Məhkəmə qərarları › İş №2-1(112)-7546/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7546/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7546/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməməsinə dair qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi- Həkim Komissiyası tərəfindən iki dəfə yoxlamadan keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında” Əsasnamənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarına uyğun olaraq hər iki yoxlama nəticəsində sülh dövründə xidmətə yararsız kimi şəhadətləndirilmişdir. Sonuncu yoxlama 2024-cü ilin oktyabr ayında olub. İlkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaş olaraq yerli çağırış komissiyasında yoxlamadan keçirilmişdir. Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 59-cu maddəsinin c bəndinə əsasən onurğanın xəstəliklərivə onların nəticələri, funksiyaların cüzi dərəcədə pozulmasına görə dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı olaraq şəhadətləndirilmişdir (müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirnıə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən 24 oktyabr 2024-cü il tarixli çıxarış əlavə edilir). Bu səbəbdən müddətli həqiqi hərbi xidmətə aparılmamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni aparmaq səlahiyyəti cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra cavabdeh) həvalə edilmişdir. Cavabdeh qurumda əyani tibbi yoxlamadan keçmişdir. Əyani tibbi müayinə nəticəsində ona "Funksiyaların pozulması olmadan onurğanın bel nahiyyəsində birinci mərhələ skoliozu" diaqnozu təyin edilmişdir. Əyani yoxlama nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişi əsasında onun həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti qiymətləndirilmiş və nəticədə göndərişdə göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməməsinə dair qərar qəbul edilmişdir. Yekun tibbi müayinə nəticəsində qəbul edilmiş qərar şəhadətləndirilməyi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Qərarı əsassız və qanunsuz hesab etdiyi üçün bu barədə cavabdehə müraciət ünvanlamışdır. Ona verilmiş cavabda məhkəməyə müraciət etməyi bildirilib (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 X17 X15 surəti əlavə edilir). Cavabdehin yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməməsinə dair qərarını tamamilə əsassız hesab edir. Əyani yoxlama tələsik, heç bir ətraflı müayinə aparılmadan həyata keçirilib. Yoxlama tam aparılmayıb, əyani yoxlama nəticəsində qərar qəbul edilərkən ona qoyulmuş "Funksiyaların pozulması olmadan onurğanın bel nahiyyəsində birinci mərhələ skoliozu" diaqnozu ilə yanaşı digər xəstəliklərinin də olması və hərbi-həkim komissiyasının qəbul etdiyi qərar nəzərə alınmayıb. Halbuki, digər ciddi xəstəlikləri də var və bu xəstəliklər həkim müayinələri ilə təsdiqini tapıb. Hazırda 27 yaşı var. Səhhətində ciddi problemlər, fəsadlar var. Səhhəti həqiqi hərbi xidmət keçməyə imkan vermir. Cavabdehin qərarı qanunsuz və əsassızdır.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1. Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası) 2. Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası) 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə (bundan sonra – Əsasnamə) uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron qaydada formalaşdırılan və “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilən göndəriş (forma 44) əsasında Agentlik tərəfindən həyata keçirilir. Bu məqsədlə Agentliyin nəzdində ən son müasir tibbi avadanlıqlarla təchiz edilmiş X11 (bundan sonra – Mərkəz) yaradılmışdır. Mərkəzdə çağırışçıların yekun tibbi müayinəsi ixtisaslaşmış peşəkar həkim mütəxəssislər tərəfindən aparılır. Yekun tibbi müayinəyə dair qərarlar isə X2 tərəfindən qəbul edilir. Yekun tibbi müayinənin aparılması üçün SHXÇDX tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Vətəndaşların qəbulu” altsistemi üzərindən sıradankənar hərbi xidmətə yararlılıq və hərbi xidmətə yararsızlıq səbəbinə (çağırışçının xəstəliyinə) uyğun olaraq çağırışçıya Agentlikdə həkim qəbuluna elektron növbə təyin edilir, hansı vaxtda Mərkəzə yaxınlaşmalı olduğu və gəlməməsinin nəticələri barədə məlumat verilir. Çağırışçı təyin edilmiş müayinə günündə SHXÇDX-nin müvafiq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının nümayəndəsinin müşayiəti ilə Mərkəzə yaxınlaşır və avtomatlaşdırılmış qaydada aparılan növbə seçimi əsasında müvafiq (çağırışçının yararsızlığı barədə rəydə göstərilən xəstəlik üzrə) həkimə yönləndirilir. Həkim-mütəxəssis tərəfindən çağırışçının əyani və instrumental tibbi müayinəsi həyata keçirilir, laborator və əlavə diaqnostik müayinələrə zərurətin olub olmadığı aydınlaşdırılır. Çağırışçının laborator və əlavə diaqnostik müayinələrinin aparılmasına zərurət olduğu müəyyən edilərsə, müvafiq tibbi müayinələrin həyata keçirilməsi üçün daxili göndəriş verilir. Mərkəzdə mövcud olmayan digər tibbi müayinə tələbləri üzrə göndəriş elektron formada tibb müəssislərinə göndərilir. Tibb müəssisələri tərəfindən tibbi müayinələrin aparılmasına dair göndəriş əsasında çağırışçının mümkün qısa vaxt ərzində növbədənkənar müayinəsi aparılır. Tibbi müayinələrin nəticəsində çağırışçıda göndərişdə (forma 44) öz əksini tapmayan yanaşı xəstəlik aşkar edilərsə, bununla bağlı həmin göndərişdə müvafiq dəyişiklik edilməklə, çağırışçı aşkarlanan xəstəliyə uyğun olaraq digər qəbul həkiminə yönləndirilir. Çağırışçıya dair tələb olunan müayinələrin nəticələri əldə olunduqdan sonra qəbul həkimi çağırışçının sağlamlıq vəziyyətinə dair elektron sənəd formasında müvafiq rəy formalaşdırır və elektron imzası ilə təsdiq edərək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edir. Qəbul həkiminin rəyi altsistemə daxil edildikdən sonra çağırışçı barəsində yekun tibbi müayinənin həyata keçirilməsi üçün X1 biri altsistem tərəfindən avtomatlaşdırılmış qaydada seçilir. Seçilmiş müvafiq komissiya çağırışçının yekun tibbi müayinəsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən həyata keçirilir və müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir: yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Qəbul edilən müvafiq qərar elektron sənəd formasında formalaşdırılır və Tibbi Qiymətləndirmə Komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla SHXÇDX-nin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərarın qəbul edilməsi üçün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edilir. İddiaçı (FİN: xxxxxxx) barəsində M41 XBT kodu, “Skolioz” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Xəstəliklər Cədvəlinin 39-cu maddəsinin (59. Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa):) “C” bəndinin 1-ci qrafasının “C” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün xx.xx.2024-cü il tarixində Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Yekun tibbi müayinə zamanı Həqiqi struktur skoliozun təyini üçün uzanıqlı vəziyyətdə aparılmış onurğa sütununun rentgenoqrafiya müayinəsində ölçümlər 59 nömrəli əmrə əsasən Çaklin metodu ilə aparılmışdır və ölçülmüş bucaq pasientin hazırki vəziyyətini əks etdirir. Onurğanın bel nahiyəsində zirvəsi L2 fəqərə cismi olmaqla onurğanın sağa doğru 7 (yeddi) dərəcə təsbit olunmayan əyriliyi qeyd edilir. Beləliklə aparılmış müayinələr nəticəsində iddiaçının xəstəliyi daha yüngül qiymətləndirilərək, fərqli kateqoriya ilə təsdiqlənmiş və qəbul həkimi tərəfindən Əsasnamənin 2-1.13-cü yarımbəndinə uyğun olaraq çağırışçının sağlamlıq vəziyyətinə dair rəy formalaşdırılmış və həmin rəy tibbi müayinə nəticələri və digər sənədlər əlavə edilməklə yekun tibbi müayinəyə dair qərarın qəbul edilməsi üçün müvafiq Tibbi qiymətləndirmə komissiyasına göndərilmişdir. Çağırışçıda müayinə nəticələri əsasında tibbi qiymətləndirmə komissiyası tərəfindən hərbi xidmətə yararlılığının göndərişdə qeyd edilən kateqoriya üzrə deyil, Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin “ç” bəndinin 1-ci qrafasının “A-3” kateqoriyası üzrə təsdiqlənməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməməsi xahiş edilir.

4. “X12 və Ortopediya İnstitutu”nda tərtib edilmiş xx.xx.2019-cu il tarixli 5589 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı SHXÇDX-nın Kəlbəcər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 367 №-li göndərişi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müayinədə olmuşdur. Diaqnoz: Onurğanın sol tərəfli döş tipli İİ (ikinci) dərəcəli skoliozu. Funksiyanın cüzi pozulması.

5. “X12 və Ortopediya lnstitutu”nda tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1137 №-li sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, İddiaçı SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 218 №-li göndərişi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müayinədə olmuşdur. Diaqnoz: Sağ tərəfli bel tipli İİ (ikinci) dərəcəli skolioz. Funksiyanın cüzi pozulması.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən: Hərbi Həkim Komissiyasının rəyi: XBT kodu - M41; Xəstəlik – Skolioz; Diaqnoz –Skolioz; Maddə 59; Bənd C; Qrafa 1; Kateqoriya C. XBT-yə rəyin verilməsi: Qərar - Yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir; Xəstəlik – Skolioz; XBT kodu - M41; Maddə 59; Diaqnoz - Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa); Bənd Ç; Açıqlama funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda; Qrafa İ; Kateqoriya A-3; Rəy - Funksiyaların pozulması olmadan, onurğanın bel nahiyəsində birinci mərhələdə skolioz. Maddə 59, bənd ç, kateqoriya A-3. Tibbi Qiymətləndirmə Komissiyasının yekun tibbi müayinə qərarı: Səfərbərlik – C; DTSERA - A-3; Qərarın növü - Fərqli kateqoriya üzrə təsdiqlənir; Status - Daha yüngül qiymətləndirilir.

7. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışa əsasən: Çağırışçı: İddiaçı, Doğum tarixi: xx.xx.1998, FİN: xxxxxxx Çağırış dövrü: 2024-cü ilin Oktyabr ayı Yerli çağırış komissiyasının qərarı: Yararlılıq kateqoriyası – C -dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı; Tarix: xx.xx.2024; Maddə 59C; “Xəstəliklər cədvəli”nə əsasən xəstəliyin adı - Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): - c) funksiyaların cüzi dərəcədə pozulması ilə. Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyi - Həkim (cərrah): Yararlılıq kateqoriyası – C -dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı; Tarix: xx.xx.2024; Maddə 59C; “Xəstəliklər cədvəli”nə əsasən xəstəliyin adı - Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): - c) funksiyaların cüzi dərəcədə pozulması ilə. Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) Sədrinin rəyi: Yararlılıq kateqoriyası – C -dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı; Tarix: xx.xx.2024; Maddə 59C; “Xəstəliklər cədvəli”nə əsasən xəstəliyin adı - Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): - c) funksiyaların cüzi dərəcədə pozulması ilə. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) Yekun rəyi: Yararlılıq kateqoriyası – A-3; Tarix: xx.xx.2024; Yekun rəy: Daha yüngül qiymətləndirilir, fərqli kateqoriya üzrə təsdiq. Hərbi xidmətə yararlılıq barədə yekun qərar: Yararlılıq kateqoriyası – A-müddətli həqiqi hərbi xidmətə yararlı; Məhdudiyyət dərəcəsi: 3-cü dərəcə; Tarix: xx.xx.2024.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 358/2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:

1. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə tibb müəssisəsi “Saf Clinik”-də Cobb bucağının təyini ilə əlaqədar onurğa sütununun 2 proyeksiyada kompüterli Rentgen müayinəsindən keçirilmiş və radioloq “Skoliz, İ dərəcə. Döş və bel fəqərəarası disklərin degenerativ dəyişiklikləri” olması nəticəsinə gəlmişdir. Qərardadda ekspertiza qarşısında qoyulmuş yarımbəndlərindəki suallar qiymətləndirmə meyarlarına aid olduğundan həmin sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 ekspertlərinə həvalə edilmişdir: İddiaçı canlı müayinə olunmaqla: 1) XBT 10 kodu M41 “skolioz” aşkar edilirmi? Əgər aşkar edilirsə 13.5.1.1.- 13.5.1.4. qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2) Onda aşkar edilən xəstəliklər “Hərbi-həkim ekspertizası haqqında” X3 59-cu maddəsinin hansına bəndinə uyğun gəlir?

10. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli K/213-2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: - Vətəndaş İddiaçı hazırda “Onurğa sütununun döş və bel şöbəsinin təsbit olunmayan birinci mərhələ (7°, 5°) skoliozu” xəstəliyindən əziyyət çəkir və bu xəstəliklə o, “Xəstəliklər cədvəlinin” 59ç maddəsinin İ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”yə qoşma) əsasən A-3 məhdudiyyətlə “hərbi xidmətə yararlıdır”. - Qərardadın yarımbəndlərində ekspertiza qarşısında qoyulmuş xəstəliyin qiymətləndirmə meyarlarına dair sualların həlli məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir.

11. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

13. Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən:

1. 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

14. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

15. Cavabdeh tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan iddiaçının yekun tibbi müayinəsinin nəticəsinə əsasən, Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin “ç” bəndinin 1-ci qrafasının “A-3” kateqoriyası üzrə təsdiqlənməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.

16. İddia tələbi həmin qərarın ləğv edilməsindən ibarətdir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

18. Hazırki iddia mübahisələndirmə haqqında iddiadır.

19. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

21. Məhkəmə qeyd edir ki, istər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, istərsə də Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyaları öz səlahiyyətləri daxilində müstəqil qurumlar olmaqla çağırışçıların (İ halda) və hərbi qulluqçuların (İİ halda) hərbi xidmətə yararlılıq kateqoriyalarını müəyyən edir.

22. Mübahisə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığının Azərbaycan Respublikası Prezidentinin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən cavabdehin qiymətləndirməsinin müəyyən olunmasından ibarətdir.

23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya SHXÇDX-nin Kəlbəcər rayon İdarəsi tərəfindən “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 59-cu maddəsinin c bəndinə əsasən “Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): - c) funksiyaların cüzi dərəcədə pozulması ilə” diaqnozu qoyulmuşdur. Bununla da yerli çağırış komissiyası xx.xx.2024-cü il tarixli qərar qəbul edərək xx.xx.1998-ci il təvəllüdlü İddiaçı C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olaraq şəhadətləndirilmişdir.

24. Daha sonra verilən Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssislərinin rəyi və Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) Sədrinin rəyində iddiaçı “Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): - c) funksiyaların cüzi dərəcədə pozulması ilə” diaqnozu ilə C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

25. Azərbaycan Respublikası Prezidentinin "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanından göründüyü kimi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni aparmaq səlahiyyəti cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra cavabdeh) həvalə edilmişdir.

26. Yekun tibbi müayinəni aparan cavabdeh əyani müəyinə nəticəsində iddiaçıya çağırış komissiyasından fərqli diaqnoz təyin edərək xəstəliyini "Funksiyaların pozulması olmadan onurğanın bel nahiyyəsində birinci mərhələ skoliozu" kimi qiymətləndirmişdir.

27. Bununla da onun həqiqi hərbi xidmətə yararlılıq vəziyyəti qiymətləndirilmiş və nəticədə tibbi qiymətləndirmə komissiyası tərəfindən hərbi xidmətə yararlılığının göndərişdə qeyd edilən kateqoriya üzrə deyil, fərqli kateqoriya üzrə - Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin “ç” bəndinin 1-ci qrafasının “A-3” kateqoriyası üzrə təsdiqlənməsinə dair xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.

28. Müddətli həqiqi hərbi xidmətə cəlb olunan çağırışçının tibbi şəhadətləndirmə nəticəsində hərbi xidmətə yararlılığına dair qərarlar barədə vahid elektron informasiya sistemindən çıxarışından görünür ki, hərbi xidmətə yararlılıq barədə xx.xx.2024-cü il tarixdə yekun qərar qəbul edilərək iddiaçı A - müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir.

29. Hazırda iddiaçı Komissiyanın qərarının ləğv edilməsini xahiş edir.

30. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, hərbi xidmətə yararlılığı “Hərbi-həkim ekspertizası haqqında” X3 59-cu maddəsinin “ç” bəndinin 1-ci qrafasının “A-3” kateqoriyası üzrə qiymətləndirilmişdir. Nəticədə A - müddətli həqiqi hərbi xidmətə yararlı olması barədə yekun qərar qəbul edilmişdir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədə göstərilir -1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. -1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidməti, Azərbaycan Respublikasının Strateji X10 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. - 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən aparılan müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi istisna olmaqla), hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət; - 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. - 2.18. Barəsində Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bu Əsasnamənin 2.15ci bəndində qeyd olunan “B”, “C”, “Ç” və “D” kateqoriyalarına dair rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentlik tərəfindən bu Əsasnamənin İİ-1-ci hissəsinə uyğun olaraq həyata keçirilir. - 2-1.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar barəsində bu Əsasnamənin 2.18-ci bəndində qeyd olunan qərarların qəbul edilməsi üçün yekun tibbi müayinənin (bundan sonra – yekun tibbi müayinə) aparılması məqsədilə VEİS, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) inteqrasiya edilir. - 2-1.3. Bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan hərbi xidmətə yararlılıq haqqında “B”, “C”, “Ç” və “D” kateqoriyaları üzrə hərbi həkim komissiyaları tərəfindən çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda VEİS üzərindən bu Əsasnamənin əlavəsinə uyğun göndəriş (forma 44) formalaşdırılaraq yekun tibbi müayinənin aparılması üçün altsistemə ötürülür. - 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri - “c” bəndinə aşağıdakılar aiddir:

1. fəqərələrin rotasiyası ilə müşayiət olunan onurğanın təsbit olunmuş qazanılmış əyrilikləri (İİ mərhələ skolioz (11-25 dərəcə arasında), fəqərə cisminin ön səthinin hündürlüyünün 2 dəfə və daha çox azalması, 3 və daha çox fəqərənin pazabənzər deformasiyası ilə müşayiət olunan osteoxondropatik kifoz və s.);

2. kliniki və rentgenoloji müayinələrlə aşkar edilmiş ağır fiziki yük zamanı ağrı sindromu və deformasiyaların aydın anatomik əlamətləri olan məhdud deformasiyaedici spondilyoz (3 və daha çox fəqərə cisminin zədələnməsi) və fəqərələrarası osteoxondroz (3 və daha çox fəqərələrarası diskin zədələnməsi);

3. müalicədən sonra funksiyanın cüzi dərəcədə pozulması və ağrı sindromu ilə müşayiət olunan hemilaminektomiya, yaxud laminektomiya cərrahiyyə əməliyyatlarının nəticələri;

4. disektemiyadan sonrakı boyunda cage qoyulan hallar. - “ç” bəndinə aşağıdakılar aiddir:

1. onurğanın əyrilikləri (İ mərhələ skolioz), o cümlədən osteoxondropatik kifoz (xəstəliyin son mərhələsi);

2. funksiyaların pozulması olmadan deformasiyaedici spondilyozun və fəqərələrarası osteoxondrozun təcrid olunmuş təzahürləri; 32.3. İ dərəcəli kifoz 31-40o hərbi xidmətə yararlıdır.

33. İddiaçıda aşkar edilən xəstəliklərin “Hərbi-həkim ekspertizası haqqında” X3 59-cu maddəsinin hansı bəndinə uyğun olmasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14 tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş K/213-2025 saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, İddiaçı hazırda “Onurğa sütununun döş və bel şöbəsinin təsbit olunmayan birinci mərhələ (7°, 5°) skoliozu” xəstəliyindən əziyyət çəkir və bu xəstəliklə o, “Xəstəliklər cədvəlinin” 59ç maddəsinin İ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”yə qoşma) əsasən A-3 məhdudiyyətlə “hərbi xidmətə yararlıdır”.

34. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmətə yararlılığının Xəstəliklər Cədvəlinin 59-cu maddəsinin “ç” bəndinin 1-ci qrafasının “A-3” kateqoriyası üzrə təsdiqlənməsi haqqında qərarın tamamilə əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyi iddiaçının canlı müayinəsi və iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən aparılaraq cavabdehin yekun tibbi müayinəyə dair qərarında qeyd edilmiş diaqnozla əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında” X5 59-cu maddəsinin “ç” bəndinin 1-ci qrafasının “A-3” kateqoriyası üzrə hərbi xidmətə yararlılığı görünür.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir.

36. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar