Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-749/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla vurulmuş zərərin ödənilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kaspiyets-2” kooperativində yerləşən ona məxsus 31,10 kv/metr 31 nömrəli qarajın sökülməsi nəticəsində dəymiş ziyana görə cavabdehdən ona 9330 manat məbləğində pulun tutulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 19.03.2021-ci il tarixli, 2-1(112)-5063/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X11 İcraiyyə Komitəsinin 12/829 saylı, 01 avqust 1986-cı il tarixli, 11/197 saylı, 04 aprel 1987-ci il tarixli və 13/607 saylı, 25 sentyabr 1991-ci il tarixli qərarları ilə X8 zabitlərinə məxsus avtomobillər üçün kooperativ qarajların tikilməsi məqsədi ilə Bakı şəhərinin 26 Bakı Komissarları rayonunda 29-cu kvartalda, X4 (KBM) ilə X12 arasında olan dənizkənarı qumlar sahəsində, indiki Səbail rayonunun F.Mehdiyev küçəsində müvafiq torpaq sahələri ayrılmışdır. Ayrılmış torpaq sahəsində kollektiv qarajların tikintisinin aparılması üçün 15 may 1987-ci il tarixdə 26 Bakı Komissarı adına Rayon X11 İcraiyyə Komitəsinin 98/9075 saylı qərarı ilə “Kaspiyets-1”, daha sonra “Kaspiyets-2” və “Kaspiyets-3” kooperativləri təsis edilmişdir. Ümumilikdə 119 qarajın tikilməsi müəyyən edilmişdir. 26 Bakı Komissarı adına rayon X11 İcraiyyə Komitəsinin 23 sentyabr 1987-ci il tarixli, 11/938 saylı və sonrakı müvafiq qərarı ilə kooperativin üzvlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda onun adı, yaşadığı ünvan, ona məxsus nəqliyyat vasitəsinin adı və markası qeyd olunmuşdur. Həmin ərazidə ona aid qarajdan başqa 118 ədəd qaraj da olmuşdur. “Kaspiyets-2” kooperativinin verdiyi arayış-orderdən görünür ki, “Kaspiyets-2” Kooperativi tərəfindən 31/3248 saylı, 29 sentyabr 1989-cu il tarixli qərar ilə ona “Kaspiyets-2” Kooperativində maşın yeri (boks) almaq icazəsi verilmişdir. “Kaspiyets- 2” Qaraj Kooperativinin təsdiq etdiyi 31 saylı qarajın planına əsasən ona məxsus 31 saylı qarajın ümumi sahəsi 31,10 kv metr təşkil etmişdir. “Kaspiyets-1” Qaraj Kooperativi Azərbaycan Respublikası Vergilər Departamentinin X5 Dövlət Qeydiyyatı İdarəsində yenidən qeydiyyata alınaraq yeni Nizamnaməsi təsdiq edilmiş və X5 dövlət reystrindən 09.01.2014-cü il tarixli, **********365800 saylı çıxarış verilmişdir. “Kaspiyets-2” Qaraj Kooperativi Azərbaycan Respublikası Vergilər Departamentinin X5 Dövlət Qeydiyyatı İdarəsində yenidən qeydiyyata alınaraq yeni nizamnaməsi təsdiq edilmiş və X5 dövlət reyestrindən 15.01.2014-cü il tarixli, **********038400 saylı çıxarış verilmişdir. ‘Kaspiyets-3” Qaraj Kooperativi Azərbaycan Respublikası Vergilər Departamentinin X5 Dövlət Qeydiyyatı İdarəsində yenidən qeydiyyata alınaraq yeni nizamnaməsi təstiq edilmiş və X5 dövlət reyestrindən 15.01.2014-cü il tarixli, **********040500 saylı çıxarış verilmişdir. Bakı şəhər X11 İcraiyyə Komitəsi və Bakı şəhərinin 26 Bakı Komissarı rayon XDS İcraiyyə Komitəsinin yuxarıda qeyd edilən qərarlarından sonra “Kaspiyets-2” Kooperativi üzrə 70 ədəd, “Kaspiyets-3” kooperativi üzrə isə 20 ədəd, cəmi -119 ədəd avtomobil qarajı inşa olunmuşdur. Kooperativ üzvləri uzun müddət, yəni 22 ildən cox müddətdə həmin qarajlardan istifadə edərək qarajlarda vaxtaşırı zəruri tikinti-təmir işləri aparmış, qarajların tikilməsi və təmiri üçün çoxlu əmək və külli miqdarda maddi vəsait sərf etmişlər. Həmin dövr ərzində Qaraj Kooperativləri tərəfindən dövlət büdcəsinə müvafiq vergilər, istifadə olunmuş elektrik və su sərfiyyatı xərcləri tam ödənilmişdir. O, “Kaspiyets-2” qaraj kooperativinin üzvüdür və həmin kooperativin nəzdində olan 31 saylı qaraj ona məxsusdur. “Kaspiyets-2” Kooperativi tərəfindən inşa edilən 70 ədəd qarajdan sahəsi 31.10 kv.m təşkil edən 29 saylı qaraj ona məxsus olmuşdur. O, həmin qarajın qanuni sahibi və istifadəçisi olmuş, qaraj üzərində onun sahiblik və istifadə hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2007-ci il tarixli, 2504 №-li sərəncamının icrası ilə əlaqədar Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı 31 oktyabr 2008ci il tarixli, 580 saylı sərəncam qəbul etmişdir. Həmin sərəncamla F.Mehdiyev küçəsində yerləşən qarajlar və digər tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Səbail rayon İcra Hakimiyyəti qeyd edilən ərazidə yerləşən qarajları sökmüş, lakin həmin qarajlar sökülən zaman nə ona, nə də digər qaraj sahiblərinə kompensasiya ödənilməmişdir. İnzibati orqanın qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətindən məhrum olunmuş və bununla bağlı ona 9.330 manat məbləğində maddi zərər dəymişdir. Tərəfindən ona məxsus qarajın sökülməsi nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı 03.02.2021-ci il tarixli ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin 26.02.2021-ci il tarixli cavab məktubu ilə müraciəti aşağıdakı qaydada cavablandırılmışdır: “Sizin qarajın sökülməsi nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. Bildirik ki, qeyd etdiyiniz məsələyə hal-hazırda məhkəmə orqanlarında baxıldığından qəbul ediləcək yekun məhkəmə aktı ilə sözügedən məsələyə hüquqi qiymət veriləcəkdir”. Odur ki, vurulmuş zərərin ödənilməsi iddiası ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iddiaçının vəkili X7 iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 05.01.2021-ci il tarixli, BA-04625-2021 №-li məktuba əlavə edilmiş 26 Bakı Komissarı rayon XDS İK-nin (indiki Səbail RİH) 22.05.1987-ci il tarixli, 99/9080 nömrəli qərarının lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən 29-cu məhəllədə, nəzarət-buraxılış məntəqəsi ilə X12 arasında olan dənizkənarı qumlar sahəsində kollektiv qarajının tikintisində və istifadəsində iştirak etmək istəyən avtomobilləri olan zabitlər və əməkdaşlardan ibarət “Kaspiyets-2” Kooperativi təşkil edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 29.11.2021-ci il tarixli, **********780800 №-li məktuba əlavə erilmiş “Kaspiyets-2” Qaraj Kooperativinin sənədlərindən görünür ki, “Kaspiyets-2” Qaraj Kooperativi 22.05.1987-ci ildə qeydiyyata alınmışdır. “Kaspiyets-2” Qaraj Kooperativinin üzvlərinin 25 noyabr 2013-cü il tarixli ümumi yığıncağının ptorokolu ilə kooperativin nizamnaməsi 30.12.2013-cü ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Kooperativin fəaliyyətinin məqsədi kooperativ üzvlərinin əmlak pay haqlarını könülləşdirilmək yolu ilə onların qaraj sahəsinə tələbatının təmin edilməsidir. X6 tərkibi X3 sədr, İddiaçı, X14 üzvlər kimi təsdiq edilmişdir. İddiaçı Kooperativin üzvü kimi 1 (bir) paya sahibdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi X5in dövlət reyestrindən 15.01.2014-cü il tarixli, **********03840 nömrəli çıxarışın surətindən görünür ki, “Kaspiyets-2” Qaraj kooperativi 22 may 1987-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X1. İddiaçı 1 paya malikdir. - “Kaspiyets-2” Qaraj Kooperativinin sədri Ə.Eldarxanov tərəfindən verilmiş orderarayışın surətindən görünür ki, İddiaçı Səbail rayonu “Kaspiyets-2” Qaraj Kooperativinin 31 №-li boksundan istifadə etməyinə icazə verilmişdir. - “Kaspiyets-2” Qaraj Kooperativinin sədri Ə.Eldarxanov tərəfindən təsdiq edilmiş Kooperativin 31 №-li qarajının planının surətindən görünür ki, qarajın sahibi İddiaçıdur. Qarajın sahəsi 31,10 kvm.dir. - Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03.08.2021-ci il tarixli, **********99 №-li məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, F.Mehdiyev küçəsində yerləşən 31 nömrəli qarajın qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. - “X15 LTD” tərəfindən “Kaspiyes-2” Qaraj Kooperativinin sədri Ə.Eldarxanova ünvanlanmış 12.01.2012-ci il tarixli, 002/MQƏ01-12 №-li “Azərbaycan Respublikası Bakı şəhəri, Səbail rayonu, 29-cu məhəllə ünvanında yerləşmiş, X10 məxsus olmuş avtomobil qarajından ibarət daşınmaz əmlakın orta bazar qiymətinin müəyyən edilməsi haqqında rəy”in surətindən görünür ki, “X15 LTD” müştərək müəssisəsi Ə.Eldarxanovun sifarişinə əsasən Azərbaycan Respublikası Bakı şəhəri, Səbail rayonu, 29-cu məhəllə ünvanında yerləşən X10 məxsus olmuş avtomobil qarajından ibarət daşınmaz əmlakın 2011-ci ilin dekabr ayına olan real bazar qiymətləri haqqında müxtəlif mənbələrdən fuksional analoqların bazar dəyəri barəsində əldə edilmiş məlumatları araşdıraraq qeyd edilən ünvanda yerləşmiş daşınmaz əmlakın orta bazar dəyəri haqqında hazırki ekspert rəyini tərtib etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri, Səbail rayonunda yerləşmiş və ümumi sahəsi 37,7 kvm. təşkil etmiş daş qarajdan ibarət daşınmaz əmlakın 2011-ci ilin dekabr ayına olan real bazar qiymətləri tikilillərin hər bir kvadrat metri üçün orta hesabla ***-**** manat təşkil etmişdir. Müqayisəli satışlar metodunun tətbiqi əsasında aparılmış hesablamaların nəticəsində Bakı şəhəri, Səbail rayonu, 29-cu məhəllə ünvanında yerləşmiş X10 məxsus olmuş və ümumi sahəsi 37,7 kvm. təşkil edən qarajdan ibarət daşınmaz əmlakın 2011-ci ilin dekabr ayına olan bazar dəyəri 30.000 AZN (otuz min manat) səviyyəsində müəyyən edilmişdir. qiymətləndirmə prosessində müəyyən edilmiş orta bazar qiymətləndirilən daşınmaz əmlakın dislokasiya olunduğu ərazidə yerləşən və sahələri qiymətləndirilən daşınmaz əmlaka müvafiq ölçülərə uyğun ola biləcək mişar daşından inşa edilmiş analoji avtomobil qarajlarına, o cümlədən “Kaspiyes 1, 2, 3” qaraj kooperativlərinin inşa etdiyi avtomobil qarajlarına şamil edilə bilər. Ekspert rəyinin tərtib olunması prosessində məlumat mənbəyi kimi “Birja”, “Market”, “İRR” elan qəzetləri, www.bina.az, www.birja.az, www.novostroyka.az, www.evim.az internet saytlarının məlumatlarından istifadə edilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26.02.2021-ci il tarixli, Z-13-126 №-li məktubun surətindən görünür ki, qarajın sökülməsi nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi barədə daxil olmuş ərizəsinə baxılmışdır. Qeyd etdiyi məsələyə məhkəmə orqanlarında baxıldığından qəbul ediləcək yekun məhkəmə aktı ilə sözü gedən məsələyə hüquqi qiymət veriləcəkdir. Məhkəmə iddiaçının vəkilini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Kaspiyets-2” qaraj tikinti kooperativinin üzvü olmaqla, 31 nömrəli qarajın sahibi və istifadəçisi olmuşdur. Həmin qaraj söküldüyü üçün ona dəymiş zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsini tələb etmiş, lakin cavabdeh iddiaçıya vurduğu zərərin ödənilməsindən imtina etmişdir. Hazırda iddiaçı “Kaspiyets-2” kooperativində yerləşən ona məxsus olan sahəsi 31,10 kv.metr olan 31 nömrəli qarajın sökülməsi nəticəsində dəymiş ziyana görə cavabdehdən 9330 manat məbləğində pulun tutulmasına dair qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. - 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. - 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Avropa İnsan hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30.11.2004cü il tarixli qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə qeyd edir ki, “Kaspiyets-2” Qaraj Kooperativi tərəfindən iddiaçıya sahəsi 31,10 kv.metr olan 31 nömrəli qaraj ayrılmış və həmin qaraj iddiaçının qanuni istifadəsində olmuşdur. İddiaçı qanuni istifadəsində olan qaraj üzərində hüquqlarını qeydiyyata aldırmasa da həmin qarajın ona ayrılması barədə zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Prezidentinin X9 yaradılması ilə bağlı 17.11.2007-ci il tarixli, 2504 №-li sərəncamının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Başçısı 31.10.2008-ci il tarixli, 580 №-li sərəncam verilmişdir. Həmin sərəncamla ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, ərazidə olan qarajların və digər tikilillərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin sərəncamın icrası ilə bağlı iddiaçının qanuni istifadəsində olan 31 №-li qaraj da sökülmüş, lakin qarajın sökülməsi ilə əlaqədar iddiaçıya vurulmuş ziyan ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, iddiaçının qanuni əsaslarla istifadə hüququna malik olduğu qaraj söküldüyündən həmin qarajın bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza keçrilməsi mümkün deyildir. Lakin analoji işlər üzrə məhkəmə qərarları ilə (Bakı Apellyasiya Məhkəməsi MK-nın 20.02.2012-ci il tarixli, 2(103)-688/2012 saylı qətnaməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.12.2017-ci il tarixli, 2-1(81)-4911/2017 saylı qərarı; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.03.2019-cu il tarixli, 2-1(81)- 213/2019 saylı qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 31.08.2012-ci il tarixli, 2(102)-2620/2012 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 11.02.2015-ci il tarixli, 2-1(102)-33/2015 saylı qərarı) Bakı şəhəri, Səbail rayonu, F.Mehdiyev küçəsində mövcud olmuş “Kaspiyets-2” qaraj kooperativinin üzvlərinə məxsus qarajların hər kvadratmetrinin bazar dəyərinin 300 manat təşkil etməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanuni isitfadəsində olan qarajın hər kvadratmetrinə görə 300 manat (31.10 kvm x 300 manat = 9330 manat), cəmi 9330 manat kompensasiyanın müəyyən edilməsi ədalətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, “Kaspiyets-2” Qaraj Kooperativi tərəfindən iddiaçıya verilmiş və sonuncunun qanuni istifadəsində olmuş 31 №-li qarajın sökülməsi nəticəsində vurulmuş 9330 manat məbləğində ziyanın əvəzi cavabdeh inzibati orqandan tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “Kaspiyets-2” Qaraj Kooperativində yeləşən İddiaçı məxsus 31 №-li qarajın sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 9330 (doqquz min üç yüz otuz) manat məbləğində pul cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-749/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-749/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver