Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-754/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs "xxxx" MMC) qarşı çıxarışın və texniki pasportun verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 13-cü mərtəbədə yerləşən 96,3 kv.m sahədən ibarət mənzilə, 2-ci mərtəbədə yerləşən 96,3 kv.m sahədən ibarət mənzilə, 17-ci mərtəbədə yerləşən 102,4 kv.m sahədən ibarət mənzilə, 18-ci mərtəbədə yerləşən 102,4 kv.m sahədən ibarət mənzilə, 17-ci mərtəbədə yerləşən 91,4 kv.m sahədən ibarət mənzilə iddiaçının hüququnun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək iddiaçıya verilməməsindən ibarət imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 13-cü mərtəbədə yerləşən 96,3 kv.m sahədən ibarət mənzilə, 2-ci mərtəbədə yerləşən 96,3 kv.m sahədən ibarət mənzilə, 17-ci mərtəbədə yerləşən 102,4 kv.m sahədən ibarət mənzilə, 18-ci mərtəbədə yerləşən 102,4 kv.m sahədən ibarət mənzilə, 17-ci mərtəbədə yerləşən 91,4 kv.m sahədən ibarət mənzilə mövcud vəziyyətdə və ümumi sahəsi göstərilməklə iddiaçının hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə "xxxx" MMC 3-cü şəxs qismində işə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı dəftərxana vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs "xxxx" MMC) qarşı çıxarışın və texniki pasportun verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apelyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-754/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-754/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver