Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7536/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" tikinti materialları istehsalı firmasının təsisçi kimi qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "xxxx" firmasının dövlət qeydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixində "xxxx" tikinti materialları istehsalı firması təsis edilmişdir. Bununla bağlı olaraq tərəfindən Nizamnamə tərtib edilmiş, firma möhürü ilə də təsdiq edilmişdir. Təsisçisi olduğu "xxxx" tikinti materialları istehsalı firmasının yenidən fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamənin 2-ci redaksiyanın təsdiq edilməsi üçün tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə xx.xx.2022-ci il tarixində müraciət olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş xarici dildə tərtib edilmiş 20/9807 saylı qərarda və xx.xx.1991-ci il tarixli nizamnamədə təsisçi barədə məlumatın olmaması bildirilərək xx.xx.2022-ci il tarixli, **********330300 saylı imtina məktubu verilmişdir. Halbu ki, "xxxx" tikinti materialları istehsalı firmasının təsisçisi olaraq Firmanın adından bütün prosessual hərəkətlər yalnızca onun tərəfindən realizə edilmişdir. Belə ki, "xxxx" tikinti materialları istehsalı firmasının təsisçisi kimi Firmanın adından bağlanılmış bir sıra hüquqi sənədlərdə onun Firmanın təsisçisi olmağının əyani sübutudur. Odur ki, bütün yuxarıda qeyd olunanları rəhbər tutaraq onun "xxxx" tikinti materialları istehsalı firmasının təsisçisisi kimi dövlət qeydiyyatına alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunauyğundur. O "xxxx" tikinti materialları istehsalı firmasının təsisçisisi kimi qeydiyyata alındıqdan sonra "xxxx" tikinti materialları istehsalı firmasının yenidən fəaliyyətini davam etdirməsi üçün nizamnamənin 2-ci redaksiyanın təsdiq edilməsi ilə əlaqədar yenidən müraciət etmək hüququ əldə edə bilər. Belə olduğu təqdirdə pozulmuş hüquqlarının qorunması üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, onun Konstitusiya ilə qorunan hüquqlarının məhkəmə qaydasında bərpa edilməsini məqsədəmüvafiq hesab edir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışıdır ki, İdarəyə "Mais” Tikinti Materialları İstehsalı Firmasının (bundan sonra- Firma) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar müraciət etmiş, ona qeydiyyatın mümkün olmadığı barədə izahat məktubu təqdim edilmişdir. Belə ki, "Mais” Tikinti Materialları İstehsalı Firmasının 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı tərəfindən təsdiqlənsə də, həmin şəxsin Firmanın təsisçisi olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Dəyişiklik ilə əlaqədar təqdim edilmiş ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş rus dilində tərtib olunan 20/9807 nömrəli qərarda və xx.xx.1991cı il tarixli nizamnaməsində təsisçi barədə məlumat əks etdirilməmişdir. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunun 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Bundan əlavə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Qanunun 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Əlavə olaraq bildirilir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Bununla əlaqədar bildirilir ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun (bundan sonra- Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "Mais” Tikinti Materialları İstehsalı Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə təsisçilik faktı müəyyənləşdirilməklə Firmanın dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti (xarici dildə olduqda tərcüməsi notariat qaydada təsdiq olunmaqla), firmanın nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 20 iyun 2022-ci il tarixli, BA- 03705-2022 nömrəli məktuba əlavə edilmiş keçmiş "xxxx" kooperativi idarə heyəti iclasının 02 aprel 1991-ci il tarixli, 16 №-li protokolunun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, iclasın gündəlikdə duran məsələsi "xxxx" kooperativinin firmaya çevrilməsi, firmanın prezidentinin seçilməsi və Firmanın Nizamnaməsinin tərtibindən ibarət olmuşdur. Həmin iclasda "xxxx" kooperativinin Firmaya çevrilməsi və onun Nizamnamənin qeydiyyatı haqqında xahişilə rayon icraiyyə komitəsinə müraciət edilməsi, İddiaçı Firmanın prezidenti seçilməsi, Firmanın yeni Nizamnaməsinin hazırlanmasının N.Q.Qerberə, Y.K.Piskova, M.Laçınova tapşırılması və müzakirə edilməsi üçün Firmanın əmək kollektivinə təqdim etmələri qərara alınmışdır. - Həmin məktuba əlavə edilmiş "xxxx" Firmasının prezidenti tərəfindən tərtib edilmiş “İnşaat materialları istehsalı üzrə "xxxx" kooperativinin "xxxx" Firmasına yenidən təşkilinin” texniki-iqtisadi əsaslandırmasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" kooperativi 26 Bakı Komissarı rayonu icraiyyə komitəsinin qərarı əsasında qeydiyyata alınmışdır. Özünün fəaliyyəti dövründə kooperativ yaşayış sahələrinin təmiri üzrə qarşısına qoyulan vəzifələri uğurla həll edib. Kooperativin fəaliyyəti dövrü ərzində onun fəaliyyətinin inkişaf etdirilməsi üçün müəyyən maddi baza toplanıb. Bununla əlaqədar kooperativin idarə heyəti tərəfindən əsas fəaliyyət növü kimi inşaat materiallarının istehsalını qurmaq təklifi qəbul edilib ki, bunu geniş miqyaslarda həyata keçirmək planlaşdırılır. Tərəflərindən bunun üçün zəruri olan avadanlıqlar da satın alınıb. Yuxarıda göstərilənlərlə əlaqədar və “SSRİ-də müəssisələr haqqında” SSRİ Qanununa, eləcə də “SSRİ-də vətəndaşların sahibkarlığının ümumi başlanğıcları haqqında” Qanununa müvafiq olaraq "xxxx" kooperativinin idarə heyətinin yığıncağınad (02 aprel 1991-ci il tarixli, 16 saylı protokol) "xxxx" kooperativini ləğv etmək və onun bazasında inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasını yaratmaq qərarı qəbul edilib. Belə qərar təkcə kooperativin fəaliyyət sahəsinin genişləndirilməsi və geniş miqyaslarda sənaye fəaliyyətinin təşkili məqsədi ilə deyil, həm də bazar rəqabətinin kəskin dəyişməsi ilə əlaqəlidir, məhz: banklardan kooperativlərə ssudaların verilməsinin dayandırılması; kooperativin fəaliyyətinin inkişaf etdirilməsi üçün zəruri olan materialların mərkəzləşdirilmiş fondlardan alınmasının mümkünsüzlüyü; dövlət və digər təşkilatlar, müəssisələri ilə müqavilələrin bağlanması ilə çətinliklər və prestijsizliyin olması. - Həmin məktuba əlavə edilmiş "xxxx" Firmasının prezidenti tərəfindən imzalanmış inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasının təsisçiləri haqqında məlumatların lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Firmanın prezidenti İddiaçı, baş mühəndisi X8, baş mühasibi X5 barəsində məlumatlar qeyd olunmuşdur. - Həmin məktuba əlavə edilmiş "xxxx" kooperativinin sədri İddiaçı tərəfindən Bakı şəhəri, 26 Bakı Komissarı rayon şəhər X7 İcraiyyə Komitəsinə ünvanlanmış xx.xx.1991-ci il tarixli, 38 nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" kooperativinin iclasında kooperativin "xxxx" Firmasına çevrilməsi barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar ləğv edilmiş "xxxx" kooperativinin bazasında Bakı şəhəri, Qazolinovaya küçəsi 3 ünvan üzrə yerləşən "xxxx" Firmanın qeydiyyata alınması xahiş edilmişdir. - Həmin məktuba əlavə edilmiş "xxxx" Firmasının qeydiyyatı haqqında” 26 Bakı Komissarı rayon şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 20/3807 nömrəli qərarının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" kooperativinin rəhbərliyi İcraiyyə komitəsinə "xxxx" kooperativinin inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasına təkrar qeydiyyatı haqqında xahişlə müraciət edilib. Azərbaycan Respublikası Nazirlər Sovetinin 12 oktyabr 1990-cı il tarixli, 480 saylı “Kiçik müəssisələrin yaradılması və inkişafı üzrə tədbirlər haqqında” Qətnaməsinə müvafiq olaraq İcraiyyə Komitəsi əsas vəzifələri inşaat materiallarının istehsalı; xalq istehlakı mallarının istehsalı və realizə edilməsi; əhaliyə məişət xidmətlərinin, nəqliyyat xidmətlərinin göstərilməsi olan "xxxx" Firmasının qeydiyyatdan keçirilməsini, "xxxx" Firmasının ünvan 3 ünvan üzrə qeydiyyata alınmasını qərara almışdır. - İnşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasının Nizamnaməsinin surətindən görünür ki, həmin nizamnamə inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasının əmək kollektivinin ümumi yığıncağının 05 may 1991-ci il tarixli, 01 №-li protokolu və Bakı şəhəri, 26 Bakı Komissarları Rayon İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 20/3807 nömrəli qərarı ilə Nizamnamə təsdiq edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 01/3-918 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" tikinti materialları istehsalı firmasına dair məlumat mövcud deyildir. Bununla yanaşı bildirilir ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********929500 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində "xxxx" Tikinti Materialları İstehsalı Firması adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, "xxxx" tikinti materialları istehsalı firmasının rekvizitləri (SUN və ya VÖEN) qeyd edilmədiyindən müraciətin araşdırılması tərəflərindən mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müraciətin araşdırılması üçün lazımi məlumatları əlavə edib yenidən Filiala müraciət edilə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə üvanlanmış xx.xx.2022-ci il tarixli, 05/3284-11 №-li məktubdan görünür ki, "xxxx" tikinti materialları istehsalı firmasının hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmaması barədə məlumat qeyrikommersiya qurumlarının dövlət reyestrində aşkar olunmamışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/782 №-li məktubdan görünür ki, sorğuda qeyd olunan "xxxx" tikinti materialları istehsalı firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********975900 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" Tikinti Materialları İstehsal Firmasının qeydiyyat qovluğunun Ədliyyə Nazirliyindən təhvil-təslim işləri ilə bağlı təhvil verilməsinə dair məlumat aşkar edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan **********330300 №-li, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İdarəyə "Mais” Tikinti Materialları İstehsalı Firmasının (bundan sonra Firma) fəaliyyətinin yenidən bərpa edilməsi üçün 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar daxil olmuş müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. "Mais” Tikinti Materialları İstehsalı Firmasının 2ci redaksiyada təqdim edilmiş nizamnaməsi İddiaçı tərəfindən təsdiqlənsə də, həmin şəxsin Firmanın təsisçisi olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş xarici dildə tərtib olunan 20/9807 nömrəli qərarda və xx.xx.1991-ci il tarixli nizamnaməsində təsisçi barədə məlumat əks etdirilməmişdir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 20-ci maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa Qanunun 14-cü maddəsinə əsasən, qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-cı maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Bildirilir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən, vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1 -ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Bununla əlaqədar bildirilir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununun (bundan sonra Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "xxxx" Tikinti Materialları İstehsalı Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə təsisçilik faktı müəyyənləşdirilməklə Firmanın dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti (xarici dildə olduqda tərcüməsi notarial qaydada təsdiq olunmaqla), firmanın nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdaifəsindən istifadə etmək hüququna malikdirlər. Nəzərə alınması xahiş olunur. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan **********983100 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İdarəyə "xxxx" Firması tərəfindən daxil olmuş 10 rəqəmli VÖEN-in verilməsi və 2-ci redaksiyada nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar müraciətinə qanunvericiliyə uyğun olaraq baxılmışdır. "xxxx" Firmasının 2-ci redaksiyada təqdim edilmiş nizamnaməsi və qərar yalnız İddiaçı tərəfindən təsdiqlənsə də Firmanın arxiv sənədlərinə əsasən 3 təsisçinin olduğu müəyyənləşdirilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təsdiq edilmiş "Azərbaycan SSR 26 Bakı Komissarı Rayon Şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 480 saylı "Kiçik müəssisələrin yaradılması və inkişaf üzrə tədbirlər haqqında” qətnaməsi ilə "Mais” Firmasının qeydiyyata alınmasına qərar verilmişdir. Firmanın yenidən təşkil ilə bağlı xx.xx.1991-ci il tarixli İdarə Heyəti iclasının protokolunda və təsisçilər haqqında məlumatda firmanın təsisçiləri qismində İddiaçı, Nikolay Qenrioviç və X2 adları qeyd olunmuşdur, Azərbaycan SSR 26 Bakı Komissarı Rayon Şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1991-cİ il tarixli qərarı ilə təsdiqlənmiş “Mais'' Firmasının nizamnaməsində isə Firmanın üzvləri barədə məlumat əks etdirilməmişdir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Həmin Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Bundan başqa Qanunun 14-cü maddəsinə əsasən qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar, həmçinin qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. Eyni zamanda, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. 1 yanvar 2001-ci il tarixindən etibarən qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyıcisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. Məcəllənin 34.6-cı maddəsində isə qeyd edilir ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Yuxarıda qeyd olunan tarixdən əvvəl dövlət qeydiyyatına alınan "Mais” Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməlidir. ‘‘Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 12.12-ci maddəsinə əsasən, dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti, müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişiklik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Həmçinin təqdim olunan sənədlərə Firmanın üzvü olan digər təsisçi ilə bağlı vərəsəlik haqqında şəhadətnamə əlavə olunmalıdır. Belə ki, şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - X9 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasında təsisçilik payından imtina edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05/2-9145/13 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X2 ölümü haqqında akt qeydinin surətinin istənilməsinə dair müraciətinə baxılmışdır. Bildirilir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X2 deyil, X3 ölümü haqqında akt qeydi aşkar edilmişdir. - Həmin məktuba əlavə edilmiş ölüm haqqında akt qeydinin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölümü qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli, 05/7105-11 №-li məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2022-ci il tarixədək aparılmış araşdırma nəticəsində N.Hüseynovun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" kooperativi idarə heyəti iclasının 02 aprel 1991-ci il tarixli, 16 №-li protokoluna əsasən "xxxx" kooperativi yenidən qurularaq "xxxx" Firmasına çevrilmiş, "xxxx" Firmasının təsisçiləri hazırki iş üzrə İddiaçı, X9 və X6 olmuşlar. İddiaçı həmçinin Firmanın prezidenti təyin edilmişdir. "xxxx" Firması Bakı şəhəri, 26 Bakı Komissarları Rayon İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli, 20/3807 nömrəli qərarı ilə qeydiyyata alınaraq Nizamnaməsi təsdiq edilmişdir. "xxxx" Firmasının əsas vəzifələri inşaat materiallarının istehsalı; xalq istehlakı mallarının istehsalı və realizə edilməsi; əhaliyə məişət xidmətlərinin, nəqliyyat xidmətlərinin göstərilməsi olmuşdur. Firmanın təsisçisi və prezidenti olan İddiaçı 10 rəqəmli VÖEN-in verilməsi və 2-ci redaksiyada nizamnamənin təsdiq edilməsi ilə əlaqədar müraciəti cavabdeh inzibati orqan tərəfindən ilk dəfə sənədlərin xarici dildə təqdim edilməsi, 20/9807 nömrəli qərarda və xx.xx.1991-ci il tarixli nizamnaməsində təsisçi barədə məlumatın əks etdirilməsi, sonradan isə firmanın yenidən təşkli ilə bağlı xx.xx.1991-ci il tarixli İdarə Heyəti iclasının protokolunda və təsisçilər haqqında məlumatda firmanın təsisçiləri qismində İddiaçı, Nikolay Qenrioviç və X2 adları qeyd olunsa da Azərbaycan SSR 26 Bakı Komissarı Rayon Şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Mais'' Firmasının nizamnaməsində Firmanın üzvləri barədə məlumatın əks etdirilməməsini, xx.xx.2001-ci il tarixdən əvvəl dövlət qeydiyyatına alınan "Mais” Firması vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq üçün Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət etməli olmasını, ərizəyə müəssisənin dövlət qeydiyyatını təsdiq edən sənədlərinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş surəti, müəssisənin nizamnaməsinə edilmiş dəyişiklik layihəsi, nizamnaməyə edilmiş dəyişiklik layihəsinin təsdiq edilməsi, idarəetmə orqanlarının yaradılması və nizamnamə kapitalının elan olunması barədə ümumi yığıncağın protokolu (qərarı), idarəetmə orqanlarının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surətinin əlavə olunmasını, həmçinin təqdim olunan sənədlərə Firmanın üzvü olan digər təsisçi ilə bağlı vərəsəlik haqqında şəhadətnamə əlavə olunmalı olması əsas gətirilərək təmin edilməmişdir. Hal-hazırda cavabdeh inzibati orqanın imtinası inzibati məhkəmə icraatı qaydasında iddiaçı tərəfindən mübahisələndirilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minənədək qüvvədə olmuş “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 06 fevral 1996-cı il tarixli Qanunun 22ci maddəsinə əsasən bu Qanun qəbul edilənədək başqa orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin qeydiyyat sənədləri müvafiq ədliyyə orqanlarına təhvil verilir və onlar bu orqanlarda uçota alınırlar. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" 1996-cı il 6 fevral tarixli, 17-İQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, "xxxx" Firmasının Nizamnaməsinin 26 Bakı Komissarları (hazırda Səbail rayon İcra Hakimiyyəti) Rayon X7 İcraiyyə Komitəsinin 20/3807 №-li, xx.xx.1991-ci il qərarı ilə təsdiq edilməsi və həmin vaxtdan "xxxx" Firmasının qeydə alınması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı 20/3807 №-li, xx.xx.1991-ci il qərarı ilə təsdiq edilmiş Nizamnamədə təsisçilər barədə məlumatın olmaması, hal-hazırda təsisçilərinin müəyyən edilməməsi, ölən təsisçilərin miras əmlakının başqa şəxslərə (vərəsələrinə) keçməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, "xxxx" Firmasının ilkin Nizamnaməsində təsisçilər barədə məlumatlar qeyd olunmasa da həmin Firmanın qeydə alınması ilə bağlı təqdim edilmiş təsisçilər barədə məlumatda firmanın təsisçilərinin İddiaçı, X10 və X6 olması qeyd edilmişdir. Bundan əlavə 20/3807 №-li, xx.xx.1991-ci il qərarı ilə təsdiq edilmiş Nizamnamədə təsisçilər barədə məlumatın olmaması, hal-hazırda təsisçilərinin müəyyən edilməməsi, ölən təsisçilərin miras əmlakının başqa şəxslərə (vərəsələrinə) keçməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qeydə alınmış "xxxx" Firmasının təkrar dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə araşdırılması zamanı təsisçilərdən X3 xx.xx.2021-ci ildə ölməsi və adına vərəsəlik işini açılmadığı müəyyən edilmiş, digər təsisçi X9 isə notarial qaydada təsdiq edilmiş ərizəsində inşaat materiallarının sənaye istehsalı üzrə "xxxx" Firmasında təsisçilik payından imtina etdiyini bildirmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. - 12.8-ci maddəsinə əsasən dövlət reyestri aşağıdakılardan ibarətdir: 12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi barədə məlumatlar; 12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar; 12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar; 12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar; 12.8.3-2. siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatlar; 12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu. - 12.12-ci maddəsinə əsasən dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 14-cü maddəsinə əsasən qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar dövlət reyestrinə daxil edilən məlumatlardır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. - 33.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. - 34.6-cı maddəsinə əsasən hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın "xxxx" Firmasının dövlət qeydiyyatına alınmasından imtina ilə bağlı gətirdiyi dəlillər formal xarakterlidir. Ona görə də həmin imtina qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Firmasının dövlət qeydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. "xxxx" Firmasının dövlət qeydiyyatına alınması, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-7536/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7536/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver