Məhkəmə qərarları › İş №2-1(112)-7553/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7553/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7553/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı “Gədəbəy rayon Məhkəməsinin icraatında olan 2(042)-346/2022 saylı mülki işə baxılıb yekun qərar çıxarılana kimi, Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2019 saylı icra sənədinin icrasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar, Bakı şəhər Səbail rayon İcra məmuru Tural Aşurovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərardadın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı “Gədəbəy rayon Məhkəməsinin icraatında olan 2(042)-346/2022 saylı mülki işə baxılıb yekun qərar çıxarılana kimi, Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2019 saylı icra sənədinin icrasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar, Bakı şəhər Səbail rayon İcra məmuru Tural Aşurovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərardadın qəbul edilməsi” iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 250/2019 saylı qətnaməsi ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli qətnaməsi qismən dəyişdirilərək, üçüncü şəxslər X1 və X2 “borcun tutulması” tələbinə dair iddiaları qismən təmin olunmuş, iddiaçıdan 11370 manat pulun tutularaq hazırki iş üzrə üçüncü şəxslərə ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icra olunmaq üçün aiddiyyatı üzrə onun yaşadığı Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinə icra sənədinə əsasən göndərilmişdir. Hazırda icra sənədi Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurovun icraatındadır. İddiaçı Səbail rayon İcra məmuru Tural Aşurova rəsmi ərizə ilə müraciət edərək bildirmişdir ki, o, məhkəmə qətnaməsini qismən icra etmişdir. Belə ki, 11370 manat borcdan 8600 manat tələbkarın depozit hesabına ödəniş etmiş, məhkəmə qətnaməsi ilə qət olunmuş borcdan hazırda 2700 manat ödənilməmiş borc qalmışdır. O, həmin borc məbləğini tələbkara Bakı şəhər Binəqədi rayon Polis İdarəsində müstəntiqin iştirakı ilə aktla ödəmişdir. Həmin borc məbləği barədə tərəflər arasında mübahisə olduğundan (belə ki, iddiaçı istintaq müddətində həmin borcu tələbkara ödəmiş və bu barədə ödəniş qəbzi vardır) o, tələbkar X3 qarşı Gədəbəy rayon Məhkəməsində məhkəmə aktları ilə müəyyən olunmuş məbləğin (2(104)-250/2019 saylı qətnaməsi üzrə) azaldılması tələbinə dair iddia qaldırmış, iddia tələbi üzrə mülki iş Gədəbəy rayon Məhkəməsinin (2(042)-346/2022 saylı iş) icraatındadır və hazırda məhkəmə prosesləri davam edir. Bunula əlaqədar, o, cavabdehə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Gədəbəy rayon Məhkəməsinin icraatında olan 2(042)-346/2022 saylı mülki işin nəticələri icraatınızda olan 2(104)-250/2019 saylı işin icrasına təsir etdiyindən Gədəbəy rayon Məhkəməsinin icraatında olan 2(042)-346/2022 saylı mülki işə baxılıb yekun qərar çıxarılana kimi hazırki işin icraatının dayandırılması barədə qərar qəbul edilsin. Lakin Bakı şəhər Səbail İcra X5suz olaraq icra hərəkətləri aparır, onun məcburi olaraq icra şöbəsinə gətrilməsi barədə qərar qəbul edir və barəsində qanunsuz protokollar tərtib edir. İcra məmurunun bu hərəkətləri qanunsuzdur. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi Gədəbəy rayon Məhkəməsinin icraatında olan 2(042)-346/2022 saylı mülki işə baxılıb yekun qərar çıxarılana kimi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2019 saylı icra sənədinin icrasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi olduğundan qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahsələrə baxılmasının xüsusi qaydasını o cümlədən Azərbaycan Respublikasının MPM-nin 231.3-cü maddəsində müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcələsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri... icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır... İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün həmin hərəkətlərlə (hərəkətsizliklə)bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında (icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, yəni Səbail Rayon Məhkəməsi) tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Səbail rayon İcra və probasiya şöbəsinə qarşı “Gədəbəy rayon Məhkəməsinin icraatında olan 2(042)-346/2022 saylı mülki işə baxılıb yekun qərar çıxarılana kimi, Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2019 saylı icra sənədinin icrasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar, Bakı şəhər Səbail rayon İcra məmuru Tural Aşurovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərardadın qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Səbail rayon İcra və probasiya şöbəsinə qarşı “Gədəbəy rayon Məhkəməsinin icraatında olan 2(042)-346/2022 saylı mülki işə baxılıb yekun qərar çıxarılana kimi, Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icraatında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-250/2019 saylı icra sənədinin icrasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar, Bakı şəhər Səbail rayon İcra məmuru Tural Aşurovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərardadın qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar