Məhkəmə qərarları › İş №2-1(112)-7535/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7535/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7535/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X31, X21 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı X44 və qeyriləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində qeydiyyatda olan Elvina Nəriman qızının, X32, X3, X5, X52, X35 və X9 qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən xüsusi mülkiyyətində qeydiyyatda olan Elvina Nəriman qızının, X32, X3, X5, X53, X35, X9, X6, X22 və X21 qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən onun, yəni İddiaçı Bəxşeyiş qızının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından X18 qızı, X44, X7, X13, X48, İbrahimov İbrahim-Xəlil Həsənoviç, X10, X22 qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, göstərilən ünvanda yaşayır və qeydiyyatdadır. Başqa yerə köçmək məqsədilə yaşadığı evi satmaq istəyərkən məlum olmuşdur ki, həmin evdə ondan başqa daha 7 (yeddi) nəfər qeydiyyatdadır. Halbuki o, bu evi alarkən onların heç biri ona aid olan hissədə qeydiyyatda deyildi. Bu isə evin satılmasına əngəl olur. Aidiyyatı qurumlara müraciətinə mənfi cavab verilmişdir. Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 065 -4614Q- 3222 saylı imtina məktubunda məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeydiyyatda olan şəxslərin 116 saylı ünvanda yaşamaları ona aid olan hissədə yaşaması deyildir. Şəxsin xüsusi mülkiyyət üzərində hüququ dövlət tərəfindən qanunla qorunur. Ona aid mənzildə qonşuları qeydiyyatda olmamalıdır. Buna görə də onların onun mənzilindən qeydyyatdan çıxarılmaları barədə aidiyyatı qərar qəbul olunmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 15 aprel 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, X18 qızı, X44, X8, X13, X48, X16, X57, X45 və X37 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş üçüncü şəxslər- X8, X13, X48 və X16 və X14 tərəfindən verilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cəmisi 9,6 kv. metr yaşayış sahəsinin və 11,2 kv. m-lik köməkçi sahəsinin mülkiyyətçisidir və həmin yaşayış sahəsini 21 aprel 2017-ci il tarixdə əldə etmişdir. Onlar isə 1976-cı ildən özlərinin sahibliyində olan L.Babayev küç., ev 116 ünvandakı ayrıca olan yaşayış sahəsində qeydiyyata düşərək, orada yaşamaqda davam edirlər. Yəni ünvan 2 ünvanı olsa da, iddiaçının özünün bildirdiyi kimi onların qeydiyyatda olduqları və yaşadıqları sahənin iddiaçının mülkiyyətində olan sahəyə heç bir aidiyyəti yoxdur və hətta yaşayış sahələrinin giriş-çıxışı da ayrı-ayrıdır. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan və digər üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmişlər. Cavabdeh inzibati orqan məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Baxşeyş qızı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X7 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X37 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,1 kv. metr olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə digər mülkiyyətçilərlə yanaşı ona da məxsus olduğunu, X18 qızının onun qızı olmaqla, mülkiyyətində olan evdə yaaşayış yeri üzrə qeydiyyatda olduğunu bildirdi və qeyd olunanların nəzərə alınmaqla, iddianın qızı X18 qızına münasibətdə təmin olunmamasını, qalan hissədə isə məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Üçüncü şəxslər X45 məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Baxşeyş qızı xx.xx.1969-cu ildə doğulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83,1 kv. metr olan fərdi yaşayış evi ¼ hissədə X31 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə, ¼ hissədə X21 adına ********** qeydiyyat nömrəsi xx.xx.2009-cu il tarixdə, İddiaçı adına ¼ hissədən 1 otaq (y/ş-9,6 kv.metr, k/s-11,2 kv.metr) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə, X17 adına ¼ hissədən 2 otaq, X57 adına ¼ hissədə Daşınmaz Əmlakın dövlət reyestrində 129 №-li reyestr kitabının 11712 №-li vərəqində qeydiyyata alınmışdır. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X24 qızı, xx.xx.2009-cu il təvəllüdlü X44, xx.xx.1946-cı il təvəllüdlü X37, xx.xx.1946-cı il təvəllüdlü İbrahimov İbrahim-Xəlil Həsənoviç, xx.xx.1955-ci il təvəllüdlü X65, xx.xx.1975-ci il təvəllüdlü X15, xx.xx.1976-cı il təvəllüdlü X7, xx.xx.1954cü il təvəllüdlü X50, xx.xx.1977-ci il təvəllüdlü X14 və xx.xx.2016-cı il təvəllüdlü X42 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - ünvan 3in xx.xx.2021-ci il tarixli, 300 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Həmin ünvanın ¼ hissəsi ona məxsusdur və həmin hissədə heç kim qeydiyyatda deyildir. - ünvan 3in xx.xx.2022-ci il tarixli, 245 nömrəli arayışından görünür ki, İbrahimov İbrahim-Xəlil Həsənoviç həqiqətən ünvan 1 ünvanında pasport qeydiyyatındadır. 1976-cı ildən indiki dövrə kimi ailə təkribi ilə birlikdə həmin ünvanda qeydiyyatdadırlar. Ailə tərkibi arvadı – X48, oğlu – İbrahimov Vahid İbrahimXəlil oğlu, qızı – X8, digər oğlu X4 ibarətdir. Həmin ev onun özbaşına tikilidir və X12 məxsusdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 018-8941-1222 №li məktubunda qeyd olunmuşdur ki, xx.xx.1970-ci il təvəllüdlü X24 qızı xx.xx.2004-cü il tarixdən, 20.11,1946-cı il təvəllüdlü İbrahimov İbrahim-Xəlil Həsənoviç xx.xx.2003-cü il tarixdən, xx.xx.1954-cü il təvəllüdlü X48 11,12.2003-cü il tarixdən, xx.xx.1955-ci il təvəllüdlü X65 xx.xx.2003-cü il tarixdən, xx.xx.1976-cı il təvəllüdlü X7 11,12.2003-cü il tarixdən, xx.xx.1946-cı il təvəllüdlü X37 xx.xx.2003-cü il tarixdən, xx.xx.1977-ci il təvəllüdlü X11 xx.xx.2002-ci il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd olunan ünvanda qeydiyyatda olan, xx.xx.2016-cı il təvəllüdlü X38 və xx.xx.2009-cu il təvəllüdlü X44 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. Bakı Səbail rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 065-12158-1222 saylı cavab məktubunda qeyd olunmuşdur ki, X24 qızı, X8, X50, X16, X37 və X6 ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata alınma əsasları saxlama müddəti bitdiyindən müvafiq qaydada məhv edilmişdir. Əlavə olaraq məktubda adı çəkilən X46 xx.xx.2020-ci il tarixdə Bakı “Asan 2” xidməti tərəfindən, X38 xx.xx.2016-cı il tarixdə Bakı “Asan 2” xidməti tərəfindən ünvan 7 ünvanına qeydiyyata alınmışlar. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33/28009 nömrəli məktubdan müəyyən olunur ki, xx.xx.1970-ci il təvəllüdlü X19 qızının xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixdək dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında onun xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası sərhədlərindən kənara çıxdığı qeydə alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-5210/13 nömrəli məktubundan görünür ki, X17 xx.xx.1994-cü ildə Səbail rayon qeydiyyat şöbəsində tərtib edilmiş ölümü haqqında akt qeydi nəzərdən keçirilərkən onun ölüm tarixinin xx.xx.1994-cü il olduğu və ölüm səbəbinin “beyin qan dövranının kəskin pozulması” kimi qeyd edildiyi məlum olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022-ci il tarixli, Dax“1”-181 nömrəli məktubundan görünür ki, 46 saylı Mənzil-Kommunal İstismar Sahəsində olan məlumatlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən ünvan 9 paylı mülkiyyət hüququ üzrə ¼ hissədə X39, ¼ sahədə X28, ¼ hissədən 1 otaq (y/s- 96 kv.m, k/s - 11.2 kv.m) İddiaçı, ¼ hissədən 2 otaq ( y/s - 21.5 kv.m) X20, ¼ hissədə X61 məxsusdur. ünvan 9 sənəddə ayrılmadığından paylı mülkiyyət hüququ üzrə yuxarıda qeyd edilən şəxslərə məxsusdur, buna görə də X18 qızı, X44, X7, X65, X50, İbrahimov İbrahim-Xəlil Həsənoviç, X37, X42 və X14 bir ünvana qeydiyyatdadırlar. Bu şəxslərdən X67 və X2 ünvanda qeydiyyatda olmaqla həmin evə paylı mülkiyyət hüquqları vardır. Həmin qeydiyyatda olan şəxslərin isə sözügedən ünvanda qeydiyyatda olması əsasının İddiaçı ilə qohumluq münasibətinə görə olması barədə məlumat evlə bağlı qeydiyyat sənədlərində aşkar olunmamışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Bakı şəhər Baş Polis İdarəsi Səbail rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 065-4614Q-3222 №li məktubda bildirilmişdir ki, ona məxsus ünvan 9 ünvanında hal-hazırda qeydiyyatda olan vətəndaşlar X18 qızı, X44, X7, X13, X65, X48 və İbrahimov İbrahim-Xəlil Həsənoviçin qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu madəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi məqsədə müvafiqdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil paylı mülkiyyət hüququ ilə digər mülkiyyətçilərlə yanaşı iddiaçının mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində bir-birindən təcrid olunmuş 2 ədəd 116 saylı fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. Həmin fərdi yaşayış evlərindən biri paylı mülkiyyət hüququ ilə X39, X28, İddiaçı və X61 məxsusdur. Digəri isə İbrahimovlar ailəsinin istifadəsindədir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İşin araşdırılan hallarından da göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən bir-birindən təcrid olunmuş 116 saylı iki fərdi yaşayış evi vardır. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi X30 qızı bir-birindən təcrid olunmuş eyni ünvanlı, iki fərdi yaşayış evindən birinin paylı mülkiyyətçiləri olan X21 qızıdır və X40 onun qeydiyyatdan çıxarılmasına etiraz etdiyi üçün Hemati-X29 qeydiyyatdan çıxarılmalarını tələb etmək qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci madəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsində yerləşən bir-birindən təcrid olunmuş 116 saylı iki fərdi yaşayış evindən digəri isə iddiaçının qedyiyyatdan çıxarmaq istədiyi digər üçüncü şəxslər olan İbrahimovlar ailəsinin (X44, X7, X13, X48, İbrahimov İbrahim-Xəlil Həsənoviç, X10, X38) istifadəsindədir və onlar həmin ünvanda qeydiyyatdadırlar. İbrahimovlar ailəsinin istifadəsində olan fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus olan fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə İddiaçı Baxşeyş qızına məxsus olan hissəsində heç bir şəxs qeydiyyatda deyildir. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxslərin ünvan 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar