Məhkəmə qərarları › İş №2-1(112)-7543/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7543/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7543/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh inzibati orqan tərəfindən pensiyanın azaldılmış hissədə bərpa edilməsi və 1 nömrəli Bakı Tibb Məktəbində 1965-ci ilin 1 sentyabrından 1969-cu ilin martın 1-dək təhsil aldığı dövrü əmək stajına daxil edərək xx.xx.2006-cı ildən hazırkı dövrədək pensiyanın yenidən hesablanması və birdəfəlik ödənilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/1-İ-302447/2024 nömrəli qərarının ləğv edilməsi, pensiyanın əvvəlki məbləğinin bərpa edilməsi, yaranmış fərqin ödənilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Pensiyaya çıxarkən 1965-1969-cu illərdə 1 nömrəli Bakı Tibb Məktəbində təhsil aldığı dövr əmək stajına daxil edilməyibdir. 09 və 17 dekabr 2024-cü ildə təhsil dövrün əmək stajına daxil edilək pensiyanın yenidən hesablanması barədə 3 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət etsə də müraciəti tam təmin edilməyibdir. Təhsil aldığı dövrün qanunvericiliyi otra ixtisas məktəblərində təhsil müddətini iş stajına daxil edir. xx.xx.1956-cı ildə qanuni qüvvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş X2 SSRİ qanunun 1ci maddəsinə v) bəndinə əsasən, ali məktəblərdə, otra ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 01 yanvar 2006-cı ilədək qüvvədə olan 1992-ci il 23 sentyabr tarixli Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən ali və otra ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, kadr hazırlayan kurslarda, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyasına çıxarkən pensiya təyin edən orqana təhsil dövrünü təsdiq edən diplomun surətini təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi təhsil aldığı dövrün əmək stajına daxil etməkdən imtina etmişdir. Sonrakı dövrlərdə də 2017-ci il oktyabrın 27-də, ikinci dəfə isə həmin ilin noyabrında təkrarən müraciət etsə də, müraciəti cavabsız qalıbdır. xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyasına çıxarkən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə diplomumun surətini təqdim etdiyinə görə ona təhsil dövrünün əmək stajına daxil edilərək hesablanması müraciət etdiyi dövrdən xx.xx.2006-cı ildən hesablanaraq ödənilməlidir. 9 və 17 dekabr 2024-cü ildə təhsil dövrünün əmək stajına daxil edilək pensiyanın yenidən hesablanması barədə 3 saylı Bakı DOST Mərkəzinə ərizə ilə müraciət etmişdi. Müraciətindən sonra oxuduğu təhsil müddəti xx.xx.2006-cı ildə nəinki əmək stajına daxil edilərək pensiya yenidən hesablanıb, əksinə pensiyası 78 manat azaldılıbdır. Cavabdeh inzibati xx.xx.2025-ci il tarixli yaşa görə əmək pensiyasının azaldılması barədə məktububunda göstərir ki, ““İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1969-cu il tarixindən xx.xx.1988-ci ilədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmrinə düzəliş olduğundan) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır.” Nəzərinizə onu çatdırmaq istəyir ki, Əmək kitabçasında işdən çıxarılma əmrində heç bir düzəliş edilməyibdir. İşdən çıxarılma əmri xx.xx.1988-ci il açıq-aydın göstərilir. İşdənçıxarılma tarixində isə əmək kitabçasını dolduran bir erməni işçisinin qəsdən və ehtiyatsızlıqdan qara salması onun 19 il əmək stajının nəzərə alınmamasına səbəb ola bilməz. İşdən çıxarma ərizəsini xx.xx.1988-ci ildə səhər tibb məntəqəsinin həkiminə təqdim etmiş, elə həmin günün ikinci yarısında erməni silahlıları tərəfindən kəndindən çıxarılmışdır. Əmək kitabçasında işdən çıxarılma səbəbi kimi göstərilir ki, yaşayış yerini dəyişməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilsin. Yaşayı yerini də xx.xx.1988-ci ildə məcburi tərk edərək qaçqın kimi ailəsiylə birlikdə Bakı şəhərinə köçmüşdür, inzibati orqan iddiaçıya xx.xx.2006-cı ildə yaşa görə əmək pensiyası təyin etmiş, sonrakı dövrdə ayrı-ayrı qərarları ilə pensiyanı yenidən hesablamışdır. Əmək kitabçasının işdən çıxarma tarixində edilmiş düzəliş 19 ildir ki, pensiya təyin edən orqana məlum idi və aşkar görünürdü. Göründüyü ki, cavabdeh inzibati orqan (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödənişi azaldarkən qanunvericiliyin tələb etdiyi qaydada lazımi icraat aparmamış və hər hansı qərar (inzibati akt) qəbul edilməmişdir.

4. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2006-cı il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işinizə daxil olan sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 20 il 3 ay 16 gün sığorta stajınız (xx.xx.1965-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək əyani təhsil aldığınız illər də nəzərə alınmaqla), xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 5393,03 manat (2018ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvəl nəzərə alınmaqla) 329,30 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 340,49 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 357,15 manat müəyyən olunmuş, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 409,65 manata, xx.xx.2024-cü il tarixindən 455,54 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1969-cu il tarixindən xx.xx.1988-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma əmrinə düzəliş olunduğundan) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən bildiririk ki, sizə əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajınız 20 il 3 ay 16 gün olduğu halda pensiyanız 36 il 7 ay 14 gün nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanızın məbləğində xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvəl nəzərə alınmaqla) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur.”

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 7-ci maddəsinin 01 01.2006-cı il tarixdə qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya işinə daxil olan sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixədək 20 il 3 ay 16 gün sığorta stajı (01 09.1965-ci il tarixdən xx.xx.1969-cu il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla), xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fardı şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5393.03 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci ıl tarixdən (17.12 2024-cü il tarixli müraciətindən 3 il əvvəl nəzərə alınmaqla) 329,30 manat müəyyən edilmişdir. İddiaçının onun 1 nömrəli Bakı Tibb Məktəbində xx.xx.1965-ci il tarixdən 01 03 1969-cu il tarixədək təhsil aldığı dövrün əmək stajına daxil edilməsi tələbinə dair olan hissədə isə sözügedən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilmişdir. İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 340.49 manata. xx.xx.2023-cü il tarixdən 409.65 manata (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixdən 455.54 manata çatdırılmışdır. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən vətəndaşın əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən azad olma mətninə düzəliş olunduğundan) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı ıl tarixədək faktiki sığorta stajı 20 il 3 ay 16 gün olduğu halda, 04 08.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr sığorta stajına daxil edilərək pensiyası 36 il 7 ay 14 gün nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən Qanunun 39.1-cı maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvəl nəzərə alınmaqla) xx.xx.2024-cu il tarixədək artıqödəmə müəyyən olunmuşdur. Sözügedən məlumatlar Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-2/1-İ-302447/2024 nömrəli qərarda əks olunmuşdur.

6. Məhkəmənin sorğusuna əsasən cavabdehin 24 aprel 2025-ci il tarixli 3-17-1/2-92471/2025 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçı X1 xx.xx.2006-cı il tarixindən yaşa görə əmək pensiyası təyinatı edilərkən onun 1965-1969-cu illər üzrə təhsil dövrü nəzərə alınmışdır.

7. Məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçının pensiya işinin surəti təqdim edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-İ-302447/2024 saylı qərarına əsasən yenidən hesablamaya qədər pensiya məbləği 587.17 manat, yebidən hesablama nəticəsində (inventarizasiya səbəbilə) pensiya məbləği 455.54 manat təşkil etmişdir. Qərarın qeyd hissəsinə əsasən təhsil illəri sığorta stajı olaraq nəzərə alınmışdır. xx.xx.1969-xx.xx.1988-ci illər işdən azad olma tarixində düzəliş olunduğu üçün həmin dövrlər sığorta stajı olaraq nəzərə alınmamışdır. 2691.16 manat artıq ödəmə müəyyən edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

10. Məhkəmən iclasında iştirak edən cavabdehin nümyəndəsi iddiaya etirazını müdafiə edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

İİ.İddianın növü və mümkünlüyü

11. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və tutulmuş pulun geri qaytarılması ilə bağlıdır.

12. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək, pensiya məbləği azaldılaraq 455.54 manat təşkil etmiş, 2691.16 manat artıq ödəmə müəyyən edilmişdir.

13. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

17. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

18. İddianın növü birinci hissədə mübahisələndirmə, ikinci hissədə öhdəliyin icrası haqqında iddiadır.

19. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə təqdim edilmişdir.

20. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

21. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

23. Həmin Qanun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;

24. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

25. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

26. İddiaçının pensiya işindən müəyyən edilir ki, inzibati orqan ilk dəfə iddiaçıya 26 dekabr 2005-ci ildə yaşa görə əmək pensiyası təyin etmiş, bundan sonra inzibati orqan inzibati icraat aparmaqla iddiaçının müraciəti əsasında iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə 23 dekabr 2024-cü il tarixdə qərar qəbul etmiş, pensiya məbləğini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün 329,30 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün 340,49 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 409,65 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 455,54 manat müəyyən etmişdir.

27. İddiaçıya xx.xx.2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir, o, xx.xx.2024cü il tarixdə cavabdeh orqana müraciət edərək təhsil aldığı dövrün iş stajına əlavə edilməsini xahiş etmiş, nəticədə təhsil müddəti nəzərə alınsa da, əvvəlki pensiya məbləği azaldılaraq və artıq ödəmə müəyyən edilərək bu barədə məktub ünvanlanmışdır.

28. Bununla əlaqədar hazırkı icraatda məhkəmə mübahisələndirilən inzibati aktların əsaslılığı və qanuniliyini maddi hüquq baxımından qiymətləndirir.

29. Belə ki, cavabdeh qurum tərəfindən iddiaçının əmək kitabçasındakı 1969-1988-ci il tarixlərdə işlədiyi dövrlər sığorta stajına daxil edilməyərək əmək pensiyasının məbləği azaldılmışdır. Belə ki, əsas gətirilmişdir ki, xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu, işdən azad olma mətninə düzəliş olunduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

30. İddiaçının mübahisələndirilən 1969-1988-ci illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1969-cu il tarixdə işə qəbul edilmiş (əmr №298, xx.xx.1969), xx.xx.1988-ci ildə işdən azad edilmişdir (əmr №1101, xx.xx.1988).

31. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1988-ci il tarixdə işdən çıxma mətninə düzəliş olunduğu bildirir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır.

32. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

33. Bununla əlaqədar qeyd edilir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. 4.1-ci bəndinə əsasən əmək işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

35. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin dəlili iddiaçının həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil. Belə ki, əmək kitabçasının doldurulması qaydasının pozulması heç bir halda şəxsi pensiya hüququndan məhrum edə bilməz. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün, inzibati icraatın lazımi həcmdə sübutetmə vasitələrindən istifadə üçün əsas ola bilər.

36. Məhkəmə həmçinin qeyd edir ki, əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi, tarixi göstərilmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı.

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

38. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.

39. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının mübahisələndirilən dövrdə işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir.

40. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (xx.xx.1969-cu il tarixdən xx.xx.1988-ci il tarixədək) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Belə olduğu təqdirdə, iddiaçının yaşa görə pensiya hüququnun yarandığı vaxtda müvafiq olaraq iş stajı 36 ildən çoxdur.

41. Cavabdehin dəlillərindən görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2006-ci il tarixdən iddiaçıya təyin olunmuş və yekunda 538,17 manat məbləğində müəyyən edilmiş yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanaraq son üç il (xx.xx.2021-xx.xx.2024) üzrə iddiaçıya ümumilikdə 2691,16 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının müraciətinə müvafiq olaraq başlanılmış inzibati icraat nəticəsində iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallar müəyyən edilmişdir. Həmin icraat əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2024-cü il tarixli 3-17-2/1-İ-302447/2024 saylı qərar qəbul edilmişdir.

42. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunubqorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

43. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

44. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

45. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;..

46. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar iddiaçıya son üç il üzrə yaranmış pensiya məbləğinin təyin olunması ilə əlaqədar cavabdehin yenidən hesablama barədə qərarı əsassız hesab edilməlidir.

47. Məhkəmə iddianının ikinci hissəsinə münasibətdə aşağıdakılar qeyd edir.

48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

49. Məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdehin qərarı ilə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyası yenidən hesablanaraq 455,54 manat məbləğində müəyyən edilməsindən əlavə, həmçinin ona xx.xx.2021xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 2691,16 manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır.

50. İddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

51. Məhkəmə qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir.

52. İddiaçıya artıq ödənilmiş məbləğ xx.xx.2024-cü il tarixli 3-17-2/1-İ-302447/2024 nömrəli “ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının 13-cü bəndindəki qeydinə müvafiq olaraq xx.xx.2021-xx.xx.2024-cü illəri əhatə edən dövrə şamil edilməklə 2691,16 manat təşkil edib və həmin məbləğin ödənilməsinə dair razılığn verilməsi xahiş edilib.

53. Əmək pensiyasından tutulma ilə bağlı iddiaçının razılıq ərizəsi və pensiyadan tutma aparılmasına dair qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

54. Məhkəmə hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər.

55. Odur ki, vətəndaşın əmək pensiyasının yenidən hesablanması haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilməli və qüvvəyə mindiyi andan hüquqi nəticələri aradan qaldırılmalıdır.

56. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

57. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-İ- 302447/2024 saylı qərar ləğv edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi və tutulmuş pulun geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar