Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7559/2021 10.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs X8) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: Bakı şəhəri Cavabdeh 28.04.2021-ci il tarixli 4 nömrəli sərəncamı ilə Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, 9 nömrəli evin, yaşayış sahəsi 38,5 kv.m. olan 2 otaqlı 9 nömrəli mənzilinin kirayəçisi X7 vəfat etməsi ilə əlaqədar həmin mənzilin sosial kirayə müqaviləsinin qızı X4 adına dəyişdirilməsi qərara alınmışdır. 22.05.2021-ci il tarixdə X4 ünvan 1 ünvanında yerləşən 57.3 kv.metr sahəsi olan 9 saylı mənzili üzərində mülkiyyət hüququ ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Bundan sonra İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28.04.2021-ci il tarixli, 84 saylı sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21.06.2021-ci il tarixli qərardadı ilə X8 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, X7 vərəsəsidir. ünvan 2 ünvanında yerləşən mənzilə dair X7 adına 1961-ci il tarixli order verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli 2(003)-298/2018 saylı qətnaməsi ilə 9 saylı mənzilin keçmiş “Lenin elektrik şəbəkəsi” tərəfindən verilmiş 20 fevral 1961-ci il tarixli order əsasında X9 və onunla birlikdə faktiki yaşayan qızı X8 arasında 2 bərabər hissələrə bölünməsi, mənzilin ½ hissəsinin iddiaçının istifadəsinə verilməsi, X9 və X8 ilə ayrıayrılıqda hər birinin adına payların mütənasib hissəyə ayrıca mənzil kirayə müqavilələrinin bağlanması qət edilmişdir. 14.05.2020-ci il tarixdə X12 vəfat etmiş, bundan sonra 3-cü şəxs X8 Bakı şəhəri Cavabdehnə müraciət edərək, mərhum anasının adına olan 20.02.1961-ci il tarixli orderə əsasən anası vəfat etdiyinə görə həmin mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. Cavabdehin 28.04.2021-ci il tarixli 84 saylı Sərəncamı ilə 9 saylı mənzilin sosial kirayə müqaviləsi X1 Zenfira Mizbaxovnanın adına dəyişdirmiş, Z.Hüseynova bunun əsasında dövlət reyestrindən adına çıxarış almışdır. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində olan Notariat Ofisinin xüsusi notariusu Ramin Zülfüqarovun verdiyi arayışa əsasən A.Abjalilovanın vərəsəsi kimi tanınmış və ondan qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. Z.Hüseynova A.Abjalilovanın qızı olsa da, ona heç vaxt yaxşı münasibət bəsləməmiş, övlad kimi yaşlı valideyninin qayğısına qalmamışdır. Cavabdeh tərəfindən verilmiş 23.04.2021-ci il tarixli Sərəncam İddiaçı mülkiyyət hüquqlarını pozur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 9, mənzil 9 keçmiş Lenin Elektik şəbəkəsi tərəfindən verilmiş 20 fevral 1961-ci il tarixli orderə əsasən X7 icarəsinə verilmişdir və mənzil hazırda Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsusdur. Sözügedən mənzilin kirayəçisi X12 14.05.2020-ci il tarixdə vəfat etmişdir. Həmin ünvanda pasport qeydiyyatında olan qızı X8 Cavabdehnə ərizə ilə müraciət edərək mənzilin kirayəçisi anası A.Abjalilova vəfat etdiyindən həmin mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmiş və İcra Hakimiyyətinin 84 nömrəli, 28.04.2021-ci il tarixli sərəncamı ilə mənzilin sosial kirayə müqaviləsi onun adına dəyişdirilmişdir. Digər ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi vardır. İddiaçı A.Abjalilovanın vərəsəsi olması ilə bağlı Cavabdehnə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddiaya etiraz etdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin sərəncamının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Sərəncam 21.02.1961-ci il tarixli order əsasında iddiaçının vərəsəsi olduğu X7 icarəsinə verilmiş mənzil barəsində qəbul edildiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, 28.04.2021-ci il tarixli sərəncam iddiaçının iştirakı olmadan qəbul edilmiş, cavabdeh həmin sərəncamın hansı tarixdə iddiaçı tərəfindən alınmasını sübuta yetirə bilməmişdir. İddiaçı isə həmin sərəncamı vərəsəlik işi açıldıqdan sonra 11.06.2021-ci il tarixdə cavabdehə müraciət etməsi nəticəsində əldə etdiyini bildirmiş, 14.06.2021-ci il tarixdə həmin sərəncamın mübahisələndirilməsi ilə bağlı iddianı poçt vasitəsilə məhkəməyə təqdim etmişdir ki, məhkəmə hesab edir ki, bununla da iddiaçı qanunvericiliklə müəyyən olunan 30 günlük prosessual müddət çərçivəsində məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: - Lenin elektrik şöbəsinin 20.02.1961-ci il tarixli orderi əsasında Buzovna qəsəbəsi, ev 9 ünvanında yerləşən 9 saylı mənzil X7 istifadəsinə verilmişdir. - Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 10.09.2018-ci il tarixli 2(003)-298/2018 nömrəli qətnaməsi ilə iddiaçı X7 iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 9 ünvanında yerləşən 9 saylı mənzilə dair istifadə qaydası müəyyən edilərək mənzilin 17,5 kv.metrdən ibarət yaşayış otağı iddiaçı X7, 21 kv.metrdən ibarət yaşayış otağı X4 istifadəsinə verilmiş, hamam və mətbəxin ümumi istifadədə saxlanılması qət olunmuşdur. - AZ-İİ №088802 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 14.05.2020-ci il tarixdə vəfat etmişdir. - 23.02.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən ünvan 4 ünvanında X8 və X10 qeydiyyatdadırlar. - 30.03.2021-ci il tarixdə X8 ərizə ilə cavabdehə müraciət edərək anası vəfat etdiyindən mənzil kirayə müqaviləsinin onun adına keçirilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. - X10 17.03.2021-ci il tarixli ərizə ilə Bakı şəhəri, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 9 ünvanında yerləşən 9 saylı mənzilin özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. - Cavabdehin 28.04.2021-ci il tarixli 84 nömrəli sərəncamı ilə Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, 9 nömrəli evin, yaşayış sahəsi 38,5 kv.m. olan 2 otaqlı 9 nömrəli mənzilinin kirayəçisi X7 vəfat etməsi ilə əlaqədar həmin mənzilin sosial kirayə müqaviləsinin qızı X4 adına dəyişdirilməsi qərara alınmış, mənzilin sosial kirayə müqaviləsində dəyişiklik edilməsi Xəzər rayon MKTB-nə həvalə edilmiş, X6 mənzilin mövcud vəziyyətdə texniki pasportunun tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. - 22.05.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 57.3 kv.metr sahəsi olan 9 saylı mənzilə X4 mülkiyyət hüququ ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşdə olan 09.07.2020-ci il tarixli 8”v”-178 reyestr nömrəsi ilə açılmış vərəsəlik işindən görünür ki, 29.08.2015-ci il tarixli vəsiyyətnamə ilə A.Abjalilova ona məxsus bütün daşınar və daşınmaz əmlaklarını, əmanətlərini və pullarını İddiaçı vəsiyyət etmişdir. İddiaçı hazırda bu vəsiyyətnaməyə istinad edərək üçüncü şəxs barəsində verilmiş əlverişli inzibati aktın qanunsuz olduğunu iddia edərək onun ləğv olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda müəyyənləşdirilməli hal inzibati orqan tərəfindən mübahisəli sərəncam qəbul ediləkən qanunnvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. Bu zaman yoxlanılmalı hal: 1. İnzibati aktın səlahiyyətli inzibati orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olmasıdır (yəni inzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Bu baxımdan mübahisəli inzibati aktı yoxlayan məhkəmə qeyd edir ki, 1982-ci ildə qəbul edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinə icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən bir mənzildə yaşayan və burada yaşayış sahələrindən ayrı-ayrı müqavilələr üzrə istifadə edən vətəndaşlar bir ailədə birləşdikdə, icarəyə götürdükləri sahənin hamısı üçün onlardan hər hansı biri ilə bir icarə müqaviləsi bağlanmasını tələb etmək ixtiyarına malikdirlər. Kirayədarın bir icarə müqaviləsi bağlamaqdan imtina etməsinə məhkəmədə baxıla bilər. Həmçinin qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Göründüyü kimi, qanunverici kirayəçinin vəfat etdiyi halda onun əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarını yalnız kirayəçinin fəaliyyət qabiliyyətli ailə üzvlərinə şamil etmişdir. Üçüncü şəxs Z.Hüseynova vəfat etmiş kirayəçi A.Abjalilovanın ailə üzvü - qızı olmuş, onunla həmin mənzildə birgə yaşamış, Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cavabdehə müraciət etmiş, bu zaman həmin mənzildə qeydiyyatda olan digər şəxs X5 razılıq ərizəsini təqdim etmiş, cavabdeh də həmin normanı əsas tuturaq mübahisəli evə dair kirayə müqaviləsinin Z.Hüseynovanın adına dəyişdirilməsi barədə sərəncam vermişdir. İddiaçı vəfat emiş A.Abjalilovanın ailə üzvü olmamış, mübahisəli mənzildə heç vaxt yaşamamışdır, ünvan 5 ünvanında qeydiyyatdadır. Belə olan halda isə əsas icarədar A.Abjalilovanın ailə üzvü olan və onunla mübahisəli mənzildə birgə yaşayan Z.Hüseynova barəsində verilmiş 28.04.2021-ci il tarixli sərəncamın qəbul edilməsi ilə bağlı onun razılığına da ehtiyac olmamışdır. Buna görə də məhkəmə istinad olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin 28.04.2021-ci il tarixli sərəncamı maddi və prosessual qanunvericiliyə uyğun olmuşdur. İddiaçı sərəncamı mübahisələndirərkən A.Abjalilovanın verdiyi vəsiyyətnaməyə istinad edir. Lakin işdən görünür ki, mübahisəli əmlaka A.Abjalilovanın malik olduğu hüququn miras aktivinə daxil edilməsi, iddiaçının onu qəbul etməsi ilə bağlı hər hansı sənədi və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarını nə cavabdeh orqana, nə də məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, bu məsələ, yəni A.Abjalilovanın mübahisəli əmlaka olan hüququnun onun miras aktivinə daxil olması, həmin əmlakla bağlı hüquqlarını vəsiyət etməsinin mümkünlüyü və buna uyğun olaraq iddiaçının həmin mənzillə bağlı vərəsə kimi əmlak hüquqlarının yaranıb yaranmaması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmetinə aiddir. Hazırkı halda məhkəmə yalnız inzibati orqanın mübahisəli sərəncamı qəbul edərkən qanunvericiliyin tələblərinə əməl edib etməməsini yoxlayır ki, yuxarıda qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirməsi üzrə hazırkı halda cavabdeh 28.04.2021-ci il tarixli sərəncamı qəbul edərkən hər hansı bir qanun pozuntusuna yol vermədiyindən həmin inzibati aktın ləğv edilməsi üçün əsas da yoxdur. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7559/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7559/2021
10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver