Məhkəmə qərarları › İş №2-1(112)-7565/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7565/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7565/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 oglunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan Nxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 03.09.202N-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N973-cü il tarixdə Ermənistan SSRİ, Amasiya rayonunda anadan olmuş, mənfur düşmənlərin faşist əməlləri nəticəsində məcburi köçkün həyatı yaşamış, 22.04.N993-cü il tarixdə Bakı şəhəri, Nəsimi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, xidmətə Daxili Qoşunların N () saylı hərbi hissəsində başlamış, Daxili Qoşunların N7073, N və N saylı hərbi hissələrində, həmçinin Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrində xidmət etmişdir (Əsas DQBİ-nin arxivinin 28.0N.202N-ci il tarixli 27 nömrəli arxiv arayışı). Xidmət etdiyi müddət ərzində N saylı hərbi hissə komandirinin N4.06.N993-cü il tarixli 28 nömrəli əmri ilə xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədi ilə Ağdam rayonuna ezam olunmuşdur (Əsas DQBİ-nin arxivinin 28.0N.202N-ci il tarixli 27 nömrəli arxiv arayışı). 6N (Ağdam alayı) saylı hərbi hissə komandirinin N4.06.N993-cü il tarixli NN9 nömrəli əmri ilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında N4 iyun N993-cü il tarixdən hissənin qazan təminatına daxil edilmişdir. Həmin bənddə N4 iyun N993-cü il tarixdən N4 iyul N994-cü il tarixədək olan müddətlərdə barəsində digər məlumatların aşkar olunmadığı bildirilmişdir. Digər bənddə N saylı hərbi hissə komandirinin N4.07.N994-cü il tarixli əmri ilə fərarilikdən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin 27.07.N994-cü il tarixli N94 nömrəli əmri ilə 27 iyul N994-cü il tarixdən Füzuli rayonuna döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir. N4.06.N993-cü il tarixdə N saylı hərbi hissəyə - Ağdam rayonuna döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunduqdan sonra aktiv döyüş şəraitində, yəni düşmən üzərinə hücum əməliyyatı yerinə yetirərkən çiyin nahiyəsindən qəlpə yarası almış, döyüş meydanından çıxarılaraq ilkin tibbi yardım göstərildikdən sonra stasionar müalicəyə cəlb olunmadan təkrar xidmətə göndərilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, xidmət etdiyi N və N saylı hərbi hissələr Daxili Qoşunlara deyil, Müdafiə Nazirliyinə aiddir. Həmin hərbi hissələrdə xidmət etməyi Müdafiə Nazirliyinin 22.02.202N-ci il tarixli 9/2-N49N nömrəli arxiv arayışı ilə təsdiq olunur (arxiv arayışı iddia ərizəsinə əlavə olunur). N və N saylı hərbi hissələrdə xidmət etdiyi müddət ərzində həmin hərbi hissələrdən dəfələrlə valideyinlərinə məktublar yazmışdır (məktublar iddia ərizəsinə əlavə olunur). Sonradan iddiaçıya məlum olmuşdur ki, xidmət etdiyi hərbi hissə Daxili Qoşunlara deyil, Müdafiə Nazirliyinə tabedir. Bu barədə valideynlərinə məlumat vermişdir. Valideyinləri vəziyəti öyrəndikdən sonra iddiaçı Müdafiə Nazirliyinin hərbi hissəsindən təhvil alınaraq Daxili Qoşunların N saylı hərbi hissəsinə təhvil verilmişdir. Xidmət etdiyi müddət ərzində iddiaçı sıravı əsgər olduğundan barəsində hansı əmrlər və məlumatlar qeyd olunması barədə məlumatsız olduğundan həmin dövrdə hüquqlarını müdafiyə edə bilməmişdir. İddiaçı yaralandıqdan sonra niyə, hansı məqsədlə Müdafiə Nazirliyinin hərbi hissəsində olduğu barədə məlumatı yox idi. Sonradan yenidən Daxili Qoşunlara xidmətə qayıtdıqdan sonra atəşkəs dövründə sol topuq nahiyəsindən xəsarət almışdır. Həmin yaralanma ilə əlaqədar tibb məntəqəsi şəraitində müalicə aldıqdan sonra yara infeksiya verdiyindən “infeksiyalaşmış yara” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İddiaçı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin X4 İdarəsində fəaliyyət göstərən müvafiq komissiyaya müraciət etmiş, müraciətinin nəticəsi olaraq Daxili İşlər Nazirliyinin X4 İdarəsinin rəisi cənab Elçin Məmmədlinin imzası ilə imtina cavabı almışdır. İmtina cavabında N4.06.N993cü il tarixdən N4.07.N994-cü il tarixədək hərbi hissədə xidmətini təsdiq edən məlumatın aşkar olunmadığını, N4.07.N994-cü il tarixdə isə fərarilikdən gəlmiş hesab edildiyi bildirilmişdir. N4.06.N993-cü il tarixdən N4.07.N994-cü il tarixədək olan müddətdə tarixi dəqiq yadında olmayan düşmənə hücum əməliyatında qəlpə yarası aldıqdan sonra iddiaçıya məlum olmayan səbəbdən Müdafiə Nazirliyinə aid olan hərbi hissəyə keçirilmiş və orda xidmət etmişdir. Bunu N saylı hərbi hissənin qərərgah rəisi polkovnik - leytenant Mamedovun verdiyi 3675 nömrəli, N7.03.N994-cü il tarixli arayış, Müdafiə Nazirliyinin 22.02.202N-ci il tarixli 9/2-N49N nömrəli arxiv arayışı da təsdiq edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Hərbi xidmət əleyhinə olan cinayətlər fəslinə əsasən fərarilik cinayət məsuliyyəti yaradan əməldir. Xidmət etdiyi müddət ərzində barəsində hər hansı cinayət işi başlanılmamış, yaxud cinayət işinin başlanılması rədd edilməmiş, eləcə də hər-hansı cinayət prosessual tədbirlər olmamışdır. Həmçinin, barəsində hər-hansı bir Aministiya, yaxud Əfv fərmanı olmamışdır. Əksinə, hərbi anda, hərbi borca sadiq, Azərbaycan Respublikasına şərəf və vicdanla xidmət edən döyüşçü olduğunu, qüsursuz hərbi xidmətə görə dəfələrlə mükafatlandırıldığını nəzərə alaraq N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Hüseynovun və komandirin tərbiyə işləri üzrə müavini adından valideyinlərinə təşəkkür məktubu göndərilmişdir (surəti əlavə olunur). Belə ki, qeyd etdiyi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilməmiş, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmənin hökmü olmadan iddiaçının fərari hesab olunmağı kobud qanun pozuntusu və qəsdən hüquqlarından məhrum etmə ilə nəticələnir. Hücum əməliyyatı zamanı sol çiyin nahiyəsindən və topuq nahiyəsindən yaralanmaları arxiv arayışında qeyd olunmasa da, həmin xəsarətlərlə bağlı müalicə almağı barədə tibbi sənədlər mövcuddur. Qeyd olunan dövrlərdə vəzifəli şəxslərin tabeliyində olan hərbi qulluqçunun həyatına biganə münasibətləri nəticəsində yaralanmağı, hücum əməliyatından sonrakı talehi barədə heç bir araşdırma aparmaması nəticəsində bu gün sadə vətəndaş məhkəmə orqanlarına müraciət etmək məcburiyətində qalmışdır. Törətmədiyi cinayət əməlinə görə təqsirləndirilməyi iddiaçıya mənəvi və maddi zərər vurur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkəməyə təqdim edilmiş iddiaya dair 27.07.202N-ci il tarixli, 024-2074-N22N saylı yazılı etirazda göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən təqdim olunmuş arxiv arayışına əsasən İddiaçı 24.04.N993-cü il tarixdən 02.0N.N997-ci il tarixədək Daxili Qoşunların N (), N7073, N və N saylı hərbi hissələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi, N saylı hərbi hissə komandirinin N4.06.N993-cü il tarixli 28 nömrəli əmri ilə N4.06.N994-cü il tarixdən xidməti döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayonuna xidməti ezamiyyətə getməsi, N saylı hərbi hissə komandirinin N4.06.N993-cü il tarixli NN9 nömrəli əmri ilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında N4.06.N993-cü il tarixdən hissənin qazan təminatına daxil edilməsi ilə yanaşı N saylı hərbi hissə komandirinin N4.07.N994-cü il tarixli N83 nömrəli əmri ilə fərarilikdən gəlmiş hesab edildiyi aşkar olunmuş, həmçinin dislokasiya yeri döyüş bölgəsi olmuş Ağdam rayonundakı N nömrəli hərbi hissənin tərkibində xidmətini davam etdirməsi faktı təsdiqini tapmamış və atəşkəsdən sonrakı dövrdə Füzuli rayonuna ezam olunması müəyyən olunmuşdur. Bu səbəbdən də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli Qərarına əsasən sabiq hərbi qulluqçu İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün hesab edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - DİN-nin Daxili Qoşunlarının 27 saylı 28.0N.202N-ci il tarixli Arxiv Arayışından görünür ki, iddiaçının N (), N7073, N saylı hərbi hissələrin və dislokasiya yeri Ağdam rayonu - döyüş bölgəsi olmuş N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: N. N saylı hərbi hissə komandirinin 24.04.N993-cü il tarixli NN6 №-li əmrilə hərbi xidmət keçmək üçün Bakı şəhəri Nəsimi RHK-dan gəlmiş çağırışçıların siyahısında “sıravi” hərbi rütbəsi verilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək təlim məntəqəsinin atıcısı təyin edilmişdir;

2. N saylı hərbi hissə komandirinin 3N.05.N993-cü il tarixli N54 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir;

3. N saylı hərbi hissə komandirinin 0N.06.N993-cü il taırixli N3 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissidən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 4-cü bölüyə təyin edilmişdir;

4. N saylı hərbi hissə komandirinin N4.06.N993-cü il tarixli 28 №-li əmrilə N4 iyun N993-cü il tarixdən xidməti döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir;

5. N saylı hərbi hissə komandirinin N4.06.N993-cü il tarbkli NN9 №-li əmrilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında N4 iyun N993-cü il tarixdən hissənin qazan təminatına daxil edilmişdir (N4 iyun N993-cü il tarixdən N4 iyul N994-cü il tarixədək olan müddətlərdə barəsində digər hər hansı məlumat aşkar olunmadı);

6. N saylı hərbi hissə komandirinin N4.07.N994-cü il tarixli N83 №-li əmrilə fərarilikdən gəlmiş hesab edilmişdir;

7. N saylı hərbi hissə komandirinin 27.07.N994-cü il tarixli N94 №-li əmrilə 27 iyul N994-cü il tarixdə Füzuli rayonuna-döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir;

8. N saylı hərbi hissə komandirinin 07.NN.N994-cü il tarixli 292 №-li əmrilə qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir;

9. N saylı hərbi hissə komandirinin 24.NN.N994-cü il tarixli 309 №-li əmrilə Füzuli rayonundan-döyüş bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. N0. N saylı hərbi hissə komandirinin N4.N2.N994-cü il tarixli 329 №-li əmrilə qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; NN. 25032 saylı hərbi hissə komandirinin 25.0N.N995-ci il tarixli 22 №-li əmrilə qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; N2. N saylı hərbi hissə komandirinin 24.03.N995-ci il tarixli 73 №-li əmrilə qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; N3. N saylı hərbi hissə komandirinin 24.05.N995-ci il tarixli N34 №-li əmrilə qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; N4. N saylı hərbi hissə komandirinin 04.07.N995-ci il tarixli N78 №-li əmrilə qospitaldan qaçdığına görə fərarilərin siyahısına daxil edilmişdir; N5. N saylı hərbi hissə komandirinin 05.07.N995-ci il tarixli N79 №-li əmrilə fərarilikdən gəlmiş hesab edilmişdir; N6. N saylı hərbi hissə komandirinin 02.08.N995-ci il tarixli 206 №-li əmrilə 3-cü xüsusi təyinatlı taqımın 2-ci hücum bölməsində atıcı vəzifəsinə təyin edilmişdir; N7. N saylı hərbi hissə komandirinin 3N.0N.N996-cı il taiixli 26 №-li əmrilə qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; N8. N saylı hərbi hissə komandirinin N8.03.N996-cı il tarixli 67 №-li əmrilə qospitalı özbaşına tərk etmiş hesab edilmişdir; N9. N saylı hərbi hissə komandirinin N3.04.N996-cı il tarixli 90 №-li əmrilə fərarilikdən gəlmiş hesab edilmişdir;

20. N saylı hərbi hissə komandirinin 3N.07.N996-cı il tarixli N84 №-li əmrilə 29 iyul N996-cı il tarixdən hərbi hissəni özbaşına tərk etmiş hesab edilmişdir; 2N. N saylı hərbi hissə komandirinin 09.08.N996-cı il tarixli N92 №-li əmrilə fərarilikdən gəlmiş hesab edilmişdir;

22. N saylı hərbi hissə komandiinin 28.08.N996-cı il tarixli 2N0 №-li əmrilə 27 avqust N996-cı il tarixdən qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir;

23. N saylı hərbi hissə komandirinin 30.09.N996-cı il tarixli 238 №-li əmrilə 29 sentyabr N996-cı il tarixdə qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir;

24. Azərbaycan Respublikası Prezidentinin 02.0N.N997-ci il tarixli Fərmanına əsasən N saylı hərbi hissə komandirinin N0.0N.N997-ci il tarixli 8 №-li əmrilə Silahlı Qüvvələrə ehtiyata buraxılaraq hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, Nəsimi RHK-nın sərəncamına göndərilmişdir. Arayış vətəndaş İddiaçı 29N M №-li, 22.0N.202N-ci il tarixli ərizəsinə əsasən təqdim olunur. - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletində iddiaçının 24.04.N993- N0.0N.N997-ci illərdəki həqiqi hərbi xidməti barədə qeydlər edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 22.02.202N-ci il tarixli 9/2-N49N saylı arxiv arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (esas: kitab N994 “M”; səh.-47, sıra-548) N №li hərbi hissədən gəlmiş İddiaçı komandirin 05.0N.N994-cü il tarixli 5 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissədən gəlmiş, N973-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 5 №-li əmrilə (əsas: səh.-22, §4, sıra-254) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “БMO”-ya göndərilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün 4 MAT-un sıravisi İddiaçı oglu N №-li hərbi hissə komandirinin NN iyul N994-cü il tarixli N92 №-li əmrilə (əsas: səh.-90, §6, sıra -N) qazan təminatından çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin mart, iyun N994-cü il, yanvar N997-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - DİN X4 İdarəsinin 2N.05.202N-ci il tarixli 024-N36NM-322N saylı və N2.04.202Nci il tarixli 024-N034-322N saylı eyniməzmunlu məktubları ilə iddiaçıya bildirilmişdir ki, Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında dislokasiya yeri Ağdam rayonu - döyüş bölgəsi olmuş N saylı hərbi hissə komandirinin N4.06.N993-cü il tarixli əmri ilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında hissənin qazan təminatına daxil edilməyi qeyd olunsa da, N4.06.N993-cü il tarixdən N4.07.N994cü il tarixədək olan müddətlərdə həmin hərbi hissədə xidmət etməyini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda, sonradan xidmətinizi davam etdirdiyi N saylı hərbi hissənin N4.07.N994-cü il tarixli əmri ilə fərarilikdən gəlmiş hesab edilməyi göstərilmişdir. Həmçinin, 27.07.N994-cü il tarixdə Füzuli rayonu - döyüş bölgəsinə xidməti ezamiyyətə getməyi isə atəşkəsdən sonrakı dövrə təsadüf etmişdir. Göstərilənlər nəzərə alınaraq, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün hesab edilməmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 03.09.202N-ci il tarixli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, iddiaçı həqiqətən 22.04.N993 - N0.0N.N997 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 03.09.202N-ci il tarixli 368- 7607M-322N saylı arayışından görünür ki, XN məhkumluğu yoxdur. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və statusunun verilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi istisna edilir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçının Daxili Qoşunların Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında dislokasiya yeri Ağdam rayonu - döyüş bölgəsi olmuş N saylı hərbi hissə komandirinin N4.06.N993-cü il tarixli əmri ilə N saylı hərbi hissədən ezam olunmuş şəxsi heyətin siyahısında hissənin qazan təminatına daxil edilməyi qeyd olunsa da, N4.06.N993-cü il tarixdən N4.07.N994-cü il tarixədək olan müddətlərdə həmin hərbi hissədə xidmət etməyini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır. N saylı hərbi hissənin N4.07.N994-cü il tarixli əmri ilə fərarilikdən gəlmiş hesab edilmişdir. Bu halda, iddiaçının barəsində cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar qeyri-qanuni hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər.

SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar