Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7501/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı “protokol və rəyin imzalanaraq möhürlənməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sənədlərinin (protokol və yekun rəy) imzalanıb möhürlənməsinə köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İddia ərizəsindən görünür ki, iddiaçı onun xx.xx.2018-ci il tarixli elmi işinin müakirəsi ilə bağlı sənədlərin, yəni protokol və yekun rəyin imzalanıb möhürlənməsini xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, doktorantı olduğu şöbənin tərtib etdiyi aktın institut tərəfindən əsas möhürlə və institutun direktoru Fərhad Quliyev tərəfindən imza ilə təsdiq edilərək ona verildiyini bildirmiş, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli dissertant İddiaçı “Azərbaycan Respublikasında etnoqrafiya elminin inkişafı” adlı dissertasiyasının, rəyinin və iclas protokolunun təsdiq edilməsi haqqında aktdan görünür ki, AMEA Arxeologiya, Etnoqrafıya və Antropologiya İnstitutunun “Tarixi etnoqrafıya” şöbəsinin əməkdaşları: şöbə müdiri, t.e.d., dos. X3, həmin şöbənin aparıcı elmi işçisi, t.ü.f.d., dos. X4, həmin şöbənin aparıcı elmi işçisi, t.ü.f.d., dos. X2, həmin şöbənin kiçik elmi işçisi X5 akt tərtib etmişlər ki, ərizə ilə İnstituta müraciət edən İddiaçı “Azərbaycan Respublikasında etnoqrafıya elminin inkişafı” adlı dissertasiyası 2018ci ilin noyabrın 28-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tarixi etnoqrafıya” şöbəsində müzakirə olunmuş və həmin şəxslər müzakirədə iştirak etmişlər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş, onun iddia tələbinə uyğun sənədləri imzalanıb möhürlənməklə ona təhvil verilmişdir. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı “protokol və rəyin imzalanaraq möhürlənməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2
Məhkəmə qərarları › İş №2-1(112)-7501/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7501/2023
11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver