Məhkəmə qərarları › İş №2-1(112)-7545/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7545/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7545/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 195 № li qərarı ilə Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının xx.xx.1991-ci il tarixli, 6 № li birgə qərarı və həmin sovxozun xx.xx.1991-ci il tarixli 66 № li əmrinə əsasən Həsənova (Abdullayeva) Səriyyə İsmayıl qızının adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 m² torpaq sahəsinin Dövlət Reyestrində qeydiyyata alınması və Həsənova (Abdullayeva) Səriyyə İsmayıl qızının adına mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 195 nömrəli qərarından çıxarışa əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə həyətyanı torpaq sahəsi verilməsi haqqında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 №-li qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 Ne li birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 № İi əmrinə əsasən Həsənova (Abdullayeva) Səriyyə İsmayıl qızının adına fərdi yaşayış evinin tikintisi üçün 1200 m² həyətyanı torpaq sahəsi ayrılmış, 137,3 m² sahəsi olan fərdi yaşayış evi inşa edilmiş və xx.xx.1992-ci ildə Texniki İnventarlaşdırma Bürosu tərəfindən Maştağa tərəvəzçiliksüdçülük sovxozunun sahəsində inşa edilmiş fərdi yaşayış evinə Texniki Pasport tərtib olunmuşdur. Abşeron rayon Dövlət Arxivinin 3-48-1RA/2-P-1870/24 № li, xx.xx.2024-cü il tarixli X5 rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 175 N- li qərarına əsasən Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikdirmək üçün hər ailəyə 0.12 ha hesabı ilə 60 ailəlik 7.2 ha həyətyanı torpaq fondu, 1.8 ha küçə və yollar üçün, cəmi 9.0 ha torpaq sahəsi ayrılmışdır. Maştağa Tərəvəzçilik- Südçülük sovxozunda həyətyanı torpağa ehtiyacı olan işçilərin ərizə və digər sənədləri, sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin qərarını nəzərə alaraq, ayrılmış həyətyanı torpaq fondunu 60 ailə arasında paylamış və bu haqda toplanmış sənədləri təsdiq üçün Abşeron RİH-nə təqdim etmişdir. Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan aşağıdakı şəxslərə hər birinə 0.12 ha hesabı ilə həyətyanı torpaq ayrılması haqqında Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının xx.xx.1991-ci il tarixli, 6 nömrəli li birgə qərarı və həmin sovxozun xx.xx.1991-ci il tarixli, 66 № li əmri nəzərə alınaraq, Həsənova (Abdullayeva) Səriyyə İsmayıl qızına-gözətçi-verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qeyd edilmişdir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5.bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları(Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (səhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair,... 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazǝ;... İddiaçı qeyd olunan maddənin tələbinə uyğun olaraq Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində fərdi yaşayış evi yerləşdiyi 1200,0 m² torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və ÇİXARİŞİN verilməsi ilə bağlı xx.xx.2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ********** № li ərizə ilə müraciət edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli, **********97 № li bildirişi ilə fərdi yaşayış evinin və torpaq sahəsnin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina etmiş və İmtinaya səbəb kimi isə Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 195 Nº li qərarında İstinad edilən Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 66 Ne li əmri və əmrin Arxiv Arayışının təqdim olunmamasını bildirmişdir. İddiaçı qeyd olunan iradlarla razılaşmayaraq xx.xx.2024-cü ildə hüquqmüəyyənedici sənədlərin əsli ilə cavabdeh inzibati orqana yenidən müraciət etmiş, lakin cavabdeh inzibati orqan sənədləri qəbul etməmiş və poçt vasitəsi ilə sənədlərin surətlərinin göndərilməsini tövsiyə etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli, **********97 № li imtina bildirişinin araşdırılmasını xahiş etmiş, cavabdeh isə xx.xx.2025-ci il tarixli, **********60 №-li bildirişi ilə mahiyəti üzrə cavab verməmişdir. Cavabdeh imtina haqqında bildirişində "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Qanunun 15-ci maddəsinin hansı bəndini rəhbər tutduğunu qeyd etməmişdir. Halbuki, həmin maddədə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilən 6 fərqli hal nəzərdə rdə tutulmuşdur ki, onlardan heç biri cavabdehin cavabdehin istinad etdiyi imtina səbəbini özündə ehtiva etmir. Cavabdeh inzibati orqanın imtina haqqında məktubunun məzmunundan görünür ki, o, istinad etdiyi halı ümumiyyətlə əsaslandırmamış və hər hansı müşaiyətedici sübut təqdim etmədən mülahizələrlə bildirmişdir. Cavabdehin qonşu olan torpaq sahələrinə Çıxarışın verilməsinə baxmayaraq, onun müraciətinin təmin edilməsindən imtina edilmiş, nəticədə etimad hüququnun qorunması və bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə xüsusi mülkiyyətdə olan torpaq sahəsinə görə gələcəkdə kompensasiyanın verilməsində fərq olacağından fiziki şəxs mülkiyyət hüququ üzrə qanuni gözləntisindən məhrum edilə bilməz. Qeyd olunan ünvanda yerləşən torpaq sahələri magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmir və mühafizə zolağına düşmür. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən fərdi yaşayış evinə və 1200 m² ərazisi olan torpaq sahəsinə ÇİXARİŞİN verilməməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respubliksının Qanununun tələbləri təmin edildiyindən cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh formal əsaslara istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən fərdi yaşayış evini və 1200 m² ərazisi olan torpaq sahəsini Dövlət Reyestrində qeydiyyata almamaqla iddiaçının gözlənilən mülkiyyət hüquqlarının reallaşdırılmasına maneəçilik törədir və bu hal iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı sözügedən fərdi yaşayış evinin və torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün aşağıda sadalanan qanunvericilik normalarına əsasən onun əmlak üzərində sahiblik hüququna təminat verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********97 xaricolma nömrəli mektubla cavab verimişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 195 nömrəli, xx.xx.1991-ci il tarixli qərarından çıxarışda istinad edilən "Maştağa tərəvəzçilik-südçülük sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 66 nömrəli əmri və əmrin arxiv arayışı təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən yerində aparılmış müayinə zamanı məlum olmuşdur ki, istifadədə olan torpaq sahəsinin ölçüsü: 2400 kv.m təşkil edir və texniki pasportda öz əksini tapmış fərdi yaşayış evi aşkar olunmadı, həmin ərazidə eyni ölçülərdə yarımçıq tikili mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarbi 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini tesdiq eden senedlerin Siyahısı"nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (hemin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) emri asasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq emrin hamın sovxozun (kend təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda ise "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan veren senedler (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan veren hemin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hayata keçirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə rasasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilmesini tasdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddesine əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların Qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirler. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Mecəlləsinin 48.2-ci maddesini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ seriyalı 282856 nömrəli “Nikahın bağlanması haqqında” Şəhadətnaməyə əsasən X6 və X2 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1995ci il tarixdə 721 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-16217/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı ŞİH-nə qaytarılan hissəsində, ayrıc aktı daxilində yerləşir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin qonşuluğunda, ayrıc aktı daxilində **********18 reyestr nömrəli torpaq sahəsi və ayrıc aktında kənarda yerləşən **********43, **********34 reyestr nömrəli torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahələrdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-18032/2025 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktına əsasən torpaq sahəsinin faktiki ölçüsü 0.12 ha təşkil edir. Torpaq sahəsi ümumi hasar daxilindədir. Həyət tikililəri mövcuddur. -Ortofoto görüntüdən müəyyən olunur ki, torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-ARA/2-863/25 nömrəli məktubu ilə təqdim edilən -Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 195 nömrəli qərarına əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli 175 №-li qərarına əsasən Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikdirmək üçün hər ailəyə 0,12 hektar hesabı ilə 60 ailəlik 7,2 hektar həyətyanı torpaq fondu, 1,8 hektar küçə və yollar üçün cəmi, 9,0 hektar torpaq sahəsi ayrılmışdır. Maştağa tərəvəzçiliksüdçülük sovxozunda həyətyanı torpağa ehtiyacı olan işçilərin ərizə və digər sənədlərini, sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin qərarını nəzərə alaraq ayrılmış həyətyanı torpaq fondunu 60 ailə arasında paylamış və bu haqda toplanmış sənədləri təsdiq üçü Abşeron RİK-nə təqdim etmişdir. 1. Maştağa tərəvəzçilik-südçülük sovxozundan aşağıdakı şəxslərə hər birinə 0,12 hektar hesabı i həyətyanı torpaq sahəsi ayrılması haqqında Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarl komitəsinin və əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli 6 №-li birgə qərarı və həm sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 №-li əmri nəzərə alınsın: ...57.X2 - gözətçi...

2. Həmin şəxsə verilmiş torpaq sahəsində fərdi yaşayış evləri tikintisinə icazə verilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********97 nömrəli məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 195 nömrəli, xx.xx.1991-ci il tarixli qərarından çıxarışda istinad edilen "Maştağa tərəvəzçilik-südçülük" sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 66 nömrəli əmri və əmrin arxiv arayışı təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.5-ci bəndinə uyğun olaraq yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanianmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış müvafiq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 195 nömrəli Qərarından çıxarışa əsasən X1 fərdi yaşayış evinin tikintisi məqsədilə 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıya ayrılan torpaq sahəsi və üzərində inşa olunan fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Həmin qərardan çıxarış Abşeron Rayon Dövlət arxivində mövcuddur. İddiaçı ona ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 195 nömrəli, xx.xx.1991-ci il tarixli qərarından çıxarışda istinad edilen "Maştağa tərəvəzçilik-südçülük" sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 66 nömrəli əmri və əmrin arxiv arayışı təqdim edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina edilmişdir. Hazırki iddiasında iddiaçı Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 195 № li qərarı ilə Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının xx.xx.1991-ci il tarixli, 6 № li birgə qərarı və həmin sovxozun xx.xx.1991-ci il tarixli 66 № li əmrinə əsasən Həsənova (Abdullayeva) Səriyyə İsmayıl qızının adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 m² torpaq sahəsinin Dövlət Reyestrində qeydiyyata alınması və Həsənova (Abdullayeva) Səriyyə İsmayıl qızının adına mülkiyyət hüququ ilə vahid Çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya torpaq ayrılarkən qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 08 avqust 1999-cu ildə dərc edilərək qüvvəsini almış Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməklə hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Eləcə də sovxoz əmrləri əsasında ayrılmış torpaq sahələrinə münasibətdə də yuxarıda adıçəkilən 439 nömrəli Fərman müvafiq sovxoz əmri ilə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər- müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər olduğu halda qeydiyyatın həyata keçirilməsini mümkün saymışdır. Başqa sözlə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İşin hallarından müəyyənn olunur ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 175 nömrəli qərarı ilə Maştağa Tərəvəzçilik-südçülük sovxozuna sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş texniki pasportda Maştağa Tərəvəzçilik südçülük sovxozu sahəsindən X1 ayrılan torpaq sahəsinin yerləşməsi öz əksini tapmışdır. İddiaçı iddia tələbi olaraq sovxoz əmri ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir. Həmçinin, cavabdeh orqanın mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinədə iddia olunan torpaq sahəsinin 0.12 ha ölçüdə olması da qeyd edilmiş, koordinatları müəyyənləşdirilmişdir. Başqa sözlə, iddia olunan torpaq sahəsinin ölçüsünün Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 195 nömrəli qərarından Çıxarışda qeyd edildiyi kimi 0.12 olduğu və texniki pasportda da naturada yerinin dəqiq məlum olduğu üçün cavabdeh orqanın sözügedən imtina dəlili əsassız hesab olunur. Cavabdeh orqanın digər imtina əsasını təşkil edən texniki pasportda öz əksini tapmış fərdi yaşayış evi aşkar olunmadığı, həmin ərazidə eyni ölçülərdə yarımçıq tikili mövcud olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbində fərdi yaşayış evinin deyil, fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı mübahisələndirildiyindən, torpaq sahəsində yerləşən tikililərin vəziyyəti hazırki iddia tələbinin təmin olunmasına maneə təşkil etmir. Belə ki, torpaq sahəsi 1991-ci il tarixdə ayrılmış, həmçinin texniki pasportun tərtib olunduğu vaxtdan 30 ildən çox müddət keçmişdir və tikililərdə müvafiq dəyişikliklərin olması mümkündür. Torpaq sahəsinin Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktı daxilində yerləşdiyini cavabdeh məhkəmə sorğusunda bilavasitə bildirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə torpaqayıran qurum tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməli, həmin cizgiyə uyğun mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. Hazırkı halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.\ Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştaa qəsəbəsində Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 195 № li qərarı ilə Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının xx.xx.1991-ci il tarixli, 6 № li birgə qərarı və sovxozun xx.xx.1991-ci il tarixli 66 № li əmrinə əsasən Həsənova (Abdullayeva) Səriyyə İsmayıl qızının adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar