Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-753/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “xxxx” MMC) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “xxxx” MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 11-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 858,2 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsinə (mağazaya), 21-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilə, 16-cı mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilə, 21-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilə, 20-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 19-cu mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 19-cu mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 16-cı mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 20-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilə və 12-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə İddiaçı ASC-nin hüququnun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək İddiaçıASC-yə verilməməsindən ibarət imtinanın qanunsuz hesab edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 11-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 858,2 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsinə (mağazaya), 21-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilə, 16-cı mərtəbədə yerləşən 91,4 kvadrat metr sahədən ibarət mənzilə, 21-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilə, 20-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 19-cu mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 19-cu mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 16-cı mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə, 20-ci mərtəbədə yerləşən 96,3 kvadrat metr sahədən ibarət mənzilə və 12-ci mərtəbədə yerləşən 102,4 kvadrat metr sahədən ibarət mənzilə - mövcud vəziyyətdə və ümumi sahəsi göstərilməklə İddiaçıASC-nin hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək İddiaçıASC-yə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ərizəni müdafiə edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-ci, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “xxxx” MMC) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-753/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-753/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver