Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7497/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, baş mütəxəssis-böyük inspektor vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “əlilliyə görə pensiyanın təyin edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlilliyə görə əmək pensiyası verilməsi öhdəliyinin qoyulması, əmək pensiyasının 2016-ci ildən hesablanaraq kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 12.11.1973-cu ildə Lənkəran Təmir Tikinti Trestində əmək fəaliyyətinə başlamışdır. Sonradan hərbi xidmətə çağrılmışdır. Lakin xəstəliyi ilə əlaqədar ordudan tərxis olunmuş və yenidən əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyətinə başladığı gündən 02.02.1993-cü ilə kimi əmək fəaliyyətini davam etdirmiş və sonradan fasilələrlə fərdi əməklə məşğul olmuşdur. Sonralar xəstəliyi tam işləməyinə imkan verməmişdir. 2016-cı ildən ümumi xəstəliklə əlaqədar (gözdən əlil) 2-ci qrup əlildir. xx.xx.1955-ci il təvəlüdlüdür. 2016-ci ildə əliliyi ilə əlaqədar əmək pensiyası almaq üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan Suraxanı rayon Şöbəsinə müraciət etmişdir. Ona bildirmişlər ki, hələlik yaş həddin imkan vermədiyiyindən ona sosial müavinat təyin olunacaq. Beləliklə də cavabdeh qanunsuz olaraq onun əlilliyə görə pensiya almaq hüququnu onun savadsızlığından istifadə edərək məhdudlaşdırmışdır. Halbuki onun yaş həddi imkan verirdi ki, ona 2016-cı ildə əlilliyə görə əmək pensiyası təyin olunsun. O, dəfələrlə, sonuncu dəfə isə yanvar 2020-ci ildə cavabdehə ona əlilliyə görə əmək pensiyası təyin olunması barədə ərizə ilə yazılı müraciət etmişdir. Təkrar olaraq cavabdeh əsassız səbəblərdən ona əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Beləliklə, əlilliyə görə əmək pensiyasının təyin olunma şərtləri : 1) sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı; 2) əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH-əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K-sığorta davamiyyəti əmsalıdır. İddiaçı pensiya yaşına çatsa da əlilliyə görə tələb olunan əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olmadığı üçün müraciət etdiyi DSMF Suraxanı rayon şöbəsi tərəfindən əlilliyə görə sosial müavinət təyin olunmuş və hazırki vaxta qədər ödənişlər olunur. Vətəndaşa əlilliyə görə pensiya təyini üçün tələb olunan kapital 16742,9, vətəndaşın pensiya kapitalı isə 11632,84 təşkil edir. Həmçinin vətəndaşın əmək kitabçasında qeyd olunan və sosial sığorta stajına daxil edilən 02.02.1990-ci ildən 01.03.1993-cü ilədək olan dövr şübhə doğurmuş, lakin qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Beləliklə iddiaçının əmək pensiyasına hüququ yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(112)-2937/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 09.12.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2- 1(103)-365/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-2937/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin aşagıdakı qaydada dəqiqləşdirdiyini bildirmişdir: “2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilsin və yaranmış fərqin ödənilməsi cavabdehin üzərinə qoyulsun”. İddia ərizəsinə dəqiqləşmə məhkəmə icraatına qəbul edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, tərəflərin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Lənkəran şəhərində doğulmuşdur. İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.06.1974-cü ildən 05.08.1974-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 12.09.1973-cü ildən 27.05.1974-cü ilə qədər Lənkəran Təmir Tikinti Trestində işçi, 02.09.1974-cü ildən 01.01.1975-ci ilə gədər Lənkəran Balıq-Konserv Zavodunda mexanika sexinin ocaqçı şagirdi, oçaqçı, 03.03.1975-ci ildən 18.08.1975-ci ilə gədər 8 nömrəli Kənd-Təsərrüfat Trestində işçi, 09.07.1976-cı ildən 17.05.1978-ci ilə qədər X3 kərpicçi, 24.05.1978-ci ildən 01.06.1979-cu ilə gədər Lənkəran Balıq-Konserv Zavodunda işçi, 22.08.1980-ci ildən 26.04.1984-cü ilə gədər Bakı şəhəri Orcokinidze rayon X1 işçi və anbarçı, 17.01.1985-ci ildən 13.12.1985-ci ilə qədər sifarişçi, 02.01.1986cı ildən 28.08.1986-cı ilə gədər Azərittifaqın Bakpromkombinatda ekspeditor, 23.02.1987ci ildən 14.03.1988-ci ilə gədər Şaumyan RİT-də qəssab, 22.03.1988-ci ildən 10.05.1989cu ilə gədər “Aqropromstroy-2”-də işçi, 29.02.1990-cı ildən 30.01.1993-cü ilə qədər "xxxx" LTD-də muhafizəçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair portaldan çıxarışının surətindən görünür ki, İddiaçı 09.12.2016-cı il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Məhkəmə Mübahisələri ilə İş İdarəsinin **********7 №-li, 23.07.2020-ci il tarixli məktubuna əlavə olunmuş X4 müavinət işinin təsdiq edilmiş surətindən görünür ki, X5 10.03.2016-cı il tarixdə 09.12.2015- ci ildən 31.01.2016-cı ilədək, 13.02.2017-ci il tarixdə isə 01.01.2017-ci ildən 31.12.2021-ci ilədək 2-ci qrup əlilliyə görə sosial müavinat təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı Rayon Şöbəsinin iddiaçıya ünvanladığı **********2 №-li, 15.01.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən İİ və İİİ qrup əlillərə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Ona 09.12.2016-cı il tarixdən sosial pensiya təyin edildiyindən əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı **********1 №-li, 07.08.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 09.12.2015-ci il tarixdə ilkin müayinə olunmuş və bir il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 09.12.2016-cı ıl tarixdə şəxsin ikinci dərəcə əlilliyi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci ıl tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə müvafiq olaraq şəxsin iştirakı olmadan Əlillik, altsistemı tərəfindən beş il müddətinə uzadılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X6 İdarəsinin **********329400 №-li, 10.07.2020-ci il tarixli məktubundan görünür ki, idarədə olan reyestrdə "xxxx" Müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 5/1178 №-li, 06.08.2020-ci il tarixli məktubundan görünür ki, qeyd olunan "xxxx" LTD müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 avqust 2020-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş İdarəsinə ünvanlanmış məktubunda göstərilmişdir: "xxxx" müəssisəsi barədə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, adıçəkilən müəssisə barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reystrində aşkar edilməmişdir.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış məktubunda göstərilmişdir: “İddiaçı “pensiya təminatı üzrə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 2937/2020 saylı inzibati işlə əlaqədar "xxxx" müəssisəsinin 1990-cı ildən 01.03.1993-cü ilədək dövlət qeydiyyatından keçib-keçməməsi, fəaliyyətin olub-olmaması, hüquqi şəxsin balansında əmlakın olması, özəlləşdirilmə tarixi və digər məlumatların təqdim edilməsi barədə 14 sentyabr 2020-ci il tarixli, **********6 nömrəli sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlakn Məsələləri Dövlət Xidmətində "xxxx" müəssisəsi barədə sorğunuzda qeyd olunan hər hansı məlumat yoxdur.” Bakı Apellyasiya Məhkəməsinin sorğusu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin qeydiyyat sənədlərinin təsdiq edilmiş surətlərdən görünür ki, "xxxx" MMC (VÖEN **********) 04 mart 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşagıda göstərilənlərə görə əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddiaçıya 09.12.2016-cı il tarixdən (ilk dəfə 09.12.2015-cı il tarixdə) ikinci qrup əlillik təyin edildiyindən hazırkı işə hüquq münasibətinin yarandığı, yəni iddiaçının əlil kimi tanındığı dövrdə yəni, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqında” Qanunun tələbləri tətbiq edilməlidir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqında” Qanunun 12-ci maddəsinin tələbinə görə isə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.3.1-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının əlilliyə görə pensiya hüququnun yaranması üçün sığorta stajı 15 il 3 ay olması tələb olunur. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının sığorta stajı qanunla tələb olunan sığorta stajından azdır. İddiaçının əmək kitabçasında qeyd olunan 02.02.1990-cı ildən 01.03.1993-cü ilə qədər "xxxx" LTD-də muhafizəçi vəzifəsində işləməsi dövrü sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, "xxxx" MMC 04 mart 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda iddiaçının bu Cəmiyyətdə işləməsi kimi hal təsdiq edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinın 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1.-ci bəndinə əsasən,sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü (İşin hallarının obyektiv araşdırılması) maddəsində göstərilmişdir: “24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.” Həmin Qanunun 32.2-1-ci maddəsində göstərilmişdir ki, “inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir.” Məhkəmə hesab edir ki, inzibati icraat zamanı cavabdeh inzibati orqanın əldə etdiyi sübutlara əsasən iddiaçıya əlilliyə görə pensiyanın təyin edilməsindən imtinası qanunvericiliyinin təlblərinə zidd olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “əlilliyə görə pensiyanın təyin edilməsi, yaranmış fərgin ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “əlilliyə görə pensiyanın təyin edilməsi, yaranmış fərgin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-7497/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7497/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver