Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-751/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bakı şəhəri Səbail rayonu, 34 saylı Poliklinika məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “əlilliyin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətini 12 noyabr 2019-cu il tarixli **********2 saylı məktubuna əsasən əlilliyin etibarsız hesab edilməsinə dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə verərək,17.04.2018-ci il tarixdə təyin edilmiş İİ qrup əlilliyin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2020 saylı 20 may 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon 34 saylı Poliklinika hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,o, xəstəliyinin müəyyən olunması və müəyyən olunmuş xəstəliyin qanunvericiliyə görə qeyd olunmuş şərtlərə uyğun gəldiyi halda əlilliyə görə əmək pensiyası almaq üçün cavabdeh quruma müraciət etmişdir. Qeyd olunan qurum tərəfindən təqdim etmiş olduğu sənədlər əsasında 17.04.2018-ci il tarixində ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 30.06.2019-cu il tarixindən almış olduğu əlilliyə görə pensiya dayandırılmışdır. AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq 17 aprel 2018-ci il tarixindən 30 iyun 2019-cu il tarixə qədər ödənilmiş 10.306,84 manat məbləğində pensiya ödənişinin ondan tutularaq DSMF-nin Səbail rayon Şöbəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı yazılı olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, orqan isə cavab məktubunda qeyd etmişşdir ki, Tibbi Sosial Ekspertiza və Reabilitasiya sistemində onun əlilliyi etibarsız hesab edilmişdir. Bu səbəbdən pensiyanın ödənişi dayandırılmış və 17 aprel 2018-ci il tarixindən 30 iyun 2019-cu il tarixinədək ödənilmiş 10.306,84 manat artıq vəsaitin ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən verilən bu qərar əsassızdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADXZ saylı göndərişi əsasında 17.04.2018-ci il tarixdə qiymətləndirilmiş və “Bronxial astma. İnfeksion allergik forma, tez-tez baş verən boğulma tutmaları, hormondan aslı vəziyyət. Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlığı İİ dərəcə” xəstəliyi ilə “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.05.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə 378 nəfərin, o cümlədən İddiaçı Kərim oğlunun Daxili İşlər Nazirliyinə aidiyyətinin olmadığı və ona 4110003AADXZ saylı göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. İddiaçı adı siyahıda 167-ci sırada qeyd edilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid müayinə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADXZ saylı göndərişi əsasında 17.04.2018-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AADXZ saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, əlillik altsistemində İddiaçı aid qiymələndirmə etibarsız edilmişdir. İddiaçı oğllunun əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir.Əlilliyin təyinə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 02 sentyabr 2020-ci il tarixə təyin edilmiş, cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi tərəfindən iddiaçıya ünvanladığı 12.11.2019-cu il tarixli, **********2 saylı məktubunda qeyd edilir ki, İddiaçı əlilliyi Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sistemində etibarsız hesab edilmişdir. Bu səbəbdən pensiyasının ödənişi dayandırılmış və 17.04.2018-ci tarixdən 30.06.2019-cu il tarixədək ona ödənilmiş 10.306,84 manat artıq vəsaitin könüllü surətdə şöbənin hesabına bərpa etməyi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi 25 iyul 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 088) Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının Həkim məsləhət komissiyaları tərəfindən poliklinikalarda tibbi qeydiyyatda duran, eyni zamanda idarənin Xüsusi Həkim Komissiyasında tibbi şəhadətləndirilən daxili işlər orqanları əməkdaşları barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, poliklinikaların bu işə məsul vəzifəli şəxsləri tərəfindən poliklinikalarda tibbi qeydiyyatda durmayan, eləcə də Xüsusi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində əsassız tərtib edilmiş göndərişlərlə əlillik təyinatları aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş siyahıda işlədiyi yer "xxxx" Açıq Səhmdar Cəmiyyəti kimi göstərilən İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi, Nazirliyin poliklinikalarında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. Vətəndaş İddiaçı barəsində göndərişə əsas olan tibbi sənədlər Tibb İdarəsinə bilavasitə tabe olan müalicə-profilaktika müəssisələrində aşkar edilməmişdir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 04 avqust 2020-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki,İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADXZ saylı göndərişi əsasında 17.04.2018-ci il tarixdə qiymətləndirilmiş və “Bronxial astma. İnfeksion alergik forma, tez-tez bas verən boğulma tutmaları, hormondan aslı vəziyyət. Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlığı İİ dərəcə” xəstəliyi ilə “ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 22.05.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktubu ilə İddiaçı Kərim oğlunun Daxili İşlər Nazirliyinə aidiyyətinin olmadığı və ona 4110003AADXZ saylı göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid müayinə etibarsız edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AADXZ saylı göndərişi əsasında 17.04.2018-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AADXZ saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemindəİddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetini 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyətin səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmiş və Əsasnamədə aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsaəsn, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X2 (bundan sonra — TSERAS) ötürülür; -4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndəriş, təsdiq edən şəxsslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya, dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirlməsi məqsədi ilə TSEK-ə göndərişi vermiş səhiyyə müəssisəsin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; -4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.”. -4.17. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. - 4.19. Hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERASa daxil edir. -4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Beləliklə iddia tərəfindən təqdim edilmiş sənədlərdən və Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab məktublarından müəyyən olunmuşdur ki, İddiaçı ümumiyyətlə daxili işlər orqanlarında xidmət etməmiş, "xxxx" ASC-də işlədiyi qeyd edilmiş və onun barəsində tibbi sənədlər Tibb İdarəsinə tabe olan müalicə-profilaktika müəssisələrində aşkar edilməmişdir. Həmçinin Məhkəməyə təqdim edilmiş AZərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 22 may 2019-cu il tarixli 029-1354-1219 saylı məktubundan müəyyən edilir ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinəə aidiyyatı yoxdur və onlara Nazirliyinin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirlmişdir. Bununla əlaqədar göndərişlər etibarsız hesab olunmuşdur. Qeyd olunan siyahıya nəzər saldıqda hazırki iş üzrə İddiaçı adının siyahıda 167-ci sırada olduğu müəyyən olunur. Odur ki, İddiaçı əlilliyinin etibarsız hesab edilməsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkət və hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsasslıdır və iddiaçının hüquqları pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətini 12 noyabr 2019-cu il tarixli **********2 saylı məktubuna əsasən əlilliyin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü, 68-ci, 69-cu, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Bakı şəhəri Səbail rayonu, 34 saylı Poliklinika məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “əlilliyin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-751/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-751/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver