Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-756/2020 02.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X10, 3-cü şəxs “xxxx” QSC-nin nümayəndəsi X8 iştirakları ilə, X3 Cavabdehna qarşı “xxxx” QSC məhkəmənin icraatına 3-cü şəxs qismində cəlb edilməklə “ödənilməmiş qalan kredit borcuna “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbilər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: X6 cavabdehlər Cavabdehna və “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 15000 ABŞ dolları borcun ödənilməmiş qalan hissəsinə “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbilər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-756/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “xxxx” QSC məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla İddiaçı ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2014-cü il kredit müqaviləsi üzrə yaranmış 15000 ABŞ dolları borcun ödənilməmiş qalan hissəsinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin icraata qəbul olunması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildən 2017-ci ilədək ardıcıl olaraq “xxxx” QSC Cəlilabad filialının müştərisi olmuş, götürdüyü borcları (krediti) vaxtı-vaxtında ödəmişdir. 2014-cü ildə iddiaçı “xxxx” QSC-nin təklifini qəbul edərək, uzumüddətli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlamış və 15.000ABŞ dollar məbləğində kredit götürmüşdür. İddiaçı həm bitirmədiyi, həm də yeni krediti vaxtında ödəmiş. Bu vəziyyət ölkədə baş vermiş birinci devolvasiyayadək normal davam etsə də, bir qədər sonra ödəmələr yubanmağa və dayanmağa başladı. “xxxx” QSC-nin özünün təkid və təklifi ilə, yalnız əsas vəsaiti ödəmə şərti ilə 1 ABŞ dolları = 1,05 AZN məzənnəsi ilə borcunu yenidən müntəzəm ödəməyə başlamışdır. Az bir müddət keçmişdir ki, ikinci devolvasiya baş vermiş. Ölkə Prezidentinin problemli kreditlər barədə xx xxxxxx 2019-cu il tarixli son fərmanı ərsəyə gəldikdən sonra, xx xxxx 2019-cu il, xx xxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli 3 ərizə ilə iddiaçı “xxxx” QSC idarə heyətinin sədri cənab A.Həsənova müraciətlər edərək, iddiaçının borcunun dəqiqləşdirilməsini xahiş etmiş, lakin bu günədək müraciəti əsasında heç bir cavab almamışdır. Bundan sonra iddiaçı müvafiq olaraq Nəzarət Palatasına müraciət edərək, kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanının təsiri altına düşməsini və ona kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinə imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati iş üzrə hazırlıq icraatı zamanı iddiaçı iddia ərizəsi üzrə izahat verərək, “xxxx” ASC-nin xx xxxxxxxx 2019-cu il tarixli məktubuna əsasən qalıq əsas borc mələğinin 8203,36 ABŞ dolları olduğunu, bu səbəbdən onun qalıq borcuna “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbilər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi barədə qərar qəbul edilməli olduğunu bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, iddiaçı C.Muraszalı məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblirini rəhbər tutaraq, işə iddiaçı C.Mursazalının iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X14 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, X3 xx xxxxxxxx 2014-cü il tarixli, 20R000011067 saylı kredit razılaşması üzrə qalıq borc məbləği devalvasiya tarixlərinə, xx.xx.2019-cu il tarixinə 10.000 ABŞ dollarından çox təşkil etmişdir. Belə ki, hazırki iddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisə yaranmış, həmin mübahisə zamanı X11 xx xxxxxxxx 2014-cü il tarixli, 20R000011067 saylı kredit razılaşması üzrə “xxxx” ASC tərəfindən maliyyə arayışı verilən tarixə, yəni xx xxxx 2017-ci il tarixə borc məbləği ümumilikdə 15.456,60 ABŞ dolları (əsas borc – 11.589,52) təşkil etmişdir. Həmçinin, mülki iş üzrə keçirilmiş ekspertizanın rəyindən də aydın görünür ki, iddiaçının devalvasiya tarixlərinə də əsas borc üzrə qalıq məbləği 10000 ABŞ dollarından çox olmuşdur. İddiaçının da məhkəmə iclaslarında verdiyi izahatından da aydın görünür ki, iddiaçı 2017-ci ildən sonrakı tarixlərdə kredit borcu üzrə ödənişlər həyata keçirməmişdir. Belə olan halda,"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tələbləri iddiaçıya münasibətdə tətbiq olunmamalıdır. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs “xxxx” QSC-nin nümayəndəsi X12 iddia ərizəsinə öz münasibətini bildirərək, qeyd etdi ki, X13 ilə “xxxx” QSC arasında xx xxxxxxxx 2014-cü il tarixli, 20R000011067 saylı kredit razılaşması bağlanılmışdır. İddiaçı kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq ödənişləri dəfələrlə yubatmış, kredit razılaşması üzrə planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsait qaytarılmamışdır. Bu səbəbdən “xxxx” QSC tərəfindən mülki qaydada iddiaçıya qarşıya iddia qaldırılmışdır. Mülki icraat zamanı təyin olunmuş ekspertiza zamanı məlum olmuşdur ki, X11 xx xxxxxxxx 2014-cü il tarixli, 20R000011067 saylı kredit razılaşması üzrə “xxxx” ASC tərəfindən maliyyə arayışı verilən tarixə, yəni xx xxxx 2017-ci il tarixə borc məbləği ümumilikdə 15.456,60 ABŞ dolları (əsas borc – 11.589,52) təşkil etmişdir. Göründüyü kimi, iddiaçının xx xxxx 2017-ci il tarixədək qalıq borcu 10.000 ABŞ dollarından çox olması, qalıq borcun ölkə ərazisində baş vermiş devalvasiya tarixinə də 10.000 ABŞ dollarından da çox olmasını göstərir. Bundan əlavə iddiaçının xx.xx.2019-cu il tarixə əsas borc məbləği 11589,52 ABŞ dolları təşkil etdiyindən Fərmanın 6.1.2-ci bəndinə əsasən borclunun əsas kredit borcunun qalıq məbləğini cəmi 10000 ABŞ dollarından çox olduğundan onun barəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı tətbiq edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: -Kredit razılaşması № 20R000011067 saylı, xx xxxx 2010-cu il tarixli 20L000000160 №-li kredit xətti müqaviləsi üzrə qəbul olunmuş xx xxxxxxxx 2014-cu il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” QSC tərəfindən İddiaçı 24 ay müddətinə aylıq 1.9167% faiz olmaqla 15.000 ABŞ dolları kredit verilmişdir. - “xxxx” QSC-nin xx xxxxxxxx 2019-cu il tarixli, 790 saylı məktubunda qeyd olunmuşdur ki, “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş planina uyğun olaraq 24 ay müddtinə aylıq ödəmək şərti ilə 15.000 USD məbləğində kredit verilmişdir. X1 Cavad Ziyad oğlunun öhdəliklərinə zamin durmuş və zaminlik müqaviləsinə əsasən borclu ilə eyni məsuliyyət daşıyır və borcu ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixinə gecikdirilmiş ödəniş məbləği 30.537,69 USD (əsas məbləğ 8.203,36 USD, faiz ödənişi 6.981,95 USD, cərimə məbləği 15.352,38 USD) təşkil edir. -“xxxx” QSC tərəfindən verilmiş məlumatdan görünür ki, “xxxx” QSC-nin müştərisi olan İddiaçı 20R000011067 saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixinə olan borc: 11.589,52 ABŞ dolları əsas, 7.221,02 ABŞ dolları faiz, 13.908,79 ABŞ dolları cərimə, ümumilikdə 32.719,33 ABŞ dolları təşkil edir. - Azərbaycan Respublikasının Maliyyə X7 xx xxxxxxx 2019-cu il tarixli, ********** saylı məktubundan görünür ki, X3 müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələ bankla birgə araşdırılmış və bank tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona aylıq faiz dərəcəsi 1.917% olmaqla 24 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının kreditləri üzrə həmin devalvasiyaların baş verdiyi tarixlərə ümumi qalıq borcu 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün kompensasiyaların hesablanması hissəsində, xx xxxx 2019-cu il tarixinə isə ümumi qalıq borcu 10000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) və ya 17000 manatdan artıq olduğu üçün restrukturizasiya hissəsində Fərmanın əhatə dairəsinə düşməmişdir. Bank tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçıya xəbərdarlıq məktublarının göndərilməsinə, cari kredit borcu üzrə cərimə və faiz məbləğlərinə güzəştin tətbiq olunması imkanları barədə məlumat verilməsinə baxmayaraq heç bir nəticə olmadığından bank tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi qərarı qəbul olunmuşdur. - Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 1166 saylı rəyindən görünür ki, İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli, 20R000011067 saylı kredit razılaşması üzrə xx xxxx 2017-ci il tarixə olan borcu əsas borc qismində 11.558 ABŞ dolları 39 sent, faiz borcu qismində 3.898 ABŞ dolları 21 sent olmaqla 15.456 ABŞ dolları 60 sent təşkil edir. - Biləsuvar rayon məhkəməsinin 2(022)-6/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, «xxxx»qapalı səhmdar cəmiyyətinin iddiasının qismən təmin edilməsi, İddiaçı «xxxx» qapalı səhmdar cəmiyyətinin xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli 20R000011067 saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.558 (on bir min beş yüz əlli səkkiz) ABŞ dolları 39 (otuz doqquz) sent, xx xxxx 2017-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.898 (üç min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 21 (iyirmi bir) sent, cərimə qismində 50 (əlli) ABŞ dolları, cəmi 15.506 (on beş min beş yüz altı) ABŞ dolları 60 (altmış) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 20 (iyirmi) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat və xidmət haqlarının əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması; tutmanın X11 mülkiyyətində olan Biləsuvar şəhəri, Hüseyn Cavid küçəsində 0.06997 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mərtəbəli, 219,8 kv.m ümumi, 82,7 kv.m yaşayış, 137,1 kv.m yardımçı sahədən ibarət 5 otaqlı 20 saylı fərdi yaşayış evinə yönəldilməsi, İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Hüseyn Cavid küçəsində 0,06997 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbə kvadratmetr ümumi, 82,7 kvadratmetr yaşayış, 137,1 kvadratmetr .yardımçı sahədən ibarət 5 otaqlı 20 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 16.800 (on altı min səkkiz yüz) manat məbləğində müəyyən edilməsi; İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Hüseyn Cavid küçəsində 0,06997 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 219,8 kvadratmetr ümumi, 82,7 kvadratmetr yaşayış, 137,1 kvadratmetr yardımçı sahədən ibarət 5 otaqlı 20 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına İddiaçı «xxxx» qapalı səhmdar cəmiyyətinə xx xxxxxxxx 2014-cü il tarixli 20R000011067 saylı kredit razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.558 (on bir min beş yüz əlli səkkiz) ABŞ dolları 39 (otuz doqquz) sent, xx xxxx 2017-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 3.898 (üç min səkkiz yüz doxsan səkkiz) ABŞ dolları 21 (iyirmi bir) sent, cərimə qismində 50 (əlli) ABŞ dolları, cəmi 15.506 (on beş min beş yüz altı) ABŞ dolları 60 (altmış) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 20 (iyirmi) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat və xidmət haqlarının əvəzi qismində 20 (iyirmi) manat məbləğində borcun ödənilməsi; İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, Hüseyn Cavid küçəsində 0,06997 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 219,8 kvadratmetr ümumi, 82,7 kvadratmetr yaşayış, 137,1 kvadratmetr yardımçı sahədən ibarət 5 otaqlı 20 saylı fərdi yaşayış evi satıldıqdan 1 (bir) ay sonra İddiaçı həmin evdən istifadə hüququna xitam verilsin, İddiaçı həmin evdən çıxarılsın və həmin əmlak boşaldılmaqla, alıcıya təhvil verilməsi; «xxxx» qapalı səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilməsi; İddiaçı «xxxx» qapalı səhmdar cəmiyyətinə qarşı ipoteka müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə iddiasının rədd edilməsi; məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməsi; ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 (yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. -Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1121/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh, eyni zamanda İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Biləsuvar rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(022)-6/2019 saylı qətnaməsi dəyişdirilərək ipoteka predmeti olan Biləsuvar şəhəri, Hüseyn Cavid küçəsində 0,06997 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 219,8 kv.m ümumi, 82,7 kv.m yaşayış, 137,1 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 20 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 85.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC ilə aralarında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq borc hissəsinə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının tətbiq edilməsini xahiş etmişdir. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.1951-cı il təvəllüdlüdür, onun (kredit alan) “xxxx” QSC (kredit verən) ilə aralarında kredit münasibətləri mövcud olmuş, həmin münasibətlər zəminində, ona 24 ay müddətinə aylıq 1.9167% faiz olmaqla 15.000 ABŞ dolları kredit verilmişdir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə İddiaçı ilə “xxxx” QSC arasında bağlanmış müqavilə üzrə devalvasiya tarixlərinə, yəni xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərinə, həmçinin, xx.xx.2019-cu il tarixinə əsas qalıq borcunun nə qədər təşkil etməsidir. Məhkəmə iddiaçının kredit müqaviləsi üzrə borc məbləğini müəyyən etməzdən əvvəl, ilk öncə ölkə ərazisində baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı qüvvədə olan qanunvericiliyin normalarını əsas gətirir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Cavabdehna məlumat verilməsi tapşırılmışdır. Həmin Fərmanın 8.6-8.8-ci bəndlərin əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Cavabdeh tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutlmuşdur. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Cavabdeh (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10.000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. (3.1.2-ci bənd). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: 6.1.1. həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır; 6.1.2. fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019-cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; 6.1.3. fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Həmin Qaydaların 6.2-cı bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (xx.xx.2015-ci il və xx.xx.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Həmçinin, qalıq borcun restrukturizasiya olunması üçün də əsas şərtlər kredit müqaviləsinin 2012-ci il yanvarın 1-dən 2019-cu ilin martın 1-dək bağlanması, 2019-cu ilin martın 1-nə əsas kredit borcunun qalıq məbləğinin 10000 ABŞ dollarından və ya 17000 manatdan çox olmaması və həmin tarixə ödənişlərin 360 gündən çox gecikdirilmiş olmasıdır. İşin hallarından məlum olmuşdur ki, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməməsinin əsaslı səbəbi odur ki, onun ölkə ərazisində baş vermiş hər iki devalvasiya tarixlərinə kredit müqaviləsi üzrə qalıq borc məbləği 10.000 ABŞ dolları məbləğindən çox təşkil etmiş, həmçinin, xx.xx.2019-cu il tarixinə kredit müqaviləsi üzrə borc məbləğinin gecikdirilmiş günlərinin sayı 360 gündən çox olsa da, əsas borc üzrə qalıq məbləği 10000 ABŞ dollarından çox olmuşdur. İddiaçının “xxxx” QSC-nin xx xxxxxxxx 2019-cu il tarixli 790 nömrəli məktubunu təqdim edərək, həmin məktubla onun gecikdirilmiş əsas məbləğinin 8203,36 ABŞ dolları qeyd edildiyini, bununla da onun ödənilməmiş əsas qalıq borcunun 10000 ABŞ dollardan aşağı olduğu üçün Fərmanın ona tətbiq edilməli olması dəlilinə münasibət bildirərək Məhkəmə qeyd edir ki, Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, “xxxx” QSC iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 2014-cü il tarixli, 20R000011067 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 11.589 ABŞ dolları 52 sent, faiz borcu qismində 4.047 ABŞ dolları 76 sent, cərimə qismində 7.038 ABŞ dolları 50 sent, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunu və 20 manat xidmət haqqının İddiaçı və X2 “xxxx” QSC-nin xeyrinə tutulmasını, tutmanın ipoteka İddiaçı mülkiyyətində olan əmlaklara qarşı yönəldilməsini xahiş etmişdir. Biləsuvar rayon məhkəməsinin 2(022)-6/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli və Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1121/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnamələri ilə “xxxx” QSC-nin iddiası qismən təmin olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza rəyindən isə aydın görünür ki, İddiaçı devalvasiya tarixlərinə əsas qalıq borcu 10000 ABŞ dollarından çox olmuş, xx.xx.2017-ci il tarixinə əsas borc üzrə qalıq məbləği 11558,39 ABŞ dolları göstərilmiş, mülki iş üzrə araşdırma zamanı sonradan ödənişlərin edilməsi ilə bağlı iddiası olmamış, həmçinin, 3-cü şəxs “xxxx” QSC tərəfindən təqdim edilmiş arayışa əsasən xx.xx.2019-cu il tarixinə əsas məbləğ üzrə borc 11589,52 ABŞ dolları olmuşdur. Göründüyü kimi, İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli, 20R000011067 saylı kredit razılaşması üzrə qalıq borcuna “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli Fərmanın tətbiq edilməsi əsasları mövcud deyildir. Odur ki, cavabdeh inzibati orqan əsaslı olaraq iddiaçının müraciətindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, X3 Cavabdehna qarşı “xxxx” QSC məhkəmənin icraatına 3-cü şəxs qismində cəlb edilməklə “ödənilməmiş qalan kredit borcuna “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbilər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi”nə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 68 – 69-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X3 Cavabdehna qarşı “xxxx” QSC məhkəmənin icraatına 3-cü şəxs qismində cəlb edilməklə “ödənilməmiş qalan kredit borcuna “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbilər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının tətbiq edilməsi”nə dair iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-756/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-756/2020
02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver