Məhkəmə qərarları › İş №2-1(112)-7508/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7508/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7508/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" X6 MMC) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 23 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 23 fevral 2022ci il tarixli qərarına əsasən, iddiaçıya (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 1 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehsalçılara təqdim olunan nəzarət-kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR” sözləri göstərilməklə "xxxx" X6 MMC-nin adına qeydiyyatdan keçmiş ilkinlik tarixi xx.xx.2021-ci il 20211937 №-li, xx.xx.2017-ci il 20171175 №-li və xx.xx.2014-cü il tarixli 20140451 №-li "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərinin pozulması hallarının aradan qaldırılması və nəticəsi barədə Cavabdehnə məlumat verilməsi barədə göstəriş verilməsi; iddiaçıya (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 1 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehsalçılara təqdim olunan nəzarət-kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR” sözləri göstərilməklə "xxxx" X6 MMC-nin adına qeydiyyatdan keçmiş ilkinlik tarixi xx.xx.2021-ci il 20211937 №-li, xx.xx.2017-ci il 20171175 №-li və xx.xx.2014-cü il tarixli 20140451 №-li "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərinin pozulmasına görə həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən 5731,33 (beş min yeddi yüz otuz bir manat otuz üç qəpik) manat həcmində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli FA-01 №-li işə baxılmasının nəticələri haqqında 23 fevral 2022-ci il tarixli qərara əsasən 2 mart 2022-ci il tarixdə iddiaçıya (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 1 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehsalçılara təqdim olunan nəzarət-kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR” sözləri göstərilməklə "xxxx" X6 MMC-nin adına qeydiyyatdan keçmiş ilkinlik tarixi xx.xx.2021-ci il 20211937 №-li, xx.xx.2017-ci il 20171175 №-li və xx.xx.2014-cü il tarixli 20140451 №-li "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqqında” Azərbaycan Respublikasınının Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərinin pozulması hallarının aradan qaldırılması və nəticəsi barədə Cavabdehnə məlumat verməyi; Cavabdeh xx.xx.2022-ci il tarixli FA-01 №-li əmri ilə yaradılmış antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılması üzrə Komissiyanın xx.xx.2022-ci il tarixli Qərarı ilə iddiaçı barəsində tətbiq edilmiş 573,33 manat məbləğində maliyyə sanksiyasının 30 (otuz) gündən gec olmayaraq köçürülməsini təmin etməyi barədə göstəriş verilmişdir. Cavabdeh antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 23 fevral 2022-ci il tarixli qərarı ləğv edilməlidir: İlk növbədə, "xxxx" və “QOÇ DÖNƏR” sözlərindən ibarət əmtəə nişanlarındakı sözlər və qoç başının şəkilləri, əmtəə nişanında istifadə olunan söz birləşmələrinin qrafiki, yəni ümumi görünüşlü (müşahidə) təəssüratları; şriftin növü; hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışları (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); hərflərin biri-birinə nəzərən yerləşməsi tamamilə fərqlidir. Bundan əlavə, qoçun başı da istifadə edilən bir təsvirdir və "xxxx" X6 MMC tərəfindən xüsusi olaraq yaradılan bir ixtira, təsvir (loqotip) deyildir. Beləliklə, həm ümumi təsvir, həm fonetik, həm də məna baxımından hər iki əmtəə nişanındakı təsvirlər birbirindən tamamilə fərqlənir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli FA-01 №-li işə baxılarkən ekspertiza tədqiqatı aparılmış, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydə qeyd edilmişdir ki, müqayisə edilən nişanlarda (işarələrdə) ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü (yazılış tərzi), səslərin oxşarlığı, işarədə olan hecaların miqdarı və digər əlamətlər nəzərə alınaraq onların vizual (görünüş), həm də fonetik (səs) nöqteyi-nəzərdən oxşar olmasını qeyd etmək olar. Eyni zamanda, “QOÇ” təsvirinə münasibətdə rəydə qeyd edilmişdir ki, hər iki nişanda göstərilən təsvirlərdə müəyyən fərqlərin olmasına baxmayaraq rənglərin kombinasiyası və ümumi təəssürat onların eyni xidmət şəbəkəsinə aid olması fikrini yarada bilər. Həmin ekspert rəyi əsaslandırılmamış, əmtəə nişanlarının müqayisəsi səthi olaraq aparılmışdır. Həmin rəylə bir tərəfdən “QOÇ” təsvirləri arasında fərqliliklərin olması qeyd edilsə də yalnız rəng kombinasiyasına görə eyni xidmət şəbəkəsinə aid olması fikrini yarada bilməsi qeyd edilmişdir. Rəy birtərəfli olaraq qarşı tərəfin xeyrinə həll edilmişdir. Oxşarlıq elementləri dəqiqliklə təsvir edilməmişdir. Halbuki, ekspert öz rəyini hər iki nişanın elementlərinin dəqiqliklə tədqiqatı və qanunvericiliyin tələbləri əsasında tərtib etməli idi. Hər iki nişanda olan “Qoç” sözü Azərbaycan dilinin izahlı lüğətində “qoyunun erkəyi, damazlıq erkək qoyun” mənasını ifadə edir, bu baxımdan həmin söz təklikdə əmtəə nişanı kimi qeydə alına bilməz, “Qoç” sözündən istifadəyə məhdudiyyət qoyula bilməz. Həmçinin “QOÇ” təsvirləri görünüş baxımından bir-birindən çox fərqlənir. Həmçinin "xxxx" söz birləşməsi 2, “Qoç dönər” söz birləşməsi isə 3 hecadan ibarətdir. Eyni zamanda “Qoç” əmtəə nişanı növ əlamətinə də çevrilməmişdir. Sözügedən qərar qəbul edilərkən əsas kimi yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli rəyə əsaslanılmışdır ki, həmin rəyin də əsaslandırılmaması səbəbindən qərarda əsaslandırılmamış hesab olunur. Sözügedən obyektiv olmayan ekspert rəyi işi qabaqcadan həll etmişdir və bunun nəticəsində iddiaçının Konstitusiya ilə qorunan hüquqlarını pozmuşdur. Həmçinin sözügedən ekspert rəyi iqtisadi maraqlarına zidd olduğundan “İnsan Hüquqlarının və X3” X4 Protokolunun 1-ci maddəsində qeyd edilən mülkiyyət hüquqlarını pozmuşdur. Eyni zamanda tərtib edilmiş ekspert rəyində tədqiqat aparmış ekspertin (və ya ekspertlərin) kimliyi, ixtisası və bu rəyi tələb etmək üçün tələb edilən digər məlumatları da qeyd edilməmişdir. İddiaçı yuxarıda qeyd edilən pozuntunu heç vaxt törətməmişdir. Həmçinin mübahisələndirdiyi qərarda da məhz qeyd edilən pozuntunun onun tərəfindən hansı üsul və vasitələrlə edildiyi və bunun detalları əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2022 nömrəli, xx.xx.2022-ci iı tarixli qərardadı ilə "xxxx" X6 MMC İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, "xxxx" və “QOÇ DÖNƏR” sözlərindən ibraət əmtəə nişanlarındakı sözlər və qoç başının şəkilləri fərqlidir və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublkasının Qanununun tələblərini pozmadığını, Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılmış ekspertizanın səthi keçirildiyini, barəsində tətbiq olunmuş maliyyə sanksiyasının əsassız olduğunu bildirmişdir. Bildirilir ki, İddiaçı Dövlət Xidmətinə qarşı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" X6 MMCyə "xxxx" əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2021-ci il tarixli PHŞ/2-2-2021-526 nömrəli müraciəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuşdur. Müraciətdə "xxxx" X6 MMC-nin adına qeydiyyata alınmış ilkinlik tarixi xx.xx.2021-ci il 2021 1937 nömrəli, xx.xx.2017-ci il 2017 1175 nömrəli və xx.xx.2014-cü il tarixli 2014 0451 nömrəli "xxxx" əmtəə nişanlarından fiziki şəxs İddiaçı fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən obyektin üzərində (girişdə) “QOÇ DÖNƏR” yazılmaqla qanunsuz istifadə edildiyi bildirilmiş və Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən "xxxx" təsviri əmtəə nişanının “Qoç dönər” təsviri nişanı ilə oxşarlığının müəyyən edilməsi barədə müvafiq rəy təqdim edilmiş, rəydə isə aşağıdakılar qeyd olunmuşdur: - müqayisə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4, 29.5, 29.6-cı bəndlərinə əsasən nişanların müqayisəsi zamanı fonetik oxşarlıq kimi onlar arasında yaxın və uyğun səslərin mövcudluğu, qrafik (görünüş), semantik oxşarlıq kimi anlayış, ideya uyğunluğu nəzərə alınmışdır; - qeyd edilən Qaydaların tələbləri baxımından "xxxx" KFT MMC-nin adına qeydiyyata alınmış "xxxx" (qeydiyyat nömrələri: 2014 0451, 2017 1175, 2021 1937) nişanı ilə şikayət məktubunda verilən məlumata əsasən Mərdəkan qəsəbəsi, 28 May küçəsi 88 ünvanında yerləşən kafenin (restoranın) reklam lövhəsində yerləşdirilən “Qoç Dönər” (fast food) nişanının müqayisəli təhlil edildiyi, təhlil nəticəsində hər iki nişan təsvir və söz kombinasiyasından ibarət olduğu, nişanlarda mərkəzi mövqe tutan qoçun təsviri qırmızı və ağ rənglərdən ibarət olduğu, hər iki nişanda göstərilən üç hərf işarəsindən və bir hecadan ibarət “QOÇ” sözü qoç təsvirinin altında yerləşdiyi müəyyən edildiyi və təsvirlərdə müəyyən fərqlərin olmasına baxmayaraq rənglərin kombinasiyası və ümumi təəssüratı onların eyni xidmət şəbəkəsinə aid olması fikrini yarada bilər; - nişanların üzərində istifadə olunan “ət”, “dönər” söz işarələri, “fast food” söz birləşməsi əmtəə və xidmətlərin növünü və təyinatını bildirdiyini, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr) əmtəə nişanı kimi qeydiyyata alına bilməz və bu səbəbdən qeyd olunan söz işarələri və söz birləşməsi nişanların tərkibində olan mühafizəsiz elementlər kimi qəbul olunur və onların fərqləndirilməsində əhəmiyyətli rol oynamır; - Qaydaların 29.6-cı bəndinə əsasən müqayisə edilən nişanlarda (işarələrdə) ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü (yazılış tərzi), səslərin oxşarlığı, işarədə olan hecaların miqdarı və digər əlamətlər nəzərə alınaraq onların həm vizual (görünüş), həm də fonetik (səs) nöqteyi-nəzərdən oxşar olmasını qeyd etmək olar; - yuxarıda qeyd edilənləri nəzərə alaraq, müqayisə edilən nişanlar oxşar hesab olunur və bu səbəbdən istehlakçılar tərəfindən onların qarışdırılması ehtimalı yüksəkdir. Dövlət Xidməti tərəfindən müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və fiziki şəxs İddiaçı haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış, habelə "xxxx" KFT MMC ərizə verən tərəf kimi işə cəlb edilmişdir. Eyni zamanda fiziki şəxs İddiaçı və "xxxx" KFT MMC-dən zəruri sənəd və məlumatlar tələb edilmişdir. İşə baxma iclasında fiziki şəxs İddiaçı nümayəndəsi Vəkil Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən "xxxx" təsviri əmtəə nişanının “Qoç dönər” təsviri nişan ilə oxşarlığının müəyyən edilməsi barədə müvafiq rəyin əsaslandırılmamış olduğunu, müqayisənin səthi olaraq aparıldığını və birtərəfli olaraq müraciət edənin xeyrinə həll edildiyini, həmçinin rəydə nişanlardakı oxşarlıq elementlərinin dəqiqliklə təsvir edilmədiyini bildirmişdir. Əlavə olaraq hər iki nişanda olan “Qoç” sözünün Azərbaycan dilinin izahlı lüğətində “qoyunun erkəyi, damazlıq erkək qoyun” demək olduğunu, bu baxımdan həmin sözün təklikdə əmtəə nişanı kimi qeydə alına bilməyəcəyini, bu səbəbdən də “Qoç” sözündən istifadəyə məhdudiyyət qoyula bilməyəcəyini, həmçinin “ət” və “dönər” sözlərinin sinonim sözlər olmadığından “Qoç” sözü ilə birgə ifadəsinin məna baxımından da oxşar ifadə olmadığını bildirmişdir. Bundan əlavə, hər iki nişanda fərqli-fərqli şrift növlərindən istifadə olunduğunu, hər iki nişanda təsvir edilən qoç başının şəkillərinin bir-birindən olduqca fərqləndiyini, həmçinin qoçun başının da ümumi istifadə edilən bir təsvir olduğunu və müraciət edən tərəfindən xüsusi olaraq yaradılan bir ixtira, təsvir (loqotip) olmadığını, həm ümumi təsvir, həm fonetik, həm də məna baxımından təsvirlərin bir - birindən tamamilə fərqləndiyindən "xxxx" KFT MMC-nin müraciətinin əsassız olduğunu, habelə qoç başının təsviri və “QOÇ DÖNƏR” sözlərindən ibarət əmtəə nişanının qeydiyyata alınması üçün Əqli Mülkiyyət Agentliyinə müraciət etdiklərini bildirmişdir. "xxxx" KFT MMC-nin nümayəndəsi X8 "xxxx" KFT MMC-yə məxsus müvafiq əmtəə nişanlarından fiziki şəxs İddiaçı tərəfindən qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyini, bunun sübutu kimi, müvafiq sənəd və məlumatları Xidmətə təqdim etdiklərini qeyd edərək, həmin haqsız rəqabət hallarının qarşısının alınması və fiziki şəxs İddiaçı barəsində qanunamüvafiq tədbirlər görülməsini bildirmişdir. Təqdim edilmiş sənəd və məlumatlara əsasən aşağıdakılar müəyyən edilmişdir: - 2014 0451 nömrəli şəhadətnaməyə əsasən üst hissədə qoç təsviri olan "xxxx" əmtəə nişanının (İddia sənədinin nömrəsi: 2014 00109, ilkinlik tarixi: xx.xx.2014, dövlət reyestrində qeyd olunub: xx.xx.2014. Əmtəə nişanının rəngi: qırmızı, ağ, qızılı, qəhvəyi. 29-cu - Ət və ət məhsulları, 35-ci - 29-cu sinifdə göstərilən malların satışı üzrə xidmətlər və 39-cu - 29-cu sinifdə göstərilən malların qablaşdırılması və daşınması sinifləri üçün qeydiyyata alınmışdır. Qüvvədə olma müddəti: xx.xx.2024) sahibi "xxxx" KFT MMC-dir; - 2017 1175 nömrəli şəhadətnaməyə əsasən üst hissədə qoç təsviri olan “Keyfiyyətli və bərəkətli QOÇ ƏT KABAB KEYFİ” əmtəə nişanının (İddia sənədinin nömrəsi: 2017 00752, ilkinlik tarixi: xx.xx.2017, dövlət reyestrində qeyd olunub: xx.xx.2017. Əmtəə nişanının rəngi: qəhvəyi, ağ. 35-ci - Reklam, biznes sahəsində menecment, 43-cü - Kafe və restoran xidmətləri sinifləri üçün qeydiyyata alınmışdır. Qüvvədə olma müddəti: xx.xx.2027) sahibi "xxxx" KFT MMC-dir; - 2021 1937 nömrəli şəhadətnaməyə əsasən “Qoç ♦ Ət” əmtəə nişanının (İddia sənədinin nömrəsi: 2021 00683, ilkinlik tarixi: xx.xx.2021, dövlət reyestrində qeyd olunub: xx.xx.2021. Əmtəə nişanının rəngi: qırmızı, qara. 29-cu, 31-ci, 35-ci, 39-cu və 43cü sinifləri üçün qeydiyyata alınmışdır. Qüvvədə olma müddəti: xx.xx.2021) sahibi "xxxx" KFT MMC-dir; - qeydiyyat ünvanı AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, M.Şahbazov, ev 54 olan fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044 ünvan 4 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri yazılmış və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehlakçılara təqdim olunan nəzarət - kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR” sözləri əks olunmuşdur; - fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 4 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri yazılmış və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsvirli (məzmunlu) açıq məkanda yayımlanan reklam üçün Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən icazə alınmamışdır; - fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 4 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehlakçılara təqdim olunan nəzarət - kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR” sözləri xx.xx.2021- ci il tarixindən yazılmış və hazırda da bu hərəkətlər davam edir; - fiziki şəxs İddiaçı (VÖEN **********) AZ1044, ünvan 4 ünvanında yerləşən obyektdə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fəaliyyəti nəticəsində 5848,43 manat gəlir əldə etmişdir. Sadələşdirilmiş vergi çıxılmaqla həmin gəlir 5731,33 manat olmuşdur; - Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2021-ci il tarixli “Əmtəə nişanının qeydiyyata alınması üçün iddia sənədinin baxılmağa qəbul edilməsi haqqında Arayış”da üst hissədə qoç təsviri olan “QOÇ DÖNƏR” əmtəə nişanının sahibi X9 göstərilmişdir. Həmin arayış fiziki şəxs İddiaçı aid deyildir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 4-cü maddəsinin dördüncü abzasına eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətinin təqlidi hesab edilir və bu cür hərəkətlərə yol verilmir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə, tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh Əsasnaməsi”nin 3.0.3 və 3.0.6-cı bəndlərinə əsasən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin (bundan sonra - təsərrüfat subyektləri) və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı antiinhisar qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş, habelə antiinhisar qanunvericiliyinin pozulması və sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması haqqında işlərə baxmaq, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması və aradan qaldırılması, bazarda ilkin vəziyyətin bərpa edilməsi, həmçinin qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, habelə təqdim edilmiş sənəd və məlumatları tam və obyektiv araşdıraraq qeydiyyat ünvanı AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, M.Şahbazov, ev 54 olan fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 4 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehlakçılara təqdim olunan nəzarət - kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR” sözləri göstərilməklə "xxxx" KFT MMC-nin adına qeydiyyata alınmış ilkinlik tarixi xx.xx.2021-ci il 2021 1937 nömrəli, xx.xx.2017-ci il 2017 1175 nömrəli və xx.xx.2014-cü il tarixli 2014 0451 nömrəli "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etdiyini və bununla da “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozmaqla rəqibin təsərrüfat fəaliyyətini təqlid etməklə haqsız rəqabətə yol verdiyini müəyyən etmişdir. Eyni zamanda fiziki şəxs İddiaçı (VÖEN **********) qeyd olunan haqsız rəqabətə yol verdiyi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sadələşdirilmiş vergi çıxılmaqla 5731,33 manat (beş min yeddi yüz otuz bir manat otuz üç qəpik) gəlir əldə etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, Dövlət Xidməti tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qərar tamamilə qanuni və əsaslıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48-ci maddəsini rəhbər tutaraq iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 2014 0451 nömrəli şəhadətnaməyə əsasən üst hissədə qoç təsviri olan "xxxx" əmtəə nişanı “iddia sənədinin nömrəsi: 2014 00109, ilkinlik tarixi: xx.xx.2014, dövlət reyestrində qeyd olunub: xx.xx.2014” olmaqla "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin (AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz ev 10 (AZ)) adına aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 29-cu sinif - Ət və ət məhsulları, 35-ci sinif - 29-cu sinifdə göstərilən malların satışı üzrə xidmətlər, 39-cu sinif - 29-cu sinifdə göstərilən malların qablaşdırılması və daşınması. Mühafizə olunmayan elementlər: Əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyildirlər. Əmtəə nişanının rəngi: Qırmızı, ağ, qızılı, qəhvəyi. - Patent və X11 tərəfindən verilmiş 2017 1175 nömrəli şəhadətnaməyə əsasən üst hissədə qoç təsviri olan “Keyfiyyətli və bərəkətli QOÇ ƏT KABAB KEYFİ” əmtəə nişanı “iddia sənədinin nömrəsi: 2017 00752, ilkinlik tarixi: xx.xx.2017, dövlət reyestrində qeyd olunub: xx.xx.2017” olmaqla "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin (AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 10 (AZ)) adına aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 35-ci sinif - Reklam, biznes sahəsində menecment, 43-cü sinif - Kafe və restoran xidmətləri. Mühafizə olunmayan elementlər: Əmtəə nişanında “KABAB KEYFİ”, “keyfiyyətli və bərəkətli” söz birləşmələri hüquqi mühafizə obyektləri deyildirlər. Əmtəə nişanının rəngi: Qəhvəyi, ağ. - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 2021 1937 nömrəli şəhadətnaməyə əsasən “Qoç ♦ Ət” əmtəə nişanı “iddia sənədinin nömrəsi: 2021 00683, ilkinlik tarixi: xx.xx.2021, qeydiyyatının qüvvədə olma müddəti: xx.xx.2031, dövlət reyestrində qeyd olunub: xx.xx.2021” olmaqla "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin (AZ1130, Bakı şəhəri, Binəqədi rayonu. Cəfər Xəndan, ev 36, məhəllə 3066 (AZ)) adına aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır: 29-cu sinif - Ət, balıq, quş və ov quşu əti; ət ekstraktları; konservləşdirilmiş, quruldulmuş və istilik emalına uğradılmış tərəvəzlər və meyvələr; jele, mürəbbə, kompotlar; yumurta; süd və süd məhsulları, 31-ci sinif - Diri heyvanlar, 35-ci sinif - 29-cu sinifdə iddia edilən malların satışı üzrə xidmətlər; reklam, biznes sahəsində menecmet, 39-cu sinif - 29-cu sinifdə iddia edilən malların qablaşdırılması və daşınması, 43-cü sinif - Kafe və restoran xidmətləri. Mühafizə olunmayan elementlər: Əmtəə nişanında "xxxx" söz birləşməsi elementlərinə ayrı-ayrılıqda hüquqi mühafizə verilmədən bütövlüklə qorunur. Əmtəə nişanının rəngi: qırmızı, qara. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli "xxxx" təsviri əmtəə nişanının “Qoç dönər” təsviri nişan ilə oxşarlığının müəyyən edilməsi barədə rəydə qeyd edilmişdir ki, müqayisə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4, 29.5, 29.6-cı bəndlərinə əsasən nişanların müqayisəsi zamanı fonetik oxşarlıq kimi onlar arasında yaxın və uyğun səslərin mövcudluğu, qrafik (görünüş), semantik oxşarlıq kimi anlayış, ideya uyğunluğu nəzərə alınmışdır. Qeyd edilən Qaydaların tələbləri baxımından "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmış "xxxx" (qeydiyyat nömrələri 2014 0451, 2017 1175, 2021 1937) nişanı ilə şikayət məktubunda verilən məlumata əsasən Mərdəkan qəsəbəsi, 28 may küçəsi 88 ünvanında yerləşən kafe (restoranın) reklam lövhəsində yerləşdirilən “Qoç dönər” (fast food) nişanı müqayisəli təhlil edilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, hər iki nişan təsvir və söz kombinasiyasından ibarətdir. Nişanlarda mərkəzi mövqe tutan qoçun təsviri qırmızı və ağ rənglərdən ibarətdir. Hər iki nişanda göstərilən, üç hərf işarəsindən və bir hecadan ibarət “QOÇ” sözü qoç təsvirinin altında yerləşir. Təsvirlərdə müəyyən fərqlərin olmasına baxmayaraq rənglərin kombinasiyası və ümumi təəssürat onların eyni xidmət şəbəkəsinə aid olması fikrini yarada bilər. Nişanların üzərində istifadə olunan “ət”, “dönər" söz işarələri, “fast food” söz birləşməsi əmtəə və xidmətlərin növünü və təyinatını bildirir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “c” bəndinə əsasən əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr) əmtəə nişanı kimi qeydiyyata alına bilməz və bu səbəbdən qeyd olunan söz işarələri və söz birləşməsi nişanların tərkibində olan mühafizəsiz elementlər kimi qəbul olunur və onların fərqləndirilməsində əhəmiyyətli rol oynamır. Qaydaların 29.6-cı bəndinə əsasən müqayisə edilən nişanlarda (işarələrdə) ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü (yazılış tərzi), səslərin oxşarlığı, işarədə olan hecaların miqdarı və digər əlamətlər nəzərə alınaraq onların həm vizual (görünüş), həm də fonetik (səs) nöqteyi-nəzərdən oxşar olmasını qeyd etmək olar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq müqayisə edilən nişanlar oxşar hesab olunur və bu səbəbdən istehlakçılar tərəfindən onların qarışdırılması ehtimalı yüksəkdir. İş materiallarına əlavə edilmiş Cavabdeh “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən qeydiyyat ünvanı AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, M.Şahbazov, ev 54 olan fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 4 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehlakçılara təqdim olunan nəzarət-kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR” sözləri göstərməklə "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmış ilkinlik tarixi xx.xx.2021-ci il 2021 1937 nömrəli, xx.xx.2017-ci il 2017 1175 nömrəli və xx.xx.2014-cü il tarixli 2014 0451 nömrəli "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərinin pozması hallarının aradan qaldırması və nəticəsi barədə Cavabdehnə məlumat verilməsi haqqında göstəriş verilməsi; qeydiyyat ünvanı AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, M.Şahbazov, ev 54 olan fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 4 ünvanında yerləşən obyektdə "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmış ilkinlik tarixi xx.xx.2021-ci il 2021 1937 nömrəli, xx.xx.2017-ci il 2017 1175 nömrəli və xx.xx.2014-cü il tarixli 2014 0451 nömrəli "QOÇ ƏT” əmtəə nişanlarından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən 5731,33 manat (beş min yeddi yüz otuz bir manat otuz üç qəpik) həcmində maliyyə sanksiyası tətbiq edilməsi; fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 4 ünvanında yerləşən obyektin girişində (fasadında) müvafiq icazə alınmadan “FAST FOOD QOÇ DÖNƏR” məzmunlu reklamın yerləşdirildiyi barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə məlumat verilməsi üçün Cavabdeh rəhbərliyinə təklif verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması və tətbiq edilmiş maliyyə sanksiyasının ödənilməsi haqqında” xx.xx.2022-ci il tarixli göstərişinə əsasən qeydiyyat ünvanı AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, M.Şahbazov, ev 54 olan fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi AZ1044, ünvan 4 ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehlakçılara təqdim olunan nəzarət-kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR” sözləri göstərməklə "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmış ilkinlik tarixi xx.xx.2021-ci il 2021 1937 nömrəli, xx.xx.2017-ci il 2017 1175 nömrəli və xx.xx.2014-cü il tarixli 2014 0451 nömrəli "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının tələblərinin pozulması hallarını aradan qaldırması və nəticəsi barədə 15 (on beş) iş günü müddətində Cavabdehnə məlumat verməsi; qeydiyyat ünvanı AZ1076, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, M.Şahbazov, ev 54 olan fiziki şəxs İddiaçı (VÖEN **********) Cavabdeh xx.xx.2022-ci il tarixli FA-01 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarı ilə onun barəsində tətbiq edilmiş 5731,33 manat (beş min yeddi yüz otuz bir manat otuz üç qəpik) məbləğində maliyyə sanksiyasının 30 (otuz) gündən gec olmayaraq hesaba köçürülməsini təmin etməsi; bazar subyektlərinin Cavabdeh göstərişini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə, habelə düzgün olmayän məlumat verdiyinə və ya lazımi məlumatı vermədiyinə görə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinin dördüncü və beşinci abzaslarına əsasən məsuliyyət daşıdıqları fiziki şəxs İddiaçı (VÖEN **********) nəzərinə çatdırılması tələb edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə Cavabdehnə müraciət edərək "xxxx" KFT MMC-nin adına qeydiyyata alınmış ilkinlik tarixi xx.xx.2021-ci il olan 2021 1937 nömrəli, xx.xx.2017-ci il olan 2017 1175 nömrəli və xx.xx.2014-cü il olan 2014 0451 nömrəli "xxxx" əmtəə nişanlarından fiziki şəxs İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 5 ünvanında yerləşən obyektin üzərində (girişində) “QOÇ DÖNƏR" yazılmaqla qanunsuz istifadə edildiyi bildirilmiş, müraciətlə əlaqədar cavabdeh inzibati orqan tərəfindən fiziki şəxs İddiaçı (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmış, Əqli Mülkiyyət Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzi tərəfindən "xxxx" təsviri əmtəə nişanının “Qoç dönər” təsviri nişan ilə oxşarlığının müəyyən edilməsi barədə müvafiq rəy təqdim edilmiş, cavabdeh inzibati orqan 23 fevral 2022-ci il tarixli qərarı ilə iddiaçının "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmış ilkinlik tarixi xx.xx.2021-ci il 2021 1937 nömrəli, xx.xx.2017-ci il 2017 1175 nömrəli və xx.xx.2014-cü il tarixli 2014 0451 nömrəli "xxxx" əmtəə nişanlarından qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğunu müəyyən etməklə ona Qanunun 12-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən 23 fevral 2022-ci il tarixli qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə təqdim edilmiş inzibtati icraat materiallarından müəyyən olunur ki, cavabdeh mübüahisələndirilən xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2022-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi Mərdəkan qəsəbəsi, 28 may küçəsi 25 ünvanına göndərmiş, həmin ünvanda qərar xx.xx.2022-ci il tarixdə poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. İddiaçı iddia ərizəsini xx.xx.2022-ci il tarixdə poçt xidmətinə təqdim etməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 1-ci maddəsinə əsasən haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləridir. Həmin Qanunun 3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir: rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti; haqsız işgüzarlıq davranışı; istehlakçıların çaşdırılması. Həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Həmin Qanunun 9-cu maddəsinə əsasən bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi; əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi. Beləliklə, sadalanan qanun normalarından müəyyən olunur ki, bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən hərəktləri o cümlədən rəqibin təsərrüfat fəaliyyətinin təqlidi haqsız rəqabətdir. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi həm də digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi hesab olunur. Hazırkı iş üzrə Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı iddiaçının yuxarıda qeyd olunan “Haqsz rəqabət haqqında” Qanunun tələblərini pozaraq üçüncü şəxsə ilkin qeydiyyata alınmış əmtəə nişanlarından qanunsuz istifadə etdiyini, bununla da rəqibin təsərrüfat fəaliyyətini təqlid etməklə haqsız rəqabətə yol verdiyi nəticəsinə gələrək ona maliyyə sanksiyası tətbiq etmişdir. Beləliklə, hazırkı iş üzrə müəyyən edilməli olan hal mübahisələndirilən iddiaçı üçün əliverişsiz inzibati aktın qəbul edilməsinə əsas olmuş halın- iddiaçının digər təsərrüfat subyektinin adına qeydə alınmış əmtəə nişanından qanunsuz istifadə edərək onun təsərrüfat fəaliyyətini təqlid edib-etməməsinin yoxlanılmasıdır. İş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, 28 May, ev 25, ünvanında yerləşən obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri yazılmış və “QOÇ DÖNƏR” sözlərindən əvvəl qoç təsviri, habelə həmin obyektə istehlakçılara təqdim olunan nəzarət - kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR" sözləri əks olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixli cavabdehə təqdim etdiyi ərizəsində də obyektin girişində (fasadında) “FAST FOOD QOÇ DÖNƏR” sözləri və nəzarət - kassa aparatının çekinin üzərində qoç təsviri və “QOÇ DÖNƏR" sözlərindən xx.xx.2021-ci il tarixdən yazılmağa başlanıldığı qeyd edilmişdir. Bundan əlavə üçüncü şəxs "xxxx" KFT MMC-yə aid sənədlərdən görünür ki: -2021 1937 nömrəli şəhadətnaməyə əsasən “Qoç ♦ Ət” əmtəə nişanı 29-cu, 31-ci, 35-ci, 39-cu və 43-cü sinifləri üçün dövlət reyestrində xx.xx.2021 qeydiyyata alınmışdır. Əmtəə nişanında "xxxx" söz birləşməsi bütövlükdə qorunur. -2014 0451 nömrəli şəhadətnaməyə əsasən üst hissədə qoç təsviri olan "xxxx" əmtəə nişanı 29, 35, 39-cu siniflərdə xx.xx.2014-cü il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Əmtəə nişanında təsviri hissə mühafizə olunur. -2017 1175 nömrəli şəhadətnaməyə əsasən üst hissədə qoç təsviri olan “Keyfiyyətli və bərəkətli QOÇ ƏT KABAB KEYFİ" əmtəə nişanı 35, 43-cü siniflərdə xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. “Kabab keyfi”, “Keyfiyyətli və bərəkətli” söz birləşmələri mühafizə olunmur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); -3-cü maddəsinə görə Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. -6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın: -hissə 3. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. -Bənd 29.3. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. -29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: -a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; -b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; -c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. -29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması -29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: -a) sözlərdən ibarət nişanlarla (işarələrlə); -b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. -Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: -29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: -a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; -b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; -c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; -ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; -d) işarədə olan hecaların miqdarı; -e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; -ə) kar və cingiltili tərkibin yaxınlığı; -f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; -g) bir nişandan (işarədən) digərinə daxil olma; -ğ) vurğu. -29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: -a) ümumi görünüşlü (müşahidə) təəssüratı; -b) şriftin növü; -c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); -ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; -d) hərflərlə yazılmış sözlərin əlifbası; -e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). -29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: -a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; -b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; -c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. -29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. -29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. - 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. İşin hallarından müəyyən olunur ki, “Qoç ♦ Ət” əmtəə nişanı, üst hissədə qoç təsviri olan “Keyfiyyətli və bərəkətli QOÇ ƏT KABAB KEYFİ" əmtəə nişanı Nitsa təsnifatının 43-cü sinfi-kafe və restoran xidmətləri üzrə "xxxx" X6 Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır. Üçüncü şəxsin adına qeydə alınmış əmtəə nişanları ilə iddiaçıya məxsus Mərdəkan qəsəbəsi, 28 may küçəsi 88 ünvanında yerləşən kafe (restoranın) reklam lövhəsində yerləşdirilən “Qoç dönər” (fast food) nişanının müqayisəli təhlilində müəyyən olunmuşdur ki, hər iki nişan təsvir və söz kombinasiyasından ibarətdir. Nişanlarda mərkəzi mövqe tutan qoçun təsviri qırmızı və ağ rənglərdən ibarətdir. Hər iki nişanda göstərilən, üç hərf işarəsindən və bir hecadan ibarət “QOÇ" sözü qoç təsvirinin altında yerləşir. İddiaçının mövqeyinə görə QOÇ DÖNƏR” və "xxxx" sözlərindən ibarət əmtəə nişanlarındakı təsvirlərdə hər iki qoç başı təsviri bir-birindən rəng çalarlarına və görünüşünə görə fərqlidir. Həmçinin, hər iki yazıda şriftlərin növləri və görünüşləri, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılışları (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); hərflərin biri- birinə nəzərən yerləşməsi bir-birindən fərqlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən qeyd edir ki, əmtəə nişanının əsas məqsədi bir sahibkarın əmtəəsini və ya göstərdiyi xidməti digər sahibkarın əmtəəsindən və ya göstərdiyi xidmətdən fərqləndirməkdən ibarətdir. Bu zaman əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri birbirindən fərqləndirməlidir. Bu fərqliliyinin müəyyən edilməsi üçün əmətə nişanları müqayisə edilərkən iki əmtəə nişanının qarışdırılması, çaşqınlıq yaratması ehtimalının qiymətləndirilməsi bir neçə amilin təhlilini nəzərdə tutur: 1) işarələr arasında oxşarlıq; 2) mallar/xidmətlər arasında oxşarlıq; 3) əvvəlki nişanın fərqliliyi (bu amili yenidən ikiyə bölmək olar: markanın xas xüsusiyyəti və onun nüfuzu). İki əmtəə nişanı arasında çaşqınlıq ehtimalının qiymətləndirilməsi çoxsaylı elementlərin nəzərə alınmasını tələb edir və qiymətləndirmə orta istehlakçının mövqeyi nəzərə alınmaqla aparılmalıdır. Belə ki, orta istehlakçı adətən nişanı bütövlükdə qavradığından və onun müxtəlif təfərrüatlarını təhlil etmədiyindən, sözügedən nişanın şifahi, vizual və konseptual oxşarlığı, kombinasiyanın bütün komponentləri nəzərə alınmaqla əlaqəli şəkildə, vahid bir bütün olaraq qiymətləndirilməli, əmtəə nişanın verdiyi ümumi təəssürat nəzərə alınmalıdır. Belə ki, orta istehlakçı nadir hallarda müxtəlif nişanlar arasında birbaşa müqayisə etmək şansına malikdir, adətən o nişanın mənbəyini müəyyən edə bilmir. Və bu zaman vahid kombinasiya kimi nişanın yaratdığı ilk təəssürat həlledici əhəmiyyətə malik olur. Bu səbəbdəndir ki, qanunverici əmtəə nişanının həmcins olmasını müəyyən edərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlərın nəzərə alınmasını təsbit etmişdir. Müqayisə edilən əmtəə nişanları daha az oxşarlıq dərəcəsinə malik olsa belə, əgər əmtəə nişanın biri geniş tanınmaqla bazarda xüsusi nüfuza, üstün mövqeyə malikdirsə, bu hal özlüyündə çaşqınlıq yaratmasına səbəb ola bilər. Qeyd edilən əmtəə nişanlarını istər təsviri, istərsə də söz baxımından qiymətləndirərkən müəyyən olunur ki, təsvirlərdə müəyyən fərqlərin olmasına baxmayaraq rənglərin kombinasiyası və ümumi təəssürat onların eyni xidmət şəbəkəsinə aid olması fikrini yaradır. Belə ki, hər iki nişan ət məhsulu, kafe, restoran xidmətini ifadə edir. İlkin qeydiyyatı aparılan qoç ət əmtəə nişanı ölkə ərazisində, xüsusən də kaferestoran xidmətləri ilə bağlı Bakı şəhərində kifayət qədər nüfuza malikdir. Belə ki, üçüncü şəxs tərəfindən də təqdim edilmiş açıq məkanlarda, restoranların fasadında reklam lövhələrində (məsələn, xx.xx.2021-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə icazəyə əsasən ünvan 6 ünvanında yerləşdirilmiş reklam) "xxxx" söz birləşməsi və qoç başı təsvirindən istifadə edilmişdir. Hər iki nişanda qoç sözü, qoç başı təsviri istehlakçının ilk olaraq əhəmiyyət verəcəyi məqamlardır. İddiaçı və üçüncü şəxsin fəaliyyət xarakterinin (kafe, restoran) eyni olması da nəzərə alındıqda qeyd edilən əmtəə nişanlarının istehlakçıda çaşqınlıq yaradacağı şübhəsizdir. Beləliklə, üçüncü şəxsin adına qeydə alınmış əmtəə nişanı ilə iddiaçının istifadə etdiyi əmtəə nişanı arasında vizual, eşitmə və ya konseptual, ideya baxımdan oxşarlıq olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, qeyd edilən nişanların istehlakçılar tərəfindən qarışdırılması ehtimalı yüksəkdir və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağı yanılda bilər. Bu isə iddiaçının nüfuza malik əmtəə nişanı vasitəsilə haqsız üstünlük əldə etməsinə səbəb ola bilər. “Haqsız rəqabət haqqında" Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə, tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Həmin Qanunun 12-ci maddəsinə əsasən bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə — haqsız rəqabətə yol verilməklə, satılmış mallardan, (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində maliyyə sanksiyaları tətbiq edilir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı barəsində qəbul etdiyi 23 fevral 2022-ci il tarixli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar