Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-753/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki tikilinin dövlət qeydiyyatına alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 540 kv.m. (0,054 ha) torpaq sahəsi və həmin torpaq sahəsində 2006-cı ildən müvafiq layihəyə uyğun olaraq inşa edilmiş, zirzəmili, 1 (bir) mərtəbəli, 4 (dörd) otaqlı, ümumu sahəsi 180,3 kv.m. olan fərdi yaşayış evin mülkiyəti kimi dövlət reyestr xidmətində qeydiyyata alınması və müvafiq Çıxarışın verilməsi vəzifəsinin AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi FM seriyalı 003184 saylı xx.xx.2000-ci il tarixli Çıxarışa əsasən , ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 49,5 kv.m. olan 4 (dörd) otaqlı fərdi yaşayış sahəsi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bildirir ki, Bakı şəhəri Suraxanı RİHB-nın 340 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış sahəsinin sökülərək yenidən tikilməsinə icazə verilmişdir. Bu sərəncamın tələbinə əsasən, sözügedən ev sökülmüş və Bakı şəhəri Suraxanı RİH-nın nəzdnində Təsərrüfat hesablı Layihə-Smeta Bürosunun tərtib etdiyi layihəyə uyğun olaraq, 540 kv.m. (0,054 ha) torpaq sahəsi üzərində zirzəmili, 1 (bir) mərtəbəli, 4(dörd) otaqlı, ümumu sahəsi 180,3 kv.m. olan fərdi yaşayış evi inşa edilmişdir. Məlumat üçün qeyd edir ki, X1 Şakir Qədir oğlu ilə nikah münasibətlərimizi xx.xx.2003cü ildə rəsmiləşdirilmiş və bu barədə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən eyni tarixli AZ-İ seriyalı 075396 saylı nikah haqqında şəhadətnamə təqdim edilmiş , habelə məlum nikahdan sonra mənə “Qasımova” soyadı verilmişdir. Bildirir ki, o yuxarıda qeyd edilmiş ünvanda qeydiyyatda olsam da ailə üzvlərimlə birlikdə ünvan 3 ünvanda yerləşən 2006-cı ildən müvafiq layihəyə (məlum layihə iddia ərizəsinə əlavə edilir) uyğun olaraq 540 kv.m. (0,054 ha) torpaq sahəsi üzərində inşa edilmiş, zirzəmili, 1 (bir) mərtəbəli, 4 (dörd) otaqlı, ümumu sahəsi 180,3 k.m. olan fərdi yaşayış evdə faktiki yaşayır. Onu da qeyd edir ki, bu müddət ərzində məlum torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evə görə yerli əhəmiyyətli vergiləri ödəyir. Sahibliyində və istifadəsində olan məlum torpaq sahəsi və həmin torpaq sahəsində sökülərək yenidən inşa edilmiş fərdi yaşayış evinin mülkiyyəti kimi qeydiyyata alınması, habelə müvafiq çıxarışın verilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə **********64 saylı xx.xx.2020-ci il tarixli məktubla xahişini təmin etməmişdir. İPM-in 39.1-ci maddəsinin tələbinə əsasən inzibati orqanın hərəkətsizliyindən müdafiə ilə bağlı 35 günlük iddia müddətinin buraxılmasını nəzərə alaraq, AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə təkrar müraciət etdi. Bakı şəhəri X12 üzrə Baş İdarəsindən hazırki müraciətinə aidiyyəti olmayan **********991600 saylı xx.xx.2021-ci il tarixli Bildiriş-Xəbərdarlıq aldı. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi **********64 saylı xx.xx.2020-ci il tarixli məktubunda AR Mülki Məcəlləsinin 150-ci, “Daşınmaz əmlakın dövlət reyesti haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.2 və 18.1-ci maddələrinə , habelə “Elektrik şəbəkələrin mühafizəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinn xx.xx.2005-ci il tarixli 103 saylı qərarına istinad edərək imtina ilə bağlı arqumentlərini əsaslandırmağa cəhd etmişdir. Məlum məktubda qeyd edilmiş arqumentləri əsassız və qanunsuz hesab edir. Əvvəla, cavabdeh məlum məktubunda “texniki pasportda göstərilən torpaq sahəsinin konfiqurasiyası ilə faktiki vəziyyət arasında konfiqurasiya fərqi mövcuddur” barədə arqumenti əsassızdır. Belə ki, cavabdehin bu arqumenti ilə bağlı sual olunur: bu “konfiqurasiya fərqi” həmin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtinasına əsas verirmi? Bundan əlavə, əgər qeyd edilən daşınmaz əmlakla bağlı “konfiqurasiya fərqi” mövcuddursa, dövlət məmuru hüquq və vəzifələrindən istifadə edərək , məlum fərqi aradan qaldırmalı və ya bu fərqin hansı qaydada aradan qaldırılması barədə vətəndaşa müvafiq açıqlama verməlidir. Sözügedən məktubda bununla əlaqədar hər hansı izahat qeyd edilməmişdir. Cavabdehin sözügedən mülkiyyətin qeydiyyatından imtinası ilə bağlı digər arqumenti AR Mülki Məcəlləsinin 150-ci və “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddələri ilə əlaqədardır. Cavabdehin imtina ilə bağlı bu arqumentini də qanunsuz hesab edirəm. Belə ki, cavabdeh daşınmaz əmlakın məhv edilməsi ilə həmin əmlakın sökülərək , yenidən inşa edilməsinin hüquqi statusunu bir-birindən fərqləndirə bilməmişdir. Məlum məktubda cavabdehin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR-nın xx.xx.2004-cü il tarixli Qanunun 9.1.2-ci maddəsi hüquqların dövlət qeydiyyatı ilə bağlı AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq və vəzifələrini müəyyən edir və “Elektrik şəbəkələrin mühafizəsi qaydaları haqqında” AR Nazirlər Kabinetinn xx.xx.2005-ci il tarixli 103 saylı qərarı isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına aidiyyəti yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları qeyd edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********64 saylı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmiş hallar hüquqların dövlət qeydiyatından imtina edilməsi üçün əsas deyildir.
3. İddiaçının hüquqlarının dövlət reyestrində qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, texniki pasportda göstərilən torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında fərq mövcud olduğundan sənədin bu əraziyə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evi söküldüyündən qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, texniki pasportda göstərilən torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında fərq mövcud olduğundan sənədin bu əraziyə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və texniki pasportda göstərilən fərdi yaşayış evi söküldüyündən qeydiyyatının ləğvi ilə bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Əlavə olaraq bildiririk ki, hasar daxilində zəbt olunmuş torpaq sahəsi mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququyüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********36 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsınə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Həmin qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın, (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
5. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən, Əmircan qəsəbəsi, 4-cü Promısel küçəsi (hazırda A.Rzayev küçəsi) 278 ünvanında yerləşən fərdi yaşayış evinin altında yerləşn torpaq sahəsinin ölçüsü 276,74 kv.m.-dir.
6. Bakı şəhər İH TİMHQİ tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı X3 mülkiyyətindədir (olmuşdur).
7. “Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 278 saylı yaşayış evinin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 340 nömrəli Sərəncamına əsasən, X6 rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırmaq məqsədi üçün yaşayış evinin sökülərək yenidən tikilməsinə icazə verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, həmin mülk qeydiyyat vəsiqəsinə əsasən X4 məxsusdur, (kit 22 səh. 3360, xx.xx.2000- ci il tarixli Texniki pasporta əsasən sahəsi 41,50 kv.m. olan 4 yaşayış otaqlarından, sahəsi 8,00kv.m. olan köməkçi otaqlardan və həyətyanı təsərrüfat tikililərindən ibarət olub 276,74 kv.m. torpaq sahəsində yerləşmişdir. Yerində yoxlama zamanı müəyyən edilmişdir ki, vət. B.Orucovanın mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Bununla əlaqədar, X4 Əmircan qəsəbəsi A.Rzayev küçəsi 278 saylı yaşayış evinin sökülərək yenidən rayon İH-nin Tikinti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş; Tikinti sahibi layihə-smeta sənədlərinin hazırlanması üçün rayon Layihə-smeta bürosu ilə müqavilə bağlaması; Tikinti başa çatdırıldıqdan sonra Tİ və MHQ-tı idarəsinə həmin evin texniki pasportunda lazımi dəyişikliklər aparılmasına icazə verilməsi qərara alınmışdır (sərəncamın əsli məhkəmə iclasında tədqiq edilmişdir).
8. Nikah haqqında şəhadətnaməyə əsasən X5 ilə X9 arasında bağlanmış nikahdan sonra arvada “Qasımova” soyadı verilmişdir.
9. Suraxanı rayon İcra hakimiyyəti nəzdində təsərrüfat hesablı layihə-smeta bürosu tərəfindən İddiaçı mövcud istifadəsində olan Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küç., 278 ünvanda zirzəmili 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir. Layihəyə əsasən torpaq sahəsinin ölçüsü 540 kv.m., tikintialtı sahə 144,1 kv.m., ümumi sahə 180,3 kv.m., yaşayış sahəsi 74,3 kv.m., köməkçi sahə 106,0 kv.m-dir.
10. Orucova (Qasımova) Bənövşə Canqir qızı tərəfindən cavabdeh quruma ünvanlanmış notariat qaydada təsdiq olunmuş ərizəyə əsasən, o, ünvan 5 ünvanda yerləşən mənə məxsus fərdi yaşayış evini sökdüyü üçün üzərindəki hüququ qeydiyyatının ləğv edilməsinə və göstərilən ünvanda 2006-cı ildə tikdiyi evin qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir.
11. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində köhnə texniki pasportda olan tikililərin heç biri mövcud deyil. Texniki pasportda göstərilən torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçüləri ilə faktiki vəziyyət arasında fərq qeydə alınmışdır.
12. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən fərdi yaşayış evinin yerləşdiyi (istifadədə olan) torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir, dövlət torpağıdır.
13. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı il hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi və koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunsun; - ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçüləri dedikdə nə başa düşülür? - ünvan 7 ünvanındakı fərdi yaşayış evinə dair texniki pasportda göstərilən torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçüləri ilə faktiki vəziyyət arasındakı fərq necə müəyyən edilir? - ünvan 7 ünvanındakı fərdi yaşayış evinə dair texniki pasportda göstərilən torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçüləri ilə faktiki vəziyyət arasındakı fərq mövcuddurmu, mövcud olduğu təqdirdə həmin fərq sxematik olaraq göstərilməklə nədən ibarətdir (fərqin hansı hissədə olduğu göstərilməklə); - ünvan 7 ünvanında yerləşən torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərini yerləşdiyi ərazinin xüsusiyyətlərini nəzərə alaraq dəyişdirmək mümkündürmü, mümkündürsə, iddiaçı bu dəyişikliyi həyata keçirə bilərmi? - ünvan 7 ünvanda inşa edilmiş fərdi yaşayış evi iş materiallarında olan layihəyə uyğun və yerləşmə vəziyyətinə görə texniki pasportda göstərilən torpaq sahəsində inşa edilmişdirmi? Ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
14. Hazırkı iş üzrə mütəxəssis rəyinin verilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən bilirilmişdir ki, idiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir). Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən: -İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən naturada koordinarları müəyyən edilərək ölçülmüş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi və koordinatlar üzrə yerləşmə sxemi müəyyən olundu (sxem əlavə edilir). - İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüş əraziyə dair hazırlanmış sxemdə ərazinin koordinatları, çoxbucaqlı olduğu, nöqtələr arasında məsafənin göstərilməsi, (tərəflər arasında bücaqların müəyyən edilməsinin mümkünlüyü) əks olunduğundan torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülər dedikdə yuxarıda qeyd edilənlər başa düşülür. -Texniki pasportda göstərilən torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçüləri ilə faktiki vəziyyət arasındakı fərqin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir. -İddianın təmin edilməsinə əsas olan ilkin sənədlər təqdim edilməyib, olsa belə ilkin torpaq ayırma sənədlərinə iddiaçı dəyişiklik edə bilməz. Fərdi yaşayış evinin iş materiallarında olar layihəyə (layihə təqdim edilməyib) uyğun və yerləşmə vəziyyətinə görə texniki pasportda göstərilən torpaq sahəsində inşa edilibedilməməsini müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətlərinə aiddir.
15. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən tədiqatın nəticəsi aşağıdakı kimi olmuşdur: Qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küç, 278 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi və koordinatları üzrə yerləşmə sxemi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küç, 278 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qərb tərəfdən yol ilə, digər istiqamətlərdə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Baxış zamanı əldə olunmuş ölçülər əsasında hesablama aparıldıqda torpaq sahəsinin 540 kv.m olduğu müəyyən olunur. Faktiki vəziyyətdə mövcud olan fərdi yaşayış evi torpaq sahəsinin yola tərəf olan hissəsində giriş qapısından daxil olduqda sol tərəfdə (şimal-qərb küncündə) yerləşməklə yarımzirzəmi mərtəbəsi və birinci mərtəbədən ibarətdir. Qərardadın ikinci, üçüncü və dördüncü sualları üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küç, 278 ünvanda yerləşən torpaq sahəsinin konfiqurasiyası dedikdə torpaq sahəsinin forması (düzbucaqlı, kvadrat, trapesiya, çoxbucaqlı və.s.) və perimetrik ölçüləri dedikdə isə döngə nöqtələri arasında olan məsafələrin ölçüsü düşülür. Sözügedən torpaq sahəsi texniki pasport sənədində səkkiz döngə nöqtəsindən ibarət olması, şimal və cənub istiqamətində sərhəd xəttlərinin düz xəttlər boyunca olması göstərilsə də faktiki vəziyyətdə həmin səthəd xəttləri müxtəlif hissələrdə girintili-çıxıntılı olmaqla torpaq sahəsi on iki döngə nöqtəsindən ibarətdir. Texniki pasportda torpaq sahəsi 276,7 kv.m göstərilmiş faktiki vəziyyətdə isə torpaq sahəsi 540 kv.m təşkil edir. Torpaq sahəsinin yola tərəf olan hissəsinin texniki pasporta uyğun olmasını (texniki pasportda toroaq sahəsi yol il sərhəddir) nəzərə alaraq texniki pasportda göstərilən sahənin faktiki vəziyyətdə torpaq sahəsinin qərb istiqamətdə (yola tərəf), əlavə sahənin isə faktiki torpaq sahəsinin şərq istiqamətində yerləşdiyi müəyyən olunur. Qərardadın beşinci sualı üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küç, 278 ünvanda yerləşən torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşşməsini, bitərəfdən yol ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə (sərhəd hasarları çəkilmiş, fərdi evlər tikilmişdir) sərhəd olmasını nəzərə alaraq, həmin torpaq sahəsinin konfiqurasiya və perimetrik ölçülərini dəyişdirmək texniki cəhətdən mümkün deyil. Qərardadın altıncı sualı üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küç, 278 ünvanda inşa edilmiş fərdi yaşayış evinin iş materiallarında olan layihəyə uyğun olduğu məyyən edilir. Həmin fərdi yaşayış evinin torpaq sahəsinin şimal-qərb küncündə yəni yola tərəf olan hissəsində yerləşməsini, texniki pasportda göstərilən torpaq sahəsinin qərb istiqamətdə yol ilə sərhəd olmasını və faktiki vəziyyətdə torpaq sahəsinin yola tərəf olan hissəsinin texniki pasporta uyğun olmasını nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küç, 278 ünvanda inşa edilmiş fərdi yaşayış evinin yerləşmə vəziyyətinə görə texniki pasportda göstərilən torpaq sahəsində hüdudları daxilində inşa edildiyi müəyyən edilir.
16. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.
17. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
23. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
24. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;
26. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
27. İş materiallarına əsasən müəyyən olunur ki, fərdi yaşayış evinin yerləşdiyi (istifadədə olan) torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir, dövlət torpağıdır.
28. Məhkəmə qeyd edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən fərdi yaşayış evinin altındakı torpaq sahəsinin ölçüsü 276,74 kv.m. olduğundan iddiaçının qeyd edilən ölçüdə torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
29. İddiaçı qanuni əsaslarla istifadəsində (mülkiyyət hüququ qanunla tanınan) olan torpaq sahəsi üzərində ona məxsus tikili söküldüyündən və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itiriyindən müvafiq ərizə ilə cavabdeh quruma müraciət edərək qanuni əsaslarla inşa edilmiş (müvafiq icra hakimiyyəti orqanın sərəncamı əsasında) fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınmasını cavabdehdən tələb etmiş, cavabdeh onun tələbini təmin etməkdən imtina etmişdir.
30. İş üzrə məhkəmə qərardadı əsasında verilmiş ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi tərəflərin iştirakı ilə məhkəmədə tədqiq olunmuşdur və məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilir.
31. Həmin rəyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küç, 278 ünvanda inşa edilmiş fərdi yaşayış evi iş materiallarında olan layihəyə uyğun (layihəyə əsasən inşa edilmiş fərdi yaşayış evinin ümumi sahəsi 180,3 kv.m.-dir) və yerləşmə vəziyyətinə görə texniki pasportda göstərilən torpaq sahəsində hüdudları daxilində, yəni qanuni əsaslarla istifadəsində (qanunun məzmununa əsasən mülkiyyət hüquqları tanınan) olan 276,74 kv.m. torpaq sahəsində inşa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi məhz həmin ölçüdə torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir.
32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
33. X14 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
34. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərc iddiaçıya aid edilməklə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 278 ünvanda yerləşən 276,74 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına çıxarış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva