Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7540/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, iddiаçı İddiaçı torpaq sahəsinin X1 adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək “Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., C.Xəndan küçəsi, 11A saylı binanın yaxınlığında 200 kv metr torpaq sahəsinin X1 adına sənədləşdirilməsi haqqında” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayon bələdiyyəsinin 144 saylı, xx.xx.2006-cı il tarixli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., C.Xəndan küçəsi, 11A saylı binanın yaxınlığında 200 kv metr torpaq sahəsi Binəqədi rayon bələdiyyəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 390 saylı müqavilə əsasında alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir.Razılaşma əsasında qeyd olunan torpaq sahəsinin X1 adına rəsmiləşdirilməsi üçün ona etibarnamə verilmişdir. Həmin torpaq sahəsinin bələdiyyə üzrə qohumu X1 adına sənədləşdirilməsi haqqında Binəqədi rayon bələdyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq məhkəmə qərarı əsasında qeyd olunan torpaq sahəsinin X1 adına sənədləşdirilməsinin mümkün olması bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçının iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM-nin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində həmçinin aşağıdakılar göstərilə bilər: 46.2.1. iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələri;46.2.2. iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinin zəruriliyini göstərən hallar və iddiaçının istəyinə uyğun olaraq, həmin inzibati aktın layihəsi;46.2.3. mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar və iddiaçının vəsatətləri;46.2.4. əsli və ya surəti iddia ərizəsinə qoşulmaqla, mübahisələndirilən inzibati akt və şikayət instansiyasına şikayət verildiyi hallarda şikayət instansiyasının qərarı;46.2.5. ərizəyə əlavə olunmuş sənədlərin siyahısı. İddiaçının iddia ərizəsində tələbə cavab verməli olan inzibati orqanın adı və hüquqi ünvanı, tələbin yönəldiyi inzibati orqan göstərilməmiş, bununla da Azərbaycan Respublikasının İPM-nin 46.1-ci maddəsinin tələblərinə iddiaçı tərəfindən əməl edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş AA3795644 nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü kimi iddiaçının adına torpaq sahəsinin sənədləşdirilməsini tələb etdiyi şəxs xx.xx.1983-cü il təvəllüdlü – yəni yetkinlik yaşına çatmış X2. Qeyd edilən X3 yetkinlik yaşına çatmış şəxs olduğu üçün onun hüquqlarının müdafiə edilməsi üçün iddia yalnız onun və ya onun adından etibarnamə verdiyi şəxs tərəfindən qaldırıla bilər, halbuki iddia Elza Həsənova tərəfindən qaldırılmamış, iddia ərizəsinə iddiaçının onun adından iddia qaldırmaq səlahiyyətlərinin olmasını təsdiq edən sənəd (etibarnamə) əlavə edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İPM-nin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Məhkəmə tərəfindən AR İPM-nin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsini icra etmək məqsədilə iddiaçının ünvanına xx.xx.2022-ci il tarixdə məktub göndərilərək iddia ərizəsinin AR İPM-nin 46-cı maddəsinin tələblərinə cavab vermədiyi, iddia ərizəsində cavabdehin göstərilmədiyi, iddia ərizəsinin xahiş etdi hissəsində iddia tələbinin kimə yönəldilməsinin qeyd olunmadığı göstərilərək iddia ərizəsinin həmin tələblərə uyğunlaşdırılması, iddia ərizəsində yol verilən formal xətaların aradan qaıdırılması üçün 20 gün müddət təyin edilmişdir. Həmin məktub iddiaçının iddia ərizəsində göstərilən ünvandakı binanın sökülməsi səbəbindən iddiaçıya rabitə müəssisəsi tərəfindən təqdim edilə bilməmiş və geri məhkəməyə qaytarılmışdır. Bundan sonra məhkəmə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərinə məhkəmə iclaslarını təyin etmiş, lakin həmin məhkəmə iclarları barədə məhkəmə bildirişləri də iddiaçının iddia ərizəsində göstərilən binanın sökülməsi səbəbindən iddiaçıya rabitə müəssisəsi tərəfindən təqdim edil bilməmiş və geri məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikasının İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Lakin iddiaçı inzibati məhkəmə icraatından yayınmaqla məhkəmə iclaslarına gəlməmiş, iddiaçının əsl – hüququ pozulan şəxs kimi göstərilmiş iddiaçı ilə əvəz edilməsi, iddia ərizəsində tələbə cavab verə bilən cavabdehin göstərilməsi, habelə tələbin yönəldiyi inzibati orqan göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Məhkəmə o halı xüsusi qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci ildə daxil olmuş, otən 8 ay ərzində iddiaçı məhkəmə ilə əlaqə saxlamamış, işin gedişi ilə maraqlanmamış, iddia ərizəsində göstərdiyi ünvanın sökülməsinə baxmayaraq yeni ünvanı barədə məhkəməyə məlumat verməmişdir, yəni iddiaçı işə baxılmasında maraqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., C.Xəndan küçəsi, 11A saylı binanın yaxınlığında 200 kv metr torpaq sahəsinin X1 adına sənədləşdirilməsi haqqında qərar edilməsi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 33, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., C.Xəndan küçəsi, 11A saylı binanın yaxınlığında 200 kv metr torpaq sahəsinin X1 adına sənədləşdirilməsi haqqında qərar edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7540/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7540/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver