Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7513/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X5rşı “test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsinin A variantı üzrə 51 və 63 saylı test tapşırıqlarına verdiyi cavabların düzgün hesab edilməsi və İddiaçı BA2 sertifikatının verilməsi öhdəliyinin cavabdeh X6 üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X9 tərəfindən Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsində iştirak etmişdir. İmtahan nəticələri DİM tərəfindən qiymətləndirilmiş və elektron qaydada tərtib edilən Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirində "A" variantı üzrə doğru cavablarının sayı 84, yanlış cavablarımın sayı 16, yekun balı 95 (79.17%) olmaqla veriləcək sertifikatın ВАЗ qurupuna aid olması qeyd edilmişdir. DİM-in test imtahanının yekun nəticəsi ilə bağlı gəldiyi qərarla razı deyil. Belə ki, 51-ci açıq tipli test tapşırığının şərti və cavabları dəqiq, aydın, birmənalı olmadığı üçün iki cavabı düzgün hesab etmək mümkün olmuşdur. Həmçinin 63-cü qapalı tipli test tapşırığına cavabı X6 ədəbiyyat siyahısında qeyd etdiyi (Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdarov Y.B. "İnformatika" vəsaiti. Yenilənmiş nəşr. Bakı: DİM, 2022) vəsaitdən oxuyaraq ona uygun düzgün cavablandırmışdır. Lakin, X9 51 və 63 -cü test tapşırıqlarına verdiyi cavabları səhv kimi qiymətləndirmişdir. Qeyd edilən test tapşırıqlarının nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə X7 apellyasiya ərizəsi vermişdir. Sözügedən qurumda apellyasiya ərizəsinə baxılmış lakin, imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək bir halın aşkar olunmadığı qənaətinə gəlinərək müraciəti təmin olunmamışdır. Məlumat üçün qeyd edir ki, apellyasiya ərizəsi xx.xx.2023cü il tarixdə Elektron qaydada poçt ünvanına göndərilmiş 9-3/2-Q-34-42- 149/2023 saylı məktub ilə cavablandırılmışdır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin В növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. İddiaçı sözügedən test imtahanında ВАЗ sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (75%) çox nəticə - 79.17% (95 bal) nəticə göstərdiyi üçün ВАЗ sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən - 80% (96 bal) aşağı olduğu üçün BA2 sertifikatını əldə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu A variantı üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 51 və 63 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixində apellyasiya komissiyasına şikayət vermişdir. İddiaçının apellyasiya şikayəti komissiya tərəfindən araşdırılmış və araşdırmanın nəticəsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixində saat 16:54-də telefon vasitəsilə məlumat verilmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinə yazılı formada cavab verilməsini xahiş etmişdir. Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-Q-34-42-149/2023 nömrəli məktubu ilə ona izah edilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi BA vəzifə qrupu A variantı üzrə test imtahanında istifadə olunan 51 və 63 saylı test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertizadan keçirilmişdir. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığında, informatika proqramına aid olan 63 saylı test tapşırığında elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 51 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən duzgun qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək bir hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh İddiaçı məhkəmə qaydasında mübahisələndirdiyi test tapşırıqlarında heç bir elmi-metodiki qüsur olmadığını nəzərə alaraq iddiaçının iddiasını əsassız hesab edir və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahanı mərhələsi ilə bağlı iddiaçının cavabdeh X7 ünvanladığı apellyasiya ərizəsinə cavab olaraq bildirilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Müraciətinizə əsasən səhv cavablandırdığınız 51 və 63 saylı tapşırıqlar (A variantı üzrə) və onların doğru cavabları ilə bağlı Sizə ekspertlər tərəfindən müvafiq izahat verilmişdir. İmtahan nəticənizin dəyişdirilməsinə səbəb ola biləcək bir hal aşkar olunmadığından müraciətiniz təmin olunmamışdır.
5. Qanunvericiliklə bağlı sualara dair cavabdeh tərəfindən hüquq üzrə fəldəfə doktoru, rəyçi Zaur Əzimov tərəfindən tərtib edilmiş rəydə qeyd edilir ki, 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının yerlərdə icra hakimiyyətinin təşkili və fəaliyyətinin əsaslarını tənzimləyən 124-cü maddənin İİ hissəsinə əsasən unitar ərazi quruluşu formasına uyğun olaraq yerli icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının əsaslarına dair müəyyən fərqlər nəzərə alınmaqla eyni əsaslar qüvvədədir. X1 Muxtar Respublikasında yerli icra hakimiyyəti adlanan 141-ci maddəsinə görə Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Göründüyü kimi ali iradənin ifadə forması olan X10 Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin edilməsi üçün fərqli qayda nəzərdə tutulmuşdur. Bu fərqlilik yalnız onların təyin edilməsi qaydasına aid edilir. NMR-da yerli icra hakimiyyətinin başçılarının vəzifəyə təyin edilməsi qaydası fərqli olsa da, həmin vəzifəli şəxsin vəzifədən azad edilmə qaydası fərqli norma təsbit etmədiyi üçün burada ümumi qayda qüvvədə olur. Yəni NMR-da yerli icra başçılarının vəzifədən azad edilməsi onun vəzifəyə təyin edilməsi qaydası ilə eyni deyildir, Əsas Qanunun 124-cü maddəsinin İİ hissəsindəki kimi tənzimlənir. Belə bir hüquqi tənzimləmə mexanizmi Azərbaycan dövlətinin unitar idarəetmə quruluşuna da uyğundur. Belə ki, yerli icra hakimiyyətini səlahiyyətli Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən icra hakimiyyəti başçıları həyata keçirdiyi üçün onları vəzifədən azad edilməsi barədə qərar qəbul etməsi üçün NMR-nin Ali Məclisinin sədrinin bu barədə təqdimatı olması tələbinin imperativ formada nəzərdə tutulması məntiqsizlik olardı. Eyni zamanda göstərmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən NMRnin Ali Məclisinin sədrinin NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi barədə dövlət başçısına təqdimat vermək səlahiyyəti təsbit edilmişdir. İlkin baxışdan bu normaların bir-birinin məntiqi ardı olduğu qənaəti yaranmış olsa da, bu normalar ayrı-ayrılıqda eyni sistemin tərkib hissəsi kimi nəzərdən keçirilə bilməz. Bunun təsdiqi kimi göstərmək olar ki, belə bir təqdimatın verilməsi barədə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı cinayət təqibi orqanı da qəbul edə bilər. Heç şübhəsiz ki, bu əsasda dövlət başçısı həmin vəzifəli şəxsi vəzifədən azad edə bilər, etməyə də bilər. Belə bir müddəa Konstitusiyanın əsas və ya əlavə mətnində təsbit edilmədiyi üçün onu Əsas Qanunun məzmunu kimi nəzərdən keçirilməsi düzgün olmazdı. Göstərilənlər əsasında yekun olaraq hesab edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. Məhz bu səbəbdən də göstərilən test tapşırığında qanunvericilik baxımından səhv yoxdur və qüvvədə olan qanunvericiliyin tələbləri baxımından düzgündür.
6. İnformatika fənnindən olan test tapşırığına dair Azərbaycan Republikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, r.e.d, dos. A.B.Rəhimov tərəfindən tərtib edilmiş rəydə qeyd edilir ki, iyerarxik modelli verilənlər bazasında birin-birə (1:1), birin-çoca (1:M) və çoxun birə (M:1) əlaqələri mümkündür, çoxun-çoxa (M:N) əlaqəsi isə mümkün deyil. Ona görə 63-cü testin doğru cavabı çoxun çoxa (M:N) əlaqəsidir. Verilənlər bazasına aid müxtəlif ədəbiyyatlardan (1, s.325; 2, s. 223; 3, s. 134) məlumdur. Ədəbiyyat: 1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ, İnformatika. Ali məktəblər üçün dərslik. Bakı: ADNA, 2011. 2. Xəlilov M.S., Həsənova N.Ə. İnformatika. Bakı: BDU, 2015, 3. Kərimov S.Q. İnformatika sistemləri. Bakı: Elm, 2008, 676
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 10.“Dövlət qulluğu haqqında” Qanun: 1.1.27. Müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət prosesdir. 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.
11. X9 publik hüquqi şəxsin Nizamnaməsi: Azərbaycan Respublikasının X9 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1.Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir.. 12.İddiaçı sözügedən test imtahanında BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (80%) az nəticə - 79.17% (95 bal) nəticə göstərdiyi üçün BA3 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən- 80% (96 bal) aşağı olduğu üçün BA2 sertifikatını əldə etməmişdir. 13.Odur ki, hazırda iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır, belə ki, o, BA2 sertifikatını əldə edə bilər. Bu isə onun daha yüksək kateqoriyalı dövlət orqanlarında müsahibədə iştirak imkanı yaradacaqdır. 14.Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
16.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”: 2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X4 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: - 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; - 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; - 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: - 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; - 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; - 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; - 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; - 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. 17.Odur ki, məhkəmənin vəzifəsi test tapşırıqlarının qeyd edilən tələblərə uyğunluğunun yoxlanmasıdır. 18.Mübahisə BA kateqoriyası üzrə X9 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığı və informatika proqramına aid olan 63 saylı test tapşırığı ilə bağlıdır. 19.BA növü üzrə A variantının 51-ci sualı: Azərbaycan Respublikası Konstitusiyasına əsasən yerli icra hakimiyyəti ilə bağlı yanlış olanları müəyyən edin. 1.Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir. 2.Yerlərdə icra hakimiyyətini həyata keçirən yerli icra hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir. 3.Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir. 4.Yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən,öz səlahiyyətlərindən kənara çıxmayan normativ hüquqi aktlar qəbul edə bilərlər. 5.Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası dövlət büdcəsində icra hakimiyyəti üçün nəzədə tutulmuş xərclər çərçivəsində yaradılır. 20.BA növü üzrə A variantının 63-cü sualı: İyerarxik modelli verilənlər bazasında əlaqələr çoxluğuna aid əlaqə cütü deyil: (Access2019) 1.Birin-birə 2.Birin-çoxa 3.Çoxun-birə 4.Çoxun-çoxa A) 1,2 B) yalnız 3 C) yalnız 4 D) 2,3 C) 1,4 21.Qanunvericiliklə bağlı 51-ci test tapşırığına dair məhkəmə aşağıdakıları qeyd edir: 22.Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır. 23.Naxçıvan Muxtar Respublikasının X2 Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilmişdir. 24.Naxçıvan Muxtar Respublikasının Konstitusiyası: Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi İ. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. İİ. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir: 11) Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir. 25.Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt olmasa da, NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı əsasında ölkə başçısı Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edə bilər və NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı vermək səlahiyyəti Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuşdur. Yəni həmin şərt imperativ deyildir, lakin NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı əsasında ölkə başçısının Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad etməsi yanlış hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (Konstitusiya Qanunu oluğu üçün) Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir, sualın şərti isə həmin şərtin imperativliyi ilə bağlı deyildir, yanlış olması ilə bağlıdır. Təsadüfi deyildir ki, iddiaçı tərəfindən də bildirildiyi kimi, ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad etməsinə dair bir sıra sərəncamlarında Konstitusiyasının 141-ci maddəsinə istinad edilmişdir (yəni NMR-nin Ali Məclisinin sədrinin təqdimatına). 26.Odur ki, sualın şərti qeyd edilən şəkildə qoyulduğu təqdirdə həmin cavabın yanlış qiymətləndirilməsi yuxarıda qeyd edilən qaydaların 2.6.5-ci bəndinə əsasən test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olması tələbinə uyğun deyildir. 27.İnformatika fənnindən olan 63-cü test tapşırığı ilə bağlı cavabın mahiyyətinə toxunmadan (doğru və yanlış) məhkəmə aşağıdakıları qeyd edir: 28.İddiaçı tərəfindən məhkəməyə informatika fənnindən dövlət qulluğunun test imtahanı mərhələsinə hazırlaşanlar üçün tövsiyə olunan ədəbiyyat sıyahısı təqdim edilmiş və qeyd edilən fənn üzrə həmin siyahıda ilk sırada olan “Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdarov Y.B., “İnformatika” vəsaiti. Yenilənmiş nəşr. Bakı: DİM, 2022” ədəbiyyatı üzrə hazırlaşdığını bildirmişdir. Həmin ədəbiyyatın 594-cü səhifəsində 6-cı abzasda qeyd edilir: “Verilənlər bazasının modelindən asılı olaraq verilənlər arasında funksional əlaqələr də müxtəlif olur. Belə ki, iyerarxik və reylasiya modelli VB-də verilənlər arasında 3 (üç) əlaqə forması – “one to one” (birin-birə)”; “one to many (birin-çoxa); “many to many” (çoxun-çoxa) olduğu halda, şəbəkə modelində həm də “many to one” (çoxun-birə) forması əlavə olunur. 29.Göründüyü ki, iddiaçı test tapşırığını X9 tərəfindən tövsiyə olunmuş ədəbiyyat üzrə cavablandırmış, lakin ekspert tərəfindən digər ədəbiyyata istinad olunmaqla həmin cavabın yanlışlığı əsaslandırılmışdır. 30.Odur ki, test tapşırığına verilən cavab tövsiyə olunan ədəbiyyata uyğun qiymətləndiriməyibsə və ya tövsiyə olunan digər ədəbiyyatlarda fərqli cavablar əsaslandırılmışdırsa, həmin tapşırıq yuxarıda qeyd edilən Qaydaların 2.6.3-cü və 2.6.5-ci bəndlərinə uyğun hesab edilə bilməz. 31.Odur ki, iddiaçı hər iki test tapşırığı üzrə cavablarını əsaslandırdığından iddia tələbinin təmini üçün zəruri faktiki şərtləri sübut etmişdir. 32.İnzibati Prosessual Məcəllənin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 33.Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahan mərhələsinin A variantı üzrə 51 və 63 saylı test tapşırıqlarına verdiyi cavabların düzgün hesab edilməsi və ona BA2 sertifikatının verilməsi öhdəliyi cavabdeh X7 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva