Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7500/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 54 nömrəli evin 3 otaqlı ümumi sahəsi 40.1 kv. metr olan 9B nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Nərimanov rayon icra hakimiyyəti başçısının 184 nömrəli xx.xx.2015-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 54 nömrəli evin 9B nömrəli mənzilinə dair X3 istifadə hüququ qeydiyyata alınmışdır. 1 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisində təsdiqlənmiş bağışlama müqaviləsinə əsasən əmlakdan daimi istifadə hüququnu İddiaçı bağışlamışdır. Bundan sonra həmin mənzil üzərində iddiaçının istifadə hüququ qeydiyyata alınmış və elektron çıxarış verilmişdir. İddiaçı qeyd edir ki, həmin ünvanda ailəsi ilə birlikdə hazırkı vaxtadək yaşayaraq mənzil üzrə mülkiyyət hüquqlarını həyata keçirir və oradan davamlı, fasiləsiz şəkildə istifadə edir. İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, hüquqmüəyyənedici sənədlərin olmaması səbəbi ilə imtina verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 54 saylı evin, 9B saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarınızın qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 54 saylı evin, 9B saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunl^mnüəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 54 nömrəli evin 3 otaqlı ümumi sahəsi 40.1 kv.m olan 9B nömrəli mənzili üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alnması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 54 saylı evin, 9B saylı mənzilinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə icra olunaraq, qeyd olunan mənzil üzərində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının istifadə hüquqlarının qeydiyyatı aparılmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 54 saylı evin, 9B saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir.
5. İş materiallarına əlavə olunmuş AB 026038 nömrəli Qaçqın Vəsiqəsinə əsasən X10 (1974cü il təvəllüdlü, Krasnoseldə doğulmuşdur) 1988-ci ildə Krasnoseldəki daimi yaşayış yerini tərk etmişdir, qaçqın statusuna malikdir.
6. Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının “C.Hacıbəyli küçəsindəki 54 №-li evin 9A №-li mənzilinin kirayə müqaviləsinin vət. E.İ.Məmmədovun adına bağlanması haqqında” xx.xx.2015-ci il tarixli 184 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, C.Hacıbəyli küçəsindəki 54 №-li evin, 9 A №-li mənzilində yaşayan 1-ci qrup əlil vət. X6 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı ünvanda yerləşən yaşayış sahəsinin kirayə müqaviləsinin öz adına bağlanmasını xahiş etmişdir. Vət. E.İ.Məmmədov 1988-1992-ci illərdə Ermənistanda aparılan etnik təmizləmə nəticəsində departasiya olunmuş və yuxarıda qeyd olunan ünvana məskunlaşmışdır (35 №-li MKİS-in arayışı işə əlavə olunur). Hazırda vət. E.İ.Məmmədov C.Hacıbəyli küçəsindəki 54 №-li evin, ümumi sahəsi 39,42 kv.m., yaşayış sahəsi 29,3 kv.m. olan 3 otaqlı 9 A №-li mənzilində ailə tərkibi 3 nəfər olmaqla (özü, arvadı, qızı) yaşayır və mənzilin kirayə müqaviləsinin onun adına keçirilməsinə yetkinlik yaşma çatmış ailə üzvünün rəsmi qaydada razılığı vardır. Qeyd olunanlara istinad edərək və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddəsinə əsaslanaraq qərara alıram:
1. C.Hacıbəyli küçəsindəki 54 №-li evin, ümumi sahəsi 39,42 kv.m., yaşayış sahəsi 29,3 kv.m. olan 3 otaqlı 9 A №-li mənzilinə, ailə tərkibi 3 nəfər nəfər olmaqla (özü, arvadı, qm). vəl. E.İ.Məmmədovun adına kirayə müqaviləsi bağlansın və o, həmin mənzilin icarəöarı hesab edilsin; X10 - 1974 – özü İddiaçı - 1978 – arvadı X4 - 2010 – qızı
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququ xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.
8. xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın istifadə hüququnun bağışlanma Müqaviləsinə əsasən hədiyyə verən X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı Aydın qızının mülkiyyətinə vermişdir.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüququ xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
10. 35 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. X2 200-ci ildən 2010-cu ilə qədər Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 54, mənzil 9 ünvanında qeydiyyatsız yaşayıb. 2010-cu ildən 2023-cü ilə qədər Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 54, mənzil 9 ünvanında qeydiyyatda olub. Daha sonra ünvan dəyişilib, İddiaçı bu ünvana qeydiyyata düşüb və yaşayır.
11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd olunmuşdur ki, ünvan 3aylı binada 30 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sorğu ilə əlaqədar olaraq ünvan 3aylı binada qeydiyyatdan keçmiş 3 ədəd mənzilə diar müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
19. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
20. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan:
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
25. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən etmişdir: - İş materiallarına əlavə olunmuş AB 026038 nömrəli Qaçqın Vəsiqəsinə əsasən X10 (1974-cü il təvəllüdlü, Krasnoseldə doğulmuşdur) 1988-ci ildə Krasnoseldəki daimi yaşayış yerini tərk etmişdir, qaçqın statusuna malikdir. - Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının “C.Hacıbəyli küçəsindəki 54 №-li evin 9A №-li mənzilinin kirayə müqaviləsinin vət. E.İ.Məmmədovun adına bağlanması haqqında” xx.xx.2015-ci il tarixli 184 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, C.Hacıbəyli küçəsindəki 54 №-li evin, 9 A №-li mənzilində yaşayan 1-ci qrup əlil vət. X6 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı ünvanda yerləşən yaşayış sahəsinin kirayə müqaviləsinin öz adına bağlanmasını xahiş etmişdir. Vət. E.İ.Məmmədov 1988-1992-ci illərdə Ermənistanda aparılan etnik təmizləmə nəticəsində departasiya olunmuş və yuxarıda qeyd olunan ünvana məskunlaşmışdır (35 №-li MKİS-in arayışı işə əlavə olunur). Hazırda vət. E.İ.Məmmədov C.Hacıbəyli küçəsindəki 54 №-li evin, ümumi sahəsi 39,42 kv.m., yaşayış sahəsi 29,3 kv.m. olan 3 otaqlı 9 A №-li mənzilində ailə tərkibi 3 nəfər olmaqla (özü, arvadı, qızı) yaşayır və mənzilin kirayə müqaviləsinin onun adına keçirilməsinə yetkinlik yaşına çatmış ailə üzvünün rəsmi qaydada razılığı vardır. Qeyd olunanlara istinad edərək və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddəsinə əsaslanaraq C.Hacıbəyli küçəsindəki 54 №-li evin, ümumi sahəsi 39,42 kv.m., yaşayış sahəsi 29,3 kv.m. olan 3 otaqlı 9 A №-li mənzilinə, ailə tərkibi 3 nəfər nəfər olmaqla (özü, arvadı, qızı). vət. E.İ.Məmmədovun adına kirayə müqaviləsi bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır (X10 - 1974 – özü; İddiaçı - 1978 – arvadı; X4 - 2010 – qızı) - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququ xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın istifadə hüququnun bağışlanma Müqaviləsinə əsasən hədiyyə verən X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı Aydın qızının mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüququ xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - 35 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. X2 200-ci ildən 2010-cu ilə qədər Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 54, mənzil 9 ünvanında qeydiyyatsız yaşayıb. 2010-cu ildən 2023-cü ilə qədər Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 54, mənzil 9 ünvanında qeydiyyatda olub. Daha sonra ünvan dəyişilib, İddiaçı bu ünvana qeydiyyata düşüb və yaşayır.
26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
27. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvlərinin razılıq ərizələrinə əsasən mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunmuşdur və etirazları yoxdur.
28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 184 nömrəli sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2015ci il tarixli 184 nömrəli sərəncamı əsasında ayrılsa da, iddiaçının mübahisəli mənzilə hüquqları xx.xx.2015-ci il tarixdən deyil, mənzilin ona verilməsi vaxtından əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək – xx.xx.2009-cu ilədək yaranmışdır. Çünki iddiaçı və ailə üzvləri 1988-1992-ci illərdə Ermənistanda aparılan etnik təmizləmə nəticəsində departasiya olunmuş və mübahisələndirilən mənzildə 1988-ci ildən məskunlaşmışdır.
29. Məhkəmə eyni zamanda qeyd edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin Qərarının 8-ci maddəsi çıxış edir.
30. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd;.
31. Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarından:
8. Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Əli Bayramlı, Lənkəran, Naftalan, Şəki şəhər xalq deputatları Sovetlərinə, rayon xalq deputatları Sovetlərinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, yaşayış evlərini və mənzillərini Ermənistandan Azərbaycana qanuni yolla dəyişdirmək haqqında müvafiq icraiyyə komitələrinin qərarları, vəkalətnamələri və başqa sənədləri olan qalan qaçqın ailələrini 2 ay müddətində mənzillə təmin etsinlər və daimi qeydiyyata alsınlar. Qaçqınların bir hissəsinin öz xüsusi evlərini respublika tabeli şəhərlərdə dövlət mənzilləri ilə dəyişdirdiyini nəzərə alaraq yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, özləşdirmə haqqında müvafiq qanun qəbul edildikdən sonra həmin mənzilləri qaçqın ailələrin mülkiyyətinə versinlər. 1988-ci ildən sonra qaçqınları yerləşdirmək üçün müxtəlif nazirlik, idarə və təşkilatlar tərəfindən kənd rayonlarında tikilmiş evlər daimi yaşamaq üçün bu evlərə köçürülmüş qaçqınların xüsusi mülkiyyəti hesab edilsin və göstərilən ailələrə müvafiq sənədlər vermək yerli icra hakimiyyəti orqanlarına tapşırılsın. Respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzilləri Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilsin.
32. Məhkəmə nəzərə alır ki, “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin Qərarına əsasında Bakını tərk etmiş erməni millətindən olan şəxslərə məxsus mənzillərin hüquqi statusu dövlət tərəfindən müəyyən edilərək həmin mənzillər orada daimi qeydiyyatda olan şəxslərin xüsusi mülkiyyətinə verilmişdir. Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının “C.Hacıbəyli küçəsindəki 54 №-li evin 9A №-li mənzilinin kirayə müqaviləsinin vət. E.İ.Məmmədovun adına bağlanması haqqında” xx.xx.2015-ci il tarixli 184 nömrəli Sərəncamında birbaşa qeyd olunmuşdur ki, iddiaçı və ailə üzvləri 1988- 1992-ci illərdə Ermənistanda aparılan etnik təmizləmə nəticəsində departasiya olunmuş və mübahisələndirilən mənzildə məskunlaşmışdır (AB 026038 nömrəli Qaçqın Vəsiqəsi iş materiallarına əlavə olunmuşdur). Odur ki, sözügedən mənzil (ünvan 2 ) “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin Qərarının təsir dairəsinə düşməklə faktiki olaraq kompensasiya kimi iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmişdir.
33. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
34. Odur ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
35. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
37. İddiaçı iddia ərizəsində qeyd edilən daşınmaz əmlakın mənzil olduğunu qeyd etsə də, iş materiallarına əsasən müəyyən edilir ki, həmin daşınmaz əmlak fərdi yaşayış evidir.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54 ünvanında yerləşən 9B saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva