Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7574/2023 12.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı X1 cavabdeh Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X3 məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək iddiaçının əsl iddiaçı X8 ilə əvəz edilməsini, İddiaçının qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası məcburi köçkün statusuna malikdir və onun qeydiyyat ünvanı işğaldan azad olunmuş Laçın rayonudur. İddiaçı hesab edir ki, ona məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə görə məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. İddiaçı hesab edir ki, İddiaçı hesab edir ki, onun atası məcburi köçkün statusuna malik olduğundan və valideyinlərinin mülkiyyətində hal-hazırda hər hansı əmlak olmadığından, onun məcburi köçkün statusunu tələb etmək hüququ yaranır. Cavabdehin etirazı: Cavabdeh Qaçqınların və X11 üzrə Dövlət Komitəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü Salmanov Elgünİltifat oğlunun anadan olmasından əvvəl, yəni xx.xx.2003-cü il tarixdə İddiaçı nikah dövründə X9 ilə birgə mülkiyyətlərində olmuş (xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır) ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Göründüyü kimi, iddiaçının valideynləri iddiaçı anadan olmamışdan əvvəl daşınmaz əmlaka sahib olmuşdurlar ki, bu da “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə görə iddiaçının məcburi köçkün statusunun yaranmadığını göstərir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı X8 məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X8 publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Nəzərə alınmalıdır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında (2-1-(102)-2114/2020 saylı 25 noyabr 2020-ci il tarixli) oxşar mövqedə çıxış etmiş, iddianın mümkünlüyü baxımından subyektiv hüquqa malik şəxsin iddianı qaldırılmasına münasibətdə valideynlərin əvəzinə iddiaçı qismində məcburi köçkün statusunun verilməsi ilə bağlı müraciət edilən yetkinlik yaşına çatmayan övladın iddiaçı qismində tanınması barədə hüquqi mövqe müəyyən etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2003-cü il tarixdə verilmiş AZE ******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatı – Bakı şəhəri, Y.Yasamal -1, 14,13 ünvanı olmuşdur. xx.xx.2015-ci il tarixdə verilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatı – ünvan 4 kəndi ünvanı olmuşdur. xx.xx.2003-cü il tarixdə verilmiş AZE ******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatı – Bakı şəhəri, Y.Yasamal -1, 14,13 ünvanı olmuşdur. xx.xx.2014-cü il tarixdə verilmiş AZE 14354477 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatı – ünvan 4 kəndi ünvanı olmuşdur. Seriya AA 229859 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Dövlətqaçqınkomun xx.xx.2010-cu il tarixli qərarına əsassən X4 məcburi köçkün statusu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, ünvan 5al rayonu, Yeni-Yasamal 1, ev 14, 43 saylı mənzil xx.xx.2004-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4- Ə/375 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, iddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “onlara məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, X1 anadan olmasından əvvəl anası İddiaçı xx.xx.2004-cü il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, xx.xx.2003-cüil tarixdən xx.xx.2015-ci il tarixinədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, iddiaçının Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara əsasən məcburi köçkün statusu almaq hüququ olmamışdır. Məhkəmə cavabdehin imtina əsası ilə bağlı aşağıdaki qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı yarımbəndinə görə “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçı doğulmamışdan əvvəl onun anası artıq ayrıca yaşayış sahəsinə malik olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 5al rayonu, Yeni-Yasamal 1, ev 14, 43 saylı mənzil xx.xx.2004-ci il tarixdə İddiaçı (iddiaçının anası) adına qeydiyyatdan keçmiş, daha sonra həmin mənzil Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmiş və mülkiyyətinə verilmişdir. İddiaçının valideynləri İddiaçı və X9 xx.xx.2003-cü il tarixdən ünvan 5al rayonu, Yeni-Yasamal 1, ev 14, 43 saylı mənzil ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Məhkəmə hesab edir ki, iddiaçının anası İddiaçı, xx.xx.2006-cı il təvəllüdlü X8 hələ anadan olmamışdan əvvəl ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsin həmin dövrdə onun mülkiyyətində olması, eyni zamanda onun və həyat yoldaşının (iddiaçının atası) həmin məzildə qeydiyyatda düşməsi səbəbindən cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin 2-1(102)-2113/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçının arvadı, onun 2002-ci il təvəllüdlü qızı hələ anadan olmamışdan əvvəl, yəni, 2002-ci il tarixədək ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsinin onun mülkiyyətində olduğu, iddiaçı və arvadı 2002-ci il tarixdən həmin mənzildə qeydiyyatda düşdüyü səbəbindən cavabdeh tərəfindən iddiaçının qızına məcburi köçkün statusu verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi oxşar iş üzrə eyni mövqeyi nümayiş etdirərək hesab etmişdir ki, məcburi köçkün statusunun verilməsini tələb edən şəxsin valideynlərindən biri onun anadan olmasından əvvəl əmlak sahibi olarsa, bu zaman həmin şəxsin məcburi köçkün statusunu tələb etmək hüququ yaranmır. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçının digər ailə üzvlərinin (bacıları və qardaşı) məcburi köçkün statusuna malik olmaları da hazırki halda vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, adıçəkilən şəxslərin təvəllüdlərinə nəzər yetirdikdə görünür ki, iddiaçının bacıları X6 1997-ci ildə, X7 1999-cu ildə, qardaşı X10 isə 2004-cü ilin aprel ayının 17 anadan olmuşdur. Göründüyü kimi iddiaçının ailə üzvləri məcburi köçkün statusuna malik olsalar da, onlar məhz valideyni İddiaçı mülkiyyətində daşınmaz əmlakın qeydiyyatdan keçməmişdən əvvəl anadan olmuşdurlar. Bu səbəbdən onlara məcburi köçkün statusu verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ailə üzvlərinə məcburi köçkün statusunun verilməsi zamanı fərqli əsaslar olduğundan (həmin dövrdə İddiaçı adına daşınmaz əmlak qeydiyyatdan keçmədiyindən), iddiaçıya hazırda bərabərlik hüququ baxımından məcburi köçkün statusunun verilməsi mümkün deyil. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7574/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7574/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver