Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7484/2021 13.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər X29 və X35) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X13 və X19 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X25 ilə bağladığı 14.10.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X25 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evini ünvan 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10342/2018 saylı, 19.09.2018-ci il tarixli qətnaməsinə əsasən göstərilən mənzildə əvvəllər qeydiyyatda olmuş Həsənova (Cavadova) Şəlalə Hafiz qızının Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, mənzil 34 ünvanında yerləşən mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmiş və o, həmin mənzildən çıxarılmışdır. 14.10.2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı zamanı Həsənova (Cavadova) Şəlalə Hafiz qızı mənzildə qeydiyyatda qalsa da Bakı şəhəri 5 saylı ASAN Xidmət mərkəzində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10342/2018 saylı, 19.09.2018-ci il tarixli qətnaməsinə baxaraq alqısatqını rəsmiləşdirdilər. 23.09.2020-ci il tarixində iddiaçı Həsənova (Cavadova) Şəlalə Hafiz qızının ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. 31.10.2020-ci il tarixində Suraxanı Rayon Polis İdarəsi tərəfindən iddiaçının ərizəsinə cavab olaraq Həsənova (Cavadova) Şəlalə Hafiz qızının soyadının Cavadovaya dəyişməsi səbəbi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10342/2018 saylı, 19.09.2018-ci il tarixli qətnaməsinin icrasının gecikdirildiyi bildirilmiş və Həsənova (Cavadova) Şəlalə Hafiz qızı ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmışdır. Lakin iddiaçı 06.04.2021-ci il tarixində 4 saylı ASAN Xidmət mərkəzindən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış aldığı zaman Həsənova (Cavadova) Şəlalə Hafiz qızının himayəsində olan 27.11.2018-ci il təvəllüdlü X13 və 16.05.2011-ci il təvəllüdlü X19 ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmadığını aşkar etmişdir. X13 və X19 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı 05.04.2021-ci il tarixində Suraxanı Rayon Polis İdarəsinə yenidən müraciət etmişdir. Suraxanı Rayon Polis İdarəsi tərəfindən 26.04.2021-ci il tarixində onun ərizəsinə cavab olaraq məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Aşağıda göstərilənlərə əsasən X13 və X19 ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 14.10.2019-cu il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həsənova (Cavadova) Şəlalə Hafiz qızının həmin mənzilə olan istifadə hüququna xitam verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10342/2018 saylı, 19.09.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Həsənova (Cavadova) Şəlalə Hafiz qızının himayəsində olan 27.11.2018-ci il təvəllüdlü X13 və 16.05.2011-ci il təvəllüdlü X19 iddiaçının evində pasport qeydiyyatında olması səbəbindən o, mülkiyyət hüququnu tam sərbəst həyata keçirə bilmir. Odur ki, X13 və X19 pasport qeydiyyatından çıxarılması məqsədi ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi X13 və X19 iddiaçının evindən pasport qeydiyyatından çıxarılmasından əsassız olaraq imtina etmişdir. Odur ki, X13 və X19 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. 27.11.2018-ci il təvəllüdlü X29 və 16.05.2011-ci il təvəllüdlü X3 (Cavadova) Şəlalə Hafiz qızının himayəsindədirlər. 27.11.2018-ci il təvəllüdlü X29 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10342/2018 saylı, 19.09.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra anadan olub və qətnamənin icrası gecikdirildiyi üçün ananın qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınıb. 16.05.2011-ci il təvəllüdlü X35 isə 14 yaşına çatmadığı üçün qanuni nümayəndəsinin qeydiyyatda olduğu yer üzrə qeydiyyata alınmalıdır. İddiaçı bildirir ki, X29 və X35 ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildə yaşamırlar. X13 və X19 mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə ümumi məhkəmələrdə iddia qaldırmaq mümkün deyil. Belə ki, göstərilən şəxslərin mübahisəli evə pasport qeydiyyatı formal xarakter daşıyır və bu səbəbdən də onların həmin evə istifadə hüququ yaranmayıb. Evə istifadə hüququ olmayan şəxsin evdən istifadə hüququna xitam verilməsi tələbini ümumi məhkəmədə irəli sürmək isə mücərrəddir. Tərəflər arasında yaranmış mübahisə yalnız inzibati icraat qaydasında həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7484/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qərardadı ilə X29 və X35 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 12.07.2021-ci il tarixli, 096-18629-1221 nömrəli məktubunda iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada üçüncü şəxslərin məlum olan qeydiyyat ünvanlarına məhkəmə bildirişi göndərilmiş, bildirişin olduğu poçt zərfi “bu ünvanda yaşamır” qeydi ilə poçt xidməti tərəfindən geri qaytarılmışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin qanuni nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 29.07.2020-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, X30, X29 və X35 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 06.04.2021-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, X29 və X35 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş AN-İ № ******* nömrəli, 14.10.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X25 ünvan 1 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə verir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. 13-cü maddəsinə görə satıcı X25 14.11.2019-cu il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, 34 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 26.10.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10342/2018 saylı, 19.09.2018-ci il tarixli qətnaməsi ilə X10 apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8713/2016 saylı iş üzrə 27 oktyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçı X10 cavabdehlər X37, X7, X20, X31 və X21 qarşı "yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddiasının təmin edilməsi, X26, X14İunun, X8, X15 və X16 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları, X26 X17 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, “tələb edilərək öyrənilmiş notariat işinin materiallarından müəyyən olunmuşdur ki, ünvan 1 X26 mülkiyyətində olmuş, 31.03.2016cı il tarixdə o, həmin mənzili iddiaçıya 30.000 manata satmaq istədiyi barədə notariat kontoruna ərizə ilə müraciət etmiş, mənzildə qeydiyyatda olan X11, X20, X31 və X32 mənzilin satılmasına və müqavilədə nəzərdə tutulmuş müddətdə oranı tərk etməklə qeydiyyatdan çıxacaqlarına dair yazılı razılıq ərizələri vermiş, mənzilin dəyəri notariusun depozit hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdehlər iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanarkən üzərlərinə mənzildən istifadə hüquqlarından imtina ilə bağlı öhdəlik götürmüşlər və məhz bu səbəblə kollegiya hesab edir ki, onların iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzildə hüquqi əsaslar olmadan istifadə hüquqlarına sahib şəxslər kimi qalması, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxmaması nəticəsində iddiaçı öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur”. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin verdiyi 05.07.2021-ci il tarixli, 6ÜŞ-15282/21 nömrəli arayışdan görünür ki, iddiaçı X10 cavabdehlər X37 və qeyrilərinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2(103)-10342/2018 saylı qətnaməsi 25 fevral 2019-cu il tarixindən qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 03.10.2020-ci il tarixli, 096-22586İ-1220 nömrəli məktubunda bildirilmişdir ki, sizin Suraxanı Rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə İdarənin Qeydiyyat məsələləri bölməsində baxılmışdır. Araşdırma zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10342/2018 saylı işi üzrə 19.09.2019-cu il tarixli qətnaməsinin qət etdi hissəsində olan vət. X21 aid məlumatlarda vətəndaşın soyadında olan uyğunsuzluq qətnamənin icra edilməməsinə səbəb olmuşdur. Yanlışlıq səbəbi ilə qərardad QMB-si tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin 31.05.2021-ci il tarixli arayışına əsasən X30 ünvan 1 ünvanında qeydiyyatda yoxdur, 01.04.2021-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 07.07.2021-ci il tarixli, 018-9787-1221 nömrəli məktubunda bildirilmişdir ki, 16.05.2011-ci il təvəllüdlü X35 08.10.2017-ci il və 27.11.2018-ci il təvəllüdlü X29 19.12.2019-cu il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmin məktuba əlavə edilmiş adları qeyd olunan şəxslərin qeydiyyata alınmasına əsas olan sənədlər aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikasının 16 yaşına çatmamış vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi haqqında 05.10.2017-ci il tarixli ərizə-anketə əsasən şəxsiyyət vəsiqəsi sahibi: X35, anası: Həsənova Xəyalə, atası: Kərimov Fərhad, yaşayış yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, 34 saylı mənzildir. -02.09.2014-cü il tarixdə verilmiş AZ-İİİ № 355112 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X35 16.05.2011-ci ildə Ağdaş rayonunda doğulmuşdur. Atası: X18, anası: X22r. -29.01.2019-cu il tarixdə verilmiş AZ-İV № 235120 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X29 27.11.2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası: X33, anası: X23r. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin verdiyi 14.07.2021-ci il tarixli, 096-18848- 1221 nömrəli məktubunda bildirilmişdir ki, vət. X29 və X19 qeydiyyata alınmasına əsas olan sənədlər haqqında məlumat almaq üçün “ASAN Xidmət” mərkəzinə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 12.07.2021-ci il tarixli, **********74 nömrəli məktubda bildirilmişdir ki, X13 və X1 mənzildə istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 1, 34 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlər aşağıdakılardan ibarətdir: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, 34 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 29.10.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -05.02.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X7 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, 34 saylı mənzili hədiyyə alan X26 mülkiyyətinə verir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, 34 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X26 adına daşınmaz əmlakın dövlət reyestrində 04.03.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -AN-İ № ******* saylı, 31.03.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X37 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, 34 saylı mənzili alıcı X12 mülkiyyətinə verir. Həmin müqavilənin 8-ci maddəsinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. 13-cü maddəsinə görə satıcı X37 30.05.2016cı il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, 34 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 22.06.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 26.04.2021-ci il tarixli, 096-10298İ-1221 nömrəli məktubunda bildirilmişdir ki, sizin Suraxanı RPİ-nə ünvanladığınız müraciətinizə əsasən İdarənin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılmışdır. Nəzərinizə çatdırılır ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, siz aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlisiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Eyni zamanda müəyyən olunur ki, yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı 26.10.2019-cu il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 1, 34 saylı mənzilin mülkiyyətçisidir. O, mənzili X9 14.10.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. X25 isə sözügedən mənzili 31.03.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X2 almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-10342/2018 saylı, 19.09.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X12 iddiası əsasında X26, X14İunun, X8, X15 və X16 ünvan 6 ünvanında yerləşən mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmişdir. Hazırda İddiaçı mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmalarını tələb etdiyi üçüncü şəxslər X29 və X35 mənzilin əvvəlki mülkiyyətçisi olmuş X26 ailə üzvləri olan və məhkəmə qətnaməsi ilə mənzilə istifadə hüquqlarını itirmiş X15 və Həsənova (Cavadova) Şəlalə Hafiz qızının azyaşlı övladlarıdır, üçüncü şəxslər hazırda sözügedən ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X6 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da onlar hazırkı mülkiyyətçinin ailə üzvləri deyillər, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Üçüncü şəxs olan azyaşlıların valideynləri X31 və X30 iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatda deyillər, həmin mənzildə faktiki yaşamırlar, onların həmin mənzildən istifadə hüquqları qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə itirilmiş və sonuncular həmin mənzildən çıxarılmışlar. X5 və X30 ünvan 7 ünvanında qeydiyyatda olsalar da onların övladları X29 və X35 analarının əvvəllər qeydiyyatda olduqları ünvan üzrə, yəni iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınmışlar. Halbuki, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin yaşayış yeri sayılır. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxslər faktiki yaşamadıqları və qanunla yaşayış yeri hesab olunmayan ünvan üzrə qeydiyyatdadırlar. Belə olan halda iddiaçı onun ailə üzvləri olmayan, mülkiyyətində olan sözügedən mənzilə dair əmlak hüquqları olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Suraxanı Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 27.11.2018-ci il təvəllüdlü X13 və 16.05.2011-ci il təvəlüdlü X19 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X13 və X19 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7484/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7484/2021
13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver