Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7484/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcə əlilliyin təyinat tarixinin xx.xx.2022-ci il tarixindən hesablanması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “uşağı X7 təyin edilmiş 3-cü dərəcəli əlilliyin təyinat tarixinin xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2022-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 6 il öncə 2007-ci il təvəllüdlü oğlu X7 təqaüdün təyin olunması üçün Komissiyada uşağa dedilər “gödəkcəni çıxart”, gördülər çıxarda bilmir, dedilər “kifayətdir”. 3 il öncə bu məsələni 8 saylı uşaq poliklinikası həll etmişdir. Lakin 6 ildən sonra 2022-ci ilin mart ayından təqaüdün bərpası üçün əziyyətli günlər yaşamışlar. X5 göndərilmişdir. Orada bildirilmişdir ki, oğlu stasionarda qalmalıdır, lakin yerlər dolu olduğundan onlara növbə 6 aydan sonra çatacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik şöbəsi ilə əlaqə saxladıqda isə bildirilmişdir ki, qolun parezi doğuş travması nəticəsində yarandığı üçün Nevroloji Xəstəxanaya deyil, Travmatologiya İnstitutuna forma 88-i göndərmək lazımdır. Travmatologiya İnstitutundan alınan epikriz ilə onları mərkəzləşdirilmiş qəbul yeri olan 9 saylı uşaq poliklinikasına göndərmişlər. Onlar sənədləri DOST Xidmətinə göndərmişlər və demişlər ki, bir aydan sonra cavab gələcək. Bir aydan çox müddət keçsə də, cavab gəlməmişdir. Özü həmin quruma zəng etdikdən sonra deyilmişdir ki, onlara rədd cavabı gəlib, uşağı Tibbi-Sosial Ekspert Komissiyasına əyani baxışa aparılmalıdır. Daha sonra elektron ünvanına başqa bir şəxsə aid rədd cavabı göndərilmişdir. Komissiyada uşağı əyani müayinə etdikdən sonra deyilmişdir ki, onların göndərişi ilə X10 getmək lazımdır., bir gün ərzində arayış veriləcək və stasionarda qalmalı deyil. Xəstəxanada deyilmişdir ki, epikriz almaq üçün bir həftə burada yatmaq lazımdır. Şikayətlər nəticəsində bir həftədən sonra stasionarda yatmadan epikrizi alıb sənədləri Komissiyaya təqdim etmişdir. Uşağın videosunu çəkərək deyilmişdir ki, bir aydan sonra cavab alacaqlar. Bir aydan sonra cavab gəlmədiyinə görə, Komissiyanın «1923» qaynar xəttinə zəng etmiş və ona hər dəfəsində deyilmişdir ki, müraciətlərin sayı çox olduğundan gözləmək tövsiyə edilir. Məcbur qalaraq yenidən Komissiyaya getmişdir. Sənədləri qəbul edən uşaq həkimi demişdir ki, iyul ayında qanunvericilik dəyişdiyi üçün xəstəliyin kodu da dəyişib, poliklinika sənədləri yeni kodlarla sistemə salmalıdır. Komissiyanın əməkdaşlarına narazılığını bildirmişdir ki, əgər belə bir problem varsa, nəyə görə ona heç bir məlumat verilmədiyi bəs deyilmiş kimi, hər zəng etdiyində ona gözləmək tövsiyə edilmişdir. İki aydan çox vaxtı itirmək məcburiyyətində qalmışdır. Cavab olaraq bildirilmişdir ki, “narahat olmayın, onsuz da sizin uşağınıza əlillik düşür və ötürülmüş aylar üçün ödəniş ediləcəkdir”. Poliklinikada bildirilmişdir ki, uşağın 15 yaşı tamam olduğundan yeni şəxsiyyət vəsiqəsi almalıdır ki, məlumatlar sistemə düşə bilsin. ASAN Xidmətdə bildirilmişdir ki, vəsiqəni almaq üçün Hərbi Komissarlıqdan ağ bilet təqdim etmək lazımdır. Bu prosedurlardan sonra aydın olmuşdur ki, sənədlərin mərkəzləşdirilmiş qəbulu və sistemə vurulması səlahiyyəti 9 saylıdan 19 saylı poliklinikaya keçmişdir. Xətai rayon 19 saylı uşaq poliklinikasının baş həkimi bildirmişdir ki, “bu sənədlərlə uşağa əlillik düşmür, qolun parezinə görə baş müayinədən keçməlidir”. Lakin sənədlər Komissyada qəbul edilmişdir, o həll etmir, əlillik düşür və ya düşmür, ondan sadəcə yeni kodları sistemə vurmaq tələb edilmişdir. Komissiyada deyilmişdir ki, “qola görə baş MRT – sinə ehtiyac yoxdur”. Uşağı lazımsız müayinədən keçirməyə məcbur etmişlər. Sənədlər sistemə vurulandan bir ay sonra 19 saylı poliklinikadan bildirilmişdir ki, “yox cavabı gəlmişdir”. Bu səbəbdən yenidən Komissiyaya getməli olmuşdur. Komissiyanın uşaq həkimi bildirmişdir ki, “bizdə hamıya yox cavabı gəlir, bu bir növ yoxlama metodudur, narahat olmayın, müsbət cavab gələcək”, və bir daha vurğulanmışdır ki, ötən bütün müddət üçün əlillik təqaüdü ödəniləcəkdir. Bir aydan sonra müsbət cavab gəlmişdir. Lakin DOST Xidmətinin «142» qaynar xətti ilə əlaqə saxladıqda aydın olmuşdur ki, ötən 10 ayın təqaüdü verilməyəcək, çünki bərpa vaxtı 6 aydan çox çəkmişdir, bu barədə Prezidentin sərəncamı var, sonra isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə istinad etmişlər (3.3.-1 .Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Hüquq şöbəsi ilə əlaqə saxladıqda isə deyilmişdir ki, rəsmi olaraq Nazirliyə ərizə yazsınlar və cavabın əsasında məhkəməyə müraciət edə bilər. Bildirilmişdir ki, “biz adi icraçıyıq, sizə kömək edə bilmirik”. Bundan daha əvvəl Nazirliyə müraciət etmişdir və heç bir cavab almamışdır. 10 ayın əlillik təqaüdünün ödənilməməsi məhkəməyə müraciət etmək üçün yetərli əsasdır. Təqaüdün təyin edilməsi müddətinin 6 aydan çox uzanması heç bir halda vətəndaşın marağında ola bilməz və vətəndaşın əlillik təqaüdünün kəsilməsi özü bir cinayət əməlidir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının oğlu X4 əlillik vəziyyətinə Bakı 8 nömrəli Uşaq Poliklinikasının xx.xx.2019-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; X3: Vİ Sinif-Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.8 - Sinir köklərin...; Diaqnozun mətni: Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol tərəfli bazu kələfinin travmatik plesiti sol yuxarı ətrafların vətər və sümük üstü refleksləri zəif alınır.Əzələ gücü zəifdir.Doğuş travması beyinə qan sızma ilə doğulub.Anadan olandan müayinə və müalicələr alır.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.2. davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9);." səbəbi ilə xx.xx.2019-cu il tarixdən üç il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Bazu kələfinin zədələnməsi,Yuxarı ətrafı qısaldan defektlər; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin əlilliyə uyğun ağırlaşmaları ətraflı qeyd edilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi.Oynaqların kontrakturası, Oynaqların kontrakturası Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi Əzələlər Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır.” səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; Diaqnozun mətni: Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi.Oynaqların kontrakturası, Oynaqların kontrakturası Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası;” səbəbi ilə xx.xx.2023-cü il tarixindən bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-cril 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrdə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlasdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədi ilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(102)-824/2022 nömrəli qərarına əsasən Məhkəmə kollegiyası qeyd edir ki, 26. İşin müəyyən edilmiş faktiki hallarına görə, xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2020-ci il təyin edilmişdir (bu səbəbdən iddiaçı öz tələbində xx.xx.2020-ci il tarixə istinad edir). 27. Təyin edilmiş üçillik müddət başa çatdıqdan sonra - Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020- ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Göndərişin natamam doldurulması. Xəstədə demensiya və psixopatabənzər davranış olduğu halda, şagird ojduğu qeyd olunub.” 28. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib, 29. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür". 30. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. 31. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması. Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicəsi yetərli deyil. İxtisaslaşmiş müayinə və müalicə məsləhət görülür”. 32. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. 33. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021-ci il tarixli müayinənin nəticələrinə əsasən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. 34. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 35. Qeyd olunduğu kimi, Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən xx.xx.2020ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə imtina edilmiş, A.Məmmədova əlil (sağlamlıq imkanları məhdud uşaq) hesab edilməmiş, həmin imtinalar iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, həmin inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır (İPM-in 38.2-ci maddəsi). 36. “İnzibati icraat haqqında" Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 37. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 38. Beləliklə, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə zidd olmuşdur. Qeyd edilən hallar anaolijdə işdə də tətbiq olunmalıdır. Göründüyü kimi, X4 əlilliyi Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar qiymətləndirilmiş və ona müddətsiz 1 il müddətinə əlillik təyin edilmişdir, lakin iddiaçı isə tələbində əlillik dərəcəsinin xx.xx.2022-ci il tarixdən hesablanması qeyd etmişdir. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilli olan şəxs hesab edilir. Odur ki, X4 əlillik müddəti 14 mart 2022-ci il tarixdə bitmiş və ona təkrar əlillik xx.xx.2023-cü il tarixdən, yəni təxminən 14 ay sonra təyin edilmişdir. AZ-İİ seriyalı 025533 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə doğulmuşdur (anası: İddiaçı; atası: X11). Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış **********1 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 irəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əməkdaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Musazadə Sabir Ceyhun oğlunun sağlamlıq imkanları məhdudluq vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin U00005180QTZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması (səbəb: Xəstəliyin əlilliyə uyğun ağırlaşmaları ətraflı qeyd edilsin) məqsədi ilə səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Bununla əlaqədar, S.Musazadə dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunaraq müalicə aldıqdan sonra ona dair yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. K.Y.Fərəcova adına X2 X12 tərəfindən təqdim edilmiş epikrizə əsasən X9 (daxil olma tarixi: xx.xx.2022-ci il; çıxma tarixi: xx.xx.2022-ci il) “G54.8 Sinir köklərin və kələflərin zədəlonməsi Sol golun plexsopatiyasi Əsas xəstəliyin agirlaşmasi: G83.2 Sol qolun parezi” diaqnozu ilə qiymətləndirilmişdir. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə üçüncü dərəcə əlillik təyin edilmişdir və “Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası; Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi, Oynaqların kontrakturası, Oynaqların kontrakturası; Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofıyası” diaqnozu ilə qiymətləndirilmişdir (əlillik və yan sağlamlıq imkanlarının məhdudluq müddəti: xx.xx.2024-cü il). Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-13987/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla X7 dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. X7 dair əlillik alt sistemindən çıxarışdan görünür ki, ilkin xx.xx.2014-cü il tarixli müayinəyə əsasən “Doğuş travması nəticəsində y/ətrafın parezi.Hər iki böyrəyin anadangəlmə polikistozu” diaqnozu, iki il müddətinə doğuş travması nəticəsində y/ətrafın parezi kimiqiymətləndirilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. 28.03. 2016-cı il tarixdə təkrar qiymətləndirilmiş, Doğuş travması nəticəsində y/ətrafın parezi. Hər iki böyrəyin anadangəlmə polikistozu” diaqnozu qiymətləndirilmiş və 3 il müddətinə təkrar sağlamlıq imkanların məhdudluğu müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2019-cu il tarixi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə “Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol tərəfli bazu kələfinin travmatik plesiti sol yuxan ətrafların vətər va sümük üstü refleksləri zəif altnır.dzələ gücü zəifdlr.Doğuş travması beyinə qan sızma ilə doğulub. Anadan olandan müayinə və müalicələr alır” diaqnozu ilə qiymətləndirilmiş və 3 il müddətinə təkrar sağlamlıq imkanların məhdudluğu müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə “Bazu kələfinin zədələnməsi,Yuxarı ətrafı qısaldan defektlər” diaqnozu müəyyən edilmiş, göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə “Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası; Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi. Oynaqların kontrakturası, Oynaqların kontrakturası; Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası” diaqnozu ilə qiymətləndirilmişdir. X4 tibbi-sosial ekspertiza müayinəsinə dair xx.xx.2023-cü il tarixli əyani müayinə aktına əsasən qəyyumu İddiaçı müraciəti əsasında övladı X4 (FİN- 7XZ24DP) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin N00061643KSF nömrəli göndərişi əsasında xx.xx.2023-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Ətraflı səbəb: “Köməkçi dıaqnostik müayinələr tam aparılmamışdır”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən edilmişdir kı, səhiyyə müəssisəsinin N00061643KSF nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” barədə qərar düzgün verilmişdir. Lakin xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı X4 hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi.Oynaqların kontrakturası, Oynaqların kontrakturası Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, Əzələlərin atrofiyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyininə əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.5.1.1-ci bəndinə əsasən 40% 1 il müddətinə əlilliyin təyini qərarı verilmişdir. Medika Hospital tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli baş beynin nativ kt müayinəsinə əsasən X9 “burun çəpərinin deviasiyası. sol orta konxada konxa bulloza” diaqnozu ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-22703/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, X7 dair dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin (Forma-088) surəti təqdim edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının 7XZ24DP006 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən X4 əlilliyi təkrarən qiymətləndirilərək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarı “6.5.1.1. Sinir sistemi xəstəlikləri Serebral iflic və digər paralitik sindromlar => Serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) Ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofivası. vuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma...” olaraq qeyd edilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən X9 barədə təqdim edilmiş “Forma 88” arayışına əsasən (göndəriş №-si U00005180QTZ,xx.xx.2022) o, xx.xx.2022-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2007-ci il tarixdən müəyyən edilmişdir (xroniki; orta ağır). Xəstəliyin adı: “G54.0 Bazu kələfinin zədələnməsi”. Əsas diaqnoz – G54.0 Bazu kələfinin zədələnməsi. Ağırlaşma – M24.5 Oynaqların kontrakturası. Ağırlaşma – Q71 Yuxarı ətrafı qısaldan defektlər. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən X9 barədə təqdim edilmiş “Forma 88” arayışına əsasən (göndəriş №-si N00061643KSF,xx.xx.2022) o, xx.xx.2022-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2007-ci il tarixdən müəyyən edilmişdir (xroniki; orta ağır). Xəstəliyin adı: “G54.8 Sinir köklərinin və kələflərinin digər zədələnmələri”. Əsas diaqnoz – G54.8 Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası. Ağırlaşma – G83.2 Yuxarı ətrafların monoplegiyası. Sol qolun parezi. Ağırlaşma – M24.5 Oynaqların kontrakturası, Oynaqların kontrakturası. Ağırlaşma – M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilli olan şəxs hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ilkin xx.xx.2014-cü il tarixli müayinəyə əsasən “Doğuş travması nəticəsində y/ətrafın parezi.Hər iki böyrəyin anadangəlmə polikistozu” diaqnozu, iki il müddətinə doğuş travması nəticəsində y/ətrafın parezi kimiqiymətləndirilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. 28.03. 2016-cı il tarixdə təkrar qiymətləndirilmiş, Doğuş travması nəticəsində y/ətrafın parezi. Hər iki böyrəyin anadangəlmə polikistozu” diaqnozu qiymətləndirilmiş və 3 il müddətinə təkrar sağlamlıq imkanların məhdudluğu müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2019-cu il tarixi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə “Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol tərəfli bazu kələfinin travmatik plesiti sol yuxan ətrafların vətər va sümük üstü refleksləri zəif altnır.dzələ gücü zəifdlr.Doğuş travması beyinə qan sızma ilə doğulub. Anadan olandan müayinə və müalicələr alır” diaqnozu ilə qiymətləndirilmiş və 3 il müddətinə təkrar sağlamlıq imkanların məhdudluğu müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən X9 barədə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Forma 88” arayışına əsasən (göndəriş №-si U00005180QTZ,) o, xx.xx.2022-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2007-ci il tarixdən müəyyən edilmişdir (xroniki; orta ağır). Xəstəliyin adı: “G54.0 Bazu kələfinin zədələnməsi”. Əsas diaqnoz – G54.0 Bazu kələfinin zədələnməsi. Ağırlaşma – M24.5 Oynaqların kontrakturası. Ağırlaşma – Q71 Yuxarı ətrafı qısaldan defektlər. xx.xx.2022-ci il tarixdə “Bazu kələfinin zədələnməsi,Yuxarı ətrafı qısaldan defektlər” diaqnozu müəyyən edilmiş, göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. xx.xx.2023-cü il tarixdə “Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası; Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi. Oynaqların kontrakturası, Oynaqların kontrakturası; Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası” diaqnozu ilə qiymətləndirilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən X9 barədə təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Forma 88” arayışına əsasən (göndəriş №-si N00061643KSF,) o, xx.xx.2022-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2007-ci il tarixdən müəyyən edilmişdir (xroniki; orta ağır). Xəstəliyin adı: “G54.8 Sinir köklərinin və kələflərinin digər zədələnmələri”. Əsas diaqnoz – G54.8 Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası. Ağırlaşma – G83.2 Yuxarı ətrafların monoplegiyası. Sol qolun parezi. Ağırlaşma – M24.5 Oynaqların kontrakturası, Oynaqların kontrakturası. Ağırlaşma – M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası. Diaqnozu qoyulmuşdur və X7 xx.xx.2023-cü il tarixdə 40% sağlamlıq imkanları məhdudluğu (üçüncü dərəcəli əlillik) təyin edilmişdir və “Sinir köklərinin və kələflərinin digər zədələnmələri, Sol qolun pleksopatiyası; Ağırlaşma G83.2 Yuxarı ətrafların monoplegiyası, Sol qolun parezi, Oynaqların kontrakturası, Oynaqların kontrakturası; Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofıyası” diaqnozu ilə qiymətləndirilmişdir. (əlillik və yan sağlamlıq imkanlarının məhdudluq müddəti: xx.xx.2024-cü il, TƏKRAR). Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təyin edilmiş sağlamlıq imkanlarının məhdudluğun təkrar olması qeyd edilsə də, başlanğıc tarixin xx.xx.2022-ci il tarixi deyil, xx.xx.2023-cü il tarixn qeyd edilməsi ilə iddiaçının qanunla qorunan hüquqlarını pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdən təyin edilmiş 40% sağlamlıq imkanları məhdudluğunun xx.xx.2022-ci il tarixdən qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdən təyin edilmiş 40% sağlamlıq imkanları məhdudluğunun (üçüncü dərəcəli əlillik) xx.xx.2022-ci il tarixdən qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7484/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7484/2023
11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver