Məhkəmə qərarları › İş №2-1(112)-7490/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7490/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7490/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X5 və X6 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı mülkiyyətçisi olduğu ünvan 2 ünvanından X5 və X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli “İlkin alqı-satqı müqaviləsi” ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 19 saylı MKİS-nin verdiyi layihəyə əsasən, X1 adına olan Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34 K ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslər evin keçmiş sahibi X5 və onun övladı X4r. Belə ki, X5 və ailə üzvləri evi satdıqdan sonra başqa ünvana köçmüşdür, faktiki olaraq, ünvan 3 ünvandan qeydiyyatdan çıxmırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 və X6 hələ də, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34 K ünvanında qeydiyyatdadır. Onların onun evində qeydiyyatda qalması mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-13- 53/2-H-5875/11 nömrəli məktubla imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmənin 2-1(112)-7490/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 və X6 iş üzrə zəruricəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli, 3M-1257 reyestr nömrəli X5 ilə İddiaçı arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi eskiz layihəsinə əsasən X3 adına olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 34 K olan ümumi sahəsi 62.08 kv.m olan fərdi yaşayış evinin alqı-satqı müqüaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Göstərilən əmlakın satış qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən birinci tərəf Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 34 K olan ümumi sahəsİ 62.08 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayışın onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin ikinci tərəfə satılması, alqı-satqı müqaviləsinin bağlanmasını, evin (yaxud qeyri-yaşayış, torpaq sahələri) ikinci tərəfin mülkiyyətinə verilməsini öhdəsinə götürür. Notariat Ofisi tərəfindən alqı-satqı müqaviləsinin rəsmiləşdirilmədiyi bildirilmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18/2-9763 nömrəli cavab məktubuna əsasən xx.xx.19863-cü il təvəllüdlü X5 xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Göygöl rayonu, Yeni Zod kəndində, xx.xx.2006-cı il tarixdən, xx.xx.2007-ci il təvəllüdlü X6 xx.xx.2015-ci il tarixdən hazırki vaxtadək ünvan 5rlar. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-14922/2025 nömrəli məktubla bildirilmişdir ki, ünvan 4 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən 19 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 60 nömrəli, xx.xx.2025-ci il tarixli forma 2 arayışına əsasən ünvan 4 ünvanında fərdi tikilinin kiminsə adına hal-hazırda mülkiyyət hüququnu təsiq edən sənəd yoxdur. Həmin ünvanda X5 və X6 qeydiyyatdadırlar. İddiaçı barəsində 19 saylı MKİS-də heç bir məlumat yoxdur. Beləliklə işin hallarından göründüyü kimi, mübahisəli ünvan özbaşına tikili olmaqla iddiaçının həmin ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. İddiaçı həmin evi 3-cü şəxslə arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi əsasında əldə etsə də, müqavilənin məzmunundan göründüyü kimi, həmin fərdi tikiliyə dair sözügedən müqavilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi eskiz layihəsinə (texniki sənədə) əsasən rəsmiləşdirilmiş və sözügedən eskiz layihə hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilmə bilməz. Bundan əlavə tərəflər arasında sonda alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin, məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubuna əsasən ünvan 4 ünvanında yerləşən fərdi tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı bir məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bu hal isə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olmasını istisna edir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə (Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması) əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının sözügedən ünvana dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmadığından, onun üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud deyildir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, 3-cü şəxslər ünvan 4 ünvanında deyil, ünvan 5rlar. Göstərilən hallar isə iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar