Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7548/2024 21.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi iddiaçılar İddiaçı1 və İddiaçı4 iştirakı ilə, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 (bundan sonra - iddiaçılar) cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıların ünvan 1 ünvanına qeydiyyata alınmalarıı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 2/7 saylı ev İddiaçı1 məxsusdur. O, ailə üzvləri olan digər iddiaçılarla birlikdə uzun illərdir ki, həmin həyət evində yaşayır. İddiaçılar yaşadıqları evə rəsmi qeydiyyata düşməsi üçün cavabdehə müraciət etmişlər. Lakin cavabdehin 17.01,2024-cü il tarixli imtina məktubunda iddiaçıların həmin evə mülkiyyət hüququnu təsdiq edən rəsmi sənəd olmadığından qeydiyyata düşmələrinin mümkün olmadığı bildirilmişdir. Hal-hazırda evə dair X11 ilə bağlanan xx.xx.2023-cü il tarixli ilkin-alqı satqı müqaviləsi vardır. Çünki İddiaçı1 həmin mənzili ödəniş edərək keçmiş mülkiyyətçi olan X6 almışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı3 və İddiaçı2 və cavabdeh məhkəmə iclasında təmssil edilməmişlər. Cavabdeh məhkəməyə ünvanlanmış məktubunda işə nümayəndəsinin iştirakı olmadıan baxılmasını xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçlar İddiaçı1 və İddiaçı4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı1 ilə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqailəsinə əsasən X11 ünvan 1-nin gələcəkdə alqı-satqı müqaviləsini rəsmiləşdirmək barədə öhdəlik götürmüşlər. X11 həmin evi İddiaçı1 satmaq öhdəliyi İddiaçı1 isə evin dəyərinio 131 000 manatı ödəmək öhdəliyi götürmüşdür. 56 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli, 44 saylı arayışına əsasən iddiaçılar ünvan 1-də qeydiyyatsız yaşayırlar. İş materiallarına ünvan 1-nin kommunal müqavilələrinin surətləri əlavə edilmişdir. Göründüyü kimi həmin evin kommunal ödənişləri X1 adınadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında xx.xx.1989-cu il təvəllüdlü X10 xx.xx.2007-ci ildən xx.xx.2024-cü ilədək, xx.xx.2005-ci il təvəllüdlü X8 xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. xx.xx.2015-ci ilə təvəllüdlü X5 isə xx.xx.2015-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 bildirmişdir ki, o ünvan 1-nin əvvəlki sahibi olmuşdur. X11 onun oğludur. Onlar həmin evi İddiaçı1 öz aralarında razılığıa əsasən satmışlar. Bununla bağlı X11 ilə iddiaçı arasında ilkin müqavilə də bağlanmışdır. İddiaçıların həmin evə qeydiyyata düşməsinə etirazı yoxdur. Məhkəmə üçüncü şəxsn izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçıların hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (2). Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir (3.1) Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (5). Göründüyü kimi ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları barədə cavabdehə müraciət etmişlər, cavabdeh isə iddiaçıların müraciətini təmin etməmişdir. Hazırda iddiaçılar həmin ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). İşdən göründüyü kimi ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da X11 və onun ailə üzvlərinə məxsus olmuşdur. Həmin ev X11 tərəfindən İddiaçı1 öz aralarında razılğa əsasən satılmış və bununla bağlı lkin müqavilə bağlanmışdır. Hazırda iddiaçılar həmin evə qeydiyyata düşmək istəyirlər. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məktubunda X7 xx.xx.2007-ci ildən xx.xx.2024cü ilədək, X4 xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilədək yaşayış yeri üzrə qeydiyyatda olduğu, X2 isə xx.xx.2015-ci ildən yaşayış yeri üzrə qeydiyyatda olduğu bildirilmişdir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanına inzibati orqan tərəfindən artıq yaşayış yeri üzrə qeydiyyata alınmış şəxslər olduğundan “İnzibati icraat haqqında” Qanunun “bərabərlik” və “etimad hüququnun qorunması” prinsiplərinə uyğun olaraq iddiaçıların həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasından səlahiyyətli inzibati orqan tərəfindən imtina edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Bu səbəbdən iddia təmin edilməli iddiaçıların ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən rəsmi qaydada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7548/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7548/2024
21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver