Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-752/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı ödənilməmiş mənzil kirayə haqqının ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatında xidmət etdiyi 19 ay üçün (xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixə qədər) vaxtı ilə ona ödənilməmiş mənzil kirayə kompensasiyasının tam şəkildə hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixdən Sərhəd Qoşunlarında kadr zabit qismində həqiqi hərbi xidmətə qəbul edilmişdir. Ayrı-ayrı vaxtlarda DSX-nın ayrı-ayrı hərbi hissələrində müxtəlif zabit vəzifələrində xidmət etmişdir. Xidmət etdiyi bütün hərbi hissələrdə ev ilə təmin edilmədiyi üçün qanunla nəzərdə tutulmuş qaydada ona və ailə üzvlərinə mənzil kirayə kompensasiyası tam şəkildə ödənilmişdir. Lakin xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci tarixinə qədər DSX-nin Mərkəzi aparatında xidmət etmişdir. Bu dövrün xx.xx.2007 tarixindən xx.xx.2008 tarixinə olan hissəsini DSXnin rəisinin sərəncamında olmuşdur. Sonrada DSX-nin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldığı bir neçə ildən sonra onun müraciətinə əsasən ona vaxtı ilə ödənilməmiş istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası və pul təminatı ilə bağlı digər ödənişlər DSX-nin Maliyyə İdarəsi tərəfindən tam şəkildə ödənilmişdir. Bununla bağlı heç bir iddiası yoxdur. Lakin dəfələrlə şifahi və yazılı şəkildə DSX-nin Maliyyə İdarəsinə müraciətinə baxmayaraq bu günə qədərdə ona DSX-nin Mərkəzi Aparatında Xidmət etdiyi xx.xx.2007-xx.xx.2008-ci il dövrü üçün mənzil kirayə kompensasiyasiyası ödənilməmiş qalmaqdadır. Hər dəfə ona müxtəlif bəhanə gətirilmişdir. Sonuncu dəfə onun müraciətinə DSX-nin Maliyyə İdarəsinin rəisi Ceyhun Mirzəyevin yazılı şəkildə ünvanladığı cavab məktubu ilə imtina etmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli 13 iyul 2006-cı il tarixli qərarına uyğun olaraq ödənilir. İddiaçı həqiqi hərbi xidmətdə olduğu 2007-2008-ci il ərzində qeyd edilmiş əmrə əsasən təsdiqedici sənədləri (mənzil kirayə müqaviləsi, özünün və ya həyat yoldaşının adına əmlakın olub-olmaması barədə arayışı, müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsinə dair raportu) maliyyə orqanına təqdim etmədiyi üçün ona müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 198 saylı arayışdan görünür ki, ehtiyatda olan mayor İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin Maliyyə İdarəsində əsaslı hərbi tikinti və təmirli maliyyələşmə bölməsinin baş zabiti, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisinin sərəncamında olmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisi – X1 xx.xx.2008-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə əsasən xx.xx.2008-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan kirayəyə verən X2 ilə kirayəçi İddiaçı arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, kirayəyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60,5 kv.metr olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə İddiaçı xx.xx.2026-cı il tarixədək kirayəyə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 10/122 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə Maliyyə Plan İdarəsində baxılmış və bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına müvəqqəti mənzil kirayəsi əvəzi pul kompensasiyasının ödənilməsinə dair Dövlət Sərhəd Xidməti rəisinin 58 saylı, xx.xx.2018ci il tarixli əmrinə əsasən hərbi qulluqçular müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məqsədilə kirayədə yaşadığı yerin ünvanı, onunla birgə kirayə mənzilində yaşayan ailə tərkibi və faktiki çəkdiyi məsrəflər göstərilməklə müvafiq qaydada Mənzil-Məişət Komissiyasına raport və təsdiqedici sənədlər təqdim etməlidirlər. Ona həqiqi hərbi xidmətdə olduğu dövr ərzində müvafiq sənədlərə müraciət etmədiyi üçün ona mənzil kirayə əvəzi pul kompensasiyasının ödənilməsi imkan xaricindədir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin Maliyyə İdarəsində əsaslı hərbi tikinti və təmirli maliyyələşmə bölməsinin baş zabiti, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisinin sərəncamında olmuş və Dövlət Sərhəd Xidmətinin rəisi – X1 xx.xx.2008-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə əsasən xx.xx.2008-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Dövlət Sərhəd Xidmətində xidmətdə olduğu xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixə qədər olan dövrü üzrə ona ödənilməmiş mənzil kirayə kompensasiyasının hesablanaraq cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına müvəqqəti mənzil kirayəsi əvəzi pul kompensasiyasının ödənilməsinə dair Dövlət Sərhəd Xidməti rəisinin 58 saylı, xx.xx.2018-ci il tarixli əmrinə əsasən hərbi qulluqçular müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məqsədilə kirayədə yaşadığı yerin ünvanı, onunla birgə kirayə mənzilində yaşayan ailə tərkibi və faktiki çəkdiyi məsrəflər göstərilməklə müvafiq qaydada Mənzil-Məişət Komissiyasına raport və təsdiqedici sənədlər təqdim etməlidirlər. Ona həqiqi hərbi xidmətdə olduğu dövr ərzində müvafiq sənədlərə müraciət etmədiyi üçün ona mənzil kirayə əvəzi pul kompensasiyasının ödənilməsi imkan xaricində olması əsası ilə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayanxüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 saylı, 13 iyul 2006-cı il tarixli qərarından görünür ki,“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 3 mart tarixli 75-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli 1410 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilir: Bakı şəhərində - 150 manat; hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Həmin qərarın 2-ci bəndinə əsasən qərarın 1-ci bəndi ilə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının hər il üçün təsdiq olunan dövlət büdcəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək, xidmət yerində onlara müvəqqəti mənzilin kirayəsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası almaq hüququna malikdirlər. Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli 13 iyul 2006-cı il tarixli qərarına uyğun olaraq ödənilir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına müvəqqəti mənzil kirayəsi əvəzi pul kompensasiyasının ödənilməsi xidmət rəisinin 58 saylı, xx.xx.2018-ci il tarixli əmrinə əsasən həyata keçirilir. Həmin əmrə əsasən hərbi qulluqçular müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məqsədilə kirayədə yaşadığı yerin ünvanı, onunla birgə kirayə mənzilində yaşayan ailə tərkibi və faktiki çəkdiyi məsrəflər göstərilməklə müvafiq qaydada Mənzil-Məişət Komissiyasına raport və təsdiqedici sənədlər təqdim etməlidirlər. İddiaçı tərəfindən xidmətdə olduğu xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üzrə müvafiq əmrə əsasən tələb olunan sənədlər əlavə edilmiş raportla Mənzil-Məişət Komissiyasına müraciət olunmadığından, cavabdeh tərəfindən ona haqlı olaraq həmin dövr üzrə mənzil kirayə kompensasiyası ödənilməmişdir. İddiaçın tərəfindən iş materiallarına sübut kimi əlavə edilmiş mənzil kirayə müqaviləsindən görünür ki, həmin müqavilə onun kompensasiya tələb etdiyi dövrdə deyil, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı dövrdən sonra bağlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı həmin hüququndan vaxtında istifadə etməmişdir və hazırki halda həmin pul kompensasiyasının hesablanıb verilməsi yuxarıda göstərilən səbəblərdən mümkün deyildir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı qanunvericilklə təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-752/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-752/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver