Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7486/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 106, mənzil 17 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X15 (baş məsləhətçi, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Cavabdehna qarşı “qərarın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 16 fevral 2022-ci il tarixli şifahi qərarının məhkəməyə təqdim edilməsi, barəsində olan Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 16 fevral 2022-ci il tarixli şifahi Qərarı ilə iddiaçını rəsmi qərarla tanış etməməkləri, barəsində intizam tənbehi qəbul edib mediyator fəaliyyətini 6 aylıq müddətinə dayandınnalarına aşağıdakı səbəblərdən əsassız hesab edir. “Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 16.2.3-ci maddəsinə əsasən Mediyatorun fəaliyətinin 1 aydan 6 ayadək müddətdə fəaliyyətini həyata keçirmək hüququnu dayandırılması qərarı ilə tanış olmağını və qərarı onunla tanış etmədikləri üçün verilən intizam tənbehini əsasız hesab edir. 5 fevral 2022 ci il tarixində Cavabdehndan whatsap yazışma vasitəsi ilə şuraya dəvət olunmuşdur. Şuradan tələb olunan 18 ədəd baxmış olduğu mediasiya müraciətləri Şuraya təhlil verilməsini tələb etmişlər. Bununla da həmin müraciətləri şuraya təhfil vermişdir. Araşdırmalar zamanı bütün işlərin qusursuz olduğunu, yalnız 1 ədəd baxılmış müraciətdə medyasiya iclası bitdikdən sonra cavabdehin qaynanası kimi tanınan şəxsi qəbul etdiyi üçün ona irad tutulmuşdur. İzahatında bildirdiyi kimi mediasiya konfidensiallıq pozulmadığını, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunnun 12.1.3 mediasiya prosesində hər iki tərəflə birgə vəya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək hüququnun olduğunu qeyd etmişdir. Mediasiya iclası zamanı tərəfləri birgə qəbul edib iclas keçirtmiş, kənar şəxs olmamışdır. Mediator fəaliyyəti göstördiyi zamanlarada heç bir irad və töhmət almadığı, mediator fəaliyyəti ilə əldə etdiyi gəlirlə ailə saxladığını nəzərə alaraq, Cavabdeh mediator fəaliyyətindən 6 aylıq uzaqlaşdırılması qərarını təqdim etmələri və qərarın məhkəmə tərəfindən baxılıb cəzanın ləğv edilməsini hesab edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın əsassız olduğundan rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: - 16 fevral 2022-ci il tarixli Cavabdeh İdarə X6 görünür ki, Cavabdeh Nizamnaməsinin 6.23.1-ci bəndinə və intizam icraatının həyata keçirilməsi Qaydalarının 7ci bəndinin tələblərini rəhbər tutaraq, Cavabdeh üzvü mediator İddiaçı barəsində İntizam Komissiyasının mediator barəsində qəbul etdiyi 05 fevral 2022-ci il tarixli Rəyinin əsaslı olduğuna istinadən mediator İddiaçı hərəkətlərində “Mediasiya haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan vəzifələrin kobudcasına pozulmasına görə həmin Qanunun 16.2-ci maddəsinə əsasən onun üzərinə 6 ay müddətinə mediator fəaliyyətinin həyata keçirmək hüququnun dayandırılması barədə intizam məsuliyyətinin tətbiq edilməsi, bu barədə məlumatın mediasiya reyestrinə daxil edilməsi və daxil edildiyi gündən 6 ay ərzində reyestrdə saxlanılması qərara alınmışdır. -05 fevral 2022-ci il tarixli İntizam Komissiyasının rəyindən görünür ki, Cavabdehna ünvan 4 ünvanda qeydiyyatda olan X2 mediator İddiaçı barəsində şikayət daxil olmuşdur. Eyni zamanda mediator İddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun və Nazirlər Kabinetinin müvafiq qərarlarını tələblərinə əməl edilib-edilməməsi üzrə monitorinqi aparılmışdır. Şikayətdə göstərilmişdir: “Yazıb bildirirəm ki, ailəliyəm 2 övladım var. xx.xx.2022-ci il tarixdə yoldaşım X8 uşaqlarımı götürərək evdən getmişdir. 10 yanvar 2022- ci il tarixdə ünvanıma mediasiya prosesinin tətbiqi barədə məktub daxil olmuşdur. Daha sonra 18.01.202-ci il tarixdə ASAN xidmətdən ***-***-**-** nömrəsindən bir xanım məni yığaraq xx.xx.2022-ci tarixdə saat 15:00-da 1 saylı ASAN xidmətə mediator İddiaçı yaxınlaşmağı xahiş etmişdir. Bildirirəm ki, mənə mediatordan rəsmi poçt qaydasında dəvət məktubu daxil olmamış, yalnız qeyd etdiyim xanım sms yazmışdır. Sms mediasiya sesiyasından 3 gün əvvəl yəni xx.xx.2022-ci ildə mənim ***-***-**-** nömrəmə göndərilmişdir. Mən ayın 21 də ASAN xidmətdə olanda mediatorı otağınada yoldaşımı gördüm. Mediator İddiaçı iradəmə zidd olaraq bir neçə sənədə imza atdırmışdır, bunlar 3 tərəfli müqavilə, mediasiyaya dəvət məktubu, birdə qanunun izahı barədə qəbz. Bildirirəm ki, mən və yoldaşım birlikdə könüllü olaraq bu mediatoru birlikdə seçməmişik və onun yanına birlikdə getməmişik. Mediator könüllülük prinsipini pozaraq bu mediasiya sessiyasını qanunsuz və birtərəfli aparır. Belə ki, mən onun yanında olanda bildirdim ki övladlarımı görmək istəyirəm, lakin birtərəfli mövqe tutaraq qarşı tərəfə söz verdikdə onu ətraflı dindirirdi, mənə isə fikrimi izah etməyə imkan vermirdi. Bildirirəm ki, yoldaşım Xəzər rayonunun Buzovna qəsəbəsində qeydiyyatdadır, mənsə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydiyyatdayam. Neçə olur ki, güya könüllülük prinsipinə əsasən bizim mübahisəmiz Nəsimi rayonun ASAN xidmətində yerləşən mediator tərəfindən baxılır. Əlavə olaraq bildirirəm ki, mediator xx.xx.2022-ci ildə bizimlə sağollaşandan sonra, mən binadan çıxdım. Ürəyimdə mediatorun qərəzsizliyinə dair şübhə olduğundan mən 10 dəqiqə gözlədikdən sonra geriya qayıtdım. Geri qayıdanda orada gördüm ki, mediator İddiaçı yanında yoldaşımla bərabər artıq qaynanamda əyləşmişdir. Mediator məni gördükdə özünü bilməməzliyə vurdu. Lakin onlar mediatorun yanından çıxandan sonra, mən mediatorun yanına girdim. O isə məni yola verməyə çalışdı. Hazırda bir daha bildirirəm və xahiş edirəm ki, Mediator İddiaçı etiraz edirəm. Onun tərəfindən tam mediasiya sessiyasının keçirilməsinin arzu etmirəm. Sonda xahişim bundan ibarətdir ki, bu iş üzrə ciddi araşdırma aparmaqla mənə köməklik göstərəsiniz” Rəyin monitorinq nəticəsində aşkar olunanların qeyd edilməsi hissəsindən görünür ki, mediator İddiaçı 2021-ci ili: oktyabr ayından etibarən Bakı 1 saylı ASAN xidmətdə, "xxxx" MMC və Ekspres Xidmətlər göstərən "xxxx" MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli “Funksional Yardımçı xidmətin təşkilinə dair” adlı Müqaviləyə, "xxxx" MMC-nin direktoru Toğrul Nəbiyevlə 01 noyab 2021-ci il tarixli ƏLAVƏ № 3 saylı saziş bağlamış (möhürü və imzası ilə təsdiq etmişdir və VÖEN ********** göstərilmiş) 2 otaqlı ofislə təmin olunmaqla ASAN 1 Mərkəzində Mediatorluq fəaliyyət göstərməyə başlamış, "xxxx" MMC isə Bakı, Sumqayıt, Gəncə, Bərdə, Sabirabad, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz və Ağcabədi “ASAN” xidmətlərdə; Mediasiya müraciətlərinin qəbulu xidmətini göstərmək hüquq əldə etmişdir. Bundan sonra mediator İddiaçı "xxxx" MMC ilə 13 yanvar 2022-ci il tarixli yeni ƏLAVƏ № 3 saylı saziş bağlamaqla bu dəfə "Gold R.N.” MMC-nə ölkə üzrə bütün ASAN xidmət Mərkəzlərində mediasiya xidmətləri göstərilməsini, həmin xidmətlərin göstərilməsi üçün zəruri şəraitin yaradılması səlahiyyətləri etibar etmişdir. Daha sonra təsdiq edilmişdir ki, "xxxx" MMC sifarişi ilə 26 oktyabr 2021-ci il tarixdə “Ekspress Xıdmət”in reklamı üçün nəzərdə tutulmuş Youtu.be sosial şəbəkəsində yerləşdirilən “Mediasiya nədir, bu prosess necə həyata keçirilir? Başlıqlı videoçarxda vətəndaşları yanlış yola salan təbliğatda mediator İddiaçı çəkildiyi və 2021-ci ilin oktyabr ayından ASAN mərkəzində “Ekspress Xidmət”in dəstəyi ilə mediasiya sessiyasına hazırlıq mərhələsi və sonra keçirdiyi əks edilir. Bu videoda ASAN xidmətdə mediasiya xidməti pəncərəsinin olması, bu pəncərədə əyləşən əməkdaşın “Express Xidməti sənədlər üçün” adlı möhürü ilə “Mediasiyaya dair” təklif məktubunu möhürləməsi anı, bu zaman masasının üstündə “GOLD EXPRESS” bayrağın yerləşdirməsi, daha sonra “GOLD Express Xidməti işarəsi olan daşıma avtomobilli ilə bu təklifin qarşı tərəfin mənzilinə çatdırılması və tərəfə imzalatdırılması. Nəticə etibarı ilə bu video çarx personajlarının mediator İddiaçı ilə ASAN Mərkəzdə yerləşən otaqda görüşmələri və mediatorun masasında “GOLD EXPRESS” bayrağın olması, habelə arxa fonda kağız daşıyıcıda “GOLD EXPRESS” bukletinin olması aşkar edilmişdir. Bu hərəkətləri ilə Cavabdeh üzvü olan mediator adı çəkilən “GOLD EXPRESS” xidmətini reklam etməklə Cavabdeh və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri ilə heç bir əlaqəsi olmayan özəl şirkəti qanunsuz təbliğ etdiyi aşkar olmuşdur. Eyni zamanda təsdiq edilmişdir ki, 2022-ci ilin yanvar ayı arzində fərdi fəaliyyət göstərən mediator İddiaçı könüllü adlandırdığı 17 sayda işə Cavabdehndan müvafiq nömrə almadan, əslində tərəfləri ayrı- ayrılıda öz yanına dəvət edərək və məhz bundan sonra onları könüllü iş olduğu təsəvvürü yaratmaqdan ötrü üç tərəfli müqaviləni imzalatdıraraq bu işlərə nəticə vermişdir. Belə işlərdən biri kimi, mediatordan şikayətçi olan X5 tərəf olduğu və könüllü qaydada baxılmadığı barədə verdiyi izahatla təsdiq edilmişdir. Bu işlərin könüllü mediasiya ilə heç bir əlaqəsinin olmadığı təsdiq edilmişdir. Eyni zamanda ASAN 1 Mərkəzində monitorinq aparılarkən, mediatorun mediasiya sessiyası apardığı şəraitin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda əks edilən konfidensiallıq və qərəzsizlik prinsiplərinə zidd olduğu aşkar edilmişdir. Belə ki, ASAN xidmətin - 1 (mənfi bir) mərtəbəsində yerləşən “mediator orağı” üzərində EXPRESS XİDMƏT yazılmaqla yanaşı, üstü açıq və yarı şəffaf şüşəli otaqdan ibarət olduğu, mediasiya sessiyası zamanı tərəflərin konfidensial hesab edilən ailə və s. danışıqlarının ümumi zalda olan çoxsaylı şəxslərə aydın şəkildə eşidildiyi və bu zaman özlərinin də göründükləri vizual şəkildə və foto şəkillərlə təsdiq edilmişdir. Rəyin mediatorun izahatı hissəsində aşağıdakılar qeyd edilmişdir: Bildirirəm ki, Cavabdehn üzvlüyünə xx.xx.2021-ci ildə qəbul olunmuşam, fəaliyyət ünvanım olaraq Bakı şəhəri, Xətai rayonu M.Mehdizadə küçəsi 27 giriş 2 mərtəbədə başlamışdım, xx.xx.2021-ci il tarixdən fəaliyyətimi 1 saylı Bakı Asan xidmətdə davam etdirməyə başladım, rəsmi qaydada yeni ünvanımla bağlı imelə xx.xx.2021-ci il tarixdə və sonralar da təkrar yenə email ilə göndərmişəm. ASAN xidmətdə 2 (iki) otaqdan ibarət mənfi birinci mərtəbədə köməkçim Elçin Cəfərovla fəaliyyətimi davam etdirirəm. xx.xx.2021-ci il tarixdə köməkçim Elçin müəllimə ASAN xidmət tərəfdən Əlavə nömrə 3 adlanan İcarə müqaviləsi təqdim etmişdilər. Mən onu oxudum imza etdim möhürlədim. Onu eyni zamanda "xxxx" MMC-nin direktoru X12 da imzalamaqla möhürləmişdir. 13 (on üç) yanvar 2022-ci il tarixdə əlavə nömrə 3 saylı müqaviləni eyni tərəflər imzalayaraq möhürləmişdilər. İcarə müqaviləsinə əsasən müxtəlif vaxtlarda elektron qaimə daxil olur və icarə haqqı ödənilir. Təqribən ayda 300 - 400 AZN ödənilir. Mənim səhhətim icazə vermədiyindən dəvət məktubları, arayışlar, 3 tərəfli müqavilələr, barışıq sazişlərini kompyuterdə köməkçim Elçin Cəfərov hazırlayır, mən də sonda imzalayaraq möhürləyirəm. 15 avqust 2021-ci il tarixdən etibarən bu günə kimi icraatımda 40-50 sayda işə bxılmışdır. Bu işlərin təqribən 60 % faizi barışıqla nəticələnib. "xxxx" MMC ilə mediator olaraq mənim aramda əməkdaşlıq yoxdur. Toğrul Nağıyevi həyatda cəmi 4-5 ASAN xidmətdə qarşılaşdım, o məndən hal əhvalımı soruşdu, mən də ondan hal əhvalını soruşdum. Mənə yaxınlaşan vətəndaşlar birgə mənim yanıma gəlir və sənədləri qaydasında olursa, vaxt təyin edirik və iclasımızı aparırıq. Bu gün intizam komissiyasına təqdim etdiyim 11 iş üzrə 17 yanvar 2022-ci tarixinədək olan qaydalar üzrə nömrə almaq, istədiyim işləri təqdim edirəm və əlavə olaraq 7 sayda işləri təqdim edirəm. Bu işlərdən bir neçəsinə baxıb nəticə vermişəm. Hesab edirəm ki, bu işlər üzrə qanuna müvafiq olaraq nəticə verilməlidir bu səbəbdən baxılması üçün intizam komissiyasına təqdim olunur. Xahiş edirəm bu işlərə nömrə verilməsində mənə köməklik göstərəsiniz və hazırda başlanılan intizam araşdırmasına bəraitverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edəsiniz. Qoşma 18 sayda işlərin əsli. xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında iştirak edərək, izahatına əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC ilə əməkdaşlıq etdiyi vaxtdan hər ay təxmini olaraq 100 sayda mediasiya müraciətinə baxmışdır. Rəyin araşdırma ilə müəyyən edilən hallarından görünür ki, şikayətə əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Döngə 2, ev 3 A-da qeydiyyatda olan X7 xx.xx.2022-ci il tarixdə ondan ayrı yaşadığı həyat yoldaşı X1 xx.xx.2022-ci il tarixli “X9 Barədə” Təklif daxil olmuşdur. Ə.H.Əliyev mediasiya nə olduğunu bilmədiyində buna əhəmiyyət verməmişdir. Bundan sonra vətəndaş Ələkbər Əliyevin istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə 18 yanvar 2022-ci il taridə 1 saylı ASAN xidmətdən 070-310- 87-56 nömrəsindən bir xanım zəng vurarmuş, mediasiyanın yeni yaranan qurum olduğunu bildirmiş və sonda həmin nömrədən ona sms vasitəsi ilə 21 yanvar 2022-ci il tarixdə aat 15:00-da 1 saylı ASAN xidmədə mediator İddiaçı yaxınlaşmalı olduğunu bildirmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə deyilən ünvana gedərkən yoldaşının orada olmasını görmüş, mediator ona iradəsinə zidd olaraq M-00221 nömrəli xx.xx.2022-ci il tarixinə saat 15:00-16:00-da ünvan 7 ünvanında ilkin mediasiya sessiyası (İMS) təyin etməsi barədə X11 imza atdırmasından və eyni anda “Mediasiya prosesinin tətbiqi və Mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilə” bağlamasından onda mediatorun qərəsizliyinə dair əsaslı şübhələr yaranmışdır. xx.xx.2022-ci il tarixli Mediasiya sessiyası zamanı (İMS) mediatorun onun sözünü kəsməsi, onu axıra kimi dinləməməsi, habelə yoldaşı ilə birlikdə mediatorun yanından ayrıldıqdan 10 dəqiqə sonra ASAN xidmətə geri qayıtdıqda mediatorun otağında yenidən yoldaşı və hətta qaynanasını gördükdə o, bu barədə Cavabdehna rəsmi müraciət edərək mediatora etiraz etdiyini və onun dəyişdirilməsini xahiş etmişdir. Rəyin araşdırma hissəsindən görünür ki, İntizam Komissiyasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, mediator İddiaçı (Reyetr nömrəsi M-00221) xx.xx.2021-ci ildən Cavabdeh üzvlüyünə qəbul olunmuşdur. O, reyesterdə fəaliyyət göstərdiyi ünvan kimi ünvan 8 olaraq +994 (77) *** ** ** və elektron adres olaraq mailto:ilvas.qulivev@hotmail.comElektron ünvan göstərmişdir. Buna baxmayaraq Şuraya məlumat vermədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqaviləsi olmadan, 1 saylı Bakı ASAN Xitmətin -1 (mənfi bir) mərtəbəsində qanunvericiliyin tələblərinə cavab verməyən şəraitdə mediasiya xidmətləri göstərdiyi təsdiq edilmişdir. Eyni zamanada izahatında da etiraf etdiyi kimi, konfıdensiallıq qaydalarını pozaraq mediasiya prosesinin tərəfi olmayan, özünə qeyri-rəsmi şəkildə köməkçi təyin etdiyi Elçin Cəfərov adlı şəxsə mediasiya prosesində dəvət məktublarını, arayışları, 3 tərəfli müqavilələri, barışıq sazişlərini kompyuterdə hazırlatdırdıqdan sonra onları imzalayaraq möhür vurur. Bundan başqa təsdiq edilmişdir ki, mediator İddiaçı qanunvericiliyin tələbləri kobudcasına pozaraq "xxxx" MMC-nin direktoru Toğrul Nəbiyevlə iş birliyi qurmuş və sonuncunun rəhbərlik etdiyi Cəmiyyətin "xxxx" MMC ilə “GOLD EXPRESS” ekspress xidmətlər göstərilməsi barədə və “Funksional Yardımçı xidmətin təşkili” adlanan xx.xx.2019-cu il tarixli Müqaviləyə xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq 3-cü şəxs kimi qoşularaq fərdi mediatorun vəzifə səlahiyyətlərini aşmışdır. Bu azmış kimi, "xxxx" MMC-nin “GOLD EXPRESS” xidmətlərini reklam edən və mediasiya ilə heç bir əlaqəsi olmayan bu özəl şirkətin çəkdirərək Youtu.be sosial şəbəkəsində hələ 26 oktyabr 2021- i il tarixdən yerləşdirilən (//youtu.be/zh098Uzq38U) “Mediasiya nədir bu prosess necə həyata keçirilir?” başlığı olan və vətəndaşları yanlış yola çəkən, həqiqəti əks etdirməyən video çarxda masasının üzərində “GOLD EXPRESS” bayrağını yerləşdirərək ASAN xidmətdəki otağında mediator rolunda baş rola çəkilmişdir. Bu fakt, mediator İddiaçı intizam kommisiyasma ASAN xidmət mərkəzində yalnız 2021-ci ilin noyabr ayından fəaliyyət göstərdiyi, "xxxx" MMC-nin direktoru Toğrul Nəbiyevi həyatda 4-5 dəfə görərək onunla yalnız qarşılıqlı şəkildə hal-əhval tutduğu barədə qeyri-səmimi və qeyri ciddi izahat verdiyini təsdiq edir. Eyni zamanda ASAN xidmətin - 1 (mənfi bir) mərtəbəsində yerləşən “mediator orağı” üzərində EXPRESS XİDMƏT yazısının olması, üstü açıq və yarı şəffaf şüşəli otaqdan ibarət olduğu, mediasiya sessiyası zamanı tərəflərin konfıdensial hesab edilən ailə və s. danışıqlarının və sessiya zamanı tərəflərin digər şəxslərə göründükləri, ümumi zalda olan adamlar tərəfindən aydın şəkildə eşidildikləri bu mediasiya sessiyalarının konfıdensiallıq qaydalarına əməl etmədən keçirildiyini təsdiq edir. ünvan 4Ada qeydiyyatda olan vətəndaş X5 mediator İddiaçı barəsində daxil olan şikayəti araşdırılarkən mediatorun sistematik şəkildə qanun pozuntuları etdiyi aşkar edilmişdir. Belə ki, mediator Xəzər rayon sakini vətəndaş X3 və şikayətçi (onun yoldaşı) Sabunçu rayon sakini X5 əl-ələ tutub onun yanma könüllü mediasiya məqsədilə yaxınlaşdığını bildirsədə, Ələkbər Əliyev bunu tam inkar etmişdir. O bildirmişdir ki, yoldaşı ilə xx.xx.2022ci il tarixdən ayrı yaşayır, ona xx.xx.2022-ci il tarixdə yoldaşından Mediasiyaya dair Təklif məktubu daxil olmuş lakin o buna əhəmiyyət verməmişdir. 18 yanvar 2022-ci xidmətdən ***-***-**-** nömrəsindən ona bir xanım zəng vurmuş və 3 gün sonra, yəni 21 yanvar 2022-ci il tarixdə saat 15:00-da 1 saylı ASAN xidmətə mediator İddiaçı ilkin mediasiya sessiyasına (İMS) keçirilməsi üçün yaxınlaşmalı olduğunu bildirmişdir. Ona mediatordan rəsmi poçt qaydasında dəvət məktubu daxil olmamışdır. O, mobil nömrəsinə göndərilən xx.xx.2022 tarixli 15:05 ASAN XİDMƏT -1, Həsən Əliyev küçəsi 36 (köhnə İnqlab küç) Mərtəbə mənfi 1, H.Əliyev küçəsi, 36 (köhnə İnqlab küçəsi) Mərtəbə mənfi 1. Mediator İddiaçı xx.xx.2022 - 15:00) mətnli sms-i şəkil formasına intizam komissiyasına təqdim etmişdir. Araşdırma nəticəsində ***-***-**-** möbil nömrəsinin sahibi olan xanimın ASAN xidmətdə fəaliyyət göstərən “GOLD EXPRESS”in əməkdaşı olduğu təsdiq edilmiş və vətəndaşların məlumatların mediator tərəfindən aidiyyəti olmayan şəxslərə ötürülməsi bir daha təsdiq edilmişdir. Eyni zamanda şikayətçi X10 mediatorun könüllülük prinsipini pozaraq bu mediasiya sessiyasını qanunsuz və birtərəfli apardığı, Ə.Əliyevin ünvanına xx.xx.2022 tarixdə daxil olan xx.xx.2022 ci il tarixli “X9 Barədə” Təklifdə olan Aygün Məmmədovanın çəkdiyi imza və (Nikahın pozulması/aliment tələbi) qeydi ilə mediatorun dosyesində olan eyni adlı sənətdə, başqa imzanın və yalnız (Nikahın pozulması) yazısının olması bu mediasiya prosesində saxtakarlıq elementlərinin də olmasını sübut edir. Bununla da 10 yanvar 2022-ci il tarixdə X7 göndərilən “Mediasiya prosesinin tətbiqi barədə” Təklifə sonuncunun qanunla müəyyən olunmuş 10 günlük müddətə müsbət cavab vermədiyi, o cümlədən ilkin mediasiya sessiyasının aparılması üçün mediator təyin edilməsi ilə bağlı birinci tərəf X4 Cavabdehna və ya Bakı şəhərində xx.xx.2022-ci il tarixdə fəaliyyət göstərən mediasiya təşkilatlarından birinə müraciət edilmədiyi aşkar edilmişdir. Bu halda nömrə verilməklə mediator İddiaçı belə iş yazılmadığı halda o, bu işi “könüllü müraciət” adı ilə öz icraatına götürmüş və xx.xx.2022-ci il tarixdə mediasiyaya aidiyyəti olmayan ASAN xidmət əməkdaşı vasitəsi ilə 21 yanvar 2022-ci il tarixdə saat 15:00-da ASAN XİDMƏT -1, Həsən Əliyev küçəsi 36 (köhnə İnqlab küç) ünvanda SMS vasitəsi ilə ilkin mediasiya sessiyasının vaxtını təyin etmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası (İMS) keçirdiyi və Aygün Məmmədovadan 50 AZN (İMS) mediasiya xərcini aldığı halda, həmən gün tərəflərə heç bir Arayış təqdim etməmişdir. Əvəzində isə o, öz yanından artıq icraatına götürdüyü işə M-00221 nömrəsi verərək, tərəflər arasında xx.xx.2022-ci il tarixində saat 15:00-16:00-da eyni ünvanda ilkin mediasiya sessiyası (İMS) təyin etmiş və onlara Dəvət Məktubuna imza atdırmışdır. Bu azmış kimi, o, bu işə könüllü qaydada baxdığını sübut etmək üçün tərəflərə xx.xx.2022-ci il tarixdə “Mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə” üçtərəfli müqavilə də imzalatdırmışdır. Nəticə etibarı ilə bu iş üzrə ondan şikayət olunduğunu bilən mediator xx.xx.2022-ci il tarixdə (İMS) keçirməmiş və ailə mübahisəsi həll edilmədən açıq saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış Cavabdeh nizamnaməsinin 1.1-ci bəndində "Cavabdeh” "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, həmin Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan funksiyaları həyata keçirmək məqsədilə mediasiya təşkilatının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvülüyü, üvlərinin hüquq bərabərliyi prinsipləri əsasında daimi əsaslarla fəaliyyət göstərən, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən, öz faliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyrikommersiya hüquqi şəxsdir. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsində aşağıdakı anlayışlar verilmişdir: mediasiya - mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses(1.0.1.); mediator - peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxs (1.0.3); mediasiya təşkilatı - bu Qanunun 11.1 -ci maddəsində müəyyən edilmiş hüquqi şəxs (1.0.4.). Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyrikommersiya hüquqi şəxsidir. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən hüquqi şəxs Cavabdeh üzvlüyünə qəbul edildiyi andan mediasiya təşkilatı kimi fəaliyyət göstərmək hüququ əldə edir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Cavabdeh bu Qanunun 20.1 -ci maddəsində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsi məqsədilə, mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən mediator bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıyır. Mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edilir və daxil edildiyi gündən 6 ay ərzində reyestrdə saxlanılır. Lakin göründüyü kimi iddiaçı yuxarıda təfərrüatı ilə sadalanan hərəkətləri ilə “Mediasiya haqqında” Qanunun 6, 7-ci maddəsində nəzərdə tutulan tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi, qərəzsizliyi prinsiplərini pozaraq, mediasiya zamanı tərəflərin bərabər iştirakını təmin etməmiş, tərəflərə tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmamış, mediasiya prinsiplərinə riayət etməmiş, mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etməmiş, mediasiya başlanana qədər tərəflərə mediasiyanm məqsədlərini, onların hüquq və vəzifələrini izah etməmiş və Qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair, hazırki işlə birbaşa əlaqəli olan ərizəyə baxılan zaman cavabdeh tərəfindən təqdim olunan iş materiallarında Whatsap sosial şəbəkəsində yazışmaları təqdim edilmişdir. Qeyd olunan yazışmalardan da müəyyən edilmişdir ki, iddiaçı “Hörmətli mediasiya ailəsi başda olmaqla hamınızı salamlayıram, mənim xətalarım barədə paylaşma olmuşdur, mənim xətalarımı bağışlamağınızı xahiş edirəm və mənə tətbiq olunan hər cür cəzanı anlayışla qarşılayacağıma söz verirəm” fikri əsasında səhv etdiyini etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 16 fevral 2022-ci il tarixli qərarı qanuni əsaslarla qəbul edilmiş, həmin qərarın qəbul edilməsini zəruri edən əsaslar məhkəmə araşdırması zamanı sübut edilmiş, məhkəmə tədqiqatı zamanı qeyd edilən qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı, cavabdehin gətirdiyi dəlilləri təkzib edən və öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7486/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7486/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver