kənd “26 komissar kolxozu”nda kolxozçu işləməsi ilə üst-üstə düşməsi arxiv arayışındakı qeydlərin şübhəli olduğunu təsdiq edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Qax rayon İcra Hakimiyyəti Sarıbaş kənd inzibati ərazi dairəsi tərəfindən verilən 13 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Cumayev X1 qeydiyyatdadır və yaşayır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi tərəfindən verilən 01 sentyabr 2020-ci il tarixli 320 saylı Arayışdan görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı həqiqətən 31 may 1977-ci il trixdən 10 iyun 1979-cu il tarixəək Sovet ordusunda xidmət etmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax rayon İcra Hakimiyyəti Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş 26 avqust 2020-ci il tarixli 179/1 saylı arxiv arayışından görünür ki, Qax rayon Sarıbaş kənd “26 komissar” kolxozun “Kolxoçunun əmək stajı və qazancının uçotu” və “Kolxozçunun qazançının uçotu kitabı” na əsasən İddiaçı əmək haqqı və iş stajının 1978-ci il tarixdən 1998-ci il tarixədək olduğu qeyd edilmişdir. -Azərbaycan Respublikası "xxxx" ATSC Qax “Aqrartikinti” filialı tərəfindən verilmiş 15 dekabr 2015-ci il tarixli, 12 saylı Arayışdan görünür ki, Qax rayon Cəlayir kənd sakini İddiaçı 1971-ci ildən 1978-ci ilədək Qax “Aqartikinti” filialında fəhlə işləmişdir. 2000-ci ildəki təbii fəlakət nəticəsində filialın bütün rəsmi sənədləri məhv olmuşdur. Göründüyü kimi iddiaçı hazırki tələblə bağlı ilk öncə cavabdeh inibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 19 dekabr 2020-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Qax rayon filialınan daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmədıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Təqdim edilən sənədlərə əsasən iddiaçının əmək kitabçası olmadığı bldirilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 01 iyul 2019-cu il tarixdən 01 iyul 2020-ci il tarixədək kişilərin yaş həddi 64 yaş 6 ay müəyyən olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, pensiya yaşı 17 iyun 2020-ci ildə tamam olmuşdur. Hazırki halda iddiaçı onun pensiya təyin edilməsi üçün tələb olunan azı 25 ildən artıq sığorta stajına malik olmasının işləmiş olduğu müəssisələr tərəfinən verilən arayışlarla və arxiv arayışı ilə təsdiq edildiyinə istinad edərək ona pensiya təyin edilməsindən imtina edildiyi əsası ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ümumi iş stajının 27 ildən çox olmasının təşkil etdiyini göstərsə də, lakin aparılmış araşdırma nəticəsində iddiaçının 25 ildən artıq sığorta stajına malik olması öz təsdiqini tapmamışdır. Hazırki halda cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının 1971-ci il tarixdən 1978-ci il tarixədək keçmiş Qax Kolxozlararası tikinti idarəsində işlədiyini təsdiq edən "xxxx" X6 Cəmiyyətinin Qax “Aqrartikinti" filialı tərəfindən verilən 12 nömrəli 15.12.2015-ci il tarixli müvafiq arayışa əsasən keçmis Qax Kolxozlararası tikinti idarəsində fəhlə islədiyi halda, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi tərəfindən verilən arayışa əsasən 31.05.1977-ci il tarixdən 10.06.1979-cu il tarixədək Sovet ordusunda hərbi xidmətdə olması halıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X4 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Göründüyü kimi iddiaçı sosial sığorta stajının 25 ildən artıq müddəti təşkil etdiyini iddia etməkdədir. Halbuki işin araşdırılan hallarına əsasən iddiaçının "xxxx" ATSC Qax “Aqrartikinti” filialında fəhlə olaraq işlədiyi illər ilə, hərbi xidmətdə olduğu illərin üst-üstə düşdüyü müəyyən edilməkdədir. Belə olan halda məhkəmə qeyd edir ki, qeyd olunan arayışın mötəbərliyinə əsaslı şübhələr yarandığından süzügedən arayış sübut kimi qiymtləndirilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasınının itirilməsi səbəbindən qeyd olunan illər üzrə əmək fəaliyyətini təsdiq edən məhkəmə qərarı, yaxud mötəbərliyi şübhə doğurmayan müvafiq arayışlar iddiaçı tərəfindən nə inzibati icraat zamanı, nə də məhkəmə araşdırması zamanı təqdim edilmədiyindən, cavabdehin imtinasında qeyd etdiyi dəlillər əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan minimum sosial sığorta stajına malik olması sübuta yetirilmədiyindən, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar