Məhkəmə qərarları › İş №2-1(112)-7545/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7545/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7545/2022 18.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X1 kаtibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ona 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməli olan əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək dövrdə "xxxx" BİB-də dartıcı operator vəzifəsində işlədiyini, həmin müddətin də güzəştli iş stajına daxil edilməli olmasını nəzərə almamışdır. Belə ki, əmək kitabçasının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən də göründüyü kimi, iddiaçı müvafiq müəssisədə yuxarıda qeyd edilən müddətdə təmirçiçilingər vəzifəsini məhz “ikinci peşə” olaraq icra etmişdir. Yəni həmin müəssisədə əsas peşə olaraq, xx.xx.1994-cü il tarixədək əsas vəzifə olaraq, şüşə boruların və drot istehsalı üzrə dartıcı peşəsini icra etmişdir. xx.xx.1983-cü il tarixdə adına açılmış əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" BİB-nin nəzdində şüşə sexində müxtəlif vəzifələrdə işləmişdir. Göründüyü kimi, əmək kitabçasına əsasən şüşə sexində zərərli sahədə işlədiyi ümumi müddət 11 il, 01 ay, 08 gün təşkil edir. Əmək kitabçasına əsasən müəyyən olunur ki, xx.xx.1994-cü il tarixdən hazırkı tarixədək əmək fəaliyyəti ilə məşğuldur. "xxxx" tərəfindən verilmiş 19 nömrəli, xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, yuxarıda qeyd edilmiş şüşə sexində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının 15-ci, yəni “Şüşə və çini-saxsı istehsalatı” bölməsinin 1150101а (bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr) bəndinə və 1150101а—19249 (şüşə boruları və drotu emal edən dartıcılar) bəndinə uyğun olaraq güzəştli pensiya hüququna malikdir. Müddətli həqiqi hərbi xidmət müddəti də nəzərə alınmaqla, ümumi iş stajı 25 ildən artıqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci i! tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) Bütün növ şüşə və şüşə məmulatları istehsalı bəndində (1) fəhlələr (a) yarımbölməsində 1150101а—19249 kodu üzrə şüşə boruları və drotu emal edən dartıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Q.Ə.X2 təqdim etdiyi "xxxx" ASC-nin 27 may 2016-cı il tarixİi 19 nömrəli arayışında xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Bakı İstehsalat Birliyinin şüşə əritmə sexində şüşə əridici maşının sazlayıcısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi şüşə əridici maşının sazlayıcısı vəzifəsi yuxarıda qeyd olunan şüşə boruları və drotu emal edən dartıcılar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (8 il 5 ay (xx.xx.1985-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulamsını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2016-cı il tarixli, 129 nömrəli arayışında göstərilmişdir ki, verilir 1960-cı il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan silinmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə şüşə sexinə şüşə əridici maşının sazlayıcısının şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə həmin sexdə şüşə əridici maşının sazlayıcısı peşəsinin 3-cü dərəcəsi verilmiş, xx.xx.1985-ci il tarixdə şüşə sexində dördüncü dərəcəli dartıcı operator keçirilmiş, xx.xx.1990-cı il tarixdə şüşə boruların və drot istehsalı üzrə dartıcı peşəsinin 5-ci dərəcəsi verilmiş, xx.xx.1990-cı il tarixdə həmin sexdə ikinci peşə almaq etibarı ilə 4-cü dərəcəli təmirçi-çilingər ixtisası verilmiş, xx.xx.1990-cı il tarixdə həmin sexdə ikinci peşə almaq etibarı ilə 5-ci dərəcəli təmirçi-çilingər ixtisası verilmiş, xx.xx.1993-cü il tarixdə həmin sexdə 6-cı dərəcəli təmirçi-çilingər ixtisası verilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə Yeni Bakı neftayırma zavoduna 14 nömrəli sexə 5-ci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə təzə ştat cədvəlinə uyğun olaraq 14 nömrəli sexin mexaniki təmir sahəsinin 5-ci dərəcəli istilik sistemi avadanlıqlarının təmiri üzrə çilingər adlandırılmış, xx.xx.2003-cü il tarixdə təzə ştat cədvəlinə əsasən istilik təchizatı və elektrik avadanlığının təmiri və xidməti üzrə 14 nömrəli sexin mexaniki təmir sahəsinin 5-ci dərəcəli istilik sistemi avadanlığının təmiri üzrə çilingəri adlandırılmış, xx.xx.2017-ci il tarixdə elektrik və istilik təchizatı, elektrik və istilik avadanlıqlarının təmiri və xidməti üzrə 14 nömrəli sahənin istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsinin, istilik, qaz və buxar boru kəmərinin təmiri və xidməti qrupunda 6-cı dərəcəli istilik şəbəkəsi avadanlığının təmiri və xidməti üzrə çilingər peşəsində sayılır, hal-hazıradək həmin sahədə işləyir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 19 nömrəli arayışında qeyd edilmişdir ki, verilir 1960-cı ildə anadan olmuş İddiaçı ondan ötəri ki, o, həqiqətən 1983-cü ilin yanvar ayının 26-dan (xx.xx.1983-cü il tarixli 25 saylı əmr) 1994-cü ilin mart ayının 04-nə qədər (xx.xx.1994-cü il tarixli 30 saylı əmr) "xxxx" Bakı İstehsalat Birliyinin şüşə əritmə sexində, müxtəlif işlərdə işləmişdir. 26.01.83-cü ildən 04.10.85-ci il qədər - şüşə əridici maşının sazlayıcısı, 04.10.85-ci ildən 04.03.94-cü ilə qədər - şüşə boru və drot istehsalı üzrə dartıcı operator. Bundan əlavə İddiaçı əsas işlərini yerinə yetirməklə bərabər, həmin sexdə əsas texnoloji avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsinə də yiyələnmişdir. Sexdə İddiaçı sazlayıcı işləyərkən əsas işi sobadan dartılaraq gələn isti şüşə boru və drotları, tələb olunan ölçüdə kəsərək, uclarını əridərək cilalayıcı maşının qaz odluqlarinı tənzimləmək, həmin odluqları təmir etmək və lazım gəldikcə yerindəcə dəyişməkdən ibarət olmuşdur. Dartıcı operator işləyərkən İddiaçı boru şəkilli maye şüşəni əl ilə dartaraq, kəsici-əridici maşına yönəltməkdən, şüşə borunun daxili diametrinin və divarının qalınığlının standarta uyğun ölçüdə olmasını təmin etməkdən ibarət olmuşdur. Hər iki işdə işləyərkən İddiaçı bütöv iş günü ərzində şüşə əritmə sobasının ətrafında, zərərli hesab edilən isti şəraitdə işləmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 15-ci bölməsinin (şüşə və çini saxsı istehsalatı) 11501010a bəndinə (bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr) və 11501010a-19249 (şüşə boruları və drotları emal edən dartıcılar) bəndinə uyğun olaraq güzəştli pensiya hüququna malikdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" BİB nəzdində açıq səhmdar cəmiyyəti yaradılmışdır. Həmin tarixdən etibarən müəssisə "xxxx" ASC adlandırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, LP-06-0422 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir 1960-cı ildə anadan olmuş İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" İstehsalat Birliyinin şüşə əritmə sexində şüşə əridici maşının sazlayıcısı və şüşə boru və drot istehsalı üzrə dartıcı operator vəzifələrində işləmişdir. Bundan əlavə İddiaçı həmin sexdə əsas texnoloji avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsinə də yiyələnmişdir. Həmçinin İddiaçı "xxxx" İstehsalat Birliyində işlədiyi müddətdə ödənişsiz məzuniyyətə çıxmamışdır. Eyni zamanda bildirilir ki, İddiaçı işlədiyi "xxxx" İB-nin Şüşə əritmə sexində ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan həmin sexlər zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən İddiaçı həmin sexdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 15-ci bölməsinin (Şüşə və çini-saxsı istehsalatı) 11501010a-19249 (Bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr, o cümlədən şüşə boruları və drotu emal edən dartıcılar) koduna uyğundur. Qeyd: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmıakının özəlləşdirilməsi departamentinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, LP-08- 0622 nömrəli məktubu ilə iddiaçının "xxxx" ASC-nin arxivində mövcud olan əmək haqqı cədvəllərinə əsasən İddiaçı cəmiyyətdə işlədiyi dövr ərzində ona hesablanmış illər üzrə əmək haqqlarına dair məlumatları cəvdəl şəklində təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-cı il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim etdiyiniz 26 yanvar 1983-cü il tarixli əmək kitabçanızın surətində qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 10 ildən az (7 il 4 ay 1 gün (xx.xx.1983xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çaiışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il iarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixii 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Şüşə və çinisaxsı istehsalatı bölməsinin (XV) Bütün növ şüşə və şüşə məmulatları istehsalı bəndində (1) fəhlələr (a) yarımbölməsində ******* a—19249 kodu üzrə şüşə boruları və drotu emal edən dartıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərinizdə xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində “Azərelektroişiq” Bakı İstehsalat Birliyinin şüşə əritmə sexində şüşə əridici maşının sazlayıcısı vəzifəsində işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi, işlədiyiniz şüşə əridici maşının sazlayıcısı vəzifəsi yuxarıda qeyd olunan şüşə boruları və drotu emal edən dartıcıiar vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 10 ildən az (8 il 5 ay (xx.xx.1985-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasının əsası iddiaçının tələb olunan güzəştli iş stajının olmaması ilə bağlı olmuşdur. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 52 yaşını xx.xx.2012-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İddiaçıya aid yuxarıda qeyd olunan hərbi xidmət barədə arayış və əmək kitabçasına əsasən xx.xx.1979-xx.xx.1981-ci ilədək 02 il 01 ay 07 gün hərbi xidmət dövrü, əmək fəaliyyəti dövrü xx.xx.1983-xx.xx.1994-cü ilədək 11 il 01 ay 09 gün, xx.xx.1994-xx.xx.2006-cı il tarixədək 11 il 09 ay 16 gün olmaqla ümumilikdə 25 il 02 gün topladığı müəyyən olunur. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan 20 ildən çox ümumi iş stajı toplamışdır. Qeyd edilməlidir ki, cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirməmişdir. Cavabdehin mübahisələndirdiyi güzəştli iş stajı ilə bağlı dəlili ilə isə məhkəmə aşağıdakılara əsasən razılaşır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli İcmal Məktubunda göstərilmişdir ki, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq laızmdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır”. İddiaçı "xxxx" İB-də xx.xx.1983-cü ildən xx.xx.1994-cü ilə qədər işlədiyi dövrün güzəştli iş stajına daxil edilməli olmasını iddia edir. İddiaçı barəsində "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 19 nömrəli arayışında, eləcə də hazırda Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisinin imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, LP-06-0422 nömrəli arayışında xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər şüşə əridici maşının sazlayıcısı, xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilə qədər işlədiyi şüşə boru və drot istehsalı üzrə dartıcı operator vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 15-ci bölməsinin (Şüşə çini-saxsı istehsalatı) 11501010a- 19249 bütün növ şüşə və şüşə məmulatları istehsalı ilə məşğul olan fəhlələr, o cümlədən şüşə boruları və drotu emal edən dartıcılar koduna uyğun hesab edilmişdir. Hazırkı iddia üzrə cavabdeh sonuncu xx.xx.2022-ci il tarixli imtinasında, eləcə də iddiaya etirazında iddiaçının işlədiyi qeyd edilən dövrlərdən xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər şüşə əridici maşının sazlayıcısı vəzifəsini adıçəkilən 11501010a- 19249 kodu ilə nəzərdə tutulmuş vəzifəyə uyğun hesab etmədiyini əsas gətirərək güzəştli iş stajının tələb olunan müddətdən az olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1985-xx.xx.1994-cü il tarixədək əsas iş kimi icra etdiyi şüşə sexində dördüncü dərəcəli dartıcı operator vəzifəsi yuxarda qeyd edilən 1 nömrəli Siyahıdakı vəzifənin adı, istehsal sahəsi ilə eynilik təşkil edir. Qeyd edilməlidir ki, vaxtilə işəgötürən müəssisənin hüquqi varisi olmuş "xxxx" ASC-nin verdiyi güzəştli arayışda göstərilmişdir ki, iddiaçının həmin vəzifədə əsas işi boru şəkilli maye şüşəni əl ilə dartaraq, kəsici-əridici maşına yönəltməkdən, şüşə borunun daxili diametrinin və divarının qalınlığının standarta uyğun ölçüdə olmasını təmin etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda 11500000 XV. Şüşə və çini-saxsı istehsalatı bölməsində 11501010, 1. Bütün növ şüşə və şüşə məmulatları istehsalı yarımbölməsində, 1150101a, a) fəhlələr: 1150101a—19249 kodu altında şüşə boruları və drotu emal edən dartıcılar peşəsi nəzərdə tutulmuşdur. İddiaçının şüşə boruları və drotu emal edən dartıcılar peşəsində əsas vəzifəsi isti, maye şəklində şüşəni şüşə əritmə sobasından, yəni qaynar şəkildə bilavasitə əl ilə dartaraq kəsici-əridici maşına yönəltməkdən ibarət olduğundan, həmin vəzifə, həm adına uyğun olaraq, həm də şüşə materiallarının emalından, yəni isti şəkildə şüşənin tökülməsi, preslənməsi, boşaldılması, cilalanması və s. kimi vəzifələr ilə bərabər bilavasitə isti şəraitdə şüşə əritmə sahəsində icra edilən vəzifə olduğundan adıçəkilən 1 nörməli siyahıda 1150101a—19249 kodundakı zərərli peşəyə uyğundur. Bu vəzifədə iddiçaının güzəştli iş stajı 08 il 05 ay 01 gün təşkil edir. Məhkəmə qeyd edir ki, 320 nömrəli Qərarla təsdiq edilmiş hər iki siyahıda, yəni 1 və 2 nömrəli Siyahıların hər ikisində şüşə istehsalatı bölməsi mövcuddur və məlum olduğu kimi 1 nömrəli Siyahıdakı vəzifələr əmək şəraiti, eləcə də yerinə yetirilən peşələr üzrə vəzifə funksiyalarının xüsusiyyətlərindən asılı olaraq 2 nömrəli Siyahıdakı vəzifələrdən daha zərərli hesab olunur. İddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci il qədər şüşə əridici maşının sazlayıcısı vəzifəsinin adı 1 nömrəli Siyahıda 11500000 XV. Şüşə və çini-saxsı istehsalatı bölməsində çəkilmir. Əmək funksiyalarına gəlincə qeyd edilməlidir ki, işəgötürənin xx.xx.2016-cı il tarixli arayışında iddiaçının sazlayıcı vəzifəsində işləyərkən işinin sobadan dartılaraq gələn isti şüşə boru və drotları tələb olunan müxtəlif ölçüdə kəsilərək ucların əridilməsi üçün cilalayıcı maşının qaz odluqlarını tənzimləmək, həmin odluqları təmir etməkdən ibarət olduğu göstərilmişdir. Göründüyü kimi iddiaçının dartıcı vəzifəsində yerinə yetirdiyi işlə sazlayıcı vəzifəsində yerinə yetirdiyi iş eyni olmamışdır. Dartıcı vəzifəsində iddiaçı maye şüşəni isti sobadan əli ilə dartaraq kəsici-əridici maşına yönəldirdisə, sazlayıcı vəzifəsində isə artıq sobadan dartılaraq gətirilmiş şüşə boru və drotları cilalamaq üçün cilalayan maşının qaz odluqlarını təmir edirdi. Başqa sözlə, şüşə əridici maşının sazlayıcısı vəzifəsində əmək funksiyaları dartıcı operator vəzifəsində olduğu kimi bilavasitə isti şəkildə şüşə emalı ilə bağlı olan vəzifə olmamışdır. Şüşə əridici maşının sazlayıcısı vəzifəsi şüşə emalı üçün zəruri olan əridici maşının emal prosesindən kənar vaxtda təmir edilməsindən ibarət olmuşdur ki, bu vəzifə nə ad baxımından, nə də yerinə yetirilən işin xüsusiyyəti baxımından şüşə boruları və drotu emal edən dartıcılar peşəsinə uyğun hesab olunmur. Qeyd edilməlidir ki, şüşə istehsalatında sazlayıcı vəzifəsinə uyğun vəzifə adı bir yerdə - 2 nömrəli Siyahıda 2190100a—14991 kodu altında avtomatların sazlanması ilə məşğul olan şüşə avtomatlarının və yarımavtomatlarının sazlayıcıları peşəsində adı çəkilir. İddiaçının işlədiyi şüşə əridici maşının sazlayıcısı vəzifəsinin avtomatların sazlanması ilə məşğul olan şüşə avtomatlarının və yarımavtomatlarının sazlayıcıları vəzifəsi ilə eyni olduğunu birmənalı demək mümkün olmasa da ən azından hər hansı bir qurğu, maşının “sazlayıcısı” vəzifəsinin bilavasitə emalla bağlı olmadığı, daha çox təmir, bərpa işlərinin yerinə yetririlməsi ilə bağlı olduğu və bu səbəbdən həmin vəzifələrin qanunvericinin daha zərərli hesab etdiyi 1 nömrəli Siyahıda deyil, nisbətən az zərərli hesab olunan 2 nömrəli Siyahıda adının qeyd edildiyinin təsadüfi olmadığı qənaətinə gəlmək mümkündür. Beləliklə, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər şüşə əridici maşının sazlayıcısı vəzifəsi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 15-ci bölməsində (Şüşə çini-saxsı istehsalatı) nəzərdə tutulmadığından bununla da onun xx.xx.2006-cı il tarixinə azı 10 il xüsusi stajı mövcud olmadığı müəyyən olunduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da yaranmır. Beləliklə, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar