Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7567/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydinin “İddiaçı” olaraq düzəliş edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən iddia tələbi “doğum haqqında akt qeydində adın “Emil”dən “Emin”ə düzəliş edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1975-ci il tarixdə, Bakı şəhərində atası X10 ilə anası X4 birgə nikahlarından anadan olmuşdur. Məlumat üçün bildirilmişdir ki, yaxın zamanlarda ailə üzvünün ölümü ilə əlaqədar müvafiq notariat orqanında vərəsəlik işi açılmış, notariat hərəkətlərinin həyata keçirən notarius ona elektron sistemdə doğum haqqında akt qeydində adının “Emil” olaraq göstərildiyini bildirmişdir. Doğum haqqında şəhadətnaməni artıq uzun müddətdir ki, itirdiyindən həmin ziddiyyətdən xəbəri olmamışdır. Bu səbəbdən sözügedən sənədin dublikatının verilməsi üçün 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə müraciət etməli oldum. 6 saylı Bakı Cavabdeh isə mənə doğum haqqında şəhadətnaməmin dublikatının verilməsindən imtina olunmuşdur o əsasla ki, müvafiq akt qeydlərində onun adı “Emin” deyil, “Emil” olaraq qeyd edilmişdir. Beləliklə, sənədlər arasında ziddiyyət olduğundan ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Halbuki onun rəsmi və vahid nümunəli sənədlərində, o cümlədən, şəxsiyyət vəsiqəsi, hərbi bileti, diplomun, eləcə də digər bütün rəsmi sənədlərlə adı “İddiaçı” olaraq göstərilmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəyə baxılmışdır. Doğum haqqında akt qeydinin tərtib olunduğu Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə sizə məxsus doğum akt qeydinin istənilməsinə dair məktub göndərilmişdir. Doğum haqqında akt qeydi gəldiyində orada adının “Emil” qeyd edildiyi aşkarlanmışdır. Təqdim etdiyi AZE seriyalı 09194712 nömrəli şəxsiyyət vəsiqəsində adı “Emin” yazıldığından sənədlər ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
5. 1049 nömrəli xx.xx.1975-ci il tarixli doğum haqqında akt qeydinə əsasən X13 xx.xx.1975-ci il tarixində anadan olmuşdur. X2r. X1r.
6. İddiaçıya və övladlarına aid olan vətəndaşlıq vəziyyəti akt qeydlərində, hüquqmüəyyənedici sənədlərdə, eləcə də şəxsiyyət vəsiqəsində adı Rəhimov “Emin” Oqtay oğlu olaraq qeyd edilib və iddiaçı doğulduğu vaxtdan adını “Emin” olaraq qəbul edir.
7. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Nərimanov rayon Polis İdarəsində ilkin olaraq şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən məhv edilmişdir.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş xx.xx.2025-ci il tarixdə doğum haqqında təkrar şəhadətnaməsinin istənilməsi barədə ərizə ilə şöbəyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci ildə tərtib edilmiş, 1049 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın adı bəndində ad “Emil” qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən həyata keçirilir. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənədi ilə doğum haqqında akt qeydi arasında ziddiyyət olduğundan və düzəliş üçün kifayət qədər əsaslar olmadığından ərizəsini təmin etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, iş yükünün çoxluğunu və müraciətlərin sayının artmasını nəzərə alaraq, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxasınız.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
II. İddianın növü
10. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İddia öhdəliyin icrasına dair iddiadır.
III. Məhkəmənin mövqeyi
15. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
17. Ailə Məcəlləsindən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
19. İddia tələbindən göründüyü kimi, iddia tələbi doğum haqqında akt qeydində adın “Emil”dən “Emin”ə düzəliş edilməsi ilə bağlı olmuşdur.
20. Beləliklə, məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində iddiaçının adı “Emil” olaraq yazıldığından iddiaçı faktiki olaraq adının “Emil”dən “Emin”ə dəyişdirilməsini istəyir. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində, eləcə də iddiaçının uşaqlarına məxsus doğum haqqında şəhadətnamədə iddiaçının adı “Emin” olaraq göstərilmişdir. Odur ki, müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas var, əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq düzəlişin həyata keçirilməsindən imtina edilməsi demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.
21. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X9rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).
22. Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).
23. İddiaçıya və övladlarına aid olan vətəndaşlıq vəziyyəti akt qeydlərində, hüquqmüəyyənedici sənədlərdə, eləcə də şəxsiyyət vəsiqəsində adı Rəhimov “Emin” Oqtay oğlu olaraq qeyd edilib və iddiaçı doğulduğu vaxtdan adını “Emin” olaraq qəbul edir. Belə olan təqdirdə, məhkəmə iddiaçıya aid olan vətəndaşlıq vəziyyəti akt qeydində müvafiq dəyişikliyin (düzəlişin) məhz inzibati orqan tərəfindən həyata keçirilməsi üçün kifayət qədər əsasın olduğunu hesab edir.
24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus 1049 nömrəli xx.xx.1975-ci il tarixli doğum haqqında akt qeydində “Emil” adının “Emin” olaraq dəyişdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. xx.xx.1975-ci il tarixində Bakı şəhərində doğulmuş İddiaçı məxsus 1049 nömrəli xx.xx.1975-ci il tarixli doğum haqqında akt qeydinin uşaq qrafasında “Emil” adının “Emin” olaraq dəyişdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva