Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7482/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 61 yaş 1 ayının tamam olduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə Şəki rayonunda doğulmuşdur. İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər 134 №-li Texniki Məktəbdə orta ixtisas üzrə təhsil almışdır. İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1984cü ilə qədər Bakı Dəniz Limanında talman şagirdi, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər talman, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər qatar tərtibçisi, xx.xx.1994-cü ildən xx.xx.2002-ci ilə qədər atıcı, xx.xx.2002-ci ildən xx.xx.2015-ci ilə qədər yanğına qarşı profilaktika təlimatçısı vəzifəsində işləmiş, xx.xx.2015-ci ildən hazırkı vaxta qədər isə qatar tərtibçisi vəzifəsində işləyir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitbçası ilə yanaşı iş yerindən verilmiş xx.xx.2022-ci il tarixli, İRD 017 №-li arayış ilə də öz təsdiqini tapmışdır. Qeyd edilən arayışda iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərara müvafiq olaraq həmin siyahının 21.4 yarımbölməsinin “qatar tərtibçiləri” peşəsinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 14 il 06 ay 21 gün təşkil etdiyi qeyd edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********1 №-li cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi 2 hal əsas göstərilmişdir: 1. iddiaçının işlədiyi “qatar tərtibçisi” peşəsinin sahəvi uyğunsuzluğunun olması, yəni iddiaçı dəniz nəqliyyatında işlədiyindən dəmiryol nəqliyyatında qeyd olunan zərərli peşələrin ona aid olmaması; 2. iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi. Cavabdeh inzibati orqanın imtinası əsassızdır. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasından görünür ki, o, yalnız zərərli iş stajını və sığorta kapitalını ınübahisələndirmişdir. Yəni cavabdeh inzibati orqan iddiaçının minimum 25 il ümumi iş stajı faktını qəbul etmişdir. Əmək kitabçasının iş yerindən təsdiq edilmiş surətindən, rus dili hissəsinin Azərbaycan dilinə notarial qaydada tərcümə ilə təsdiq edilmiş surətindən, iş yerindən verilmiş arayışdan hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının 61 yaş 1 ayı tamam olan tarixə, yəni xx.xx.2022-ci ilə qədər 40 il 9 ay 10 gün ümumi iş stajı mövcuddur. İddiaçının əmək fəaliyyətinə nəzər yetirdikdə görünür ki, həmin əmək fəaliyyətinin əksər hissəsi sovet dövrünə düşmüş müstəqillik illərindəki əmək fəaliyyəti isə dövlət müəssisələri təşkil edir. İddiaçının tələb olunan 25 illik ümumi iş stajı yaranmışdır. İddiaçı nəqliyyat sahəsində “qatar tərtibçisi” peşəsində işləyib və işləyir. “Qatar tərtibçiləri” peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənzidə çalışan neftçilərə yaşa görə güzşətli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın Nəqliyyat bölməsinin “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsinin 23001000-18726 koduna və AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş siyahının 21.4-cü Bölməsində qeyd olunmuşdur. Cavabdeh inzibati orqan iddiaçının dəniz nəqliyyatı sahəsində əmək fəaliyyətini həyata keçirdiyini bəyan etsə də nəzərə almaq lazımdır ki, "xxxx" QSC təkcə dəniz daşımaları ilə deyil, həmçinin avtomobil və dəmiryolu daşımalarını həyata keçirir. Belə ki, QSC-nin ərazisində təxminən 35 km-dək uzunluğa malik dəmiryolları, eləcə də qovşaqlar və yol ayrıcları mövcuddur. Bütün bu sahənin idarə edilməsində isə digər mütəxəssislər ilə yanaşı iddiaçının da əməyi mövcuddur. Yəni iddiaçının peşə funksiyaları və icra etdiyi işlər sırf dəmiryol nəqliyyatı sahəsinə aiddir. Cavabdeh inzibati orqanın yalnız iddiaçının işlədiyi müəssisənin adını əsas götürməklə onun peşəsinin sahə uyğunsuzluğuna istinad etməsi məntiqli olmamışdır. Bu əsasdan iddiaçının işlədiyi sahə zərərli peşəyə aid edilməlidir. Göründüyü kimi iddiaçının xx.xx.2022-ci ilə qədər, yəni 61 yaş 1 ayına qədər ümumilikdə 12 il 06 ay 3 gün zərərli iş stajı mövcuddur. Cavabdeh inzibati orqan hesab edir ki. hazırda iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün gensiya kapitalının aşağı həddi 46 080,00 manat təşkil etdiyi halda iddiaçının pensiya kapitalı cəmi 43 346,30 manat təşkil etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə müəyyən edilmiş hesablamalarda yanlışlığa yol verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları əsasında aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2022-ci ilə qədər fərdi şəxsi hesabında 26 956,78 manat pensiya kapitalı mövcuddur. Eyni zamanda iddiaçının xx.xx.2006-cı ilə qədər istehlak qiymətləri indeksinin illik səviyyəsi də nəzərə alınaraq indeksləşdirmə aparılmaqla 20 041,23 manat pensiya kapitalı mövcuddur. Həmin məbləğləri hesabladıqda isə ümumilikdə 46 998,23 manat (20 041,23+26 957= 46 998,23 manat) pensiya kapitalı yaranır. Göründüyü kimi cavabdeh inzibati orqanın 2-ci imtina əsası da düzgün olmamışdır. Bütün bu sadalananlardan belə müəyyən olunur ki, iddiaçının tələb olunan 25 il ümumi, 12 il 06 ay zərərli iş stajı mövcud olmasına baxmayaraq DSMF orqanı tərəfindən ona güzəştli şərtlərlə 61 yaş 1 ayının tamam olduğu tarixdən pensiya təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı 16 fevral 2022-ci il tarixdə cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin Filial tərəfindən 16 mart 2022-ci il tarixli **********1 nömrəli məktubda təqdim edilmiş sənədlərə əsasən, güzəştli iş stajının olmaması, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixədək Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər,incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd etməyi zəruri hesab edilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-in 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin 21.4-cü bəndində (Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) qatar tərtibçiləri vəzifəsi nəzərdə qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Lakin təqdim edilmiş sənədlərdə İddiaçı xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixdən hazırki tarixədək "xxxx" QSC-də qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Digər tərəfdən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 46080,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43346,30 manat təşkil edir. Məhz buna görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Yuxarıda sadalananları nəzərə alaraq İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1982-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1983-cü illərdə 134 saylı texniki məktəbində təhsil almış (diplom B 699932), xx.xx.1984-cü ildə Bakı Dəniz Limanında 1 №-li yük rayonuna meşə limanında talman şagirdi işinə qəbul olunmuş, xx.xx.1984-cü ildə imtahanın verilməsindən sonra həmin yerdə talman hesab olunmuş, xx.xx.1986-cı ildə 2 №-li istehsalat-yükləmə kompleksində talman keçirilmiş, xx.xx.1988-ci ildə İB 10 №-li lokomotiv briqadasına qatar tərtibçisi keçirilmiş, xx.xx.1991ci ildə İB strukturunun dəyişməsi ilə əlaqədar mexanizasiya üzrə 2 №-li yük rayonunun 5ci dərəcəli 10 №-li lokomotiv briqadasının qatar tərtibatçısı hesab olunmuş, xx.xx.1994-cü ildə Hərbi Mühafizə dəstəsinə sınaq müddətinə 2-ci dərəcəli atıcı keçirilmiş, xx.xx.1994cü ildə sınaq müddətinin bitməsi ilə 2-ci dərəcəli atıcı hesab olunmuş, xx.xx.2002-ci ildə Yanğına qarşı profilaktika təlimatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə yanğına nəzarət və yanğından mühafizə sektoruna keçirilmiş, xx.xx.2015-ci ildə Əsas yük terminalı mexanizasiya sahəsinə qatar tərtibatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci ildə İnzibati xidmət, təmir-tikinti və texniki xidmət departamenti, Mühəndislik və mexanizasiya sahəsinə qatar tərtibatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu ildə Liman əməliyyatları departamenti, Əməliyyata dəstək sahəsi, Dəmiryol qrupuna qatar tərtibatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə Liman əməliyyatları departamenti, Liman yüklər terminalına həmin vəzifədə keçirilmişdir. Hal-hazırda Liman əməliyyatları departamenti, Ümumi yüklər terminalında qatar tərtibatçısı vəzifəsində çalışır (xx.xx.2022-ci il tarixli qeydə əsasən). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 8099,08 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 40939,66 manat olmaqla cəmi pensiya kapitalı 49038,74 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixindən bugünədək "xxxx" QSC-də qatar tərtibatçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildirilir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45360,00 manat məbləğində hesablanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 173485 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 21-ci abzasında nəzərdə tutulmuş qatar tərtibçisi peşəsi üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X2”nda təsbit edilmişdir. Qeyd edilir ki, ADY-də keçirilmiş iş yerlərinin attestasiyasının nəticəsinə əsasən təhlükəli və zərərli istehsal amillərinə - əmək şəraitində həyati təhlükəli gərginlik amilinin yüksək olması, 10 kq-dan artıq yükün yerinin dəyişdirilməsi, işləyən zaman gövdənin əyilməsi, habelə açıq hava şəraitində davamlı olaraq işlərin görülməsinə görə sözügedən peşə üzrə əmək funksiyalarının icrası əmək şəraiti zərərli və ağır olan işlərdən hesab olunur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 2/02- 09/658 nömrəli məktubunda bildirilmişdir ki, Cəmiyyətin işçisi İddiaçı ilə bağlı tələb edilən məlumatlar aşağıda nəzərinizə çatdırılır: İddiaçı xx.xx.1984-cü ildə Bakı Dəniz Limanında (indiki "xxxx" QSC) 251/л tarixli əmrə əsasən 1 saylı Meşə liman yük rayonuna talman şagirdi vəzifəsinə işə qəbul edilmiş və çalışdığı dövr ərzində aşağıdakı vəzifələri icra etmişdir: 1. 918/л saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən talman vəzifəsinə keçirilmişdir; 2. 524/л saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən mexanizasiya istehsalat kompleksinin 10 saylı lokomotiv briqadasına 3-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 3. 823/л saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən mexanizasiya istehsalat kompleksinin 10 saylı lokomotiv briqadasına 3-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 4. 930/л saylı xx.xx.1989-cu il tarixli əmrə əsasən 4-cü dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 5. 2123/л saylı xx.xx.1990-cu il tarixli əmrə əsasən 10 saylı briqadaya 5-ci dərəcəli qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 6. 131/k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən sınaq müddəti ilə 2-ci dərəcəli atıcı vəzifəsinə keçirilmişdir; 7. 6/4-703 saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən 2-ci dərəcəli atıcı vəzifəsinə keçirilmişdir; 8. 84/k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən 1-ci dərəcəli yanğına qarşı profilaktika təlimatçısı vəzifəsinə keçirilmişdir; 9. 118 saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən yanğına nəzarət və yanğıdan mühafizə sektoruna keçirilmişdir; 10. 97/k saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən Əsas yük terminalının mexanizasiya sahəsinə qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 11. 1/021 saylı xx.xx.2017-ci il tarixli əmrə əsasən İnzibati xidmət, təmir-tikinti və texniki xidmət departamenti, Mühəndislik və mexanizasiya sahəsinə qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 12. 1/178 saylı xx.xx.2019-cu il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti, Əməliyyata dəstək sahəsi, Dəmiryol qrupuna qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 13. 1/272 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən Liman əməliyyatları departamenti, Ümumi yüklər terminalına qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir; 14. Hal-hazırda Liman əməliyyatları departamenti, Ümumi yüklər terminalında qatar tərtibatçısı vəzifəsində çalışır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında 28 saylı bölmənin (kod 23000000-Nəqliyyat) 1-cü bəndinə (kod 23001000 - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) əlavə edilən “qatar tərtibçiləri” (kod 23001000—18726) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında 21 saylı bölmənin 21.4 bəndinə əlavə edilən “qatar tərtibçiləri” qeydlərinə görə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ümumi iş stajı 14 il 9 ay 24 gün təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 212475 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ADY-nin strukturuna daxil olmadığı üçün İddiaçı sözügedən müəssisədə işlədiyi qatar tərtibçisi peşəsi üzrə işlərin xüsusiyyətləri haqqında məlumatımız mövcud deyildir. Bu səbəbdən, İddiaçı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də işlədiyi qatar tərtibçisi peşəsinin Dəmiryol Nəqliyyatı sahəsinə aid edilərək, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısında nəzərdə tutulan sahə və vəzifə koduna aid edilib- edilməməsi və ADY-də müvafiq peşədə işləyən və həmin peşəyə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik şəxslərin peşələri ilə (zərərlilik xüsusiyyətləri nəzərə alınmaqla) bərabər hesab edilibedilməməsinin müəyyənləşdirilməsi imkan xaricindədir. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə sizin xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixindən bugünədək "xxxx" QSC-də qatar tərtibatçısı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə yuxarıda qeyd olunan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Bundan başqa sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 46080,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 43346,30 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxan inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasının əsası iddiaçının tələb olunan güzəştli iş stajının olmaması və fərdi hesabında qeydə alınmış pensiya kapitalının pensiya təminatına imkan verməməsi ilə bağlı olmuşdur. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilmir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 60 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçının hərbi bilet, əmək kitabçasına əsasən xx.xx.1980-xx.xx.1982-ci ilədək hərbi xidmət dövrü, xx.xx.1982-xx.xx.1983-xx.xx.1984xx.xx.2021-ci ilədək (60 yaşı tamam olduğu tarixə) əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumi iş stajı 39 il 08 ay 06 gün təşkil edir. Beləliklə, iddiaçının ümumi iş stajı qanunla tələb olunan 25 il ümumi iş stajından çoxdur. Cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45360,00 manat məbləğində hesablandığı halda fərdi hesabında qeydə alınmış kapital 49038,74 manat təşkil edir. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiaysı təyini üçün pensiya kapitalı ilə bağlı tələb olunan şərt ödənilir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-703/20 nömrəli İcmal Məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq laızmdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır”. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün onun xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2015-ci il tarixindən bugünədək "xxxx" QSC-də qatar tərtibatçısı kimi işlədiyi müddətin güzəştli pensiya hüququ verən sahəyə aid edilməsi istisna olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə dəmiryolu nəqliyyatına deyil, Liman əməliyyatları departamentinə aid olmuşdur. Belə ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin verdiyi arayışa əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında iddiaçının işlədiyi əsas sahə liman əməliyyatlları departamenti, işlədiyi vəzifə ümumi yük terminalında işləyən qatarların qatar tərtibatçısı hesab olunur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahılarında qeyd edilən sahə üzrə həmin adda peşələrin mövcudluğu müəyyən olunmur. Sözügedən peşə yalnız həmin “Siyahı”nın “Nəqliyyat” (XXVİİİ) bölməsinin 23001000 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsində 23001000—18726 kodu altında qatar tərtibçiləri peşəsi güzəştli pensiya hüququ verən göstəricilər sırasında təsbit olunmuşdur ki, iddiaçının işlədiyi sahə isə bilavasitə dəmiryol nəqliyyatı sahəsi deyildir. Beləliklə, iddiaçının işlədiyi sahə ilə “Siyahı”da mübahisələndirilən peşələr üzrə güzəştli pensiya hüququnu nəzərdə tutan sahələr bir-birindən fərqlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə əldə edilmiş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 173485 nömrəli məktubunda sadalanan Dəmiryol nəqliyyatında 23001000—18726 kodu altında qatar tərtibçiləri peşələrində çalışan işçilərin yerinə yetirdiyi işlərin zərərli hesab edilməsinin xüsusiyyətləri sırasında 10 kq-dan artıq yükün yerinin dəyişdirilməsi, açıq hava şəraitində davamlı olaraq işlərin görülməsi nəticəsində yaranan iş gərginliyinin yüksək səviyyəsi xüsusiyyətləri göstərilmişdir. Qeyd edilən bu xüsusiyyətlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin təqdim etdiyi limanda qatar tərtibatçısı vəzifəsinin əmək funksiyaları ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, Azərbaycan Dəmir Yolları QSC-də qatar tərtibçisi işləyən şəxslərin məruz qaldığı zərərli iş xüsusiyyətləri ticarət limanında qatar tərtibatçısı işləyən işçinin vəzifə təlimatına uyğun olaraq məruz qaldığı zərərli iş xüsusiyyətləri ilə eyniliyi müəyyən olunmur. Bundan əlavə, qeyd olunmalıdır ki, oxşar işlər üzrə istehsal sahəsi fərqli olub lakin dəmiryol nəqliyyatında sadalanan vəzifə adları ilə eyni olan peşələrdə çalışmış şəxslərin pensiya təyinatı ilə bağlı məhkəmə təcrübəsində də iddia edilən zərərli peşələrin Siyahıda “sahə” uyğunluğu məsələsinin bilavasitə zəruriliyi qeyd edilmişdir. Belə ki, “Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk” zavodunun dəmiryol sexində maşinist köməkçisi və lokomativ maşinisti kimi işlədə çalışan «H.H.H» oğlunun oxşar iddia tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)1313/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, «...iddiaçının icra etdiyi «iş, peşə və vəzifə» onun bilavasitə çalışdığı zavoda istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut (iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə normativ aktda (Siyahıda) bilavasitə nəzərədə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı uyğunluğu (eyniliyi) təsdiq edən vəzifə təlimatları və s.) yoxdur. İddiaçının əsaslandığı - işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar və iddiaçının əmək kitabçasında qeyd olunan istehsalat sahəsində və işdə /vəzifədə çalışması faktının özünü təsdiq edir, lakin barəsində qeyd olunan iş, peşə, vəzifələr və onların icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq etmir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Beləliklə mübahisələndirilən Bakı Dəniz Limanında qatar tərtibatçısı peşələrinin sahə uyğunsuzluğu səbəbindən 2 №-li Siyahının “Nəqliyyat” bölməsində təsbit olunan göstəricilərə aid edilməsi istisna edilir. Belə olan halda iddiaçının 12 il 6 ay xüsusi stajı mövcud olmadığından güzəştli şərtlərlə pensiya hüququ da yaranmır. Beləliklə, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7482/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7482/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver