Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7541/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək oğlu xx.xx.2005-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində 18 yaşına çatması ilə iddiaçının Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə oğlu üzərində qəyyum təyin edildiyi xx.xx.2024-cü il tarixi arasındakı aralıq keçmiş dövr üçün ona orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci il tarixində X11 ilə Bakı şəhəri Əzizbəyov rayonu VVADQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2005- ci il təvəllüdlü X12 adlı dörd övladı var. Övladlarından oğlu xx.xx.2005-ci il təvəllüdlü X12 anadangəlmə ruhi xəstədir, psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilmir. Oğlu ilə birgə yaşayaraq ona qulluq edir qayğısına qalır. Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən oğluna birinci dərəcəli əlillik təyin edilmiş və kənar şəxslərin köməyinə ehtiyacı olduğu qeyd edilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)- 3356/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmuş və oğlu X12 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. X2 orqanizminin funksiyaları anadangəlmə pozulmuşdur və doğulduğu ilk gündən bugünə qədər iddiaçı ilə yaşayır və qayğısına iddiaçı qalaraq ona qulluq edir. 18 yaşına çatdıqda fəaliyyət qabiliyyətinin olmadığının təsdiq olunması üçün məhkəməyə müraciət etməyi və qərar çıxarılmasının prosessual cəhətdən zaman aralığını aldığı təkzib olunmaz faktdır. Qeyd olunan fakt, oğlumun vəziyyətində hər hansı bir dəyişiklik yaratmır. Təqaüdün iddiaçıya ödənilmədiyi aralıq dövr ərzində oğlumun fiziki vəziyyətində hər hansı yaxşılaşma olmamış, əlilliyinin faizi dərəcəsi dəyişməmiş və ya ləğv edilməmişdir və anası olaraq ona qulluq edib, baxımı ilə bağlı bütün zəruri xərcləri (dərman vasitələrinin, gigiyenik baxım məhsulları (pampers və s.) və digər zəruri vasitələrin alınması ilə bağlı) maddi və fiziki cəhətdən iddiaçı qarşılamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək keçmiş dövr üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikasının Prezidenti təqaüüdünün ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-39149/2024 nömrəli imtina məktubunda keçmiş dövr üzrə təqaüdün ödənilməsindən imtina edildiyi bildirilmişdir. İş materiallarında olan MEİS-in “Sosial Ödənişlər" altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2019-cu il tarixli qərar ilə xx.xx.2019-çu il /tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə “Sağlamlıq imkanlar məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü”, xx.xx.2024-cü il tarixli qərar ilə isə xx.xx.2024-cü il tarixdən etibarən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü” təyin edilmişdir. İş materiallarında olan MEİS-in “Əlillik” altsistemindən çıxarışlara əsasən xx.xx.2005-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3356/2023 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamına əsasən İddiaçı Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlili iyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Həm qanunvericiliyin tələbinə, həm də xx.xx.2019-cu il tarixli qərara uyğun olaraq İddiaçı “sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü"nün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək (yəni X7 18 yaşı tamam olan tarixədək) olan dövr üzrə ödənilməsi qərara alınmışdır. X8 18 yaşı tamam olan tarixdən (xx.xx.2023-cü il tarixdən) dərhal sonra xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi QaydasTnın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra - Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Sözügedən Qaydanın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-39149/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3356/2023 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən və Xəzər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xx.xx.2024-cü il tarixdən fəaliyyət qabiliyyəti olmayan X12 üzərində İddiaçı qəyyum təyin edildiyindən ona həmin tarixdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Bu səbəbdən də İddiaçı qəyyumluq xx.xx.2024-cü il tarixdən təyin edilməsi səbəbindən iddia ərizəsində qeyd edilən dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Çünki iddia ərizəsində qeyd edilən “X7 18 yaşına çatdığı, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək” olan dövr ərzində H.Hüseynliyə xx.xx.2023-cü il tarixdə müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmiş, İddiaçı isə oğlu H.Hüseynli üzərində xx.xx.2024-cü il tarixdə qəyyum təyin edilmişdir. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə ödənilir. Göründüyü kimi bu təqaüdün təyinatı “qanuni surətdə yuxarıda qeyd olunan şəxslərə qulluq edənlər” olaraq məhdudlaşdırılmışdır. Qanunun tələbləri baxımından İddiaçı bu “Prezident təqaüd hüququnu” xx.xx.2024-cü il tarixdən (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamına əsasən) qazandığından ona həmin tarixdən də Prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində isə onun qəyyumluğu hələ tanınmadığı üçün həmin dövrlər üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdünün ona ödənilməsi qanunvericiliyə ziddir. Bu halda isə Mərkəzi Filial tərəfindən verilmiş imtina məktubu qanuni və əsaslı olmuşdur. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq 2-1(112)-7541/2024 nömrəli iş üzrə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ‘‘keçmiş dövr üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikasının Prezidenti təqaüdünün ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(003)-3356/2023 nömrəli qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamından görünür ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X7 üzərində qəyyum təyin edilməsi haqqında ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş övladı xx.xx.2005-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin olunması üçün İddiaçı müraciəti əsasında toplanılmış sənədləri, Xəzər Rayon Məhkəməsinin 2(003)-3356/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini, Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli qərarını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.4-cü maddəsi rəhbər tutularaq İddiaçı Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2005-ci il təvəllüdlü X7 üzərində qəyyumluğunun təyin edilməsi, Qəyyum təyin edilən şəxs İddiaçı bundan sonra qəyyumluğunda olacaq X7 hüquq və mənafelərinin qorunması tapşırılması, Qəyyumluqda olan X7 yaşayış yeri dəyişdirildikdə İddiaçı mütləq qaydada Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına məlumat verilməsi vəzifəsi tapşırılması qərara alınmışdır . Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-18053/2024 nömrəli məktubundan görünür ki, H.Hüseynlinin əlillik vəziyyəti Bakı 2 nömrəli X3 P00112705MED nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra, müraciəti əsasında H.Hüseynli xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinəyə dəvət edilmişdir. Müayinə zamanı təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq barəsində ilkin olaraq xx.xx.2023-cü il tarixindən müddətsiz orqanizmin funksiyalarının 100 faiz pozulması barədə qərarı qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-39149/2024 nömrəli Prezident təqaüdünün ötən dövr üzrə ödənilməsinin mümkün olmaması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin 1-dən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Sözügedən Qaydanın 2.2.3cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3356/2023 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən və Xəzər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xx.xx.2024-cü il tarixindən fəaliyyət qabiliyyəti olmayan Həmid Hüseynov üzərində qəyyum təyin edildiyinizdən sizə həmin tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə qəyyumluq xx.xx.2024-cü il tarixindən verildiyindən ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. Belə ki, iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri də ödənilir. İddia mahiyyəti üzrə əsaslı iddiadır. Belə ki, işin hallarından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X12 xx.xx.2023-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının 100 faiz pozulması ilə əlaqədar əlildir. Həmin tarixədək iddiaçı sağlamlıq imkanları məhdud şəxs olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 1.7-ci bəndinə əsasən (Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir) əlilliyi 18 yaşı tamam olduğu aydan növbəti ayın sonunadək əlilliyi olan şəxs hesab edilmişdir. İddiaçı X7 valideyni olmaqla, X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3356/2023 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və iddiaçı Xəzər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xx.xx.2024-cü il tarixindən fəaliyyət qabiliyyəti olmayan Həmid Hüseynov üzərində qəyyum təyin edilmişdir. İddiaçıya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə şəxslərə qulluğa görə “Azərbaycan Respublikası Prezidenti təqaüdü"nün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni X7 18 yaşı tamam olan tarixədək olan dövr üzrə ödənilmiş, həmçinin, iddiaçıya sözügedən təqaüd Xəzər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xx.xx.2024-cü il tarixindən fəaliyyət qabiliyyəti olmayan Həmid Hüseynov üzərində qəyyum təyin edildiyi tarixdən ödənilməyə başlanmışdır. İddiaçı adıçəkilən təqaüdün xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək verilməyən dövr üzrə ödənilməsini mübahisələndirir. Cavabdehin imtina əsası ondan ibarət olmuşdur ki, “Orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.3-cü bəndinə əsasən iddiaçı xx.xx.2024-cü il tarixindən fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumu olduğundan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində onun qəyyumluğu hələ tanınmadığı üçün həmin dövr üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdünün ona ödənilməsi qanunvericiliyə ziddir. Məhkəmə cavabdehin qeyd eidlən mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın aşağıdakı bədnləriinə əsasən: -1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. -1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. -1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur.[4] -2.1. Təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “X1 Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.[5] -2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; -2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; -2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; -2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir. Sadalanan normalardan görünür ki, təqaüdün verilməsi üçün 4 fərqli qayda müəyyən etmişdir: Qaydanın 2.2.1, 2.2.2., 2.2.3-cü bəndləri 18 yaşı tamam olmuş əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə qulluğa görə təqaüdün verilməsini tənzimləyirsə, 2.2.4-cü bənd 18 yaşına çatamamış şəxslərə qulluqla bağlı təqaüdün kimlərə verilə biləcəyini tənzimləyir. Eyni zamanda müəyyən olunur ki, yetkinlik yaşına çatmış əlilliyi olan şəxslərlə bağlı Qaydaların 2.2.1.-2.2.3-cü bəndləri də müvafiq qaydada təsnifləşdirilir. Belə ki, hər üç bənddə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqla bağlı aşağıdakı şəxslərə münasibətdə təqaüd ödənilir: -2.2.1-ci bənd- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə -2.2.2-ci bənd- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə -2.2.3-cü bənd- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, eyni zamanda ailə üzvü olub-olmamasından asılı olmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan əlil şəxsə qulluqla edən şəxslərə münasibətdə. Göründüyü kimi qanunverici 18 yaşına çatmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxsə qulluq edən ailə üzvü (o cümlədən valideyni) olan şəxsə təqaüd təyin edilməsi üçün qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətinin təqdim edilməsini, ailə üzvü olmayan şəxslərə münasibətdə qəyyumluq və himayəçilik orqanının qərarının və qulluq edilən əlilin ərizəsinin təqdim edilməsini zəruri sayırsa, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edənlərə münasibətdə isə yanız qəyyumluq və himayəçilik orqanının qərarının surətinin təqdim edilməsini tələb edir. Normaların müqayisəli təhlili onu deməyə əsas verir ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edənin qulluq edilən əlilin ailə üzvü olması onu avtomatik digər bəndlərə aid etmədən daha sadə qaydadayalnız qohumluğu təsdiq edən sənədin təqdim edilməsi ilə təqaüdün verilməsini mümkün hesab edir. Bu əsasdan məhkəmə qeyd edir ki, 18 yaşınadək əlil uşağa qulluq edən valideyn olmaqla bərabər, eyni zamanda 18 yaşı tamam olduqdan sonra orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü olmasından irəli gələrək, eləcə də orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hər əlil şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qanunvericiliklə tələb edilmədiyindən iddiaçının birbaşa Qaydanın 2.2.1-ci bəndi ilə təqaüd almaq hüququ yaranır. İddiaçının sonradan xx.xx.2024-cü il tarixindən fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumu olması ilə isə onun üçün Qaydanın 2.2.3-cü bəndi ilə təqaüd almaq hüququ yaranmış olsa da, lakin bu hal həmin tarixədək, yəni əlil fəaliyyət qabiliyyətli olmayan şəxs elan edilməyənədək iddiaçını Qaydanın 2.2.1-ci bəndinə müvafiq olaraq təqaüd almaq hüququndan məhrum etmir. Odur ki, xx.xx.2005-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatmış, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmaqla tələb olunan dövrdə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmədiyindən ona qulluq edən ailə üzvü-anası İddiaçı yuxarıda adı çəkilən Qaydanın 2.2.1-ci bəndinə müvafiq olaraq Prezident təqaüdü hesablanaraq ödənilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən ailə üzvlü kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7541/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7541/2024
29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver