Məhkəmə qərarları › İş №2-1(112)-7493/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7493/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7493/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı iləiştirakı ilə, İddiaçı cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “ 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 35 saylı soyadının, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi və iddiaçıya məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində əvvəlki məlumatların bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “ 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 35 saylı soyadının, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi və iddiaçıya məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində əvvəlki məlumatların bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdə öz arzusuna əsasən 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin 35 saylı akt qeydi ilə soyadını “Mehdizadə”dən “Aypar”a dəyişdirmişdir. Lakin adını və soyadını dəyişdirdikdən sonra bütün sənədləşmələrdə dəyişiklik edilməsi zərurəti yaranmış və həmin zərurət ilə əlaqədar bir çox çətinliklər yaranmışdır. Bu səbəbdən soyadının yenidən “Mehdizadə”yə dəyişdirmək məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilmişdir. İddia göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir.

5. Məhkəmə məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsini dinlədikdən sonra iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.”

6. İddiaçının hazırki tələbi 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 35 saylı soyadının, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi və iddiaçıya məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində əvvəlki məlumatların bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2-1(112)-10353/2022 nömrəli (İddiaçı cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinə qarşı soyadının “Aypar”-dan “Mehdizadə”-yə dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə) qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Odur ki, hazırki iddia tələbinə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edildiyinə görə iddiaya hazırda baxılması mümkün deyildir.

7. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

9. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

10. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 4əyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar