Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7484/2022 28.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçunun vəzifə maaşına yüksəkliyə görə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavələrin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçunun vəzifə maaşına yüksəkliyə görə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2N21-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2N21-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə vəzifə maaşına faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2N21-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2N17-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək N №-li hərbi hissədə dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi vəzifəsində xidmət etmiş və həmin vəzifədən Azərbaycan Respublikası Müdafiə Nazirinin N736 №-li, xx.xx.2N21-ci il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçı xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək 3 aylıq növbəti məzuniyyətə buraxılmış, xx.xx.2N21-ci il tarixdə Laçın rayonunda yerləşən (dislokasiya yerinə) N №-li hərbi hissəyə qayıtmış, xx.xx.2N21-ci il tarixədək xidmətini davam etdirmiş və xx.xx.2N21-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Lakin N №-li hərbi hissədə xidmət edərkən iddiaçıya xx.xx.2N21-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2N21-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi və AR Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavə ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2N21-ci il tarixli müvafiq əmri ilə N №-li hərbi hissənin daimi dislokasiya yeri xx.xx.2N21-ci il tarixdən Laçın rayonunun Pircahan yaşayış məntəqəsi müəyyən edilmişdir. Pircahan yaşayış məntəqəsi isə dəniz səviyyəsindən 15NN metrdən çox olan yüksəklikdə yerləşir. Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2N21-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2N21-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi üçün xx.xx.2N22-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkətsizliyi əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ilə birlikdə məhkəmə sərəncamı icra edilməsi üçün cavabdehə göndərilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N17-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 21.6cı bəndinə əsasən: “Yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi, hərbi hissə komandirinin əmri əsasında hərbi qulluqçunun yüksək dağlıq əraziyə gəldiyi gündən və bu ərazidən getdiyi günə qədər ödənilir.” İddiaçı isə N nömrəli hərbi hissənin daimi dislokasiya yerini dəyişdirdiyi zaman, məzuniyyətdə olmuşdur və şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2N21-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi qaydaları müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli 273 nömrəli əmri ilə müəyyən edilmişdir. Həmin əmrinə əsasən “Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının hərbi hissələrdə və bölmələrdə xidmət edən hərbi qulluqçularının hərbi müddətindən asılı olaraq aylıq vəzifə maaşlarına 2N-3N faiz həcmində 5 il müddətində aylıq vəzifə maaşına əlavə ödənilsin.” İddiaçı 1N-26 avqust 2N21-ci il tarixdə məzuniyyətdə olmuşdur və Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəyə gəlməmiş, faktiki olaraq orada xidmət etməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2N22-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. - İddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin 8-ci vərəqindəki qeyddən görünür ki, iddiaçı xx.xx.2N17-ci il tarixdə N saylı hərbi hissənin siyahısına daxil olaraq dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəisi vəzifəsində xx.xx.2N21-ci il tarixə qədər xidmət etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2N22-ci il tarixli 8/166N saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının müdafiə nazirinə ünvanladığı ərizəsinə Maliyyə və Büdcə İdarəsində baxılmışdır. Yüksək dağlıq ərazilərdə xidmətə görə hərbi qulluqçulara faiz əlavəsinin ödənilməsi müdafiə nazirinin 19 oktyabr 2N17-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə uyğun tənzimlənir. Qeyd edilən Əsasnamənin 21.6-cı bəndinin tələblərinə uyğun olaraq yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi, hərbi hissə komandirinin əmri əsasında hərbi qulluqçunun yüksək dağlıq əraziyə gəldiyi gündən və bu ərazidən getdiyi günə qədər ödənilir. N nömrəli hərbi hissədən alınan məlumata əsasən N nömrəli hərbi hissənin daimi dislokasiya yeri xx.xx.2N21-ci il tarixdə Pirəkəşkül yaşayış məntəqəsindən Laçın rayonuna dəyişdirilmişdir. Bu zaman İddiaçı məzuniyyətdə olmuşdur və tərxislə əlaqədar olaraq şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2N21-ci il tarixə kimi yüksək dağlıq ərazidə yerləşən N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsinə gəlməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya 2N21-ci il 1N-26 avqust tarixlərdə yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin ödənilməsi qanunsuz və əsassızdır. Həmçinin hərbi qulluqçulara Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsi qaydaları müdafiə nazirinin 13 iyul 2N21-ci il tarixli 273 nömrəli əmri ilə müəyyən edilmişdir. Qeyd edilən əmrin tələblərinə uyğun olaraq Ermənistanla dövlət sərhəddində və işğaldan azad olunmuş ərazilərdə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının hərbi hissələrdə və bölmələrdə xidmət edən hərbi qulluqçuların hərbi xidmət müddətindən asılı olaraq aylıq vəzifə maaşlarına 2N-3N faiz həcmində 5 (beş) il müddətində aylıq vəzifə maaşına əlavə ödənilsin. Göründüyü kimi, iddiaçı 2N21-ci il 1N-26 avqust tarixlərdə məzuniyyətdə olmuşdur və Laçın rayonunda yerləşən N nömrəli hərbi hissəyə gəlməmişdir və faktiki olaraq orada xidmət etməmişdir. Bu səbəbdən də qeyd edilən dövr üçün ona Prezident əlavəsinin ödənilməsi, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2N21-ci il tarixli Sərəncamına və Müdafiə nazirinin 13 iyul 2N21-ci il tarixli 273 nömrəli əmrinin tələblərinə zidd olduğu üçün mümkün hesab edilməmişdir. - N nömrəli hərbi hissənin xx.xx.2N22-ci il tarixli 941 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində Bakı şəhərindən Laçına rayonuna gedənlərin siyahısına düşmədiyi üçün, bu səbəbdən ona dağ pulu Prezident əlavəsi ödənilməsi mümkün hesab edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 1/3N9N saylı məktubundan görünür ki, şəxsi heyət üzrə müvafiq əmrlərə əsasən ehtiyyatda olan polkovnik-leytenant İddiaçı aşağıda qeyd olunan tarixlərdə göstərilən hərbi hissələrdə müvafiq vəzifələrdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir: - xx.xx.1996-cı il tarixdən xx.xx.2NNN-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin kursantı; - xx.xx.2NNN-ci il tarixdən xx.xx.2NN3-cü il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri; - xx.xx.2NN3-cü il tarixdən xx.xx.2NN4-cü il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri; -xx.xx.2NN4-cü il tarixdən xx.xx.2NN6-cı il tarixədək N nömrəli hərbi hissədə bölük komandiri; - xx.xx.2NN6-cı il tarixdən xx.xx.2NN7-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici: xx.xx.2NN7-ci il tarixdən xx.xx.2NN8-cı ıl tarixədək N nömrəli hərbi hissədə məntəqənin zabiti; - xx.xx.2NN8-ci il tarixdən xx.xx.2N14-cü il tarixədək N nömrəli hərbi hissədə bölmə rəisi; - xx.xx.2N14-cü il tarixdən xx.xx.2N15-ci il tarixədək 47N nömrəli hərbi hissədə bölmə rəisi; - xx.xx.2N15-ci il tarixdən xx.xx.2N16-cı il tarixədək Silahlı Qüvvəiərin Təlim Tədris Mərkəzində müəllim; - xx.xx.2N16-cı il tarixdən xx.xx.2N17-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində baş müəllim; xx.xx.2N17-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək N nömrəli hərbi hissədə bölmə rəisi; Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli müvafiq əmrinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə göndərilmişdir. - N nömrəli hərbi hissə komandirinin (Pirəkəşkül – 2 h.ş) 117 saylı əmrindən xx.xx.2N21-ci il tarixli çıxarışdan görünür ki, iddiaçı xidməti vəzifələrinin icrası ilə əlaqədar 3N aprel 2N21-ci il tarixdən 15 (on beş) gün müddətinə N və N nömrəli hərbi hissələrə (Laçın rayonu) ezamiyyətə getmiş hesab edilmiş, 3N aprel 2N21-ci il tarixdən N nömrəli hərbi hissənin ərzaq əvəzi pul təminatından çıxarılmış və ərzaq attestatı ilə təmin edilmişdir. - N nömrəli hərbi hissə komandirinin (Pirəkəşkül – 2 h.ş) 141 saylı xx.xx.2N21-ci il tarixli əmrindən çıxarışdan görünür ki, iddiaçı 24 may 2N21-ci il tarixdə N və N nömrəli hərbi hissələrdən (Laçın rayonu) ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. Əsas: xx.xx.2N21-ci il tarixli 246 nömrəli ezamiyyət vəsiqəsi. - N nömrəli hərbi hissə komandirinin (Pirəkəşkül – 2 h.ş) 145 saylı xx.xx.2N21-ci il tarixli əmrindən çıxarışdan görünür ki, iddiaçı 28 may 2N21-ci il tarixdən Bakı şəhərində keçirməklə 9N (doxsan) təqvim günü müddətinə ehtiyyata buraxılması ilə əlaqədar məzuniyyətə getmiş hesab edilmiş, ona 2N21-ci il üçün nəzərdə tutulmuş 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilmişdir. - N nömrəli hərbi hissə komandirinin (Laçın r-nu ) 23N saylı əmrindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2N21-ci il tarixdən ehtiyyata buraxılması ilə əlaqədar məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış, xx.xx.2N21-ci il tarixdən N nömrəli hərbi hissənin ərzaq əvəzi pul təminatından çıxarılaraq N nömrəli hərbi hissənin qazan təminatına qoyulmuşdur. Əsas: xx.xx.2N21-ci il tarixli 122 nömrəli məzuniyyət bileti. Azərbaycan Respublikası müdafiə nazirinin 1N iyun 2N21-ci il tarixli N736 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, məzuniyyəti (4 təqvim günü) verilməklə 26 avqust 2N21-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsinə göndərilmişdir. Polkovnik-leytenant İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2N17-ci il tarixli 22 nömrəli qərarına əsasən 2N21-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N19-cu il tarixli N25 nömrəli əmri ilə “Usta məharət dərəcəsi” təsdiq edilmişdir. Ona ehtiyata buraxılması ilə əlaqədar beş aylıq vəzifə maaşı miqdarında birdəfəlik pul müavinəti, 2N21ci il üçün nəzərdə tutulmuş maddi yardım verilmiş 2N21-ci ilin məzuniyyət pulu ödənilmişdir. Əsas: Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli N736 nömrəli əmrindən çıxarış.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Qeyd olunan Qanunun 22-ci maddəsinin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbixidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. İşin hallarına görə iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2N21-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2N17ci il tarixdən xx.xx.2N21-ci il tarixədək N №-li hərbi hissədə dövlət sirrinin mühafizəsi üzrə bölmə rəisi vəzifəsində xidmət etmiş və həmin vəzifədən Azərbaycan Respublikası Müdafiə Nazirinin N736 №-li, xx.xx.2N21-ci il tarixli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçı Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2N21-ci il tarixdən (hərbi hissənin yeni dislokasiya yerinə gəldikdən sonra) xx.xx.2N21-ci il tarixədək (hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək) olan müddət üçün yüksək ərazilərdə xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.N.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.N.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2N21-ci il tarixli Sərəncamın 1-ci bəndi ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2N21-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilmişdir. Həmin Sərəncamın 2.-2.1-ci bəndlərinə görə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla bu Sərəncamın Əlavəsinə uyğun olaraq aylıq vəzifə maaşlarının 2N–6N faizi həcmində 5 (beş) il müddətində Cavabdeh tərəfindən ödənilir. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN2-ci il 22 avqust tarixli 137 nömrəli qərarına 2 nömrəli əlavəsində Laçın rayonu Azərbaycan Respublikasında dəniz səviyyəsindən 15NN metrdən 2NNN metrədək və 2NNN metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısında qeyd edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il 562 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri, o cümlədən Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi təsdiq edilmişdir. Həmin qərarın 2-ci bəndinə görə Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N17-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən: 21.2. Azərbaycan Respublikasının yüksək dağlıq ərazilərində daimi dislokasiya olunmuş hərbi hissələrdə və bölmələrdə xidmət edən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına əsas və ya müvəqqəti icra olunan vəzifə üzrə vəzifə maaşına aşağıda göstərilən miqdarda əlavələr ödənilir: 21.2.2. dəniz səviyyəsindən 15NN m-dən 2NNN m-dək yüksəklikdə olduqda - 2N %. 21.6. Yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənilir: 21.6.1. yüksək dağlıq ərazilərə gələnlərə: 21.6.1.1. hərbi hissənin və ya bölmənin tərkibində - daimi dislokasiya məntəqəsinə gəldiyi gündən (bu barədə hərbi hissə komandirinin əmri ilə elan edilir); 21.6.1.2. təklikdə - əmrlə hərbi hissənin şəxsi heyətinin siyahılarına daxil olduğu gündən; 21.6.2. yüksək dağlıq ərazilərdən gedənlərə: 21.6.2.1.vəzifədən azad olunduğu halda - əmrlə hərbi hissənin siyahılarından çıxarıldığı gün də daxil olmaqla; 21.6.2.2. daimi dislokasiyanın dəyişdirilməsi ilə əlaqədar olaraq hərbi hissənin və ya bölmənin tərkibində, yaxud müvəqqəti olaraq hərbi hissənin tərkibində - daimi dislokasiya məntəqəsindən getdiyi gün də daxil olmaqla (bu barədə hissə komandirinin əmri ilə elan edilir); 21.6.2.3. kurslara göndərildiyi halda - göndərilmə barədə hərbi hissə komandirinin əmrində - göndərildiyi gün də daxil olmaqla; 21.6.2.4. hərbi hissənin yüksək dağlıq ərazilərdə yerləşməyən digər bölmələrində vəzifənin müvəqqəti icrasına buraxılmış hərbi qulluqçulara - yüksək dağlıq ərazidən getdiyi gün də daxil olmaqla. 21.7. Xidmət yerlərində vəzifələri saxlanılmaqla bölmə tərkibində və ya təklikdə yüksək dağlıq ərazilərindən müvəqqəti gedən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına yüksək ərazilərdə xidmətə görə faiz əlavəsi aşağıda göstərilən dövrlər üçün ödənilir: 21.7.1. yolda olma vaxtı nəzərə alınmaqla növbəti və əlavə məzuniyyətlərdə olma; 21.7.2. müalicədə olma (bu Əsasnamənin 8.1, 8.2 və 34.2-ci bəndlərini nəzərə almaqla); 21.7.3. təklikdə və ya bölmə tərkibində xidməti ezamiyyətdə olma. İddia tələbi iki hissədən – yüksək dağlıq ərazidə xidmətə görə pul əlavəsinin və hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsindən ibarətdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olur ki, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və Nazirlə Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı iddiaçıya Laçın rayonu ərazisində yerləşən N №-li hərbi hissədə xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməməsi müəyyən edilmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin daimi dislokasiya yerini dəyişdirdiyi zaman məzuniyyətdə olmuş və şəxsi heyətin siyahısından çıxarıldığı xx.xx.2N21-ci il tarixə kimi daimi dislokasiya məntəqəsinə gəlməmişdir. Halbuki iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin (Laçın r-nu ) 23N saylı əmrindən çıxarışdan göründüyü kimi iddiaçı xx.xx.2N21-ci il tarixdən ehtiyyata buraxılması ilə əlaqədar məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış, xx.xx.2N21-ci il tarixdən N nömrəli hərbi hissənin ərzaq əvəzi pul təminatından çıxarılaraq N nömrəli hərbi hissənin qazan təminatına qoyulmuşdur. Sonra da Azərbaycan Respublikası müdafiə nazirinin 1N iyun 2N21-ci il tarixli N736 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş, 26 avqust 2N21ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Yuxarıda qeyd edilən Əsasnamənin 21.6-cı bəndinin tələblərinə uyğun olaraq yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi, hərbi hissə komandirinin əmri əsasında hərbi qulluqçunun yüksək dağlıq əraziyə gəldiyi gündən və bu ərazidən getdiyi günə qədər ödənilir. N nömrəli hərbi hissədən alınan məlumata əsasən N nömrəli hərbi hissənin daimi dislokasiya yeri xx.xx.2N21-ci il tarixdə Pirəkəşkül yaşayış məntəqəsindən Laçın rayonuna dəyişdirilmişdir. Beləliklə də qeyd olunan əmrlərdən göründüyü kimi iddiaçı işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçusu oldugundan ona xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə aylıq vəzifə maaşına faiz əlavəsi və Azərbaycan Respublikası Prezidentinin əlavəsi verilməli idi. Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə vəzifə maaşına faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək olan müddət ərzində yüksək dağlıq ərazisində xidmətə görə vəzifə maaşına faiz əlavəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2N21-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva