Məhkəmə qərarları › İş №2-1(112)-7499/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7499/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7499/2023 30.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyоva Miminat Tacib qızı iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin götürülməsi” barədə iddia ərizəsi üzrə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair iddiaçının ərizəsinə məhkəmənin binasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin: Aşağıdakı sənədlərin elektron surəti: Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda); Mal-materialların daşıma xərcləri; Yük gömrük bəyanamələrinin surəti (PDF faylda); Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda); Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda); Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyrimaddi aktivlərin reyestri (excel faylda); Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri; Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirşzidentlərlə bağlanmış müqavilələr (PDF faylda); Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Yoxlamanın predmetinə aid olan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti; Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda); Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda); Dəyəri 10,0 min manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; Dəyəri 2,0 min manatdan yuxarı olan bütün sığorta polisləri; Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları; Müəssisə tərəfindən götülmüş işləri təsdiq edən təhvil-təslim aktları və forma N°2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Alınmış mal, iş və xidmətlərlə bağlı müqavilələr, təhvil-təslim aktları və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər; Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış; İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar; Ümidsiz borclar barədə məlumatlar; Ciddi hesabat blanklarının (kassa mədaxil orderləri və s) Cavabdeh MMC-dən götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 16.2. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin götürülməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin götürülməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar