Məhkəmə qərarları › İş №2-1(112)-752/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-752/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-752/2022 28.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona və mərhum həyat yoldaşı X4 30 dekabr 1999-cu il tarixli 2398 və 2399 saylı Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başıçısının sərəncamları ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün T-198 saylı sahədə 1200 kv.m və T-199 saylı sahədə 1200 kv.m olmaqla ayrılmış torpaq sahələrinə dair dövlət qeydiyyatının aparılmasının və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya və mərhum həyat yoldaşı X4 30 dekabr 1999-cu il tarixli 2398 və 2399 saylı Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamları ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün T-198 saylı sahədə 1200 kv.m və T-199 saylı sahədə 1200 kv.m olmaqla torpaq sahələri ayrılmışdır. Həmin torpaq sahələrinin smeta layihə qiyməti və torpaq sahəsinin ayrılmasına görə hər birinə 25000 manat, ümumilikdə isə 50000 manat pul onlar tərəfindən ödənilmişdir. Hazırda həmin torpaq sahələri onlar tərəfindən hasarlanmış və uzun illərdir ki, istifadələrindədir. Müxtəlif vaxtlarda daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qanunvericiliklə tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Lakin hər dəfəsində də əsassız və qanunsuz səbəblər göstərilməklə mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların verilməsindən imtina olunmuşdur. 03 dekabr 2020-ci ildə yenidən ərizə ilə müraciət edərək torpaq sahələrinə mühəndis tərəfindən təkrar baxış keçirilməsini tələb etmişdir. Mühəndisin xidməti otağında araşdırma ilə bağlı ona torpaq sahəsinə baxış keçirməsini bildirdikdə o, buna ehtiyac olmadığını, həmin torpaq sahələrinə dair qeyd olunmuş əvvəlki iradların əsassız olduğunu və torpaq sahələrinin mövcud sərhədlərinin, yəni ki hasarların heç bir sanitariya-mühafizə zonasında yerləşmədiyini bildirmişdir. Lakin qeyd olunanlara baxmayaraq 04 fevral 2021-ci il tarixdə iddiaçıya təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********94 saylı məktubla yenidən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılmasından və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların verilməsindən əsassız və qanunsuz olaraq imtina olunmasına dair inzibati akt qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən T-199 saylı torpaq sahəsi dəmir yolu xəttinin mühafizə zonasında (30 metr) yerləşir. Odur ki, Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətindən mühafizə zonası ilə bağlı müvafiq sənəd təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariyamühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. Bununla bağlı İdarə tərəfindən İddiaçı etibarnamə əsasında nümayəndəsi Vəkil **********94 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 2399 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-199 saylı sahədə yerləşən faktiki 1133 kv.m ölçüdə torpaq sahəinə dair çıxarışın verilməsi, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 2398 saylı sərəncamı ilə X4 fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-198 saylı sahədə yerləşən faktiki 1166 kv.m torpaq sahəsinin X6 məxsusluğu barədə arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 479691 nömrəli, xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2011-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 404 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri 29 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edilmişdir ki, 24 aprel 2011-ci ildə vəfat etmiş X3 vərəsəsi aşağıdakı şəxsdir: Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 217, mənzil 43-də qeydiyyatda olan arvadı - İddiaçı - mirasda payı mirasın 100%-dən (tam) ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 29 saylı xüsusi notariat kontoru tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 488 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı, İddiaçı (xx.xx.2015-ci il tarixində Bakı şəhəri 21 saylı notariat kontorunda 7E-7498 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamə əsasında Bakı şəhəri, Ə.Əliyev küçəsi, məh. 1956-1989, ev 26, mənzil 546-da qeydiyyatda olan Vəkil İddiaçı təmsil edir) 24 aprel 2011-ci ildə vəfat etmiş əri - X2 qanun üzrə vərəsəsidir. Vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün xahiş edilir ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2398 nömrəli Sərəncamına əsasən miras qoyanın qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkən qəsəbəsi ərazisindəki T- 198 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsinə və onun üzərindəki tikiliyə dair çıxarış verəsiniz. İş materiallarına əlavə edilmiş Əzizbəyov RİHB-nin 2398 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə vətəndaş X4 Mərdəkən qəsəbəsində ayrılan T-198 saylı sahənin sxemi və baş planından çıxarışı Əzizbəyov RİHB-nin möhürü və İ müavininin imzası, Əzizbəyov RİHB-nin Təsərrüfat şöbəsinin möhürü və müdirinin imzası, Əzizbəyov RİHB-nin Mərdəkən qəsəbəsi üzrə nümayəndəliyinin möhürü və imzası ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov RİHB-nin 2399 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə vətəndaş İddiaçı Mərdəkən qəsəbəsində ayrılan T-199 saylı sahənin sxemi və baş planından çıxarışı Əzizbəyov RİHB-nin möhürü və İ müavininin imzası, Əzizbəyov RİHB-nin Təsərrüfat şöbəsinin möhürü və müdirinin imzası, Əzizbəyov RİHB-nin Mərdəkən qəsəbəsi üzrə nümayəndəliyinin möhürü və imzası ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA-01290-2021 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2398 saylı sərəncamı ilə X4 Mərdəkan qəsəbəsində T-198 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2399 saylı sərəncamı ilə İddiaçı Mərdəkan qəsəbəsində T-199 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubu ilə təqdim edilmiş tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssis rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, idiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən, mütəxəssis tərəfindən ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2398 saylı sərəncamı ilə X4 fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-198 saylı sahədə yerləşən 1200 kv.m ölçüdə torpaq sahəsi dəmiryolu xəttindən 55 metr məsafədə yerləşir. Mübahisələndirilən ərazinin dəmiryolu xəttinin sanitar-mühafizə zonasında yerləşibyerləşməməsi barədə "xxxx" QSC-dən məlumat alınması məsədəmüvafiqdir. - Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2399 saylı sərəncamı ilə İddiaçı fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-199 saylı sahədə yerləşən 1200 kv.m ölçüdə torpaq sahəsi dəmiryolu xəttindən 31 metr məsafədə yerləşir. Mübahisələndirilən ərazinin dəmiryolu xəttinin sanitar-mühafizə zonasında yerləşib-yerləşməməsi barədə "xxxx" QSC-dən məlumat alınması məsədəmüvafiqdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 166265 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində vətəndaş X2 T-198 saylı və həmin yerdə vətəndaş İddiaçı 199 saylı torpaq sahələrinə aidiyyəti qurumları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahələri dəmiryolunun Qala-Dübəndi mənzili 20 km pk 8-də yolun kilometr artımı istiqamətinin sol tərəfində dəmir yolunun təhkim zolağından kənara düşür və yolun sanitar-mühafizə zonasında yerləşmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında 2005-ci il 23 fevral tarixli 33 nömrəli Qərarına əsasən qeyd edilən ərazisində dəmir yolunun təhkim zolağının eni 24 (iyirmi dörd) metr müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-752/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2398 saylı sərəncamı ilə X4 fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-198 saylı sahədə yerləşən 1200 kv.m ölçüdə torpaq sahəsi dəmir yolu xəttinin sanitariya-mühafizə zonasında yerləşirmi? Yerləşdiyi təqdirdə torpaq sahəsinin mühafizə zonasında olan hissəsi nə qədər təşkil edir?

2. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2399 saylı sərəncamı ilə İddiaçı fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-199 saylı sahədə yerləşən 1200 kv.m ölçüdə torpaq sahəsi dəmir yolu xəttinin sanitariya-mühafizə zonasında yerləşirmi? Yerləşdiyi təqdirdə torpaq sahəsinin mühafizə zonasında olan hissəsi nə qədər təşkil edir? Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4111 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2022-ci il tarixli, 10/4111 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-ci il tarixli, 2398 saylı sərəncamı ilə X4 fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-198 saylı sahədə yerləşən 1200 kv.m ölçüdə (faktiki 1166 kv.m) torpaq sahəsinin dəmir yolu xəttinin sanitariya-mühafizə zonasında yerləşmədiyi müəyyən olunur. qərardadın ikinci sualı üzrə: Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-ci il tarixli, 2399 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-199 saylı sahədə yerləşən 1200 kv.m ölçüdə (faktiki 1133 kv.m) torpaq sahəsinin dəmir yolu xəttinin sanitariya-mühafizə zonasında yerləşmədiyi müəyyən olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, T-199 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ********** nömrəli xx.xx.2017-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri tam aparılmamışdır. Həmçinin bildirilir ki, torpaq sahəsi yaxınlıqdan keçən dəmir yolunun mühafizə zolağında yerləşir və elektron kadastr məlumatına əsasən bağlar massivində yerləşir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariyamühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********94 nömrəli məktubda bildirilmişdir ki, ünvan ünvanında yerləşən torpaq sahələrinə dair təkrar baxış keçirilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, sözügedən torpaq sahələrin yaxınlıqdan (30 metr) keçən dəmir yolu xəttinin mühafizə zonasında yerləşir. Odur ki, Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətindən mühafizə zonası ilə bağlı müvafiq sənəd təqdim edildiyi təqdirdə ərizənizə yenidən baxılacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariyamühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona və mərhum əri X4 Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başıçısının 30 dekabr 1999-cu il tarixli 2398 və 2399 saylı sərəncamları ilə Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış hər biri 1200 kv.m ölçüdə T-198 saylı və T-199 saylı torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh sözügedən torpaq sahələrinin yaxınlığından keçən dəmir yolu xəttinin mühafizə zonasında yerləşdiyini əsas gətirməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını mübahisələndirərək torpaq sahələrinin faktiki ölçülərinə uyğun olaraq T-199 saylı torpaaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsini, X2 vərəsəsi olaraq T-198 saylı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: -2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar hüququn qeydiyyatı üçün əsas hesab edilir. Fərmanın 2-ci bəndinə əsasən “Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Eyni zamanda müəyyən olunur ki, qeyd edilən sərəncamlar əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak nəqliyyat infrastrukturu obyektlərinin mühafizə zonalarında yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2398 saylı sərəncamı ilə X4 Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün 1200 kv.m ölçüdə T-198 saylı torpaq sahəsi ayrılmışdır. Həmçinin, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2399 saylı sərəncamı ilə İddiaçı fərdi ev tikmək üçün Mərdəkan qəsəbəsində T-199 saylı sahədə 1200 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Hər iki torpaq sahəsinin sahənin yerləşmə sxemi və baş planından çıxarışı Əzizbəyov RİHB-nin möhürü və İ müavininin imzası, Əzizbəyov RİHB-nin Təsərrüfat şöbəsinin möhürü və müdirinin imzası, Əzizbəyov RİHB-nin Mərdəkən qəsəbəsi üzrə nümayəndəliyinin möhürü və imzası ilə təsdiq edilmişdir. Beləliklə, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 2398 saylı və 2399 saylı sərəncamları iddia olunan torpaq sahələrinin ilkin torpaqayırma sənədləridir. Torpaq sahələrinin naturada yerini müəyyən edən torpaqayıran qurum tərəfindən tərtib edilmiş yerləşmə sxemləri də mövcuddur. Cavabdehin sözügedən torpaq sahələrinin qeydiyyatından imtinası torpaq sahələrinin dəmir yolunun mühafizə zolağında yerləşməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın: -1-ci bəndinə əsasən bu Qaydalar "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir. -təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır. -sanitariya-mühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır. -3-cü bəndinə əsasən dəmir yolunun təhkim zolağının və xüsusi mühafizə zonasının, həmçinin sanitariya-mühafizə zonasının saxlanması şəhərsalma, ekoloji, sanitar-gigiyena, yanğın təhlükəsizliyi tələblərinə və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş digər tələblərə uyğun olmalıdır. -4-cü bəndinə görə təhkim zolağının və sanitariya-mühafizə zonasının ölçüləri dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarına, müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun olaraq müəyyən edilir. -5-ci bəndinə əsasən xüsusi mühafizə zonasının ölçüləri hər bir konkret obyekt üçün ayrıca olaraq müvafiq tikinti normalarına və layihələndirmə qaydalarına uyğun müəyyən edilir. 6-cı bəndinə əsasən dəmir yol qurğularının, bina və tikililərinin və digər köməkçi obyektlərinin sürüşmədən, uçqunlardan, eroziyalardan, seldən, qum və qar basqınlarından və başqa təhlükəli təsirlərdən qorunması, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi məqsədilə xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası torpaqlarından istifadə olunmasının rejimi müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın: - 1.1-ci bəndinə görə bu Normalar dəmir yolları və dalan yollar üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və başqa təşkilat, müəssisə və ya idarələrə verilən dəmir yol nəqliyyatı təyinatlı torpaq sahələrinin, həmçinin dəmir yolunun sanitariya-mühafizə zonası üçün ayrılan torpaq sahələrinin ölçülərini müəyyən edir. -1.3-cü bəndinə əsasən təhkim zolağı üçün ayrılan torpaq sahələrinin eni torpaq yatağının konfiqurasiyasından (en kəsiyindən), süni qurğuların ölçülərindən, yerin relyefindən, ərazinin təbii şəraitindən (zəif özülü olan ərazilər və bataqlıqlar, müvəqqəti subasmaya məruz qalan və su anbarları ilə tutulan sahələr, yarğanəmələgəlmə və sürüşmə təhlükəsi olan ərazilər, daimi donmuş torpaq zonaları və s.), yolların qum və qar basqınından mühafizə olunması zərurətindən, yerin meşəliliyindən, riskli zonaların (qəza zamanı yükün və hərəkət tərkibinin torpaq yatağından kənara aşması təhlükəsi olan ərazilərin) mövcudluğundan və digər faktorlardan asılıdır. Təhkim zolağı hüdudlarında yerləşən torpaq sahələrinin eni qeyd edilən şərait və faktorlar nəzərə alınmaqla müəyyənləşdirilən ölçülərin maksimal göstəricisinə uyğun olmalıdır. -2.1-ci bəndinə əsasən torpaq yatağının yan ehtiyatlan, kavalyerlər, bərkidici qurğular, qarın qarşısını alan meşəsalmalar və qurğular olmadıqda, təhkim zolağının yaradılması məqsədilə dəmir yol mənzillərindən dəmir yolları üçün ayrılmış torpaq zolaqlarının eni tökmə yataqlarda yerləşən dəmir yolları üçün 1 nömrəli cədvəl üzrə, qazma yataqlarda yerləşən dəmir yolları üçün isə 2 nömrəli cədvəl üzrə müəyyən edilir. 1 və 2 nömrəli Cədvəllərdən görünür ki, təhkim zolağının yaradılması məqsədi ilə dəmir yol mənzillərindən dəmir yolları üçün ayrılmış torpaq zolaqlarının eni dəmir yolunun kateqoriyasından, yatağın hündürlüyündən və dərinliyindən, maillikdən və s. amillərdən asılı olaraq minimum 20 metr, maksimum 60 metr təşkil edir. -3.5-ci bəndinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariyamühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli, **********93 nömrəli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, X4 fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-198 saylı torpaq sahəsinin 1166 kv.m olmaqla dəmiryolu xəttindən 55 metr məsafədə yerləşir. İddiaçı fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T- 199 saylı torpaq sahəsi faktiki ölçüsü 1133 kv.m olmaqla dəmiryolu xəttindən 31 metr məsafədə yerləşir. Qeyd edilən rəydə mübahisələndirilən torpaq sahələrinin dəmiryolu xəttinin sanitar-mühafizə zonasında yerləşib-yerləşməməsi barədə "xxxx" QSC-dən məlumat alınması məsədəmüvafiq olduğu qeyd edilmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 166265 nömrəli məktubunda qeyd edilən ərazidə dəmir yolunun təhkim zolağının eni 24 (iyirmi dörd) metr olduğu, torpaq sahələrinin dəmiryolunun Qala-Dübəndi mənzili 20 km pk 8-də yolun kilometr artımı istiqamətinin sol tərəfində dəmir yolunun təhkim zolağından kənara düşdüyü və yolun sanitar-mühafizə zonasında yerləşmədiyi qeyd edilmişdir. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4111 nömrəli rəyinə əsasən sözügedən torpaq sahələrinin dəmir yolu xəttinin sanitariya mühafizə zonasında yerləşmədiyi müəyyən olunmuşdur. Beləliklə, iş üzrə iddia olunan torpaq sahələrinin dəmir yolu mühafizə zonasında yerləşməsi ilə bağlı cavabdehin imtina dəlili öz təsdiqini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 2398 saylı sərəncamı ilə X4 fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-198 saylı sahədə yerləşən 1166 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi və Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 2399 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-199 saylı sahədə yerləşən 1133 kv.m ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 2398 saylı sərəncamı ilə X4 fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-198 saylı sahədə yerləşən 1166 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 2399 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində T-199 saylı sahədə yerləşən 1133 kv.m ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar