Məhkəmə qərarları › İş №2-1(112)-7529/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7529/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7529/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehnə qarşı “nikahın bağlanması haqqında şəhadətnamədə ad qrafasında dəyişiklik edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Ermənistan SSR Əzizbəyov rayonu, Gömür (Qemur) kənd sovetliyində xx.xx.1985-ci il tarixdə qeydə alınmış 14 nömrəli akt qeydinə əsasən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədə ad qrafasında yazılmış “Rubabə”nin “İrbaba” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh 4 saylı Bakı Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, vətəndaş İddiaçı və X1 nikah haqqında akt qeydi xx.xx.2025-ci ildə 08 nömrəli nikah haqqında bərpa akt qeydi ilə tərəfimizdən bərpa edilmiş və nikah haqqında bərpa akt qeydində vətəndaşın adı “Rübabə”dən “İrbaba”ya düzəliş edilmişdir. Düzəliş edildikdən sonra vətəndaşa xx.xx.2025-ci il tarixli, AZ-İİ seriyalı 674694 nömrəli nikah haqqında şəhadətnamə təqdim edilmişdir. Etiraza xx.xx.2025-ci il tarixli nikah haqqında şəhadətnamə əlavə edilmişdir. Həmin şəhadətnamədən görünür ki, iddiaçının adı “İrbaba” kimi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının cavabdehə qarşı “nikahın bağlanması haqqında şəhadətnamədə ad qrafasında dəyişiklik edilməsi” tələbi təmin edildiyindən və iddianın mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehnə qarşı “nikahın bağlanması haqqında şəhadətnamədə ad qrafasında dəyişiklik edilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verə bilərlər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar