Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7564/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Sənaye - Tikinti ASC-də xx.xx.1999-ci il tarixindən xx.xx.2004-ci il tarxinədək kadrlar şöbəsində müvəkkil vəzifəsində işlədiyi dövrün (5 il 1 ay 19 gün) sosial sığorta stajına əlavə edilməklə əlliliyə görə əmək pensiyası növündən əmək pensiyasına keçirilməsi və pensiya hüququ yaranan tarixdən hesablanılmaqla pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçının pensiya təyin edilməsi barədə ərizəsinə cavabdeh baxaraq 21 fevral 2022-ci il tarixli məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinada onunla əsaslandırılmışdır iddiaçının təqdim etdiyi xx.xx.1976-cı il tarixli İT-İ№0044302 saylı əmək kitabçasına əsasən sığorta stajı 23 il 8 ay təşkil etdiyindən, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadıgından, həmçinin xx.xx.1999-cu il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin araşdırılması zamanı "xxxx" ASC-də işlədiyi dövr haqqında arayış təqdim edildiyindən qarşılıqlı yerində yoxlanılıb sənədlərin yararsız vəziyyətdə olması səbəbindən aktı tərtib etmək mümkün olmadıgından ümumi əmək stajının 25 ildən az olduğuna görə ona əmək pensiyasının təyin edilməsi mümkünsüz hesab edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və qanunaziddir. Belə ki, həmin müəssədə iddiaçının işə daxil olmağı və işdən çıxmağı barədə əmrlər mövcuddur, əmək kitabçasında bu barədə qeydlər aparılaraq təsdiq edilmiş, "xxxx" ASC-nin rəhbərliyi 08 dekabr 2021-ci il tarixli 02-1 saylı arayışla iddiaçının həmin idarədə işləməyi faktını təsdiq etmiş, lakin arxiv sənədləri yararsız vəziyyətdə olduğundan onların təqdim edilməsi imkanlarının xaricində oldugunu bildirmişdir. Həmin təşkilatın arxiv sənədlərini saxlamaq iddiaçının vəzifəsinə aid deyil, sənədlərin əldə edilməməsi iddiaçının hüuqlarının pozulması üçün əsas ola bilməz. Cavabdeh orqanın iddiaçının qeyd edilən müddətdə təşkilatda çalışmasını təkzib edən sübutu mövcud olmadıgından əsassız iddialarla qanuni əsaslarla işlədiyi müddət sığorta stajından xaric edilə bilməz. İddiaçı xx.xx.1975-cı il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1975-xx.xx.1982-ci illərdə 4 saylı Xüsusi Tikinti İdarəsinin Yol Trestində anbar müdiri, xx.xx.1982-xx.xx.1992-ci illərdə Bakıtikinti İdarəsində katib, xx.xx.1992-xx.xx.1992-ci illərdə Nazirlər Kabinetində katibstenoqrafçı, xx.xx.1992-xx.xx.1993-cü illərdə Bakı şəhəri İcra Hakimiyyətində böyük inspektor, xx.xx.1993-xx.xx.1997-ci illərdə Bakıbaştikinti İdarəsində katibə-makinaçı, xx.xx.1997-xx.xx.1999-cu illərdə SU Bakıavtomatikada dispetçer, xx.xx.1999-xx.xx.1999cu illərdə Məişət İstehlak Xidmətləri Bazarı Departamentinin Nərimanov rayon şöbəsində, xx.xx.1999-xx.xx.2003-cü illərdə "xxxx" ASC-də kadrlar şöbəsində müvəkkil işləməklə təqdim etdiyi xx.xx.1976-cı il tarixli İT-İ№0044302 saylı əmək kitabçasına əsasən 29 il ümumi əmək stajını toplamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh Fondun Sosial Ödənişlərin X6 Filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi xx.xx.1976-cı il tarixli ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajının tələb olunan 25 il sığorta stajından az olması səbəbilə, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubu ilə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2012-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Sözügedən Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. İddiaçının təqdim etdiyi xx.xx.1976-cı il tarixli ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajı 23 il 08 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilmiş əmak kitabçasında qeyd edilmiş xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASCki əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməyib. Sözügedən dövr iddiaçıya xx.xx.2012-ci il tarixdə İİ qrup əlilliyə görə pensiya təyinatı zamanı da nəzərə alınmamışdır. Belə ki, iddiaçının işlədiyini iddia etdiyi dövrlər ona əlilliyə görə pensiya təyinatı aparılarkən qeyd edilməmiş, sözügedən qeydlər əmək kitabçasına sonradan əlavə edilmişdir. İddiaçı əmək kitabçasında qeyd edilmiş dövrlər üzrə qeydlər olmasına baxmayaraq işə daxil olma və işdən çıxma əmrlərində imzalar qeyd edilməmişdir. İşə tam, obyektiv və hərtərəfli baxılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixli **********1 nömrəli sorğu göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********109600 nömrəli məktubunda iddiaçı X2 işlədiyini iddia etdiyi "xxxx" ASC-də xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verildiyi qeyd edilmişdir. Həmçinin, sözügedən müəssisənin sənədlərinin yarasız vəziyyətdə olması səbəbindən qarşılıqlı yoxlama aktının tərtib edilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə 180 manata çatdırılmışdır. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa qörə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
- xx.xx.2009-ci il tarixdə Bakı Sabunçu RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. - DSMF-nin xx.xx.2022-ci il tarixli **********4 saylı iddiaçıya ünvanlanmış məktubu bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2012-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Sözügedən Qanunun 34-cü maddəsinə əssasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz xx.xx.1976 il tarixli İT-İ № ******* saylı əmək kitabçanıza əsasən sığorta stajınız 23 il 8 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, xx.xx.1976-cı il tarixində adınıza tərtib olunmuş AZE № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1999-cu il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı, Bakı Sənaye Tikinti ASCdə işlədiyiniz dövr haqqında arayış təqdim edildiyindən qarşılıqlı yerində yoxlanıb sənədlərin yararsız vəziyyətdə olması səbəbindən akt tərtib edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, sığorta stajınızı təsdiq edən əlavə sənəd təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz zərurət olduğu halda araşdırıla bilər. “İnzibati icraat haqqında” Azerbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02-1 saylı xx.xx.2021-ci il tarixli və 02-3 saylı xx.xx.2022-ci il tarixli eyni məzmunlu arayışlarında göstərilmişdir ki, “X3 həqiqətən 02 avgust 1999-cu il tarixdən 21 sentyabr 2004 cü il tarixədək, “Bakı Sənaye-Tikinti" Açıq Səhmdar Cəmiyyətində kadrlar şöbəsində müvəkil vəzifəsində işləyib və ƏM-n 69 maddəsinə əsasən (işçinin təşəbbüsü ilə) işdən azad edilib. Lakin "xxxx" ASC 17 avgust 2008-ci il tarixdən fəaliyyətini dayandırıb. Cəmiyyətin arxivi, tavanı uçduğundan, bərbad vəziyyətdədir, heç bir sənədi qurtarmaq olmadı. Çünki bütün sənədlər yararsız vəziyyətdədir.” - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli **********403100 saylı məktubu ilə məhkəməyə göndərilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surətindən görünür ki, cəmiyyət xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********8109600 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən "xxxx" ASC xx.xx.2000-ci il tarixə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2005-ci il tarixdə inventarlaşdırmadan keçərək müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Əlavə olaraq, hüquqi şəxs tərəfindən təqdim olunan fəaliyyətin dayandırılması ərizəsinə əsasən fəaliyyəti xx.xx.2016-ci il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılmış və müddət başa çatdığı üçün aktivləşmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci tarixədək dayandırılmış və müddət başa çatdığı üçün aktivləşmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılmış və müddət başa çatdığı üçün aktivləşmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış və müddət başa çatdığı üçün aktivləşmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış və müddət başa çatdığı üçün aktivləşmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dayandırılmış və müddət başa çatdığı üçün aktivləşmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək dayandırılmış və müddət başa çatdığı üçün aktivləşmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılmış və müddət başa çatdığı üçün aktivləşmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılmış eyni zamanda hüquqi şəxsin fəaliyyətinin bərpası ərizəsinə əsasən fəaliyyəti xx.xx.2021-ci il tarixdə aktivləşmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılmışdır. Hazırda hüquqi şəxsin fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən etibarən aktiv vəziyyətdədir. - Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********42 saylı məktubunda göstərildiyi kimi iddiaçının adı müəssisənin emissiya prospektində qeyd edilməmişdir. - İddiaçıya aid pensiya işindən görünür ki, ona xx.xx.2013-cü il tarixli qərarla xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. - İddiaçıya məxsus ******* saylı xx.xx.1976-cı il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, xx.xx.1975 - xx.xx.1982-ci illərdə 4 saylı Xüsusi tikinti idarəsinin yol trestində anbar müdiri, xx.xx.1982 - xx.xx.1992-ci illərdə Bakıtikinti idarəsində katib, xx.xx.1992 - xx.xx.1992-ci illərdə Nazirlər Kabineti katib stenoqrafçı, xx.xx.1992xx.xx.1993-cü illərdə Bakı şəhəri İcra Hakimiyyəti böyük inspektor, xx.xx.1993 xx.xx.1997-ci illərdə Bakıbaş tikinti idarəsi katibə makinaçı, xx.xx.1997-xx.xx.1999-cü illərdə SU Bakıavtomatika dispetçer, xx.xx.1999-xx.xx.1999-cu illərdə Məişət istehlak xidmətləri bazarı Departamenti Nərimanov rayon şöbəsi, xx.xx.1999 -xx.xx.2004-cü illərdə Bakı Sənaye-tikinti ASC kadrlar şöbəsində müvəkkil işləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunverici orqan qadınların ən azı 60 yaşına çatmasını, eyni zamanda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini və yaxud 25 il sığorta stajı olmasını pensiya təyin edilməsi əsas hesab edir. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətinə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçıya aid əmək kitabçasına əsasən onun xx.xx.1975-xx.xx.1982-ci illərdə 4 saylı Xüsusi Tikinti İdarəsinin Xüsusi Yol Trestində anbar müdiri (6 il 3 ay 9 gün), xx.xx.1982 - xx.xx.1992-ci illərdə Bakıbaştikinti İdarəsində katibə (10 il, 1 ay, 26 gün), xx.xx.1992 - xx.xx.1992-ci illərdə Nazirlər Kabinetində katibə-stenoqrafçı (2 ay 2 gün), xx.xx.1992-xx.xx.1993-cü illərdə Bakı şəhəri İcra Hakimiyyətində katibə və böyük inspektor (1 il), xx.xx.1993-xx.xx.1997-ci illərdə Bakıbaştikinti İdarəsində katibə-makinaçı (4 il 1 ay 25 gün), xx.xx.1997-xx.xx.1999-cü illərdə SU “Bakıavtomatika”da dispetçer (1 il 6 ay 19 gün), xx.xx.1999 - xx.xx.1999-cu illərdə Məişət İstehlak Xidmətləri Bazarı Departamentinin Nərimanov rayon şöbəsində (4 ay 11 gün) işləməklə, ümumilikdə, 23 il 8 ay 2 gün ümumi iş stajının toplaması işin mübahisə edilməyən hallarındandır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə tələb olunan 25 ildən artıq iş stajının əvəzində yalnız 23 il 8 ay 2 gün iş stajını toplanmışdır. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi xx.xx.1976-cı il tarixli ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də işlədiyi əmək fəaliyyəti dövrün cavabdeh tərəfindən onun iş stajına nəzərə alınmaması barədə dəlilləri əsaslıdır. Belə ki, iddiaçının işlədiyini iddia etdiyi dövrlər ona xx.xx.2012-ci il tarixdə əlilliyə görə pensiya təyinatı aparılarkən təqdim etdiyi əmək kitabçasında olmamış, sonradan əlavə edilmişdir. Əmək kitabçasının tərtibatında olan pozuntular, 15-ci səhifəsində qeyd olunmuş qeydlərdə müəssisənin möhürünün yanında vəzifəli şəxsin imzasının olmaması əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaradır. Bu şübhələr həm də ona görə əsaslıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli **********403100 saylı və xx.xx.2022-ci il tarixli **********8109600 saylı məktubları ilə məhkəmə sorgusuna əsasən göndərilmiş məlumatlardan göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alındıgı və xx.xx.2000-ci il tarixdə vergi orqanında uçota alındıgı halda, yəni müəssisənin qanuni nümayəndəsi olan direktorunun hələ təyin olunmadıgı (fəaliyyət qabiliyyəti əldə etmədiyi halda) iddiaçının xx.xx.1999-cu ildə işə qəbul edilməsi barədə onun səlahiyyətli şəxs kimi bir əmr verməsini mümkünsüz edən haldır. Bu şübhə həm də onunla əsaslıdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********42 saylı məktubunda göstərildiyi kimi iddiaçının adı əmək kollektivinin üzvü kimi müəssisənin emissiya prospektində belə qeyd edilməmişdir. Odur ki, məhkəmə araşdırması zamanı iddiaçının sosial təminat hüququnun pozulmadığı aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2
Hakim Mehriban Qarayeva