Məhkəmə qərarları › İş №2-1(112)-7493/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7493/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7493/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3 (ünvan 1 ünvanında qeydiyyatda olan) İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 cəlb olunmaqla) qarşı üçüncü şəxlərsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 2 ünvandakı evindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ev iddiaçının xüsusi mülkyyətindədir.Hal hazırda həmin ünvandakı evdə yaşayır. İddiaçının yaşadığı və qeydiyyatda olduğu evdə şəxslər qeydiyyatdadırlar. İddiaçı onlara dəfələrlə ona məxsus evdən qeydiyyatdan çıxmalarını söyləsə də, qeydiyyatdan çıxmamışlar. Həmin şəxslərin iddiaçının evində qeydiyyatda olamaları ona əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Hazırda həmin evdə iddiaçı və uşaqlarından başqa heç kim yaşamır. Lakin hazırda ona məxsus olan evinə sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Cavabdeh2, Cavabdeh3 2020-ci ildə Suraxanı rayon Məhkəməsində “evə köçürülmə” tələbinə dair iddia qaldırmış iddiaları təmin edilmişdir. Sonradan iddiaçının həmin iddia tələbindən verdiyi apellyasiya şikayətinə baxılarkən aralarındakı razılaşmaya əsasən iddiaçıdan 3(üç min) manat pul almış və iddiasından imtina etmiş və ona məxsus evdən qeydiyyatdan könüllü çıxacağına söz versə də, sonradan sözünə əməl etməmişdir. Beləliklə həmin şəxslər iddiaçının evində formal olaraq qeydiyyatda qalmışdır. İddiaçı həmin şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə müraciət etsə də, qeyd olunan məsələnin onların səlahiyyətində olmadığını xx.xx.2021-ci ildə məktubla bildirərək müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsini və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən 23 saylı evə göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X3 izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak X5 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı **********50-10301 reyestr nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 23 saylı mənzil11/12 hissə üzrə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə çıxarış əldə etmişdir. -Suraxanı İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nüsmayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 1976 saylı arayışdan görünür ki, şahidlik aktına əsasən Cavabdeh3 İddiaçı mülkiyyətçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi Çingiz Nəsirov küçəsi, 2-ci Döngə, 23 saylı mənzildə evdə yaşamadığı qeyd olunmuşdur. -Bakı Apelyasiya MəhkəməsininMülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 6618/2020 saylı Qərardadında çüəyyən edilən hallardan görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Suraxanı rayonu, bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, 2-ci döngədə yerləşən 23 saylı evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri suraxanı rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə təqdim edərək cavabdehlə razılıq əldə edildiyi və 3000 manat pulun verildiyi, buna görə də iddiadan imtina etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-6618/2020 saylı Qərardadının ləğv edilməsi mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 096-11468A-1221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dir sənədlər, həmçinin İddiaçı adına Azərbaycan Respublikası Əmlak X5 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, **********50-10301 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 2 V/1-07 № ilə reyestrdə qeyd olunan 30 yanvar 2015-ci il tarixli 389958 №li “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin təsdiq edilmiş surətində aşağıdakılar qeyd olunmuşdur: Bakı şəhəri 35-saylı notariat kontorunun xüsusi notariusu X4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 10 fevral 2014-cü ildə vəfal etmiş X1 vərəsələri bunlardır: Bakı şəhəri, Bülbülə qəs., Ç.Nəsirov küç., dal 2., ev 23-də qeydiyyatda olan İddiaçı miras əmlakdan 2\8 hissəsinə irs almalıdır. 2\8 hissə isə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak: AR Bakı şəh. İH-ti və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş 06 saylı reyestr kitabının 795-c, səhifəsində qeyd alınmış Qeydiyyat Vəsiqəsinə və AR. ƏMDK-nin vanında DƏDRX-nin Bakı şəhər Əİ tər. xx.xx.2014-cü il tar. 06\3609 saylı Arayışa əsasən Bakı şəhəri Suraxanı r-nu., Biilbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, döngə 2-də yerləşən ümumi «tahəsi 235.2 kv.m., o cümlədən yaşayış sahəsi 68.6 kv.m, yardımçı sahəsi 166.6 kv.m olan 4 (dörd) otaqlı 23 saylı fərdi yaşayış evinin mərhum X2 məxsus olan 1/3-hissədən ibarətdir. Qeyd: ümumi əmlakın 8/24. Vəsiyyətnaməyə sonradan 12/24 barədə düzəliş edilmişdir. Beləliklə işin hallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6618/2020 saylı Qərardadında müəyyən edilən hallardan görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Suraxanı rayonu, bülbülə qəsəbəsi, Çingiz Nəsirov küçəsi, 2-ci döngədə yerləşən 23 saylı evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə təqdim edərək cavabdehlə razılıq əldə edildiyi və 3000 manat pulun verildiyi, buna görə də iddiadan imtina etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-6618/2020 saylı Qərardadının ləğv edilməsi mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. ünvan 6 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evinin 11/12 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3un ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxslərin ona məxsus mənzildə yaşamaması, qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 23-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus ünvan 7 ünvanında yaşamadıqları halda həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin ünvan 9 ünvanda yerləşən 23 saylı evdən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 10 ünvanda qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar