Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-750/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs "xxxx" ASC işə cəlb edilməklə “kompensasiya alacaq şəxslərin siyahısına salınma” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, **********21914 saylı kredit müqaviləsi üzrə hesablanmış və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən nəzərdə tutuluş 6553.7 (altı min beş yüz əlli üç manat yetmiş qəpik) məbləğində kompensasiya məbləğinin ödənilməsi məqsədilə adının kompensasiya alanlar siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-750/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh "xxxx" ASC cavabdehlər sırasından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nın Qusar filialı ilə aralarında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********21914 saylı kredit müqaviləsinə əsasən ona 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi bağlandıqdan 4 ay sonra ölkədə birinci devalvasiya olmuş və xx.xx.2015-ci il tarixdə 1 ABŞ dolları = 1.05 manat olmuşdur. Daha sonra xx.xx.2015-ci il tarixdə 1 ABŞ dolları = 1.55 manat olmuşdur. Devalvasiyalara qədər tərəfindən Banka ödənişlər edilmiş və borcunun bir hissəsi azalmışdır. Lakin, Bank tərəfindən ona pulun ödənilməsində heç bir güzəşt edilməmişdir. Azərbaycan Respublikasına əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Yaxın vaxtlarda bu istiqamətdə atılmış ən böyük addımlardan biri də Azərbaycan Respublikasında fiziki şəxslərin problemli krditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilir ki: aşağıda qeyd olunan fiziki şəxslərin banklara 10000 (on mi) ABŞ dollarınadək xarici valyutada olan əsas krdit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.4. 2015-ci il fevrlaın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi; 1.5. 2015-ci il fevralı 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.6 manat (0.35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Yuxarıda qeyd edildiyi kimi o, 2014-cü ildə "xxxx" ASC-nin Qusar filialından kredit almışdır. Lakin, ona məlum olmayan səbəblərdən onun krediti yuxarıda qeyd etdiyi fərmanın əhatə dairəsinə düşməsinə baxmayaraq ona kompensasiya verilməsi təmin edilməmişdir. Bununla bağlı o, yazılı və onlayn elektron vasitələrlə Palataya müraciətlər etmişdir. Bununla bağlı hətta Bankın verdiyi hesabdan çıxarışı cavabdehlərə göndərmişdir. Lakin, cavabdehlər onun kredit borcunun devalvasiyaya qədər 10000 ABŞ dollarından çox olduğunu qeyd edərək kompensasiya verilməsini qeyri-mümkün hesab etmişlər. Halbuki, onun xx.xx.2015-ci il tarixinə Bank qarşısında 9365.49 ABŞ dolları, xx.xx.2015-ci il tarixinə 7020.61 ABŞ dolları məbləğində kredit üzrə əsas məbləğ üzrə borc qalığı var idi. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli keditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 511 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kredilərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qayda”larının 3.1-ci bəndinə əsasən Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikası Mərkəzi Bankını (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. 3.1.2. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə aralarında xx.xx.2014-cü il tarixində **********21914 saylı kredit müqaviləsinin bağlanmasına dair qeydlər daxil edilsə də, həmin müqavilə üzrə devalvasiya tarixlərinə əsas kredit borcunun qalıq məbləği lə bağlı natamam məlumatlar ötürülmüşdür. Bu səbəbdən də, vətəndaşın adı Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Məhkəmə iclası zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərin tədqiqi zamanı aydın olmuşdur ki, sözügedən kredit müqaviləsi üzrə borclunun birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) əsas kredit borcu 9365.49 ABŞ dolları, ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) isə 7020.61 ABŞ dolları təşkil etmişdir. Beləliklə, Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixində **********21914 saylı kredit müqaviləsi üzrə cəmi 6553.73 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsi nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə "xxxx" ASC-nin Qusar Filialı arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli, **********5521914 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən illik 19 % dərəcəsi ilə 36 ay müddətinə İddiaçı 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin Qusar filialı tərəfindən iddiaçıya ünvanlanmış 39 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ona ASC “Xalq” Bankının “Qusar” Filialından xx.xx.2014-cü il tarixli **********21914 saylı kredit müqaviləsinə əsaəsn 36 (otuz altı) ay müddətinə, illik 19 % (on doqquz) faiz hesablanmaqla, 10000 (on min) ABŞ dollaraı məbləğində verilmiş kredit üzrə xx.xx.2015-ci il tarixinə Bank qarşısında 9365.49 (doqquz min üç yüz altmış beş ABŞ dolları 49 sent) ABŞ dolları, xx.xx.2015-ci il tarixinə 7020.61 (yeddi min iyirmi ABŞ dolları 61 sent) ABŞ dolları məbləğində kredit üzrə əsas məbləğ üzrə borc qalığı var idi. Yuxarıda qeyd olunan kreditdən başqa onun digər kredit öhdəliyi olmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərə müvafiq kompensasiyalar yalnız devalvasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə) banklara və digər kredit təşkilatlarında əsas kredit borcları üzrə qalıq məbləğləri cəmi 10000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) olduğu təqdirdə verilir. Onun kreditləri üzrə həmin tarixlərə ümumi qalıq borcu 10000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün Fərmanın əhatə dairəsinə düşməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki, iddiaçının "xxxx" ASC-dən götürdüyü kredit məbləği işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, iş materiallarında kredit müqaviləsinin əsli və "xxxx" ASC tərəfindən təsdiq edilmiş hesabdan çıxarış mövcuddur. Məhkəmə sadalanan qanunvericilik aktlarının müddəalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının 23 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit götürməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçının həmin kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixinə Bank qarşısında 9365.49 (doqquz min üç yüz altmış beş ABŞ dolları 49 sent) ABŞ dolları, xx.xx.2015-ci il tarixinə 7020.61 (yeddi min iyirmi ABŞ dolları 61 sent) ABŞ dolları məbləğində kredit üzrə əsas məbləğ üzrə borc qalığı olduğundan, eləcə də, iddiaçının həmin kredit müqaviləsindən başqa kredit öhdəliyi olmadığından, həmçinin iddiaçının götürdüyü kredit Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyündən hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx.xx.2014-cü il tarixli, **********21914 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən nəzərdə tutuluş 6553.7 (altı min beş yüz əlli üç manat yetmiş qəpik) məbləğində kompensasiya məbləğinin ödənilməsi məqsədilə İddiaçı adının kompensasiya alanlar siyahısına əlavə edilməsi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-750/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-750/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver