Məhkəmə qərarları › İş №2-1(112)-7506/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7506/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7506/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinə qarşı Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinin sədri X12 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinasının qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinə (Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC) qarşı Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinin sədri X12 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia qaldıraraq, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 01 aprel 2020-ci il tarixli ərizəyə cavab verməkdən imtina etməsinin qanunsuz və əsassız hesab edilməsi və 01 aprel 2020-ci il tarixli ərizəyə cavab verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri X10 01 aprel 2020-ci il tarixli suvarma suyu ilə təmin edilməməsinin maddi zərər çəkməsi ilə nəticələnəcəyini, bu halda maddi zərərin cavabdeh təşkilatın sədrinin üzərində qalacağını və maddi zərərlə bağlı cavabdeh təşkilatın sədrinə qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. 01 aprel 2020-ci il tarixli ərizə həmin tarixdə poçt xidmətinə təhvil verilmiş, müraciət 10 aprel 2020-ci il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin ünvanına daxil olmuşdur. Lakin cavabdeh orqan məktuba qanunla müəyyən edilmiş müddət və qaydada cavab verilməsini təmin etməmişdir. Aşağıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 01 aprel 2020-ci il tarixli ərizəyə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və 01 aprel 2020-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Cavabdeh təşkilatın və onun sədri X9 qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərinin icrasına səhlənkar yanaşmaları nəticəsində nümayəndəsi olduğu vətəndaşın əkin sahəsi suvarma suyu ilə təmin edilməmiş, nəticədə o, maddi zərər çəkmişdir. Həmçinin cavabdeh təşkilat və onun sədri qanunsuz hərəkətlərə yol verərək yazılı müraciətinin cavablandırılmasından imtina etmişdir. Bununla da, vəzifəli şəxs qanuni əsasları olmayan hərəkətsizlik etmiş və bir neçə normativ-hüquqi aktın tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-1(112)-6402/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinə qarşı Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinin sədri X12 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinasının qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-1(112)-6402/2020 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-848/2021 №li 22.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6402/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 15.09.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinin nümayəndəsi 12.09.2021-ci il tarixli 16/1-28 saylı etirazı məhkəməyə təqdim edərək qeyd etmişdir ki, iddianı tamamilə əsassız hesab edirlər. Belə ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində əkdiyi arpa bitkisinin suvarılması ilə bağlı problemin həllində ona köməklik göstərilməsi barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə, eləcə də digər dövlət orqanlama ayrı-ayrı vaxtlarda ünvanladığı eyni məzmunlu müraciətlərinə Cəmiyyətin Suvarma Sistemlərinin İstismarı Şöbəsi və Cəmiyyətin yerli təşkilatı olan X7 İdarəsində baxılmışdır. İddiaçı şikayətinin araşdırılması ilə bağlı Cəmiyyət tərəfindən verilmiş tapşırıqla əlaqədar X7 idarəsi tərəfindən 55 nömrəli, 24.04.2020-ci il tarixli məktubla, surəti İddiaçı ünvanlanmaqla Səhmdar Cəmiyyətə cavab məktubu (qeyd olunan məktubun surəti əlavə olunur) göndərilmişdir. Həmin cavab məktubunda əkin sahəsinin suvarma suyu ilə təmin edilməsində yaranmış çətinliklərin səbəbləri qeyd olunmaqla yanaşı, onun "Nəvahi" X4 üzvü olmadığı, sudan istifadə ilə əlaqədar birliklə müqaviləsinin olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 30-cü maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər. Su obyektlərinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin (istehlakçıların) istifadəsinə verə bilərlər. Sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 mart tarixli 84 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Sudan pullu istifadə qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq suvarma idarələri müqaviləyə uyğun olaraq suvarma suyunu su ayrıcında X2 təhvil verir. Suvarma suyunun növbəli cədvəl əsasında bölüşdürülməsi X1 su istifadəçiləri ilə bağladıqları müqavilə əsasında həyata keçirilir. Müəyyən olmuşdur ki, İddiaçı əkin sahəsinin yerləşdiyi ərazinin suvarılması "Nəvahi" X8 tərəfindən həyata keçirilr. İddiaçı əkin sahəsinin suvarılmasının mümkün olmaması ilə bağlı şikayəti ilə əlaqədar "Nəvahi" X5 X7 idarəsinə təqdim etdiyi arayışda 2020-ci ildə Nəvahi kəndi ərazisində 1725 ha taxıl əkinlərinin olduğu, həmin əkinlərin 750 hektarının Pirsaat su anbarında yaranmiş quraqlıq ilə əlaqədar su olmadığına görə suvarılmadığı, o cümlədən İddiaçı da həmin səbəbdən yalnız əkin sahəsinin 9 hektarını suvara bilməsi, havaların quraqlıq keçməsi, yəni təbii fəsadlarla əlaqədar Pirsaat çayında suyun olmaması suvarmada fasilələrin yaranmasına səbəb olduğu, eləcə də İddiaçı X5 üzvü olmadığı, suvarma ilə əlaqədar birliklə müqavilə bağlamadığı bildirilmişdir. Göründüyü kimi onun İddiaçı "Nəvahi" X4 üzvü olmadığı, sudan istifadə ilə əlaqədar birliklə müqaviləsinin olmadiğina görə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, habelə X7 İdarəsinin və ’’Nəvahi” X3 İddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Bundan başqa məlum olmuşdur ki, Nəvahi kəndi ərazisində yerləşən 17,54 ha torpaq sahəsində əkdiyi arpa bitkisini suvara bilməməsi barədə İddiaçı Hacıqabul RİH-nə ünvanladığı 21 və 23 mart tarixli şikayətləri ilə əlaqədar ona göndərilmiş 14 aprel 2020-ci il tarixli, 1-6-067-288 nömrəli məktubda müraciətinin araşdırılması üçün aidiyyəti üzrə X7 idarəsinə göndərildiyi bildirilməklə, sonuncu tərəfindən onun müraciətinin araşdırılmasının nəticəsinə dair Hacıqabul RİH-nə ünvanlanmış 49 nömrəli 17.04.2020-ci il tarixli məktubun surəti də İddiaçı göndərilmiş cavab məktubuna əlavə edilmişdir. Həmin cavab məktubunda əkin sahəsinin suvarma suyu ilə təmin edilməmsində yaranmış çətinliklərin səbəbləri qeyd olunmaqla, onun X5 üzvü olmadığı, sudan istifadə ilə əlaqədar birliklə müqaviləsinin olmadığı bir daha bildirilmişdir. Göründüyü kimi R. İsmayıllının əkin sahəsini suvara bilməməsi barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ünvanladığı, eləcədə Hacıqabul RİH-dən daxil olmuş eyni məzmunlu şikayəti ilə əlaqədar Səhmdar Cəmiyyətin yerli təşkilatı olan X7 idarəsi tərəfindən müvafiq araşdırma aparılmış və onun müraciətinə cavab verilmiş, yəni ona cavab verilməsindən imtina olunmamışdır. Məlumat üçün bildiririk ki, İddiaçı müraciətdə göstərilən problemin həllində köməklik göstərilməsi barədə Səhmdar Cəmiyyətinin göstərişinə əsasən X7 idarəsi, Hacıqabul Rayon İcra Hakimiyyəti, "Nəvahi" X8 və digər aidiyyati təşkilatların nümayəndələrinin, eləcə də R.İsmayılhnm iştirakı ilə sonuncinun əkin sahəsinə baxış keçirilmiş, 5 ha taxıl s sahəsinin suvarılması müəyyən olunmuş, həmin ərazini suvarma suyu ilə təmin edən Pirsaat su anbarında su olmadığı üçün ətrafda olan 1760 ha sahənin də suvarılmasının mümkün olmadığı ona izah edilmiş, qeyd olunanlar barədə 26 aprel 2021-ci il tarixdə müvafiq akt tərtib olunmuş, R.İsmayyılı aktın doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Qeyd olunanlar R.İsmayyılınm müraciətlərinin baxılmamış saxlanılmadığını, onun müraciəti ilə əlaqədar özünün iştirakı ilə araşdırma aparaldığmı, suvarma suyunun olmaması ilə bağlı problemin quraqlıqla əlaqədar olmasının ona bilavasitə izah olunduğunu bir daha təsdiq edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 14 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinin 14.10.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Nəvahi kəndi ərazisində yerləşən 17,54 ha torpaq sahəsində əkdiyi arpa bitkisini suvara bilməməsi barədə İddiaçı Hacıqabul RİH-nə ünvanladığı 21 və 23 mart tarixli şikayətləri ilə əlaqədar ona göndərilmiş 14 aprel 2020-ci il tarixli, 1-6-067-288 nömrəli məktubda müraciətinin araşdırılması üçün aidiyyəti üzrə X7 idarəsinə göndərildiyi bildirilməklə, sonuncu tərəfindən onun müraciətinin araşdırılmasının nəticəsinə dair Hacıqabul RİH-nə ünvanlanmış 49 nömrəli 17.04.2020-ci il tarixli məktubun surəti də İddiaçı göndərilmiş cavab məktubuna əlavə edilmişdir. R İsmayıllının müraciətdə göstərilən problemin həllində köməklik göstərilməsi barədə Səhmdar Cəmiyyətinin göstərişinə əsasən qeyd olunan məsələ ilə əlaqədar X7 idarəsi, Hacıqabul rayon İcra Hakimiyyəti, Nəvahi SİB və digər aidiyyatı təşkilatların nümayəndələrinin, eləcə də İddiaçı özünün iştirakı ilə sonuncunun əkin sahəsinə baxış keçirilmiş, 5 ha taxıl sahəsinin suvarılması müəyyən olunmuş, həmin ərazini suvarma suyu ilə təmin edən Pirsaat su anbarında su olmadığı üçün ətrafda olan 1760 ha sahənin də suvarılmasının mümkün olmadığı izah olunmuş, qeyd olunanlar barədə 26 aprel 2021-ci il tarixdə müvafiq akt tərtib olunmuş, R.İsmayyılı aktın doğruluğunu imzası ilə təsdiq etmişdir. İddiaçı hüquqlarını müdafiə edən nümayəndəsi "xxxx" MMC-nin Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyətinə ünvanladığı 11.06.2021-ci il tarixli şikayət ərizəsinə də baxılmış və X7 idarəsin rəisi tərəfindən 29.06.2021-ci il tarixli, 108 nömrəli məktubla İddiaçı və nümayəndəsinə təkrar cavab verilmişdir. Qeyd olunan məktuba əlavə olunmuş Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyəti tərəfindən "xxxx" MMC-nin direktoru Vəkil ünvanlanmış 14.07.2021-ci il tarixli 16/11-23 №li məktubun surətindən müəyyən olunur ki, Cəmiyyət tərəfindən "xxxx" MMCnin direktoru Vəkil 30.03.2020-ci il tarixli, 220/20 nömrəli müraciətinə cavab verilmişdir. Cavabdeh Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinin nümayəndəsi X11 iddiaçının müraciətinə cavab verildiyini bildirərək və qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iş üzrə icraata İPM-nin 67-ci maddəsinə əsasən xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki işin mahiyyəti üzrə tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinə qarşı Azərbaycan Meliorasiya və X15 səhmdar cəmiyyətinin sədri X12 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinasının qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar