Məhkəmə qərarları › İş №2-1(112)-7488/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7488/2020

17.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7488/2020 17.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızı, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə (şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən) məhkəmə binasında baxaraq, müəyyən etdi : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Səbail rayonu, X2, dalan 1, ev 2 ünvanda yerləşən əmlak kompleksinin layihə əsasında dövlət qeydiyyatına alınması və reyestrdən iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, X2, dalan 1, ev 2 ünvanında yerləşən ümumi sahəsi 1151.9 kv.m olan inzibati və istehsalat binası MH seriyalı ******* saylı çıxarışa və texniki pasporta əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmin əmlak kompleksinin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar olaraq yenidən tikinti işlərinin aparılması üçün icazə üçün Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Səbail rayon İcra Hakimiyyətinin 170 saylı xx.xx.2010-cu il tarixli sərəncamına əsasən İddiaçı MMC Bakı şəhəri, Səbail rayonu, X2, dalan 1, ev 2 ünvanında ünvan 3 xx.xx.2010-cu tarixli məktubu ilə razılaşdırılmış eskiz-layihə əsasında, inzibati və istehsalat binasının tikintisinə icazə verilmişdir. Bundan sonra sərəncamın icrası ilə bağlı eskiz layihə tərtib edilmiş, layihə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Əmlak kompleksi yenidən tikilərək, xx.xx.2012-ci il tarixdə istismara qəbul olunması barədə akt tərtib olunmuşdur. Əmlak kompleksinə dair müvafiq sənədlərlə çıxarışın alınması üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müxtəlif qərarlarına istinad edərək çıxarış verməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt əraziləridir. Bundan başqa yeni inşa edilmiş tikililərə dair tikintiyə icazə sərəncamı təqdim edilməmiş, istismara qəbul aktı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 272 saylı qərarına uyğun tam razılaşdırılmamışdır. Həmçinin, qəbul komissiyasının aktında və layihədə yalnız iki mərtəbəli tikili göstərilmişdir (digər tikililərin eskiz layihəsi yoxdur). Eyni zamanda torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmiş və texniki pasportda göstərilən bütün tikililər söküldüyündən qeydiyyatın ləğvi ilə bağlı ərizə əlavə olunmamışdır.Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********71 saylı cavab ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək şifahi məhkəmə baxışının iddiaçının nümayndəsinin iştirakı olmadan keçirilərək iddia tələbinin təmin ediməsini xahiş etmidir. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək inzibati işə xüsusi karantin rejimində idarənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan AR İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə uyğun olaraq baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə iddiaçının ərizəsini, cavabdehin xx.xx.2020-ci il tarixli məktubunu nəzərə alaraq və AR İPM-nin 16.2-ci maddəsini rəhbər tutaraq işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş materiallarında olan: Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli sərəncamına əsasən İddiaçı MMC-yə Bakı şəhəri, Səbail rayonu, X2, dalan 1, ev 2 ünvanda ünvan 4 xx.xx.2010-cu il tarixli məktubu ilə razılaşdırılmış eskiz-layihə əsasında inzibati və istehsalat binasının tikintisinə icazə verilmişdir. “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı”na əsasən xx.xx.2012-ci ildə ünvan 5 ünvanda İddiaçı MMC-nin mülkiyyətində olan inzibati və istehsalat binası layihə əsasıda tikinti norma və qaydalarına əməl olunmaqla başa çatdırıldığından istismara qəbul edilmişdir, akt komissiyanın bütün üzvlərinin və sədrinin imzaları və möhürü ilə təüsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №li çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi, dalan 1, ev 2 ünvanda istifadədə olan 0,12753 ha torpaq sahəsində yerləşən 1151,9 kv metr ümumi, 970,8 kv metr əsas, 181,1 kv metr köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır, həmin çıxarışa əsasən əmlaka 2 mərtəbəli tikili, 1 mərtəbəli çap sahəsi, 1 mərtəbəli boş otaq, 1 mərtəbəli qazanxana, 1 mərtəbəli boş sahə, 1 mərtəbəli anbar, qaraj, 1 mərtəbəli gözətçi məntəqəsi, 1 mərtəbəli boş sahə (anqar), 1 mərtəbəli elektrik şiti otağı, 1 mərtəbəli fotolaboratoriya, 1 mərtəbəli 2 ədəd boş otaq, 1 ədəd duşxana, 1 mərtəbəli ayaqyolu daxildir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakn Dövət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci ildə tərtib etdiyi ünvan 7 ünvanda yerləşən İddiaçı MMC –yə məxsus əmlak kompleksi kimi müəssisənin faktiki torpaq sahəsi 0,25139 ha, tikinti altı sahəsi 0,11795 ha, digər sahələri 0,13344 ha olmuş, tikili və qurğular kimi idarə binası, gözətçi otağı, elektrik şiti otağı, fotolaboratoriya, sanitar qovşağı göstərilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna əsasən Səbail rayonu, X2, dalan 1, ev 2 ünvanda yerləşən əmlak kompleksinin istifadəsində olan torpaq sahəsində tikilmiş mövcud əlavə anbar tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim edilmiş memarlıq planlaşdırma həlli layihəsinə baxılmış və razılaşdırılmışdır. Cavabdeh tərəfindən qanunamüvafiq qaydada sənədləşdirilməsinə etiraz olmadığı qeyd edilmişdir. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubuna əsasən ünvan 7 ünvanda yerləşən əmlak kompleksi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir.İmtinanın əsası kimi göstərilmişdir ki, “elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt əraziləridir. Bundan başqa yeni inşa edilmiş tikililərə dair tikintiyə icazə sərəncamı təqdim edilməmiş, istismara qəbul aktı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 272 saylı qərarına uyğun tam razıladırılmamışdır. Həmçinin qəbul komissiyasının aktında və layihədə yalnız iki mərtəbəli tikili göstərilmişdir (digər tikililərin eskiz layihəsi yoxdur; torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmiş və texniki pasportda göstərilən bütün tikililər söküldüyündən qeydiyyatın ləğvi ilə bağlı ərizə təqdim olunmamışdır”. Əmlakın yeni eskiz layihəsinə əsasən iddiaçının inşa etdiyi tikililərin eskiz layihəsi Bak şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılşdırılmışdır. “Özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 538 №li, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, X2, dalan 1, ev 2 ünvanda əmlak kompleksinin yerləşdiyi 2513,9 kv metr torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri tərəfindən iddiaçıya xx.xx.2034-cü ilə qədər icarəyə verilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi, dalan 1, ev 2 ünvanda istifadədə olan 0,12753 ha torpaq sahəsində yerləşən 1151,9 kv metr ümumi, 970,8 kv metr əsas, 181,1 kv metr köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır, həmin əmlakın yerləşdiyi torpaq sahəsi 2034-cü ilə qədər iddiaçının icarəsindədir, həmin əmlakın texniki pasportunda yerləşdiyi faktiki torpaq sahəsi 0,25139 ha, tikinti altı sahəsi 0,11795 ha, digər sahələri 0,13344 ha olmuş, tikili və qurğular kimi idarə binası, gözətçi otağı, elektrik şiti otağı, fotolaboratoriya, sanitar qovşağı göstərilmişdir, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti tərəfindən 2010-cu ildə əmlak kompleksinin yerləşdiyi ünvanda təsdiq edilmiş eskiz-layihə əsasında inzibati və istehsalat binasının tikintisinə icazə verilmişdir, kompleksin istifadəsində olan torpaq sahəsində yeni tikilinin inşa edilməsinə dair məluamtlandırma icraatı qaydasında təqdim edillmiş memarlıq planlaşdırma həlli layihısənə baxılmış və icra hakimiyyəti tərəfindən razılaşdırılmışdır. 2012-ci ildə tikinti quraşdırma işləri başa çatmış obyekt istismara qəbul edilmişdir, iddiaçı ünvan 7 ünvanda yerləşən əmlak kompleksi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də cavabdeh iddiaçının müraciətini təmin etməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir; Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndiskommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi əmlak kompleksində yeni inşa etdiyi tikili məlumatlandırma icraatının aid olduğu tikilidir, həmin tikilinin daxil olduğu əmlak kompleksi 2007-ci ildə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır, əmlakın yerləşdiyi torpaq sahəsi 2034-cü ilə qədər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iddiaçıya icarəyə verilmişdir, əmlak kompleksinə aid olan yeni tikilinin layihəsi icra hakimiyyəti ilə razılaşdırılmışdır, yeni inşa edilən tikili istismara qəbul edilmişdir, beləliklə iddiaçının tikilini inşa etdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, fiziki və ya hüquqi şəxs və ya dövlət orqanı tərəfindən həmin tikilinin qanuniliyi mübahisələndirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin üzərində istifadə, icarə və ya mülkiyyət hüququnun başqa bir şəxsin adına qeydə alınması barədə sənəd məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmənin gəldiyi nəticəyə əsasən qeyd edilən hallar iddiaçının ərizəsində göstərilən əmlak kompleksinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Həmin Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin Bakı şəhəri, Səbail rayonu, X2, dalan 1, ev 2 ünvanda yerləşən əmlak kompleksinin layihə əsasında dövlət qeydiyyatına alınması və reyestrdən iddiaçının adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, X2, dalan 1,ev 2 ünvanında yerləşən əmlak kompleksinin layihə əsasında dövlət qeydiyyatına alınması və reyestrdən İddiaçı MMC-nin adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar