Məhkəmə qərarları › İş №2-1(112)-7482/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7482/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7482/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki sənədin verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanında yerləşən 1 (bir) mərtəbəli vahid tikilinin fərdi yaşayış evi kimi qeydiyyata alınmasına, evin və yerləşdiyi 495,6 kv.m-dən ibarət torpaq sahəsinin (tikintialtı + həyətyanı sahə) mülkiyyət hüquqları ilə vahid əmlak şəklində (tikili + 495,6 kv.m. torpaq sahəsi şəklində) daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılaraq buna dair ona çıxarışın və texniki sənədin verilməsinin cavabdeh orqana həvalə edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fin tipli yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur, hüququ qeydiyyata alınıb, buna dair Çıxarışı vardır (çıxarışın surəti əlavə olunur). Ev hal hazırda bir mənzildən ibarətdir, fərdidir, digər qonşularla bir dam altında deyildir, müstəqildir, özünün ayrıca hasarı və hasar daxilində 495,6kv.metrlik torpaq sahəsi vardır. Həmin yaşayış sahəsini o, beş nəfərdən ibarət birgə mülkiyyətçilər olan, Ermənistandan (Qərbi Azərbaycandan) qaçqın düşmüş Əliyevlər ailəsindən almışdır (müqavilənin surəti əlavə olunur). Əliyevlər ailəsinin həmin evə yerləşməsi, pasport qeydiyyatına alınmaları və qanuni sahiblik/istifadə etmələri ilə bağlı Nizami RİH tərəfindən sərəncam da verilmişdir. Belə ki, Nizami RİH başçısının xx.xx.1989-cu il tarixli, 9/1192 nömrəli sərəncamı ilə X17 ailə üzvləri - övladı- X22.gəlini və həmçinin, nəvələri ilə birlikdə həmin ünvana qeydiyyata alınmış, onların evdən istifadə hüquqları tanmmışdır. Sərəncamın nəticə hissəsində pasport qeydiyyatına alınacaq yaşayış sahəsinin ünvanı "Paruşin küçəsi 58" ünvanı kimi göstərilmişdir. Çünki, yaşayış sahəsi tək tikilidən, tək evdən ibarət idi. Həmin vaxtdan 2022-ci il tarixinə kimi qaçqın statuslu Əliyevlər ailəsi həmin evdə yaşamış, oranın sahibi olmuş, oradan yaşayış sahəsi kimi istifadə etmişlər. Ev 495,6 kv.m. torpaq sahəsi içində/sərhədləri daxilində olmuşdur. Yəni, tikintialtı və həyətyanı sahənin ümumi ölçüsü 495,6 kv.m olmuşdur, bu ölçü indi də qalmaqdadır. 1992-ci il tarixində mənzillərin özəlləşdirilməsi haqqında qanunun qəbulundan sonra Əliyevlər ailəsi də evlərini mənzil statusu ilə özəlləşdirmiş və mülkiyyət hüququ əldə etmişlər. Belə ki, xx.xx.1997-ci il tarixində Mənzil İstismar Sahəsi ilə kirayə müqaviləsi bağlanaraq evdən istifadə mənzil qanunvericiliyinə müvafiq olaraq rəsmiləşdirilib. Həmin müqavilədə yaşayış sahəsi mənzil kimi deyil, "ev” kimi, "R.Teymurov küçəsi ev 58" qeyd edilib. Müqavilə bağlandıqdan sonra ev hüquqi qeydiyyata alınaraq özəlləşdirilib və X6 adına tərtib olunmuş qeydiyyat vəsiqəsi verilmişdir (qeydiyyat vəsiqəsinin surəti əlavə olunur). Qeydiyyatı aparılmış sözügedən evin MH seriyalı, 103509 nömrəli Qeydiyyat vəsiqəsində də yaşayış sahəsi "R.Teymurov küçəsi ev 58(fin evi)" kimi qeyd edilmişdi. Həmçinin, özəlləşmə üçün MİS tərəfindən tərtib olunan sxemdə də yaşayış sahəsi evkimi, "R.Teymurov 58,fin evi" şəklində qeyd edilmişdir (sxem əlavə olunur). Çünki, yaşayış sahəsi tək tikilidən ibarət olmuşdur. Bakı ŞİH başçısı aparatının keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi xx.xx.2003-cü il tarixli arayışdan görünür ki, "77 və MHQ İdarəsinə X1 yaşadığı R.Teymurov kiiçəsi, 58 saylı evin 1 №-li mənzilini 1 forma üzrə sənədləşdirilməsi üçün müraciət etmişdir. Mühəndis tərəfindən yerində yoxlama zamanı aşağıdakılar aşkar olunmuşdur: Mənzil Fin tiplidir, 495,6 m2 torpaq sahəsində yerləşir. Həyətdə (5,5x3,6)+(5,6^<3,6)=z40,2 m2 ölçüdə yaşayış otaqdan, (1,5x2,4)+ +(1,5*2,4)=7,2 m2 ölçüdə dəhliz, (2,7x2,2)=5,9 m2 - hamam, (1,4x1,0)=1,4 m2 - ayaqyolu tikilib.". Arayışdan görünür ki, yaşayış sahəsi fin tiplidir, 495,6 m2 torpaq sahəsində yerləşir. Bakı ŞİH başçısı aparatından Nizami RİH başçısına ünvanlanmış xx.xx.2003-cü il tarixli, 2-687 nömrəli məktubdan görünür ki, Ermənistan Respublikasından gəlmiş qaçqın X10 yaşadığı evi sənədləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirməsi üçün Nizami RİH-nin Bakı ŞİH-ə ünvanlanmış məktubuna baxılmışdır. "Araşdırma zamanı təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Ş.Əliyev həqiqətən Erm. Resp. gəlmiş qaçqın ailəsidir ve onlar məlum hadisələrlə əlaqədar olaraq 1989-cu ildə Erm. Respublikasından qaçqın düşmüş və oradakı evlərini Bakı şəhərinə, erməni millətindən olan G.Martirosovla dəyişmiş və həmin müddətdən qeyd olunan evdə daimi pasport qeydiyyatında olmaqla yaşayırlar. 1997-ci ildə sözii gedən ev Ş.Əliyevin mərhum anası X6 adına sənədləşdirilərkən həyətdə olan tikililər tam sənədləşdirilməmişdir. Bu səbəbdən Ş.Əliyev mütəmadi müraciətlər edərək Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına əsasən evinin tam sənədləşdirilməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq Ş.Əliyevin yaşadığı evin Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən tam sənədləşdirilməsinə BŞİH-ti etiraz etmir və xahiş olunur bu barədə müvafiq tədbirlər görülsün. Göründüyü kimi, Bakı ŞİH evin tam sənədləşdirilməsinə/sənədləşmənin tam şəkildə aparılmasına etiraz etmədiyini bildirmişdir. Məlumdur ki, tam dedikdə, burada tikili, həm də torpaq sahəsi nəzərdə tutulmuşdur. Çünki, həmin zaman qüvvədə olan 22 avqsut 2001-ci il tarixli Fərmanda (7 və 8-ci bəndlərdə) deyilirdi ki, "...1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. 8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin". Məhz, Bakı ŞİH orqanının razılıq məktubundan sonra (/72m//7 zaman Bakı şəhərində torpaq ayrıma səlahiyyəti, torpaqların faktiki vəziyyətində vətəndaşların adına rəsmiləşdirilməsinə icazə verilməsi səlahiyyəti Bakı ŞİH-də idi) Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı 10 dekabr 2003-cü il tarixli 645 saylı sərəncam vermiş, sərəncamla evin mövcud taktiki vəziyyətində sənədləşdirilməsi, ilkin olaraq yerli icra hakimiyyəti orqanında rəsmiləşdirilməsi aparılmışdır. Sərəncamda deyilirdi ki, "X1 Bakı şəhər Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edərək R.Teymurov kiiçəsi 58 saylı evin 1 nömrəli mənzilini 1 saylı forma üzrə sənədləşdirilməsini xahiş etmişdir. Tİ və MHO İdarəsinin mühəndisi tərəfindən yerində texiniki baxış keçirilərkən aşağıdakı dəyişikliklər qeyd olunmuşdur. Mənzil fin tiplidir, 495,6 m2 torpaq sahəsində yerləşir. Həyətdə (5,5x3,6)+(5,6x3,6)-40,2 m2 ölçüdə yaşayış otağından, (1,5x2,4)+(1,5x2,4)=7,2 m2 ölçüdə dəhliz (2,7x2,2)-5,9 m2 hamam, (1,4x1,0)- 1,4 m2 ayaqyolu tikilmişdir. Araşdırma zamanı təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Ş.Ə.Əliyev Ermənistan Respublikasından gəlmiş qaçqın ailəsidir və onlar məlum hadisələrlə əlaqədar olaraq 1989-cu ildə Ermənistan Respublikasından qaçqın düşmüş, oradakı evlərini Bakı şəhərinə dəyişmiş və həmin müddətdən qeyd olunan evdə daimi pasport qeydiyyatında olmaqla yaşayırlar. Bu məsələ ilə əlaqədar Bakı şəhər İcra hakimiyyəti Ə-687 saylı xx.xx.2003-cü il tarixli məktubla qeyd olunanları nəzərə alaraq Ermənistan Respublikasından gəlmiş qaçqın ailəsi Ş.Əliyevin yaşadığı evin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən tam sənədləşdirilməsinə razılıq bildirilmiş ve müvafiq tədbir görülməsi xahiş olunmuşdur.” Sərəncamın nəticə hissəsində isə göstərilirdi ki, "l.Vət. X12 1989-cu ildən dəyişmə yolu ilə R.Teymurov küçəsi 58/1 №-li fin tipli evdə yaşadığını nəzərə alaraq vaxtı ilə inşa olunmuş yuxarıda göstərilən əlavə tikililər onun adına rəsmiləşdirilsin. Göründüyü kimi yaşayış sahəsi sərəncamın nəticə hissəsində "ev" kimi qeyd edilmişdir. Bundan əlavə, yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü də sərəncamda əks olunmuş, bunun 495,6kv.m. olduğu əks etdirilmişdir. Yəni, yaşayış sahəsinin mənzil kimi deyil, faktiki və hüquqi olaraq ev kimi qeydiyyata alınması əks olunmuşdur. Belə ki, əgər mənzil hansısa binanın tərkib hissəsi kimi faktiki istifadə vəziyyətində sənədləşdirilsə idi, o halda mənzilin həyətyanı sahəsinin sərəncamda qeyd edilməsinə gərək yox idi. Yaşayış sahəsinin tikililəri ev kimi qeydiyyata alındığı üçün, tikilinin həyətyanı sahəsinin ölçüsü də göstərilmişdir. Həmin sərəncamın qəbulundan sonra ev vərəsəlik qaydasında X12 adına sənədləşdirilərkən verilmiş xx.xx.2004-cü il qeydiyyat tarixli ÖM seriyalı 169490 nömrəli Qeydiyyat Vəsiqəsində də evin ünvanı "ünvan 4r boş saxlanmış, mənzilin nömrəsi göstərilməmişdir. Bu da onunla bağlı olmuşdur ki, qeydiyyat orqanı yaşayış sahəsini ev kimi qəbul etmişdir. Evlə birlikdə torpaq sahəsi də yaşayış sahəsinin tərkib hissəsi kimi A.N.Əliyevanın qanuni istifadəsinə (əslində) mülkiyyətinə verilib. Daha sonra, A.N.Əliyeva evini mənzil kimi özəlləşdirmiş, vəfatından sonra varisi olan oğlu evi öz adına keçirmiş və ona satmışdır. Evin mülkiyyətinə keçməsi ilə torpaq sahəsi də qanuni sahiblik və istifadəsinə keçmişdir. Hal-hazırda da isə rəsmi və hüquqi olaraq iddiaçının sahiblik və istifadəsindədir. 09 noyabr 1991-ci il tarixdə qəbul edilmiş və 25 iyun 1999-cu ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 34-cü mad. əsasən, “Tikiliyə, qurğuya mülkiyyət hiiququ başqasına keçərkən həmin obyektin müvafiq torpaq sahəsinə mülkiyyət hüququ da keçir. Tikiliyə, qurğuya mülkiyyət hüququ bir neçə mülkiyyətçiyə keçdikdə onların tikili, qurğu üzərində mülkiyyət paylarına uyğun olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququ da keçir. 1964-cü ildən 1999-cu ilədək qüvvədə olan Mülki Məcəlləsinin 132-ci maddəsinə əsasən, “Şəhərlərdə və şəhər tipli qəsəbələrdə tikintiyə olan mülkiyyət hüququ birindən digərinə keçərkən,evin yanındakı torpaq sahəsindən istifadə hüququ da evi əldə edənə keçir... ”. Alqı-satqıdan sonra evini qeydiyyata aldırarkən ona ilkin olaraq ünvan 5 ünvan altında çoxlu kənar şəxslərin qeydiyyatda olmasını nəzərə alınaraq, ünvanların qarışmaması üçün yeni ünvan (məsələn 58A və ya 58B) verilməsinə dair ərizə ilə 1 saylı BƏİ-yə müraciət etmişdir. Lakin ona ev 58A və ya 58B ünvanı verilməsi əvəzinə, ünvan 6şdir. Halbuki, ev bir mənzildən ibarətdirsə, mənzilin qeyd edilməsinə zərurət yoxdur, həmin yaşayış sahəsi elə "ev” statusundadır. Yəni, bir yaşayış sahəsinə eyni zamanda 2 status (həm ev, həm də mənzil adı) verilməsi qanunvericiliyə uyğun deyildir. Mənzil evdən törəmədir. Evin tərkib hissələri 2 və daha çox olduqda, həm də mülkiyyətçilər fərqli şəxslər olduqda tərkib hissələrini mənzil kimi qeydiyyata almaq olar. Lakin ev bir mənzildən ibarətdirsə, bu halda qanunvericliyə görə yaşayış sahəsi "ev” kimi qeyd edilməlidir. Bu barədə cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh ərizəsini cavablandırmamışdır. Göründüyü kimi mülkiyyətində olan mənzilin istifadəsində olan həyətyanı sahəsinin ölçüsü də məhz yuxanda qeyd edilən qanunvericilik aktı ilə müəyyən edilən ölçüyə müvafiqdir. Həm sovet qanunvericiliyi, həm də müstəqillik əldə edildikdən sonra qəbul edilmiş qanunvericilik aktları mənzil və s. yaşayış sahəsi mülkiyyətçiləri üçün həyətyanı torpaq sahəsinə malik olma imkanını müəyyən etmişdir ki, bu da onların öz mənzil, yaşayış, istirahət hüquqlarının həyata keçirilməsi, bu hüquqların təminatı ilə bağlıdır. Cavabdeh inzibati orqanın hüququnun qeydiyyatından imtina etməsi (hərəkətsizlik etməsi) qanunvericiliyə müvafiq deyil. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, ev 58 ünvanındakı 495,6 kv.m torpaq sahəsi daxilində yerləşən birmərtəbəli evin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq adına müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, ev 58 ünvanında yerləşən 1 №-li mənzilin (ev 58, mənzil 1) - (birmərtəbəli evin) fərdi yaşayış evi kimi qeydiyyata alınması və evin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılaraq iddiaçının adına müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023- cü il tarixli, **********82 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş, o cümlədən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman arxiv texniki pasportuna əsasən A tikilisinin sökülərək yerində tikintialtı sahəsi 188,5 kv.m olan 1 mərtəbəli tikili inşa edildiyi, həmçinin B tikilisinin 1, 3 saylı yerləşkələrinin söküldüyü müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İddiaçı xx.xx.2024-cü il tarixli yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, eyni texniki xarakterikstikada olan mənzil tipli tikililərin fərdi yaşayış evi kimi qeydiyyata alınması ilə bağlı inzibati mübahisələr üzrə inzibati məhkəmə orqanlarının artıq formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur. Sonuncu məhkəmə iclasında oxşar işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarının təqdim olunması müzakirəsi nəzərə alınaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından görünür ki, iddiaçının istifadəsində olan tikili mənzil adlansa da, faktiki olaraq fərdi yaşayış sahəsidir, digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət tikilidir. Nəzərə alınmalıdır ki, sözügedən yaşayış sahəsi təyinatı üzrə ayrıca giriş-çıxış qapısından, həyətyani sahədən, yaşayış və köməkçi tikililərdən ibarət olmaqla fərdi müəyyən edilmiş birmərtəbəli fərdi yaşayış evi kimi istifadə olunur. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin praktikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınmış olması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxsin həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində hüquqlarının yaranması müəyyən olunur. Bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-3003/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mənzil hesab edilməsi üçün onun çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanı olmalıdır, xxxx 2018-ci il tarixli texniki pasporta görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38, mənzil 1-də yerləşən 1 mərtəbəli yaşayış sahəsi hər hansı bir çoxmənzilli binanın tərkibində olmamaqla yanaşı, ayrıca tikili olan fərdi yaşayış evi kimi inşa olunmuş, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirməmiş, zamnışaD« əmlakın dövlət reyestri haqqında« Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina etmiş, qeyd olunan mənzildə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsində olmuş, buna dair sərəncam, texniki pasport iş materiallarına əlavə edilmişdir. Ali Məhkəmənin 2-1(102)-1601/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Ali Məhkəmənin 2-1(102)-42/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsi müvafiq sənədlərdə mənzil kimi qeyd olunsa da, əslində həm işə əlavə olunmuş sənədlərdən, həm işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından, həm də mənzilin və onun yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətindən görünür ki, üzərində hüququn qeydiyyata alınmasının tələb olunduğu torpaq sahəsində əlahiddə olaraq yalnız həmin mənzil mövcuddur və həmin mənzil təcrid olunmuş ayrıca fərdi yaşayış evidir. Həmin ünvanda hər hansı başqa mənzilin, yaşayış sahəsinin mövcud olduğu iş üzrə materiallardan görünmür. Cavabdeh tərəfindən də belə bir halın mövcudluğuna istinad edilməmiş və bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Mənzilin çoxmənzilli evdə müstəqil yaşayış sahəsinə və ayrıca girişə malik olduğu, bir və ya bir neçə otaqdan və müxtəlif təyinatlı yardımçı sahələrdən ibarət olduğu da nəzərə alındıqda, istinad olunan sənədlərdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin mənzil kimi qeyd olunmasına rəğmən, həmin mənzil hazırki mübahisəyə münasibətdə fərdi yaşayış evi kimi qiymətləndirilməli və qəbul edilməlidir. Ali Məhkəmənin 2-1(102)-2788/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il il tarixli qərarında qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi işin materiallarına, o cümlədən, mütəxəssis rəyinə istinadla haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk küçəsi 8 ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fəri yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən yaşayış sahəsi çoxmənzilli binada yerləşmir. Başqa sözlə, həmin yaşayış sahəsi Mənzil Məcəlləsinin 13.3-cü maddəsinin deyil, yaşayış evinə aid edilən 13.2- ci maddəsinin tələblərinə uyğundur. Ali Məhkəmənin 2-1(102)-293/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)- 931/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cü il tarixli qərarında oxşar mövqedən çıxış edilmişdir. İddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək hesab edirik ki, sözügedən tikili mənzil yox, faktiki olaraq fərdi yaşayış sahəsidir. Bu daşınmaz əmlak torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdədir, bununla da əmlakın xidməti təyinatının məhz fərdi yaşayış evi olması müvafiq olaraq müəyyən olunur ki, bu da hazırki mərhələdə mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin, o cümlədən də həyətyani sahənin ümumi paylı mülkiyyətdə olmadığını, əksinə təcrid olunmuş tikili olduğundan, yalnız iddiaçının faktiki sahibliyində və istifadəsində olduğunun göstəricisidir. Mövcud olan vahid məhkəmə təcrübəsini qüvvədə olan qanunvericiliyin müddəaları ilə birgə təhlil edərsək, belə qənaətə gəlinir ki, iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyindən mənzil kimi qeydiyyatın aparılması qanunvericiliyin tələblərinə uyğun olmamış, fərdi yaşayış evi kimi aparılmalı olan qeydiyyat düzgün olmayaraq mənzil formasında aparılmışdır. AA seriyalı 311406 saylı xx.xx.2014-cü il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü il tarixdən Zəngilan rayonundan məcburi köçkündür (hazırda müvəqqəti məskunlaşdığı ərazi: Nizami rayonu). Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2022-ci il) ünvan 8 mənzil 1 İddiaçı xüsusi mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş MH seriyalı 103509 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri R.Teymurov küçəsindəki 58 №-li yaşayış evi (f/ev) X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 879 nömrəli reyestr kitabının 132079-cu səhifəsində 30/132079 qeydə alma nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış 30/3191 saylı xx.xx.2003-cü il tarixli məktubda bildirilmişdir ki, Tİ və MHQ İdarəsinə X1 yaşadığı R.Teymurov küçəsi, 58 saylı evin 1 №-li mənzilini 1 forma üzrə sənədləşdirilməsi üçün müraciət etmişdir. Mühəndis tərəfindən yerində yoxlama zamanı bunlar aşkar olunmuşdur: Mənzil Fin tiplidir, 495,6 m2 torpaq sahəsində yerləşir. Həyətdə (5,5x3,6)+(5,6x3,6)=40,2 m2 ölçüdə yaşayış otaqdan, (1,5x2,4)+ +(1,5x2,4)=7,2 m2 ölçüdə dəhliz, (2,7x2,2)=5,9 m2 - hamam, (l,4xl,0)=l,4 m2 - ayaqyolu tikilib. Bu barədə qanunauyğun müvafiq tədbir görülməsi xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış Ə-687 saylı xx.xx.2003-cü il tarixli məktubda bildirilmişdir ki, Ş.Əliyev həqiqətən Erm. Resp. gəlmiş qaçqın ailəsidir və onlar məlum hadisələrlə əlaqədar olaraq 1969-cu ildə Ermənistan Respublikasından qaçqın düşmüş və oradakı evlərini Bakı şəhərinə, erməni millətindən olan G.Martirosovla dəyişmiş və həmin müddətdən qevd olunan evdə dair pasport qeydiyyatında olmaqla yaşayırlar. 1997-ci ildə sözügedən Ş.Əliyevin mərhum anası X7 adına sənədləşdirilərkən həyətda olan tikililər tam sənədləşdirilməmişdir. Bu səbəbdən Ş.Əliyev mütənıadi müraciətlər edərək Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına əsasən evinin tam sənədləşdirilməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq Ermənistan Respublikasından gəlmiş qaçqın ailəsi Ş.Əliyevin yaşadığı evin Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına əsasən tam sənədləşdirilməsinə BŞİH-ti etiraz etmir və bu barədə müvafiq tədbir görülməsi xahiş olunur. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 645 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən vətəndaş Şahin oğlu Əliyevin 1989-cu ildən dəyişmə yolu ilə R.Teymurov küçəsi 58/1 №-li evin fin tipli evdə yaşadığını nəzərə alaraq vaxtilə inşa olunmuş əlavə tikililər onun adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-2197/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən 1925-ci ildə anadan olmuş və 1952-ci ildə Ermənistan Respublikası Vardanis rayonunda vəfat etmiş X5 Şahin Əli oğlunun doğma atası olma faktı, 1924-cü ildə anadan olmuş və 2002-ci ildə Bakı şəhərində vəfat etmiş X2 Şahin Əli oğlunun doğma anası olması faktı müəyyən edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş ÖM seriyalı 169490 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri R.Teymurov küçəsindəki 58 №-li yaşayış evi X11 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 879 nömrəli reyestr kitabının 132079-cu səhifəsində 30/504 qeydəalma nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. X4, X8, X14, X15 və X9 ilə İddiaçı arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 8 İddiaçı satılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-18704/2024 **********04 saylı xx.xx.2024-cü il tarixli məktub ilə ünvan 8 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X11 vərəsələri X4, X8, X14, X15 və X3r. xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi X16r. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-52-13-7/1- 321/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, ünvan 9 ünvanı inzibati ərazi bölgüsünə əsasən Birliyin balansında deyildir. Müvafiq ünvan dislokasiyaya əsasən ünvan 10i Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 120 saylı Mənzil Kommunal İstismar Sahəsinə aiddir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2788/2023 nömrəli iş üzrə 15 dekabr 2023-cü il tarixli qərarına uyğundur. Həmin hüquqi mövqe bu qərarda ifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 28-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; - 148-ci maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında« Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Azərbaycan Respublikası Mülki Məcəlləsin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsindən: Maddə 12. Mənzil hüququnun obyektləri 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Maddə 13. Yaşayış sahələrinin növləri 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 12.Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 645 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Şahin oğlu Əliyevin 1989-cu ildən dəyişmə yolu ilə R.Teymurov küçəsi 58/1 №-li evin fin tipli evdə yaşadığını nəzərə alaraq vaxtilə inşa olunmuş əlavə tikililər onun adına rəsmiləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş MH seriyalı 103509 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri R.Teymurov küçəsindəki 58 №-li yaşayış evi (f/ev) X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 879 nömrəli reyestr kitabının 132079-cu səhifəsində 30/132079 qeydə alma nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. X4, X8, X14, X15 və X9 ilə İddiaçı arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 8 İddiaçı satılmışdır. Həmin sənədlərin məzmunundan da göründüyü kimi, ünvan 8 ünvanındakı daşınmaz əmlak “yaşayış evi” kimi göstərilmiş, məhz evin əvəzsiz mülkiyyətə verilməsi qərara alınmışdır. Mənzil Məcəlləsinin 13-cü maddəsinin yuxarıda qeyd olunan müddəalarına əsasən, qanunverici yaşayış sahələri kimi yaşayış evini və mənzili fərqləndirmişdir. Belə ki, həmin Məcəllənin: - 13.2-ci maddəsinə görə, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir; - 13.3-cü maddəsinə görə, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, ev 58 ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fəri yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən yaşayış sahəsi çoxmənzilli binada yerləşmir. Başqa sözlə, həmin yaşayış sahəsi Mənzil Məcəlləsinin 13.3cü maddəsinin deyil, yaşayış evinə aid edilən 13.2-ci maddəsinin tələblərinə uyğundur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, ev 58 ünvanında yerləşən 1 №-li mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi, ev 58 ünvanında yerləşən 1 №-li mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar