Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-75/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X20 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, cavabdeh Bakı şəhəri Binəqədi rayonu X6 nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı X21 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X10 adına verilmiş 1779/1 №li 29.11.2005-ci il tarixli Sərəncamın ləğv edilməsi, həmin sərəncam əsasında qəbul olunmuş aktın və bütün digər sənədlərin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon X6 1779 №li 29.11.2005-ci tarixli sərəncamına əsasən ona Binəqədi qəsəbə ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsi alqı-satqı yolu ilə satılaraq mülkiyyətinə ayrılmışdır. Torpağın dəyəri tərəfindən tam olaraq bələdiyyənin xəzinəsinə ödənilmiş, dəyəri ödənilmiş torpaq sahəsi tərtib olunmuş cizgi əsasında yerində ayrılaraq, istifadəsinə verilmişdir. Mülkiyyətinə ayrılmış torpaq sahəsini mişar daşı ilə hasara almış, mütəmadi olaraq torpaq sahəsinə baş çəkmiş, lakin maddi imkanı olmadığı üçün orada fərdi yaşayış evinin tikintisinə başlanılmamışdır. 2016-cı ilin sonlarında mülkiyyətinə ayrılmış torpaq sahəsinə gedərkən həmin sahənin 200 kv. metrinin tanımadığı şəxslər tərəfindən zəbt edilərək, orada fərdi yaşayış evinin tikildiyini görmüş, həmin şəxslərdən zəbt etdikləri torpaq sahəsinə dair sənədlər tələb etsə də, onlar torpaqla bağlı hər hansı sənəd təqdim edə bilməmişdir. Bununla bağlı Binəqədi qəsəbə bələdiyyəsinə müraciət etmiş, bələdiyyəninin nümayəndələri ilə birlikdə torpaq sahəsinə baxış keçirilmiş, həmin şəxslər tərəfindən ona ayrılmış torpaq sahəsinin 200 kv.m zəbt edilərək orada yaşayış evinin tikildiyi müəyyən edilmiş və onlar zəbt olunmuş torpaq sahəsinə dair bələdiyyə nümayəndələrinə heç bir sənəd təqdim edə bilməmişdir. Pozulmuş mülkiyyət hüquqlarının bərpası ilə bağlı cavabdehlər X3 və Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkməsinə müraciət etmiş, məhkəmənin 2(001)-11658/2017 saylı, 30.11.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq X6 1779 nömrəli, 29.11.2005-ci il tarixli sərəncamına əsasən iş üzrə üçüncü şəxs X10 mülkiyyətinə ayrıldığını bildirmiş və cavabdehin qeyd olunan sərəncamını məhkəməyə təqdim etmişdir. Sözügedən sərəncamın və onun əsasında tərtib olunmuş sənədlərin surətlərini məhkəmədən əldə edib və hazırda həmin iş apelyasiya instansiyası məhkəməsində davam etdirilir. Cavabdehə rəsmi müraciət edərək qanunsuz tərtib edilmiş 1779/1 saylı 29.11.2005-ci il tarixli sərəncamın ləğv edilməsini tələb etsə də, müraciətinə cavab verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin 2-1(81)-638/2019 aylı iş üzrə qəbul etdiyi 28 mart 2019-cu il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardadla razı olmayan iddiaçı qərardaddan verdiyi apellyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2-1(81)-638/2019 nömrəli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsnin 2-1(81)-638/2019 saylı 28 mart 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı sərəncamın ləğv edilməsi və həmin sərəncam əsasında qəbul edilmiş aktın və digər bütün sənədlərin etibarsız sayılmasına dair iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-1(103)-1328/2019 saylı 23.05.2019-cu il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-638/2019 saylı, 28.03.2019-cu il tarixli qərardadı ləğv edilərək, nöqsanların aradan qaldırılması yönündə sonrakı prosessual hərəkətin davam etdirilməsi üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 23.05.2019-cu il tarixli qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyindən göründüyü kimi, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gələrkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunan halları əsas tutmuş və məhz bu hallardan da irəli gələrək, iddia müddətinin buraxılmasını müəyyənləşdirmişdir. Lakin işin hazırkı mərhələsində, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin surətinə əsasən müəyyən olunur ki, iddiaçı həmin qətnamədən 10.04.2019-cu il tarixdə kassasiya şikayəti vermiş və kassasiya şikayəti iş materialları ilə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Göründüyü kimi, sözügedən qətnamə qanuni qüvvəsini almamışdır. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən isə istinad etdiyi qətnamənin qanuni qüvvəsini alıb-almadığı araşdırılmamışdır. Qeyd olunanlardan həm də göründüyü kimi, iddia müddətinin ötürülməsi qeyd olunan qətnaməyə istinadən onunla əsaslandırılır ki, İddiaçı həmin (200 kv.m) torpaq sahəsinin X14 ayrılması barədə əvvəlcədən məlumatlı olmuşdur. Lakin məhkəmə hazırkı mübahisənin predmeti baxımından, iddiaçının, məhz, cavabdeh bələdiyyənin mübahisələndirilən 1774/1 saylı, 24.11.2005-ci il tarixli (hazırda mübahisələndirilən 1779/1 №-li 29.11.2005-ci il tarixli) sərəncamını alıb-almadığı və ya həmin sərəncam barədə nə vaxt məlumatlı olduğu konkret olaraq aydınlaşdırmamamış, həmin qətnamədə qeyd olunan hallara öz mülahizəsi ilə qiymət verərək iddiaçı tərəfindən iddia müddətinin buraxılması qənaətinə gəlmişdir. İşə baxan məhkəmə tərəfindən iddiaçının cavabdeh bələdiyyənin onun hüquqlarını pozan sərəncamı barədə nə vaxtdan məlumatı olması üzrə araşdırma aparılmamışdır. Həmçinin, iş materiallarına əsasən hazırkı mübahisə üzrə həll edilməli məsələnin X18 (iş materiallarında səhvən Babək qeyd olunmuşdur) oğlunun da maraqlarına toxunduğu görünsə də, işə baxan məhkəmə İPM-in 28.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun üçüncü şəxs qismində işə cəlb edilməsini nəzərdən keçirməmiş, proses iştirakçıları ilə müzakirə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi nəzərə alınmaqla məhkəmənin 30.09.2020ci il tarixli qərardadı ilə 2-1(112)-69/2020 saylı inzibati iş üzrə X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və müvafiq sorğularla Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə və Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə müraciət olunaraq, müvafiq olaraq Bakı şəhər Binəqədi rayon X6 mübahisələndirilən 1779/1 nömrəli 29.11.2005-ci il tarixli sərəncamının bələdiyyə tərəfindən İddiaçı rəsmi qaydada hansı tarixdə təqdim olunması barədə məlumatın (bunu təsdiqləyən sənədlərin); X2 31.05.2018-ci il tarixli müraciəti əsasında qəbul olunmuş qərarın və araşdırma materialının surətinin məhkəməyə təqdim olunması tələb olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən mübahisələndirilən 1779/1 nömrəli 29.11.2005-ci il tarixli sərəncamın bələdiyyə tərəfindən İddiaçı rəsmi qaydada hansı tarixdə təqdim olunması barədə heç bir məlumat məhkəməyə təqdim olunmamışdır. Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinin 060-16439-1220 №li 01.12.2020-ci il tarixli məktubu ilə X2 Binəqədi RPİ-nin 4-cü PŞ-nə ünvanladığı müraciəti əsasında toplanmış materialın surəti məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Binəqədi rayonu X6 1779 saylı, 29 noyabr 2005-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən İddiaçı mülkiyyətinə ayrılmış 600 kv.m torpaq sahəsi ilə Binəqədi rayonu X6 1779/1 saylı, 29 noyabr 2005-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisində X11 mülkiyyətinə ayrılmış 200 kv.m torpaq sahəsi üst- üstə düşürmü? Düşürsə hansı ölçüdə düşür? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2021-ci il tarixli 10/1696 saylı ekspert rəyi 26.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxslər X21 və X5 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili X16 iddia ərizəsinə uyğun izahat verərək iddia müddətinin ötürülmədiyini göstərərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Binəqədi rayonu X6 nümayəndəsi X17 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materialarını nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış 01-13/M-659 saylı, 02 noyabr 2017-ci il tarixli məktubundan görünür ki, İddiaçı X6 1779 saylı, 29.11.2005-ci il tarixli sərəncamı ilə fərdi ev tikintisi məqsədi üçün 600 kv. metr torpaq sahəsi ayrılmış, həmin sahənin 200 kv. metr hissəsində bələdiyyəyə kimliyi məlum olmayan şəxs tərəfindən ev tikintisinin aparıldığı müəyyən edilmişdir. X6 1779 saylı, 29.11.2005-ci il tarixli sərəncamından görünür ki, Binəqədi rayon Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 600 kv. metr olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılması qərara alınmışdır. X6 1779/1 saylı, eyni tarixli sərəncamına əsasən isə Binəqədi rayon Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilin yerləşən 200 kv. metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X11 mülkiyyətinə ayrılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11658/2017 saylı 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu X6 1774 nömrəli 24 noyabr 2005-ci il tarixli sərəncamı ilə cizgi əsasında Binəqədi qəsəbə hüdudları daxilində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün verilmiş 600 kv.m torpaq sahəsinin X5 tərəfindən zəbt edilmiş 200 kv. metr torpaq sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1257/2019 saylı 01.02.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11658/2017 saylı, 30.11.2017-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5192/19 saylı 26 iyul 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.02.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili X16 məhkəmə iclasında verdiyi izahatında mübahisələndirilən 1779/1 №-li 29.11.2005-ci il tarixli sərəncamının cavabdeh bələdiyyə tərəfindən rəsmi qaydada iddiaçıya təqim olunmadığını, həmin sərəncamdan iddiaçının şikayəti əsasında Bakı şəhəri Binəqədi RPİ 4-cü polis şöbəsində aparılan araşdırma zamanı sonuncunun məlumat aldığını bildirmişdir. Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinin 01.12.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən müəyyən olunur ki: İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyəsinə ünvanlanmış 17.06.2016-cı il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu X6 1774 nömrəli 24 noyabr 2005-ci il tarixli sərəncamı ilə cizgi əsasında Binəqədi qəsəbə ərazi hüdudları daxilində ona, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 600 (altı yüz) kv. metr torpaq sahəsi alqı-satqı yolu ilə mülkiyyətinə verilmişdir. Verilmiş torpaq sahəsinin yeri cizgi əsasında yerində dəqiqləşdirilərək ona verilmişdir. Həmin torpaq sahəsini qonşu torpaq sahələrindən ayırmışdır. Maddi imkanı zəif olduğu üçün ona verilmiş torpaq sahəsində tikəcəyi fərdi yaşayış evinin lahiyə smeta sənədlərini hazırlaya bilməmişdir. Buna görə də verilmiş torpaq sahəsində tikinti işi aparmamışdır. Ona verilmiş torpaq sahəsinin 200 (iki yüz) kv. m. hissəsində tanımadığı şəxs yaşayış evi tikib yaşayırlar, 200 (iki yüz) kv.m. hissəsinidə zəbt etməyə hazırlıq görürlər. Onun yerində ev tikənlər tikdikləri yeri bələdiyyədən aldıqlarını bildirmişlər. Lakin o, onlardan sənəd istədikdə ona heç bir sənəd göstərməmişlər. Onun mülkiyyətinə verilmiş torpaq sahəsinin dəqiqləşdirilməsi və orada hansı əsasla ev tikilməsi araşdırılaraq torpaq sahəsinin boşaldılaraq ona qaytarılması barədə tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon X6 Binəqədi Rayon Məhkəməsinin sorğusuna 03.11.2017-ci il tarixli cavab məktubunda qeyd olunur ki, məhkəmənin 2(001)-11658/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli məktubuna cavab olaraq bildirirlər ki, məhkəmənin icraatında olan iddiaçı X9 cavabdeh X12 və 3-cti şəxs Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə araşdırmalar aparılmışdır. Araşdırma zamanı vətəndaş X13 X6 1779 saylı, 29.11.2005-ci il tarixli sərəncamı ilə fərdi ev tikintisi məqsədi üçün 600 kv.m. torpaq sahəsinin ayrılmışdır. Sözügedən 600 kv.m. torpaq sahəsinin 200 kv. m. hissəsində bələdiyyəyə kimliyi məlum olmayan şəxs tərəfindən ev tikintisinin aparıldığı müəyyən edilmişdir. ünvan 5 ünvanında yaşayan X2 ərizəsinin baxılmasına dair Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə inspektoru Orxan Məmmədzadə tərəfindən tərtib olunmuş 15.06.2018-ci il tarixli arayışda qeyd olunur ki, icraatına 31.05.2018-ci il tarixdə ünvan 6 ünvanında yaşayan X2 2007-ci ildə Sənan Aslanov adlı şəxsdən 2 sot torpaq sahəsi alıb içərisində tikinti işləri ev tikdiyini, 2015-ci ildə İddiaçı onların yaşadığı evə gələrək torpaq sahəsinin ona məxsus olduğunu bildirib evi boşaldıb torpaq sahəsini ona qaytarmasını tələb etdiyini, bununla bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etdiyini, özünü iştirakı olmadan keçirilən məhkəmənin qərəzli qərar qəbul etməsi barədə dövlət orqanlarına ünvanladığı müraciəti daxil olmuşdur. Daxil olmuş ərizə ilə bağlı X5 eyni məzmunlu izahat vermişdir. Araşdırma zamanı X21 izahat verərək 2005-ci ildə özünə məxsus olan 11 sot torpaq sahəsinin 2 sotunu X1 qalan 9 sot torpaq sahəsini isə başqa şəxslərə satdığını barəsində yazılanların yalan olduğunu bu barədə məhkəməyə müraciət etməsini bildirmişdir. Odur ki, X2 ərizəsi əsasında toplanmış material mülki iddia xarakterli olduğundan materialın işə tikilməsini və bununla bağlı mülki qaydada məhkəməyə mütaciət etməsi barədə ərizəçiyə yazılı məlumat verilməsini məqsədəmüvafiq hesab etmişdir. Binəqədi RPİ-nin 4-cü polis şöbəsi tərəfindən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı alınmış izahatda qeyd olunur ki, sonuncu 2006-cı il tarixdən X6 1779 saylı sərəncamına əsasən 600 kv.m boş sahəni almışdır. 2015-ci ildə torpaq sahəsinə baxarkən Xaləddin Rəhimov adlı şəxsi görümüşdür, sonuncu ona bildirmişdir ki, 200 kv.m. torpaq sahəsini Sənan adlı şəxsdən 5.000 ABŞ dollarına almışdır. 2007-ci il tarixdə almışdır. O, səthi yanaşmış, sonradan, 2015-ci il tarixdə Sənanı tapıb ondan soruşmuşdur ki, ona məxsus olan torpaq sahəsinin 200 kv.m hissəsini satmağının səbəbini soruşmuşdur. Ona torpaq sahəsinin qalan hissəsini sataraq pulunu verəcəyini bildirmişdir. 2015-ci ildə 200 kv. m. sahə üçün 2000 ABŞ dolları vermişdir. Pulunun verilmədiyi üçün Binəqədi Rayon Məhkəməsinə bununla bağlı 2016-cı ildə ərizə vermişdir. Ərizəsinə əsasən Binəqədi Rayon Məhkəməsi 200 kv.m torpaq sahəsinin boşaldılmasına dair qərar qəbul etmişdir. Qeyd olunan materiallara “X15 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” Bakı şəhəri Binəqədi rayonu, X6 1779/1 №li 29.11.2005-ci il tarixli Sərəncamının (hazırda iddiaçı tərəfindən mübahisələndirilən) surəti əlavə olunmuşdur. Binəqədi RPİ-nin 4-cü polis şöbəsi tərəfindən X4 ünvanlanmış 15.06.2018-ci il tarixli məktubda sonuncuya ərizəsi əsasında toplanmış material mülki iddia xarakterli olduğundan bununla bağlı mülki qaydada məhkəməyə mütaciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30.04.2021-cu il tarixli 10/186 saylı ekspert rəyində bildirilmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin, Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin mütəxəssis rəyində qeyd olunmuşdur ki, Binəqədi rayonu X6 1779 saylı, 29 noyabr 2005-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən İddiaçı mülkiyyətinə ayrılmış 600 kv. m. torpaq sahəsinin sxeminin miqyassız, kordinatsız və hər hansı istinad nöqtələr ilə məsafələri göstərilmədiyi üçün Binəqədi rayonu, Binəqədi üçün Binəqədi rayonu X6 1779 saylı, 29 noyabr 2005-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədəi qəsəbə ərazisindən İddiaçı mülkiyyətinə ayrılmış 600 kv. metr torpaq sahəsi ilə Binəqədi rayonu X6 1779/1 saylı 29 noyabr 2005-ci il tarixli sərəncamına əsasən Bİnəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbəsi ərazisində X11 mülkiyyətinə ayrılmış 200 kv.m torpaq sahəsi ilə üstüstə düşüb düşməməsini müəyyən etmək tərəflərindən mümkün olmamışdır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Bua görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. İş materiallarından görünür ki, 06.12.2018-ci il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı Binəqədi rayonu X6 1779 saylı, 29 noyabr 2005-ci il tarixli sərəncamının mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən də göründüyü kimi, Binəqədi rayonu X6 1779 saylı, 29 noyabr 2005-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən İddiaçı mülkiyyətinə ayrılmış 600 kv. m. torpaq sahəsinin sxeminin miqyassız, kordinatsız və hər hansı istinad nöqtələr ilə məsafələri göstərilmədiyi üçün Binəqədi rayonu, Binəqədi üçün Binəqədi rayonu X6 1779 saylı, 29 noyabr 2005-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədəi qəsəbə ərazisindən İddiaçı mülkiyyətinə ayrılmış 600 kv. metr torpaq sahəsi ilə Binəqədi rayonu X6 1779/1 saylı 29 noyabr 2005-ci il tarixli sərəncamına əsasən Bİnəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbəsi ərazisində X11 mülkiyyətinə ayrılmış 200 kv. m. torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Bundan əlavə göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə araşdırması zamanı iş materiallarından (Binəqədi RPİ-nin 4-cü polis şöbəsi tərəfindən X2 ərizəsi üzrə aparılan araşdırma materialı) müəyyən olunmuşdur ki, mübahisələndirilən qərardan iddiaçının iyun 2018-ci il tarixdən rəsmi məlumatı olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq olaraq qərardan rəsmi məlumatı olduğu tarixdən (iyun 2018-ci il) 6 (altı) ay, həmin sərəncamın qəbul olunduğu vaxtdan isə 13 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı X21 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-75/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-75/2021
06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver