Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7507/2025 21.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “alış qiymətinə uyğun sadələşdirilmiş bəyannamənin tərtib olunması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək **********57 nömrəli sadələşdirilmiş bəyannamənin ləğv edilərək, mobil telefonun alıs qiymətinə uyğun sadələşdirilmiş bəyannamə tərtib olunması vəzifəsinin Komitənin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, X1, X7 birlikdə xx.xx.2024-cü il tarixdə səyahət üçün BƏƏ-nə getmişvə xx.xx.2024-cü il tarixdə Azərbaycana geri qayıtmişdır. Səyahətdə olduqları zaman hər biri şəxsi istifadə məqsədi ilə 4050AED-yə 1 ədəd telefon almışdır. Telefonun üçünün də marka-modeli və bütün parametrləri eynidir. Səfərdən qayıtdıqları zaman aldıqları telefonları Bakı Beynəlxalq Hava Limanının gömrüyündə sədələşmiş bəyannamə yazılması üçün təqdim etdilər. Xidmətdə olan gömrük işçisi baş inispektor Anar Musayev təqdim etdiyi alış (sövdələşmə) sənədini qəbul etməyərək özünün hesablama metodu ilə telefonları qiymətləndirəcəyini bildirdi. Ona narazılıqlarını bildirsələr də, buna məhəl qoymadan heç bir qanuni əsası olmayan özünə məxsus hesablama metodu ilə telefona gömrük dəyəri müəyyənləşdirdi. Digər 2 telefona isə başqa gömrük işçiləri hər biri özünə məxsus hesablama metodu ilə fərqli gömrük dəyəri müəyyənləşdirdi. Hava limanı gömrüyünün işçiləri heç bir alış sənədinə məhəl qoymadan, eyni məhsulu bəyan edən hər bir vətəndaşa özlərindən əsası olmayan fərqli gömrük dəyəri uydururlar. Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununun 7.4-cü maddəsinə əsasən Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Aldıqları üç telefonun eyni istehsalçı, eyni marka, eyni model, eyni parametrli olmasına baxmayaraq hər telefona fərqli gömrük dəyəri yüəyyənləşdirilib. Onlarla eyni vaxtda səyahətdən gələn başqa vətəndaşlara da eyni məhsula fərqli gömrük dəyəri müəyyənləşdirildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı (bundan sonra İddiaçı) cavabdeh Dövlət Gömrük Komitəsinə (bundan sonra - Komitə) qarşı iddia ərizəsi ilə Bakı İnzibatı Məhkəməsinə müraciət edərək **********57 nömrəli sadələşdirilmiş bəyannamənin ləğv edilərək, mobil telefonun alış qiymətinə uyğun sadələşdirilmiş bəyannamə tərtib olunması vəzifəsinin Komitənin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixdə X3 gətirdiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycana qayıdan zaman şəxsi istifadə məqsədilə 4050 X6 dirhəminə 1 ədəd telefon almışdır. Səfərdən qayıtdıqları zaman aldığı telefonu Hava Limanında gömrük orqanı əməkdaşına təqdim etmışdır Xidmətdə olan gömrük əməkdaşı təqdim etdiyi telefonun alış sənədini qəbul etməyərək özünün hesablama metodu ilə mobil telefonu qiymətləndirmişdir Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. İlk öncə qeyd edirik ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünluk şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində taraflarinamögetarinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsində və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” Komitənin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi haqqında Əsasnamədə isə Baş İdarənin vəzifələri qeyd olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.16-cı maddəsinə əsasən gömrük orqanı dedikdə - gömrük xidmətinin gömrük rəsmiləşdirilməsını və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi nəzərdə tutulur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində. yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də ışın hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibatı orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırki işin mübahisəsiz hallarından görünür ki, gömrük orqanına təqdim edilən malların üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsıni həyata keçirmək səlahiyyəti Komitənin deyil, X4 Baş Gömrük idarəsinin səlahiyyətinə aid edilmişdir. Bu səbəbdən də iddiaçının Komitəyə qarşı hazırki iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiayə etirazı müdafiə edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş **********057 nömrəli “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamənin gömrük ödənişlərinin hesablanması blankından görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş İphone 16 pro, Natural Titanium, 256 GB(Yeni) telefonu üçün 494.83 manat ödəniş hesablanmışdır. İş materiallarına əlavə edilmiş **********990 nömrəli “Fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamənin gömrük ödənişlərinin hüsablanması blankından görünür ki, X2 tərəfindən təqdim edilmiş İphone 16 pro, Natural Titanium, 256 GB(Yeni) telefonu üçün 506.97 manat ödəniş hesablanmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-33/2-V-000148/1-42/2025 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 6 dekabr 2024-cü il tarixli 1-1-23/2-Kol-2666-024/2024 nömrəli məktubu ilə daxil olmuş kollektiv müraciətinizə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində baxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302-ci maddəsinə əsasən malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır. Fiziki şəxslər tərəfindən qəbz sənədi təqdim edildikdə malın əldə edildiyi yer (ölkə) və pərakəndə satış qiyməti göstəriciləri əsasında bəyan edilən məlumatların qanunvericilik aktlarının tələblərinə uyğun olaraq eyniləşdirilməsinin aparılması mümkündür. Eyniləşdirilməsi mümkün olmayan (alıcının inisialları, malın eyniləşdirmə nömrəsi və sair qeydləri əks etdirməyən) alış sənədləri təqdim edildikdə, yaxud sənədlər təqdim edilmədikdə, malın əldə edildiyi yerin (ölkənin) və pərakəndə satış qiyməti göstəriciləri əsasında dəyərin müəyyən edilməsi mümkünsüz olur. Bu halda gömrük əməkdaşı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 302ci maddəsinin tələblərinə uyğun olaraq eyni malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə iddianın subyekt baxımından mümkün hesab etmir. Belə ki, işin hallarından görünür ki, iddianın əsaslarına görə iddiaçı X3 səyahəti zamanı aldığı telefona görə X10 təqdim etdiyi bəyannamədəki qiymətdən fərqli qiymət ilə sadələşdirilmiş gömrük bəyannaməsi tərtib olunmuşdur. İddiaçı sözügedən **********057 nömrəli sadələşdirilmiş bəyannamənin ləğv edilməsi və mobil telefonun alış qiymətinə uyğun sadələşdirilmiş bəyannamənin tərtib olunması üçün Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Halbuki, təqdim edilən malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini Dövlət Gömrük Komitəsi deyil, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi həyata keçirir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubları göndərilərək cavabdehin əsl cavavdehlə əvəz edilməsi təklif edilmiş, iddiaçı hüquqi yardım məktublarına cavab verməmiş, eyni zamanda məhkəmə iclaslarında iştirak etməmişdir. Başqa sözlə, iddiaçının hüquqi marağına xidmət edən tələb üzrə cavabdeh qismində qoyduğu orqan səlahiyyətli inzibati orqan qismində çıxış etmir. Odur ki, iddia tələbi Dövlət Gömrük Komitəsinə münasibətdə mümkün sayıla bilməz. Məhkəmə iddianın mümkünsüzlüyü nəticəsinə gələrkən eyni zamanda iddiaçının məhkəmədən öncə müvafiq tələblə bağlı səlahiyyətli gömrük orqanı olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ilkin müraciətinin olmadığını da nəzərə alır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. Beləliklə, hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə (cavabdehə) dair mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7507/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7507/2025
21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver