Məhkəmə qərarları › İş №2-1(112)-7544/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7544/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7544/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qarşı “arayışın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 09 aprel 2011-ci il tarixində onun 28 dekabr 2011-ci il tarixində "xxxx" Mənzil-Tikinti Kooperativinə 238.100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində pul verib, həmin "xxxx" Mənzil-Tikinti Kooperativindən ünvan 1 ünvanında yerləşən “Prestij Palace” binasının 11-ci mərtəbəsindəki, tam sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə hüquqi şəxsə 25 iyul 2017-ci il tarixdə heç bir qanuni əsas olmadan vermiş olduğu İlkin qeydiyyat sənədinin, yəni hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışının ləğv olunması və 28 dekabr 2011-ci il tarixində o "xxxx" Mənzil-Tikinti Kooperativinə 238.100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində pul verib, həmin "xxxx" Mənzil-Tikinti Kooperativindən ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 11-ci mərtəbəsindəki, tam sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə ona, yəni İddiaçı əmlakın ilkin qeydiyyat sənədlərinin, yəni hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması, 28 dekabr 2011-ci il tarixində o "xxxx" Mənzil-Tikinti Kooperativinə 238.100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində pul verib, həmin "xxxx" Mənzil- Tikinti Kooperativindən ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 11-ci mərtəbəsindəki, tam sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə hüquqi şəxsə əmlakın ilkin qeydiyyat sənədlərinin, yəni hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışını vermiş şəxslərin barələrində bu işin özgənin əmlakını mənimsəmək məqsədi ilə edilməsi məhkəmə tərəfindən müəyyən ediləcəyindən, bu fakt üzrə cinayət işi başlanılraq, icraata qəbul edilib, ibtidai araşdırılmasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq, (265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.) cinayətin əlamətlərini aşkara etdiyindən, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi ilə bağlı müvafiq məhkəmə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə ərizənin geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respubilkası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri" publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qarşı “arayışın ləğv edilməsi” tələbi barədə inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar