Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7518/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlu, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə) qarşı borcun ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMCcavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müəssisəyə hesablanmış 27.598,33 manat borcun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin Gunay Bank ASC-nin 2 saylı filialında olan AZ56GUNA******************** saylı hesablaşma hesabına xx.xx.2020-ci il tarixli **********0D və xx.xx.2020-ci il tarixli **********7D saylı sərəncamların icrasının dayandırılması, digər sərəncamların qoyulmasının cavabdehə qadağan edilməsi (həmçinin sosial sığorta üzrə), qoyulduğu təqdirdə həmin sərəncamların icra edilməməsi, carı hesablar üzrə digər əməliyyatların aparılmasının təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-nindirektoru X1 dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin, onlara əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, iddia ərizəsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onlara əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə) qarşı borcun ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə onlara əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7518/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7518/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver